«Balakəndə keçirilən tədbirlərdə
milli adət-ənənələr və
mədəniyyət təbliğ olunur»
«Mədəni-maarif müəssisələrində
bədii özfəaliyyət kollektivləri üçün
musiqi alətləri və geyimlərə,
rəqs kollektivləri üçün milli geyimlərə ehtiyac
var»
Layihə
çərçivəsində müsahibimiz Balakən Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Ruqiyyət
Seyidovadır:
-
Rayonda xalq yaradıcılığı və bədii özfəaliyyət
sahəsində hansı işlər görülür?
- Şöbənin nəzdində fəaliyyət göstərən 34 klub tipli mədəniyyət müəssisəsində mahnı, rəqs, bədii qiraət, musiqi, dram, «Bacarıqlı əllər», «Biçmə-tikmə», «Gənc təbiətçilər», idman oyunları və s. dərnək və «Qanun», «Şən və hazırcavablar» maraq klubları və A.Şaiq adına Uşaq Kitabxanasında “Eko” klubları fəaliyyət göstərir. Dərnək və maraq klublarına əsasən uşaq və yeniyetmələr cəlb olunub. Mədəniyyət müəssisələrində «Əks-səda», «Şimşək», «Gənclik», «Könül», «Xəyal», «Ümid», «Tamburçalanlar», «Ülvi», «Balakən», «Nihat», «Səma» xalq çalğı alətləri və instrumental ansamblları, «Cahan» folklor ansamblı (Qabaqçöl qəsəbə Mədəniyyət Evi), «Qızlar» (Şambul kənd Mədəniyyət Evi), «Şəlalə» (İtitala kənd Mədəniyyət Evi), «Təbəssüm» (Mahamalar kənd Mədəniyyət Evi) rəqs qrupları fəaliyyət göstərir. Rayon Mədəniyyət və Turizm Şöbəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən bütün müsabiqə və festivallarda kollektivlərin, yaradıcı gənclərin və ayrı-ayrı ifaçıların iştirakını təmin edir. Uşaq İncəsənət Məktəbinin xor kollektivi ötən il Şəki şəhərində keçirilən VI Respublika müsabiqəsində iştirak edib. Bundan savayı Bakı şəhərində keçirilən milli azlıqların incəsənəti III Respublika festivalında Qaysa kənd Mədəniyyət Evinin “Cahan” folklor kollektivi müvəffəqiyyətlə çıxış edərək diplomla təltif olunub və “Xalq kollektivi” adına layiq görülüb. İncəsənət məktəbinin Xoreoqrafiya şöbəsinin “Şənlik” rəqs qrupu II Respublika rəqs festivalında iştirak edərək Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb. Qaliblər Bakıda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş tədbirdə də iştirak ediblər. Fortepiano şöbəsinin III sinif şagirdi Əhmədova Dünya Vaqif qızı istedadlı uşaqların arasında “Pöhrə” müsabiqəsinin televiziya layihəsinin qalibi olub. Şəki şəhəri Respublika Atçılıq Turizm Mərkəzində keçirilən və artıq ənənə şəklini almış VI Milli Atüstü Oyunlar Festivalında rayonun komandası da iştirak edir. May və dekabr ayında keçirilən yarışda rayonun komandası «Çövkən» oyunu üzrə III yerə çıxaraq Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatına layiq görülüb. Rayonumuzda 24 millətin nümayəndəsi yaşayır. Keçirilən bütün tədbirlərdə onların milli adət-ənənələri və mədəniyyəti təbliğ olunur. Bunun nəticəsidir ki, şöbənin nəzdində milli azlıqlardan üstünlük təşkil edən avarlara məxsus “Cahan” folklor ansamblı və “Təbəssüm” rəqs qrupu, ingiloylara məxsus “Şəlalə” rəqs qrupu yaradılıb ki, onların tərkibi 60 nəfərə yaxındır. Şöbənin nəzdində olan “Əks-səda” instrumental ansamblının bədii rəhbəri, rayonun Şambul kənd Mədəniyyət Evində bədii rəhbər işləyən avar xalqının nümayəndəsi Bəxtiyar Kantayev 2008-ci ildə “Dağıstanın Əməkdar artisti” adına layiq görülüb.
- Gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsi ilə
bağlı hansı işlərin görülməsi daha məqsədəuyğundur?
-
Çox vacib və aktual olan bu məsələ ilə
bağlı hər birimiz üzərimizə düşən
işi məsuliyyətlə görməliyik. Gənclərimizi
vətənpərvərlik ruhunda tərbiyə
etməliyik. Onlara milli-mənəvi dəyərlərimizi,
qədim və zəngin mədəniyyətimizi çatdırmalıyıq
və bunun üçün
bütün mümkün
vasitələrdən istifadə etmək vacibdir.
Mədəniyyət və Turizm
Şöbəsi olaraq biz
də bu istiqamətdə
çalışırıq. Rayonumuzda
yerləşən «N» saylı hərbi hissə və 11 sərhəd
zastavasını hamiliyə götürmüşük.
Tərtib olunmuş qrafikə əsasən
mədəni-maarif müəssisələri
vaxtaşırı və bayram ərəfəsində
sərhəd zastavalarında olaraq onlara maddi və mənəvi
yardım göstərir. Belə ki,
bayram tədbirləri rayonda
yerləşən hərbi hissələrdə geniş şəkildə qeyd
edilir, müəssisələrdə
keçirilən kütləvi tədbirlərə əsgər
və zabitlər dəvət olunur. Şöbəmiz ildə 4 dəfə gənclərin
həqiqi hərbi xidmətə
çağırışının yüksək səviyyədə təşkilinə nail olur,
çağırışçı gənclərin hərbi
xidmətə yola salınmasını daim diqqət mərkəzində saxlayır, rəngarəng
konsert proqramları təşkil edilir. «Əks-səda», «Şimşək», «Gənclik»,
«Ümid», «Ulduz», «Sevinc», «Nihat» və «Balakən»
instrumental və xalq
çalğı alətləri ansambllarının
çağırışçılar qarşısında
çıxışları təmin olunur.
Odur ki, həmişə
hərbi xidmətə çağrılan gənclər
yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola salınırlar. Vətənpərvərlik
və hərbi-hamilik sahəsində şöbə tərəfindən
keçirilən bütün tədbirlərə
hərbi komissarlıq, ehtiyatda olan zabitlər və hərbi hissədən
nümayəndələr dəvət edilir,
mədəniyyət müəssisələri hərbçilərə
göstərilən mədəni-xidmət işinə
görə hərbi hissənin rəhbərliyi tərəfindən
təşəkkür məktubları və fəxri fərmanlar
alıb.
-
Rayon ərazisində nə qədər tarixi abidə var?
- Rayon ərazisində 100-ə yaxın tarix və mədəniyyət abidələri aşkar edilib, bu abidələrdən 43-ü dövlət qeydiyyatına alınıb və həmin abidələr 4 tarixi abidə mühafizəçiləri arasında bölünüb. Onların rəhbərliyi ilə bütün memarlıq və arxeoloji abidələrə qoruyucu lövhələr vurulub. Dövlət qeydiyyatına alınmış abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si arxeoloji, 23-ü yerli əhəmiyyətli, 11-i momimental xatirə abidələridir. 29 abidə isə dövlət qeydiyyatına alınmayıb. Yeni aşkar olunmuş abidələr və rayonda mövcud olan heykəllər, büstlər, monumental abidələr haqqında məlumat və fotoşəkillər Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinə, Balakən rayonuna məxsus Azərbaycan Turizm Məlumat Portalı işlənərək nazirliyin Turizm şöbəsinə göndərilib. Bu abidələr içərisində yalnız Minarəli məsciddə nazirlik tərəfindən təmir və bərpa işləri aparılıb, yerdə qalanların təmir və bərpa işlərinin aparılmasına böyük ehtiyac var. Yerli özünüidarə orqanı olan bələdiyyələrlə əməkdaşlıq edir, tədbirlərində yaxından iştirak edirik. Rayon ərazisində yerləşən tarix və mədəniyyət abidələrinə gedən yolların abadlaşdırılmasında və abidə ətrafında təmizlik işlərinin aparılmasında bələdiyyələrin gücündən istifadə edilir.
- Hansı problemləriniz var?
-
Problemlərə gəldikdə isə onu deyə bilərəm
ki, rayonun mədəni-maarif müəssisələrinin
maddi-texniki bazası günün tələblərinə cavab
vermir və musiqi alətlərinə, səsgücləndirici
aparatlara böyük ehtiyac var. Şöbənin
nəzdində olan nəqliyyat vasitələri
istifadəyə yararsız olduğundan balansdan
çıxarılıb. Odur ki, şöbənin, MKS, rayon Mədəniyyət Evi
və muzeylərin normal fəaliyyəti üçün mikroavtobusla
təmin olunması yaxşı olardı. Rayonda
qəza vəziyyətində olan Gərəkli,
Talalar, Meşəşambul, Katex-kombinat, Xalatala kənd
mədəniyyət obyektlərinin yenidən tikilməsinə
və Kortala, Qaravəli, Hənifə, Qazma, Tülü, Qullar, Mahamalar, Yeni Şərif, Şərif, Sarıbulaq kənd
mədəniyyət evlərinin əsaslı təmirə
ehtiyacı var. Ötən ilin
smetası əsasında şöbəmiz tərəfindən
rayonun Hənifə kənd Mədəniyyət
Evi və kitabxanasında, MKS-də,
Tarix-Diyarşünaslıq Muzeyində cari
təmir işləri aparılıb. Bunlarla
yanaşı Uşaq incəsənət və
Qabaqçöl qəsəbə musiqi məktəbləri üçün
yeni binaların inşasına böyük ehtiyac var. Klub tipli
mədəniyyət müəssisələrinin mərkəzləşdirilmiş
qaydada şöbədə maliyyələşdirilməsi,
bu müəssisələrin
kateqoriyaları və ştat cədvəllərinin
yenidən işlənməsi məqsədəuyğundur. Mədəniyyət müəssisələrində geniş islahatların aparılması,
yararsız müəssisələrin bağlanması və
onların hesabına klub müəssisələrinə
əlavə ştatların alınması da
yaxşı olardı. Rayonda turizmi inkişaf etdirmək
məqsədilə Turizm İnformasiya Mərkəzinin
yaradılması, ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinin
bərpası və təmirinə, tarix və
mədəniyyət abidələrinin mühafizəçilərinin
sayının artırılmasına ehtiyac
var. Balakən-Zaqatala qoruğunun böyük bir hissəsi Balakən ərazisinə
düşdüyündən və həmin ərazidə çox sayda abidələrin,
təbiət mənzərələrinin və şəlalərin
olduğunu və turistlərin bu istiqamətdə marağını nəzərə
alaraq Balakən qoruğunun
yaradılması üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə razılığın əldə
olunmasına çalışırıq. Mədəni-maarif
müəssisələrində bədii özfəaliyyət
kollektivləri üçün musiqi alətləri və geyimlər, rəqs
kollektivləri üçün milli geyimlər lazımdır. Rayon Mədəniyyət Evi üçün yeni binanın tikilməsi və
avadanlıqlarla təchizinə, kənd bələdiyyələri
və icra nümayəndəliklərinin
balansında olan mədəniyyət
müəssisələrinin təmiri və yanacaqla
təminatına ehtiyac var.
Bütün bunların 2012-ci il ərzində öz
müsbət həllini tapacağına böyük
ümüd bəsləyirik.
Anar Miriyev
Palitra.-2012.-13 mart.- S.11.