Şahalı Şıxəliyev: «Kürdəmirdə
müntəzəm şəkildə yeni
kitabların sərgilərini təşkil edirik»
Layihə çərçivəsində müsahibimiz Kürdəmir Rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Şahalı Şıxəliyevdir:
-
Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin nəzdində 50 kitabxana fəaliyyət göstərir.
Buraya 1 Mərkəzi Kitabxana,
1 Uşaq Kitabxanası, 45 kənd və 3
şəhər kitabxana filialı daxildir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nəzdində
fəaliyyət göstərən kitabxanaların fondunda ümumilikdə 337784 nüsxə ədəbiyyat
var. Bu nəşrlərin
81546 nüsxəsi latın qrafikası ilə, Azərbaycan Prezidentinin "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 2004-cü il
12 yanvar tarixli sərəncamı
ilə nəşr olunmuş
kitablardır. Kürdəmir Rayon Mərkəzi
Kitabxanası 1938-ci ildən fəaliyyətə
başlayıb. Həmin vaxtdan kitabxana rayon əhalisinin
asudə vaxtlarının səmərəli təşkilində,
sorğu və tələblərinin tam və dolğun ödənilməsində
yaxından iştirak edir,
onlara kitabxana- informasiya xidməti göstərir. Mərkəzi
Kitabxanada Oxuculara xidmət,
Komplektləşdirmə və kitabişləmə, Metodika və biblioqrafiya, Kitabxana- biblioqrafiya proseslərinin
avtomatlaşdırılması, İnformasiya-resurs
və Uşaq şöbələri fəaliyyət
göstərir.
- Kitabxananız müasir
dövrün tələblərinə cavab verərək
oxucuların tələbatını ödəyə bilirmi?
-
Qeyd edim ki, şöbələrimiz daim işlərini təkmilləşdirməyə
çalışırlar. Oxuculara xidmət şöbəsi kitabxana
yaranan gündən fəaliyyət
göstərir. Şöbənin fondu bədii
və elmi ədəbiyyatla zəngindir.
Şöbə informasiyanı əhalinin bütün
təbəqələrinə çatdırmaq, daha böyük oxucu kütləsini mütaliəyə cəlb
etmək məqsədilə ərazidə yerləşən bütün müəssisələrlə
və əhali ilə daim sıx əlaqə
saxlayır, kitabxananın fonduna yeni daxil olan
ədəbiyyatlar barədə məlumatlar verir,
yeni
kitabların sərgilərini təşkil edir. Şöbədə gün
ərzində 30-35 oxucuya xidmət göstərilir.
Şöbənin oxu zalında eyni zamanda 40 nəfər
oxucuya xidmət göstərmək
imkanı var. Şöbədə əlamətdar,
tarixi günlər və yubileylərlə
bağlı guşə, sərgilər və mədəni-
kütləvi tədbirlər təşkil edilir.
Xidmət şöbəsinin kitab fondunun həcmi 24771 nüsxədir. Komplektləşdirmə
və kitabişləmə şöbəsi oxucuların tələbatının
dolğun ödənilməsi üçün kitabxananın universal
profilli kitab fondunu komplektləşdirir. Dövlət vəsaiti
hesabına və digər mənbələrdən yeni ədəbiyyatları almaqla
kitab fondunu daim zənginləşdirir. Yeni
daxil olan ədəbiyyatın
uçotunu aparır, ədəbiyyatın
elmi və texniki cəhətdən
işlənilməsini təşkil etdikdən sonra
kitabxana filiallarına
çatdırılması işini həyata
keçirir. Dövri
nəşrlərə abunə işini təşkil
edir. Kataloq sisteminin aparılmasına, fondun
mühafizəsinə və məzmunca
aktuallığını itirmiş və
istifadə olunaraq yararsız vəziyyətə
düşmüş ədəbiyyatlardan
təmizlənməsinə nəzarət edir.
Metodika və biblioqrafiya
şöbəsi isə metodiki mərkəz
olaraq MKS nəzdində fəaliyyət
göstərən kitabxanalara metodiki köməklik göstərir və sistemin oxucularına biblioqrafiya
xidmətini təşkil edir. Soraq-biblioqrafiya aparatını təkmilləşdirir,
biblioqrafik işi əlaqələndirir
və ona nəzarət edir,
məqalələrin sistemli və
diyarşünaslıq kartotekalarını tərtib edir. Yeni daxil
olan ədəbiyyatın məlumat bülletenini və tövsiyə
siyahılarını tərtib edir. Sistemin
bölmələrinin fəaliyyətini məzmun, forma və metodik
baxımdan əlaqələndirir. İşin
yeni üsul və
metodlarını öyrənməklə qabaqcıl təcrübəni
aşkar edir,
kadrların ixtisaslarının artırılması işinin təşkil olunmasına kömək
edir. Kütləvi tədbirlərin
keçirilməsinə təcrübi, metodik
yardım göstərir, müxtəlif mövzularda
metodik vəsaitlər hazırlayır. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması
şöbəsi kitabxananın elektron kataloqunun idarə olunması, elektron
resursların, bazalarının yaradılması, elektron kataloqun
“Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu” modullarının işinin
təşkili, habelə MKS-də kitabxana-biblioqrafiya
proseslərinin avtomatlaşdırılması işini
təşkil edir. Şöbə
kitabxananın elektron kitabxanasının
yaradılması, nəşrlərin elektron
formaya çevrilməsi işini
təmin edir. Şöbə fasiləsiz
internetlə təmin olunub, oxucuların
istifadəsinə verilib. Şöbənin
əsas vəzifəsi informasiyalı cəmiyyətdə
istifadəçilərin informasiyaya olan tələbatını ödəməkdir.
- Kitabxananızda olan Amerika Mərkəzi
fəaliyyətini davam etdirirmi?
- Bəli. Kitabxanamızda Amerika
Mərkəzi fəaliyyətini davam etdirir. Mərkəzi Kitabxana nəzdində 2005-ci ilin
may ayından regional kitabxana məlumat mərkəzi kimi fəaliyyətə başlayan
bu mərkəz mədəniyyət və
turizm naziri və
ABŞ səfirinin imzaladıqları memoranduma
əsasən 2008-ci ilin may
ayından Amerika Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd informasiya
axınının artdığı və yeniləşdiyi müasir dövrdə getdikcə artan oxucu
sorğularını daha operativ
və tez yerinə yetirmək və onun xidmətindən istifadə edən tələbatçıların
ümumi internet, kompyuter biliklərinə yiyələnməsinə
kömək etməkdən ibarətdir. Mərkəzdə
ingilis dilini öyrənənlər
üçün kurslar
da təşkil edilir.
Mərkəzdə həmçinin Azərbaycan və
Amerikanın rəsmi təqvim günlərinə dair tədbirlər də həyata keçirilir.
- Hansı tədbirlər
həyata keçirirsiniz?
- İl ərzində kitabxanamızda müxtəlif tədbirlər keçiririk. Bu ay, iyunun 1-də rayon “Gənc Heydərçilər” parkında Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi keçirdik. Bayram tədbirində orta məktəbdə oxuyan aşağı sinif şagirdləri və bağça uşaqları müəllim və valideynləri ilə birlikdə iştirak edirdilər. Rəngarəng musiqi nömrələri, uşaqların ifa etdikləri mahnı və rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Tədbirdə həmçinin uşaqların əl işlərindən ibarət sərgi və müxtəlif başlıqlar altında uşaq ədəbiyyatlarından ibarət kitab sərgisi də nümayiş etdirildi. Kitabxanamızda müntəzəm olaraq oxucu konfransı keçiririk. Oxucularımız həmin kofnranslarda çox aktiv şəkildə iştirak edirlər. Bu yaxınlarda Mərkəzi Kitabxanada görkəmli şair Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirimişik. Tədbirdə böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər şəxsin yubileyinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyəti qeyd edildi. Sonra kitabxananın oxucusu, ədəbiyyat müəllimi Ş.Həmidova “M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında” və MKS-in Uşaq şöbəsinin müdiri Xatirə Soltanova “M.Ə.Sabir və uşaq ədəbiyyatı” mövzusunda çıxış edərək tədbir iştirakçılarına geniş məlumat verdilər. İştirakçılara təqdim olunan “Mirzə Ələkbər Sabir - ədəbi əbədiyyət” adlı film tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Tədbirin sonunda iştirakçılar Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığından bəhs edən “Mirzə Ələkbər Sabir - 150” adlı kitab sərgisi ilə tanış oldular. Qeyd edim ki, ilin əvvəlində 20 Yanvar faciəsi, Xocalı və 31 Mart soyqırımları ilə bağlı geniş tədbirlər reallaşdırmışıq. Mərkəzi Kitabxananın Uşaq Kitabxanası ilə birlikdə təşkil etdiyi 20 Yanvar faciəsini anım mərasimi çərçivəsində “20 yanvar qan yaddaşımızdır” adlı sərgi və təqdimat nümayiş etdirilib. Tədbirdə Kürdəmir Dövlət Rəsm Qalereyası 20 Yanvar hadisələrinə həsr edilmiş rəsm sərgisi ilə iştirak edib. Rayon Uşaq Kitabxanasında Xocalı soyqırımı əlaqədar olaraq "Xocalı faciəsi bizim yaddaşımızda" adlı dəyirmi masa təşkil edilib. Tədbirdə vurğulanıb ki, Xocalı soyqırımı insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biridir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir. Tədbirdə “Xocalı soyqırımı - 20” adlı kitab sərgisi və “Xocalı - qan yaddaşımız” adlı rəsm sərgisi nümayiş etdirilib. N.Nərimanov adına Kürdəmir Rayon Mədəniyyət Evində Xocalı soyqırımına həsr edilmiş ümumrayon tədbiri keçirilib. Tədbirdə Kürdəmir Rayon Mərkəzi Kitabxanası “Xocalı soyqrımı” adlı sərgi ilə iştirak edib. Mərkəzi Kitabxanada Vaqif Alıyevin tarixdə analoqu olmayan Xocalı faciəsinə həsr edilmiş “Xocalı göyərçinləri” adlı kitabının təqdimat mərasimi keçirilib. Müəllif Xocalı faciəsi zamanı soydaşlarımızın başına gətirilən müsibətləri öz qəhrəmanlarının dili ilə sadə, oxunaqlı, bədii təsvirlərlə qələmə alıb. Xocalı faciəsi ilə bağlı yazılmış kitablar içərisində “Xocalı göyərçinləri” kitabı xüsusi çəkiyə malikdir. Həmin tədbirdə kitabın müəllifi, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev çıxış edərək kitabın yaranma tarixindən bəhs edib və onu Kürdəmirdə məskunlaşan Xocalı sakinlərindən olan bir ailənin - Qaratel ananın ailəsinin xatirələri əsasında yazdığını qeyd edib. Tədbirdə “Xocalı harayı” adlı təqdimat və kitab sərgisi də nümayiş etdirilib.
Anar Miriyev
Palitra.-2012.-12 iyun.-S.12.