Uşaq kitabxanası məktəb yaşına çatmayan uşaqları da oxuçu sıralarına daxil edib

Rəhilə Rzayeva: “Kitabxana informasiya mərkəzi olduğu üçün daima axtarışda olaraq yeni texnologiya, yeni prinsipləri tapmaqla oxucu kütləsini kitabxanaya cəlb edir

 

Layihə çərçivəsində növbəti müsahibimiz M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının direktoru Rəhilə Rzayevadır:

- Bir əsrdən çox tarixi olan M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası (keçmiş V.Q.Belinski adına) bir neçə nəslin nümayəndələrinə yaxşı tanışdır. Nəvələrinin əlindən tutub kitabxanaya gələn nənə-babalar bir vaxtlar özləri də bu kitabxananın oxucusu olduqlarını fəxrlə deyirlər. Belə ki, 122 ildir fəaliyyət göstərən uşaq kitabxanası 1889-cu ildə Bakı Şəhər Duması tərəfindən yaradılıb və ona rus tənqidçisi Belinskinin adı verilib. İlk əvvəl kitabxana fondunu 2739 nüsxə  kitab, qəzet və jurnal təşkil edirdi. Kitabxana fondunun qorunması, onun yeni ədəbiyyatla ardıcıl olaraq komplektləşdirilməsi nəticəsində 1917-ci ildə   kitabxananın fondu artaraq 8557 nüsxə rus, 72 nüsxə xarici ədəbiyyata malik olub ki, bu da oxucu sayını 450 nəfərə çatdırıb. 1918-ci ildə Bakı Xalq Maarif Şöbəsi yanında 226960 nüsxə kitab fonduna malik kitabxana fəaliyyət göstərirdi ki, bunlardan biriBelinski adına Kitabxana idio zaman Belinski adına III Sovet Kitabxanası adlanırdı. Fondda Azərbaycan dilində ədəbiyyat olmadığı üçün oxuculara əsasən rus ədəbiyyatı ilə xidmət göstərirdi. Daha sonra kitabxananın maliyyə çətinliklərini aradan qaldırmaq üçün kitabxana Maarif Komissarlığından çıxarılaraq Mədəniyyət İdarəsinə tabe edilib. Mədəniyyət İdarəsinin tabeliyində kitabxana şəhərdə olan uşaq kitabxanalarına rəhbərlik edirdi. 1965-ci ildə isə kitabxanaya Mərkəzi Şəhər Uşaq Kitabxanası statusu verilib. İllər keçdikcə kitabxana inkişaf edib, zəngin kitab fonduna malik olub. Kitabxananın 7 şöbəsi oxuculara xidmət göstərirdi ki, bunlar Azərbaycan, Kiçik yaşlı/rus, Yuxarı yaşlılar/rus şöbələri, Qiraət zalı, İncəsənət, Kitabişləmə və komplektləşdirmə, Metodiki şöbələrdir. Respublikamız öz müstəqilliyini əldə etdikdən sonra kitabxanamızda da nəzərəçarpacaq dəyişikliklər olub. Belə ki, kollektivin ümumi rəyinə əsasən, Nazirlər Kabinetinə kitabxananın adının dəyişdirilməsi barədə müraciət edilib. 1991-ci ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya görkəmli uşaq şairi, uzun illər kitabxanada işləyən Mirmehdi Seyidzadənin adı verilib. M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası metodiki mərkəz kimi Bakı şəhəri üzrə uşaq kitabxanalarına metodiki köməklik  göstərib.

- Kitabxananın hazırkı fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Kitabxana Bakı şəhəri üzrə geniş oxucu kütləsinə xidmət göstərir. Kitabxana informasiya mərkəzi olduğu üçün daima axtarışda olaraq yeni texnologiya, yeni   prinsipləri tapmaqla oxucu kütləsini kitabxanaya cəlb edir. Belə ki, kitabxana   işçiləri bu məqsədlə müxtəlif kurslardaMilli Kitabxana, Xəzər Universiteti,  Rusiya səfirliyi və eləcə də müxtəlif cəmiyyətlər tərəfindən təşkil edilmiş  təkmilləşdirmə kurslarında, seminarlarda iştirak nəticəsində sertifikat alaraq təcrübələrini artırıblar. 2010-cu ildə isə kitabxana “Ən fəal kitabxana   nominasiyası üzrə fəxri fərmanla təltif olunub. 1999-cu ildə “SOROS” Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqədə “Uşaq aləmi” başlığı altında Mədəniyyət Mərkəzinin yaradılması layihəsi ilə qalib olub, 2000-ci ildə isə həmin cəmiyyət tərəfindən keçirilmiş daha bir müsabiqədə iştirak edibikinci dəfə qalib olaraq qrant alıb. Bu müsabiqədə kitabxananın internet səhifəsinin (“szlibrary@aznet.org”) açılmasında əsas məqsəd uşaq kitabxanasını və kitabxanaya daxil edilmiş uşaq ədədibiyyatını təkcə respublikamızın daxilində deyil, xaricində də tanıtmaq idi. Bu məqsədlə Pribaltikada kitabxana işi ilə əlaqədar olaraq təcrübə yolu keçib. Yeni ədəbiyyatların nəşr olunması ilə əlaqədar kitabxanamızın fondu günü-gündən daha da zənginləşib. Belə ki, kitabxananın fondu il ərzində latın qrafikası ilə yazılmış uşaq ədəbiyyatı, klassiklərin əsərləri, bədii ədəbiyyatlar, tarixi mövzulara dair ədəbiyyatlar və uşaq ensiklopediyaları ilə yanaşı rusingilis dillərində olan ədəbiyyatlarla komplektləşdirilib. Bütün bunlar da kitabxanamızın oxucu sayının artmasını göstərir. Kitabxananın 2011-ci il üçün oxucu sayı 16.500 nəfər, kitab verilişi isə 245 min olub. Hazırda M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında Kütləvi tədbirlər, Böyük rus xidməti, Kiçik rus xidməti, Elektron-informasiya xidməti və Biblioqrafiq proseslərin avtomatlaşdırılması, İncəsənət və Fonetika şöbələri, Qiraət zalı və Uşaq İnformasiya Mərkəzi - Kitab mağazası fəaliyyət göstərir.

- Kitabxanaların inkişafı ilə bağlı sərəncamlara əsasən hansı tədbirlər həyata keçirilib?

- “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü  illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən Azərbaycanda kitabxanaların  fəaliyyətinin yaxşılaşdırılması haqqında 20 aprel 2007-ci il və 2008-ci il 6 oktyabr tarixli sərəncamlar respublika kitabxanalarının müasir səviyyədə təşkili sahəsində köklü dəyişikliklərin həyata keçirilməsinə təkan verib. Proqramın respublikanın kitabxana-informasiya sahəsində mövcud tətbiqi, müasir kitabxana-informasiya strukturunun yaradılması, informasiya xidmətlərinin dünya  standartları səviyyəsinə çatdırılması sahəsində də bir sıra tədbirlər həyata keçirilib. Həmin əsasnaməyə əsasən, 2009-cu il 16 yanvar  tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının nəzdində Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası fəaliyyətə başlayıb. Azərbaycanda ilk layihə olan bu kitab mağazasında Azərbaycan dilində olan nəşrlər, müəllif kitabları ilə yanaşı Moskvadan gətirilmiş rus, ingilis, alman və fransız dillərində kitablar da var. Mağazanın internet səhifəsinə (“www.childcentre.az”) yeni kitabların siyahısı, elanlar yerləşdirilərək geniş oxucu kütləsinə çatdırılır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Rusiyanın Moskva şəhərindən rusxarici dillərdə müxtəlif sahələrə dair  Primyera” nəşriyyatından çox maraqlı kitablar gətirilib. Mağazada bundan başqaAltun”, “Qanun”, “Şərq-Qərb”, “Xəzər”, “Qlobal Publishing”, “Şirvannəşr”, “ÇinarÇapkimi yerli nəşriyyatlardan gətirilmiş ədəbiyyatlar və müəllif  kitabların satışı da təşkil edilib. Mağazada alıcı kütləsində maraq yaratmaq məqsədilə bayram günlərində müxtəlif səpgidə kitablara endirimlər edilir, hədiyyələr verilir. Kitabxanamız uşaq kitabxanası olduğu üçün bir sıra tədris ocaqları ilə əməkdaşlıq edir. O cümlədən 7, 29, 44, 56, 193, 253 nömrəli uşaq bağçaları, 1, 7, 8, 16, 23, 41, 46, 49, 57, 123, 157, 160, 190, 199, 211 saylı orta məktəb şagirdlərinə yeni texnologiyanın tətbiqi, ondan istifadə qaydaları haqqında informasiyalar verir. Uşaq kitabxanası hələ sərbəst yazıb-oxumağı bacarmayan, məktəb yaşına çatmayan uşaqları da çoxdandır ki oxuçu sıralarına daxil edib. Öz adət-ənənəsinə sadiq qalaraq məktəb yaşına çatmış bağça uşaqlarını kitabxanaya çəlb edərək kitabxananı onların mədəniyyət mərkəzinə çevirməyə çalışır. Mütəmadi olaraq uşaq bağçaları ilə sıx əlaqədə işləyir. Kitabxananın prinsipi uşaqları dünyamilli mədəniyyətimizin inkişafına cəlb etmək, mədəniyyətə, vətənə sevgi, elmin bütün sahələrindən baş çıxarmağı bacara biləcək bir nəsil yetişdirmək, onları tərbiyə etməkdir. Bu məqsədlə kitabxanada əyani və şifahi təbliğat formalarından istifadə edilir. Uşaq kitabxanası özunəməxsus adət-ənənəsinə sadiq qalaraq keçirilən bütün tədbirlərdə iştirak edən uşaqlara hədiyyələr verilir. Oxucuları kitabxanaya cəlb etmək, kitaba, mütaliəyə marağı artırmaq məqsədilə bir çox tədbirlər planı həyata keçirilir. Belə ki, kitabxanada səkkiz ildən artıqdır ki, ənənə halını alanİlin fəal oxucusu” başlığı altında kecirilən tədbirdə oxucular diplomla təltif edilir, hədiyyə verilir.  

 

Nigar Abdullayeva

Palitra.-2012.-14 mart.-S.6.