İnsan münasibətləri mədəniyyəti
Kulturoloq Fuad Məmmədov:
“Bu mədəniyyət növü
ailə, kollektiv və cəmiyyətdəki
münasibətləri tənzimləyən tərbiyə prosesidir”
Layihə çərçivəsində müsahibimiz “Simurq” Azərbaycan
Mədəniyyət Assosiasiyasının rəhbəri, professor, kulturoloq Fuad Məmmədovdur. Fuad
müəllim bizə insan münasibətləri
mədəniyyəti ilə bağlı fikirlərini bildirir. Professor öncə
qeyd edir ki, insan münasibətlərinin
sirri və həyat – insanın özü üçün
düzgün seçim
etməli olduğu yollar
çoxluğudur. Bunun üçün
insan qısa bir
müddətdə idrak pillələrini
qalxmalı, düzgün həyat mədəniyyətinin
mahiyyət və xüsusiyyətlərini anlamalı, yetkinlik və müdrikliyə çatmalı,
özündə ruhi
yaradıcılıq, harmoniya və kamillik qabiliyyəti
yaratmalıdır. İnsan mədəniyyəti
dünyası çoxcəhətli, çoxtərəfli
və rəngarəngdir. O, öz təkrarolunmaz
fərdi xüsusiyyətləri olan, coğrafi və milli
orijinallığa malik sonsuz
sayda müxtəlif mədəniyyətlərdən
təşkil olunub: “Bununla
belə, insanların mədəniyyətində ümumi cəhət və qanunauyğunluqlar
çoxdur. Həmin
qanunauyğunluqları bilmək və anlamaqla
məhsuldar həyat fəaliyyətinin və insan
səadətinin əsas şərti olan insan münasibətləri mədəniyyətini
pozitiv idarə etmək, tənzimləmək,
uyğunlaşdırmaq və kamilləşdirmək olar.
İnsanın digər adamlarla
qarşılıqlı münasibətləri onun şəxsiyyəti, psixoloji xüsusiyyətləri və xarakteri
haqqında olan müəyyən təsəvvürlər
əsasında qurulur”. Əgər bu təsəvvürlər səhvdirsə və
biz insan münasibətləri
mədəniyyətinin bir çox
qanunauyğunluqlarını və xüsusiyyətlərini
bilmiriksə, qarşılıqlı anlaşmaya
əmin olmaq olarmı? Kulturoloqa
görə, elə bizim bəlalarımız
da bizim bilməməyimizdən
və anlamamağımızdan yaranır: “Yaxşı məlumdur
ki, məsələn, aşağı mədəniyyət
səviyyəsinə, adi təfəkkürə
malik insanlar öz nöqsanlarını görmədiklərinə
görə, onların dünyagörüşü
xaricində olan hər şeyi
pisləyirlər. Onu da
nəzərə almaq lazımdır ki, çox zaman insandakı ziddiyyətlər onun həyatında da
ziddiyyətlər yaradır. Bu və digər reallıqları nəzərə alaraq, hər kəs digər insanlara
diqqətli münasibət göstərməli, fikrən özünü onun yerinə
qoymalı və onun müsbət keyfiyyətlərini
qiymətləndirməlidir. İnsan
münasibətləri mədəniyyəti – ailə, kollektiv və cəmiyyətdə insanlar arasındakı münasibətləri
tənzimləyən tərbiyə, təhsil, intellekt,
xarakter, mədəni dəyərlər sistemi, etik və hüquqi sosial təsisat və
normalarla şərtlənib insanın
davranışında ifadə olunan
qarşılıqlı münasibətlər prosesidir.
Bu submədəniyyət
şəxsiyyət mədəniyyətinin mühüm
göstəricisi, idarəçilik mədəniyyətinin,
qarşılıqlı anlaşma, effektiv əməkdaşlıq, sabit həyat fəaliyyəti,
sağlamlığın və ailə
sağlamlığının zəruri şərtidir. O, özündə şəxsiyyətlərarası,
ictimai, millətlərarası, dinlərarası,
beynəlxalq, ailə, gender, işgüzar, peşə və digər
münasibətləri birləşdirir. İnsan
münasibətləri mədəniyyəti müxtəlif sosial-mədəni sistem və qrupların öz
mədəni təlimatları, təsisatları, sanksiya və stimullaşdırma sistemləri
ilə şərtlənir və onların yardımı ilə
fərdlərin və insan birliklərinin
davranışı tənzimlənir. Bu, eyni zamanda, mənəvi-etik
etalonlar, davranışın reqlamentləşdirilmiş
nümunələri və ünsiyyət stereotipləridir. Bununla
yanaşı, cəmiyyətin ruhi mədəniyyətinin
ayrılmaz hissəsi olan insan
münasibətləri mədəniyyəti bu
münasibətlərdə iştirak edən
şəxsiyyətlərin fərdi mədəniyyətindən,
onların dəyər-dünyagörüşü istiqamətlərindən,
hisslərinin mədəniyyətindən,
“daxili həyat qaydalarından” asılıdır. İnsan
digər adamlar arasında yaşayıb
çalışdıqca onlarla ünsiyyətə
girir, həmin insanlara
intellekt və anlama səviyyəsinə
uyğun, qiymətləndirməsinin obyektiv və ya subyektivliyi, mülahizə və təsəvvürləri
dairəsində formalaşan münasibətlərindən asılı olaraq hisslər
bildirir,
onları ifadə edir və ətraf
sosial dünyanı dərk edir. İnsan qəlbinin
gözəl bilicisi Anton
Çexov düzgün
olaraq qeyd edir ki, sənin
sağalmağını səbirsizliklə gözləyən
insanların olduğunu görəndə,
hətta xəstə olmağına belə sevinirsən.
İnsan tənha olanda,
məhəbbət hissini yaşamasa,
dostlarının hörmət və yardımını duymasa özünü
xoşbəxt hiss
edə bilərmi? Bizə yalançı xeyirxahlıq xoş gələ bilərmi? Mədəni insanlarla ünsiyyət əsil zinət deyilmi?” İnsan münasibətlərinin
əsas sirləri insanların sözlərinin, əməllərinin,
davranışının, fəaliyyətinin və şəxsiyyətinin
qarşılıqlı qiymətləndirilməsinin zərif psixoloji mexanizmlərindədir. Kulturoloq buna
misal olaraq qeyd edir ki,
məsələn, “qiymətləndirmənin qızıl
qaydası” ondadır ki, kiçik
qüsurlarına və uğursuzluqlarına, konkret
əməlinə görə şəxsiyyətə neqativ qiymət və səciyyə vermək olmaz:
“Çünki bu, insanlar arasında psixoloji
sədd yarada bilər. İnsana,
onun qabiliyyət və nailiyyətlərinə
xeyirxah və obyektiv
qiymət vermək, şəxsiyyətin xidmətlərini etiraf edib minnətdarlıq
bildirmək qarşılıqlı anlaşma,
dostluq, məhsuldar əməkdaşlıq
və inkişaf üçün
əlverişli şərait yaradır. Lakin
konkret əməl neqativ
qiymət ala da bilər.
Belə hallarda bu qiymətli
əməli törədənin üzərinə
köçürməklə islaha aparan yolu, kamilləşmək
perspektivini bağlamaq, insanın öz
qüvvəsinə, imkanlarına inamını əlindən almaq lazım deyil. Hətta
müəyyən səhvlərə görə insanı tənqid
etmək ehtiyacı yaranarkən belə, fikir
ayrılığına səbəb olan məsələnin
mahiyyəti barədə danışmaq lazımdır. Bu zaman insanı “sıxışdırmadan” əməkdaşın
əhəmiyyətli cəhətlərini qeyd
etmək, onun qabiliyyətlərinə inam nümayiş etdirmək,
onun üçün pozitiv perspektiv və uğura inam yaratmaq lazımdır. Şəxsiyyətlərarası
münasibətlər mədəniyyətinin tələblərindən biri məhz belə yanaşmadır”. Professor bildirir ki, insanın psixi
simasının təhlil modeli,
S.L.Rubinşteynə görə, üç
əsas suala cavab
axtarılmasını nəzərdə tutur: insan nə istəyir,
nə bacarır, o kimdir.
Birinci sual şəxsiyyətin
maraq, tələbat, ideal,
istiqamət və motivlərini müəyyən etməyə
imkan verir: “İkinci – onun qabiliyyət
və istedadlarını. Üçüncü
isə - onun xasiyyətini. Buna baxmayaraq,
insanın əhval-ruhiyyəti bir çox faktorlardan– digər
insanlar tərəfindən göstərilən
məhəbbət və hörmətdən, əmək fəaliyyətindən,
fiziki səhhətindən, ruhi vəziyyətindən, xüsusi
enerji yaradan obraz, hiss, həyat üslubu, ehtirasın xüsusiyyətlərindən
asılıdır. Pozitiv təfəkkür,
çətin anlarda özünüələalma,
iradə, təmkin, məsuliyyət hissi, öz şüurunu idarə
etmək bacarığı, öz qüvvəsinə
inam, öz
davranışının düzgünlüyünə və
xeyirxahlığına əminlik mühüm
əhəmiyyətə malikdir. Onore de Balzak qeyd
edirdi ki, insan haqqında fikir
söyləmək üçün ən
azı onun düşüncə, uğursuzluq və həyəcan
dünyasına daxil olmaq
lazımdır. İnsan hisslərini od və su kimi
yaradıcı və dağıdıcı xüsusiyyətlərə
malik hadisələrlə müqayisə
etmək olar. Hər şey
həmin təbii xüsusiyyətlərin şüurlu
idarə edilməsi və necə istifadə edilməsindən
asılıdır. Bu hadisələri
dağıdıcı yox,
yaradıcılığa istiqamətlərə yönəldərək
necə idarə etmək olar? Millətindən və dinindən asılı olmayaraq, insanın həqiqi dəyər
meyarı olan yüksək ruhi
mədəniyyətin köməyi ilə”. İnsan
münasibətləri mədəniyyətinin universal
əsası və konkret təzahürü
şəxsiyyətlərarası münasibətlər mədəniyyətidir.
O, aşağıdakıları nəzərdə tutur: “Düzgün
qiymətləndirmə və etiraf, ədəb və nəzakət, şəxsiyyətə hörmət, empatiya,
başqasının dərdinə şərik olmaq,
inam, anlama, səmimilik,
təmkin, dözüm, səbir, psixoloji uyğunluq və harmoniya, ziddiyyətləri şəxsiyyəti
ittiham etmədən aradan
qaldırmaq, öz fikirlərini düzgün ifadə
etmək bacarığı.Həyatda hər şey
dəyişdiyi kimi, insan
münasibətləri də dəyişir: onlar
ya inkişaf edib möhkəmlənir, ya
da, sönüb
tükənir. Hər şey
insanların mədəniyyətindən,
qarşılıqlı münasibətlərin səmimiliyindən,
enerji, xoş məram,
diqqət, əməkdaşlıq istəyi və ziddiyyətləri
aradan qaldırmaq istəyindən asılıdır. İnsanın
ailə və iş yerindəki gündəlik
davranışında onun şəxsi mədəniyyəti, bilik və etikası, tələbat və
maraqları, xarakter və temperamentinin
xüsusiyyətləri, baxışları, zövqü,
vərdişləri, öz qüvvəsinə
inam səviyyəsi özünü
göstərir. Hələ keçən əsrin əvvəllərində
Lesli Alvin Uayt kulturoloji insanın mədəniyyətinin
dəyişməsi ilə davranışının dəyişməsi
qanunauyğunluğunu müəyyənləşdirib.
İnsan davranışı vahidi əməllərdir. Onlar
daxili əqidə və keyfiyyətə
çevrilərək, ruhi mədəniyyətin
güclü mənəvi faktoruna
çevrilir və kritik
anlarda və mürəkkəb situasiyalarda özünü
parlaq göstərir. U.Tekkereyin
yaxşı bir məşhur fikri var: “Əməl əkib
- vərdiş biçərsən, vərdiş əkib –
xasiyyət biçərsən, xasiyyət əkib - tale biçərsən”. İnsanın xarakteri onun davranış
və əməlllərində özünü
göstərir. Xarakter – şəxsiyyətin
bütün
fərdi ruhi və psixi
xüsusiyyətlərinin məcmusudur. Xarakter insanın daxili
mədəniyyətini və daxili
dünyasını əks etdirir. O,
insanları heyran edən və
özündən uzaqlaşdıran mühüm
keyfiyyətdir. Xasiyyət fikirlərə, hisslərə, fəaliyyətə
təsir göstərir, şəxsiyyətin tipik,
sabit xüsusiyyət və cəhətlərini
nəzərə çarpdırır. Xarakter insanların
ünsiyyəti zamanı müəyyən zaman
daxilində təzahür olunur. İmmanuil Kant qeyd edirdi ki,
“ xasiyyət prinsiplərə uyğun olaraq fəaliyyət göstərmək
qabiliyyətinə malikdir”. İnsanın xarakterini bilməkləonun əməllərini
və daxranışını qabaqlamaq və proqnozlaşdırmaq , deməli,
müəyyən dərəcədə onu
idarə etmək olar. Buna
görə də, uşaqlıqdan pozitiv,
alicənab xarakter tərbiyə etmək və
bununla da, onun gələcək taleyini
sığortalamaq vacibdir. Hətta bir neçə vəhşi heyvanın tərbiyə
təcrübəsi göstərir ki, qayğı və
xeyirxahlıqaqressiv xarakteri – pozitivə doğru dəyişə bilər. O,
insanların qarşılıqlı münasibətinə
aydınlıq gətirir, qarşılıqlı anlaşma və harmoniya
yaradır, insanın etibarlılığını təmin edir. Alicənab xarakter ədalət,
məsuliyyət və sabit mənəvi əqidəyə
əsaslanan əxlaqi keyfiyyətləri əks etdirir.
Belə xarakter məhkəm iradə, qəbul
edilmiş prinsiplər əsasında öz davranışını idarə etmək
və tənzimləmək bacarığını, digərlərinə
yardım etməyi nəzərdə tutur.
Bir qayda olaraq, alicənab insan
özündə qətiyyətlilik, mərdlik, fədakarlıq,
məqsədyönlülük, təmkin, dözümlülük,
səbirlillik, yumor kimi
xüsusiyyətləri cəmləşdirir. Bununla
belə, xarakter və ona
xas olan xüsusiyyətlər
sabit vərdiş və keyfiyyətlər
kimi, bütün həyat
fəaliyyəti prosesində formalaşıb inkişaf
edir. Mənfəətə istiqamətlənən
eqoizm və konformizm
isə əksinə, qeyri-sabitlik, ikili standartlar, təkəbbürlülük,
məsuliyyətsizlik, satqınlıq və ziddiyyətlər
yaradır”. Professor qeyd
edir ki, yalnız alicənab
və xeyirxah insanlar
xoşbəxt ola bilər, çünki
insan xoşbəxtliyi ətraf aləmə
məhəbbət və qayğı göstərilməsini nəzərdə
tutur.
İlkin AĞAYEV
Palitra.-2012.-13 mart.- S.6.