Latviyaya kənd təsərrüfatı
məhsullarımızın ixracı artacaq
İki ölkənin Kənd Təsərrüfatı
nazirlikləri arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu imzalandı
Kənd
Təsərrüfatı Nazirliyində Latviya Kənd Təsərrüfatı
Nazirliyinin nümayəndələri ilə görüş
keçirildi. Kənd təsərrüfatı
naziri İsmət Abasov
və Latviya kənd təsərrüfatı
naziri Strauyuma Laimdota hər iki ölkə
arasında kənd təsərrüfatının
inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq
müzakirələri apardılar.
Son
bir il ərzində kənd təsərrüfatı
istehsalında 5,4 faiz artım olub
Tədbirdə
ölkə iqtisadiyyatındakı, o cümlədən kənd
təsərrüfatındakı uğurlu inkişafdan
danışan nazir İ.Abasov qonaqlara bildirdi ki, Azərbaycan
dünya iqtisadiyyatının inkişafında lider ölkələrdən
biridir: Bu iqtisadiyyatın bir sahəsi də kənd təsərrüfatı
sahəsidir. Ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan
bu inkişaf onun davamçısı Prezident
İlham Əliyevin apardığı
siyasət nəticəsində davam etdirilir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazda 80%-lik paya malikdir. Təkcə son bir il ərzində Azərbaycanda
kənd təsərrüfatı istehsalında 5,4% artım olub. Son 8 ildə Prezident tərəfindən
çoxsaylı sərəncam, dövlət proqramları
imzalandığını deyən nazir bildirdi ki, kənd təsərrüfatını
inkişaf etdirmək üçün
dövlət büdcəsindən kifayət qədər vəsait
ayrılır, texnika alınır. O da vurğulandı ki, hər hektara 40 manat vəsait verilir, istifadə olunan mineral gübrənin
50 faizi subsidiya formasında verilir. Nazir qeyd etdi
ki, heyvandarlığın
inkişafı üçün
bir neçə ildir vəsait ayrılır və nəticədə xaricdən
damazlıq düyələr
gətirilir, ölkədə
eyni zamanda süni mayalanma proqramı həyata keçirilir: Ancaq bununla yanaşı hələki buğda və heyvan məhsulları ilə özümüzü tam təmin
edə bilmirik. Ölkə başçısı hökumətin
qarşısında məsələ
qoyub ki, özümüzü ərzaq
məhsulları ilə
100 faiz təmin etməliyik. Azərbaycan
əhalisinin 48%-nin kənd və rayonlarda yaşadığını
deyən nazir təxminən əhalinin
38%-nin kənd təsərrüfatı ilə
məşğul olduğunu
qeyd etdi: Buna görə də ölkə başçısı
kənd təsərrüfatına
xüsusi qayğı
ilə yanaşır.
Prezident bir neçə dəfə deyib ki, kənd təsərrüfatı
təkçə iqtisadi
deyil, həm də sosial bir sahədir. Görülən tədbirlər nəticəsində
ölkədə yoxsulluq
səviyyəsi kəskin
aşağı düşüb.
Prezident həmçinin hökumət
qarşısında ÜDM-in 2020-ci ilə qədər 2 dəfə artırılması
məsələsini qoyub.
Bu da neft
və qaz hesabına deyil, qeyri-neft sektoru hesabına olmalıdır.
Bu gün bir
çox sahələrdə
kifayət qədər
nailiyyətlər əldə
etsək də, kənd təsərrüfatı
sahəsində görəcək
işlərimiz də
çoxdur. Elə
bir dövlət tanımıram ki, kənd təsərrüfatı,
emal sənayesi sahəsində heç bir problemi olmadığını
desin. Əgər bəzi ölkələr
özlərini kənd
təsərrüfatı məhsulları
ilə tam təmin edirlərsə, onlarda ekoloji təmiz məhsul məsələsi
ortaya çıxır.
Latviya ilə Azərbaycan arasında indiyədək
müəyyən əlaqələrin
olduğunu deyən nazir bildirdi ki, bu görüş
iki ölkənin kənd təsərrüfatının
inkişafına öz
müsbət təsirini
göstərəcək.
Latviyalı nazir: Azərbaycan
Cənubi Qafqazda prioritet ölkədir
İki ölkə arasında əlaqələrdən danışan
Latviyanın kənd təsərrüfatı naziri
Strauyuma Laimdota bildirdi ki, bu
əlaqələrin daha
da genişləndirilməsinə
ehtiyac var. Bakıya səfərinin məqsədlərinin
də məhz bu istiqamətdə olduğunu deyən nazir Azərbaycanı Cənubi Qafqazda prioritet ölkə adlandıraraq əlavə
etdi ki, Latviya kənd təsərrüfatı sahəsində
dövlətimizlə əməkdaşlıqda
maraqlıdır. Bildirdi ki,
imzalanacaq memorandum iki ölkə arasında ticarət əməliyyatlarının
artırılmasına töhfəsini
verəcək. Sonra hər
iki ökənin kənd təsərrüfatı
nazirliyi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu imzalandı. Daha sonra nazir İ.Abasov
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində
imzalanmış sənədin
hər iki ölkənin iqtisadiyyatının
inkişafına müsbət
təsir göstərəcəyini
bildirdi: Bu onu deməyə əsas verir ki, indiyə
qədər olan əlaqələrimiz kənd
tərərrüfatı sahəsində
daha da genişlənəcək.
Anlaşma Memorandumundan sonra
yaxın vaxtlarda Latviya ilə Azərbaycan arasında daha iki saziş
də hazırdır və bu yaxın
vaxtlarda imzalanacaq.
Bu, baytarlıq və fitisanitariya haqqında dövlətlərarası
sazişdir. Nazir
bildirdi ki, Azərbaycandan Latviyaya kənd təsərrüfatı
məhsulları, xüsusilə
meyvə-tərəvəz, bostan məhsulları, emal olunmuş məhsullar ixrac olunur: Eləcə də Latviyadan Azərbaycana kənd təsərrüfatı, heyvandarlıq,
ət, süd məhsulları idxal olunur. Ümid edirəm ki,
latviyalı nazirlə
apardığımız danışıqların
nəticəsində bu
əlaqələr genişlənəcək.
Xüsusilə elmi-tədqiqat sahəsində
əməkdaşlıqla bağlı
danışıqlar apardıq.
Bizim elmi-tədqiqat institutları
ilə Latviyanın elmi-tədqiqat institutları
arasında əlaqələrin
genişləndirilməsi, eləcə
də hər iki ölkənin aqrar universitetləri arasında təcrübə
mübadiləsinin aparılması
və kadr hazırlığı barədə
müzakirələr apardıq.
Nazirin sözlərinə
görə, Azərbaycandan
hələlik az məhsul ixrac olunsa da,
bu səfər onu deməyə əsas verir ki, Latviyanın Azərbaycana marağı
böyükdür: Latviyanın
iş adamları maraqlıdır ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları,
xüsusilə meyvə,
tərəvəz, emal
sahəsində olan məhsullar ixrac olunsun. Onlar bilir ki, Azərbaycanda istehsal olunan məhsullar çox keyfiyyətlidir.
Düşünürəm ki, gələcəkdə
bu həcm kifayət qədər artacaq. Ölkə başçısı da hökumətin qarşısında məsələ
qooyub ki, istehsal olunan məhsullar yeni bazarlara, Avropa bazarlarına çıxarılmalıdır.
Bütün tədbirlər deməyə
əsas verir ki, kənd təsərrüfatı
sahəsində istehsal
etdiyimiz məhsulların
həcmi və çeşidi də artacaq. Biz yeni
bazarlara, o cümlədən
Latviyaya ixracımızı
artıracağıq.
Texnika ilə baglı heç bir problem yoxdur
Bir sıra məsələlərə
aydınlıq gətirən
nazir bildirdi ki, Aqrolizinq SC Prezidentin sərəncamı
ilə 2004-cü ildə
yaradılıb və
bu günə qədər Azərbaycan fermerinə lazım olan bütün kənd təsərrüfatı
texnikaları, kombayn, traktor və digərləri gətirilir:
Artıq traktorlar ölkəmizdə istehsal
olunur. Bunlar lizinq yolu ilə fermerlərə satılır. Bunun əvvəlcə 10 faizi ödənilir, digər hissəsi isə 10 il müddətinə
ödənilir. Bütün bunların
nəticəsində ölkədə
kənd təsərrüfatı
texnikası tam təmin
olunub. Bugünlərdə taxıl yığımı
başlayıb, arpa artıq yığılır,
buğda yığımı
da başlayacaq. Biz ölkədə texnika cəhətdən heç bir problem görmürük.
Məhsul
istehsalı proqnozdan çox olacaq
Nazir onu da bildirdi ki, bu il taxıl üzrə proqnoz 2 milyon 700 min tondur: Ondan 1,7 min ton ərzaq buğdası gözlənilir. Amma hesab edirəm ki, məhsul istehsalı proqnozdan çox olacaq. Təxminən 900 min hektar ərazidən taxıl yığılır. Biz dənli, dənli paxlalılar, istərsə də buğda ilə hələlik özümüzü tam təmin edə bilmirik. Düşünürəm ki, yaxın illərdə tam təmin edəcəyik. Çünki ölkə başçısı göstəriş verib və iri taxılçılıq təsərrüfatları da yaradılır. Bizim təsərrüfatlarımız birləşməli, birlikdə fəaliyyət göstərməlidir. Gübrədən istifadə və digər aqrotexniki tədbirlər nəticəsində məqsədimiz məhsuldarlığı qaldırmaqdır. Əgər məhsuldarlığı bu gün 35 sentner edəriksə, özümüzü təmin edəcəyik. Bu da çətin bir məsələ deyil. Yəqin yaxın zamanda öz həllini tapacaq.
Qiymət
artımı olmayacaq
Bazarlarda qiymətlərə gəldikdə isə İ.Abasovun sözlərinə görə, bir neçə müddətdir ki, qiymətlərin aşağı enməsi prosesi gedir: Düşünürəm ki, bundan sonra da olmayacaq. Çünki qiymət artımı o zaman baş verir ki, məhsul istehsalı az olur, yaxud istehsal olmur. Bu gün qurur hissi ilə demək lazımdır ki, 5 aylıq kənd təsərrüfatı məhsullarının istehsalında ötən illə müqayisədə 5,4 faiz artım kənd təsərrüfatı üçün kifayət qədər yaxşı göstəricidir. Amma bu göstərici bizi qane eləmir. Çünki bizim potensialımız bundan böyükdür. Nəzərə alsaq ki, kənd təsərrüfatı işləri hələ qabaqkı aylardadır, düşünürəm ki, bu göstərici bir az da yuxarı olacaq. Tam əmin edirəm ki, heç bir kənd təsərrüfatı məhsullarında qıtlıq gözlənilmir. Həm Aqrolozinq tərəfindən soyuducu kameralar tikilir, həm də İİN-nin Sahibkarlığa Yardım Fondu tərəfindən verilmiş kreditlər nəticəsində kifayət qədər soyuducu anbarlar tikilib. Bu proses davam etdirilir və bu da onu göstərir ki, həm mövsümdə, həm də qeyri-mövsümdə heç kəs kənd təsərrüfatı məhsullarının qiymətini artıra bilməz.
Nigar Abdullayeva
Palitra.-2012.-8 iyun.-S.7.