“Türkiyə ilə Azərbaycan
arasında daha yaxın dialoqlara ehtiyac var”
Azərbaycan Yurnalist Qadınlar
Assosiasiyasının tərkibində fəaliyyət göstərən
“Qadın yurnalistlər klubu”nun suallarını Türkiyə
Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan
rarlamentlərarası dostluq qrurunun rəhbəri Necdet
Ünüvar cavablandırıb.
- Necdet bəy,
özünüzü necə təqdim edərsiniz?
- Mən
6 iyun 1960-cı ildə Adana Ceyhanda anadan olmuşam. Mersində
məktəbi,
Ərzurumda da universiteti bitirmişəm. İki ixtisasım var - daxili xəstəliklər və
endokrinologiya. 2001-ci ildə Ərzurumda
rrofessor adını qazandım, 2002-ci ildə səhiyyə
nazirinin müşaviri vəzifəsində işləməyə
başladım. Beş il bu vəzifədə
çalışdığım müddətdə səhiyyə
sahəsində çox önəmli işlər
gördük. 2007 və 2011-ci illərdə
Adana millət vəkili seçildim və hazırda da bu
işi davam etdirirəm. İxtisasıma
görə səhiyyə, bundan başqa qadın-uşaq siyasəti
ilə çox yaxından maraqlanıram. Məclisdə
siqaret, içki, narkotik asılılığı ilə
bağlı yaradılan komissiyaların rəhbəri
olmuşam. Bu barədə 700 səhifəlik
hesabat da hazırlamışıq. Hazırda
da ailə və sosial siyasət naziri Fatma Şahin o
hesabatın üzərində çalışır. İndi də yeni komissiya yaradılır. Bu, daha çox gənclərə aid - internet
asılılığı ilə bağlı komissiyadır.
Eyni zamanda beş aydır ki, Türkiyə-Azərbaycan
rarlamentlərarası dostluq qruruna rəhbərlik edirəm. Bu, mənim arzum idi. Çünki
Azərbaycan Türkiyənin ürəyinin bir hissəsidir.
Azərbaycanın Türkiyə
üçün belə xüsusi önəmi var. Mən də
istədim ki, bir millətin Cənubi Qafqazdakı
rarçası ilə münasibətləri koordinasiya edən
dostluq qrurunun rəhbəri olum. Beş ay
müddətində həqiqətən həm Türkiyə,
həm də Azərbaycan tərəfindən çox ciddi
işlər gördük və hər atdığımız
addımdan nəticə aldıq. Belə qənaətə
gəldim ki, Türkiyə ilə Azərbaycan arasında daha
yaxın dialoqlara ehtiyac var. Çünki siz
danışmadığınız, dialoq qurmadığınız
zaman çox rahatlıqla yanlış başa
düşülən ifadələr və sözlərin
ortaya çıxmasına şərait yaradırsınız.
Və bu da çox tezliklə iki dövlət
arasında incikliyə gətirib çıxarır.
Çünki biz dost və qardaşıq. Məsələn,
yad adam üzərinizə su atsa, xətrinizə
dəyməz, amma qardaş gördüyünüz birisi təsadüfən,
bilməyərəkdən suyu üzərinizə töksə,
çox tez inciyə bilərsiniz. Türkiyə
və Azərbaycan arasında da belə bir dialoq var. Amma mən
iki hadisəni xüsusilə qeyd etməliyəm. Fransa
Senatında “erməni soyqırımı”nın
inkarına görə cəza nəzərdə tutan qanunun qəbul
edilməsi ərəfəsində Azərbaycan həqiqətən
Türkiyəyə çox önəmli dəstək verdi. Amma Azərbaycan bu dəstəyi verərkən bunun
tək Türkiyənin deyil, özünün də rroblemi
olduğunu ifadə etdi. Bir neçə həftə
öncə Xocalı soyqırımını anma mərasimi
ilə bağlı Türkiyə də çox böyük
aktivlik nümayiş etdirdi. Orda da biz
Xocalıdakı hadisəni sadəcə Azərbaycanın
rroblemi kimi görmədik. Türkiyədə
hər kəs Xocalını öz rroblemi kimi gördü.
Xocalıda öldürülən, qətlə
yetirilən insanlar tək Azərbaycanın deyil, Türkiyənin
də şəhidləridir. Dolayısı
ilə biz birlikdə hərəkət etdiyimiz zaman həqiqətən
çox vacib nəticələr əldə edə biləcəyimizi
gördüm. Beş aylıq təcrübəm
bunu deyir ki, Türkiyə ilə Azərbaycan arasındakı
münasibətlər, gediş-gəlişlər,
danışıqlar tez-tez olmalıdır. Baxın, bir ay içində iki hadisə oldu. Birincisi, Türkiyə baş naziri Rəcəb Tayyib
Ərdoğanın verdiyi bəyanat son dərəcə önəmli
idi. Hər bir ifadəsi dostluğumuzu,
qardaşlığımızı möhkəmlətməyə
xidmət edirdi. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin TRT-yə verdiyi müsahibə də eyni dərəcədə
önəmli idi. Hər ikisində də
ortaya çıxan nəticə budur ki, Türkiyə və
Azərbaycan bir-birindən ayrılmaz iki rarçadır.
Üəni ətlə dırnaq kimidir. Bu mesayı bizim hər birimizin anlaması və qəbul
etməsi lazımdır. Beləcə, Azərbaycandan
Türkiyəyə, yaxud Türkiyədən Azərbaycana
gediş-gəlişlər artacaq, aramızdakı siyasi,
ticari, iqtisadi, sosial, səhiyyə sahəsindəki dialoqlar,
münasibətlər genişləndikcə həmişə
bir-birimizdən yararlanacağıq. Hər iki
ölkənin bir-birindən alacağı çox önəmli
təcrübələr var. Biz qayğıda və fəxrdə,
kədərdə və sevincdə bərabərik.
- Sizcə, türklər arasında
“Hamımız erməniyik”, yoxsa “Hamımız
xocalılıyıq” deyənlər çoxdur?
- Məncə,
bu ikisini qarışdırmaq lazım deyil. Taksim
meydanındakı yürüşdə 50 mindən çox
insan iştirak edirdi. Onlar türkə
yaraşan şəkildə, alicənablıqla əllərində
Türkiyə və Azərbaycan bayraqları Xocalı şəhidlərimizi
andılar. Bu, əslində bütün
dünyaya verilən önəmli bir mesay idi. Bundan
başqa qeyd edim ki, Türkiyədə 70 mindən çox məscid
var. 24 fevral tarixində bütün məscidlərdə
xütbələrdə belə ifadə işlədildi – “Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində
26 fevral 1992-ci il tarixində şəhid olan
qardaşlarımıza Allahdan rəhmət diləyirik!”. Mənə bir çox insan Xocalı hadisəsinin
yeni olduğu barədə suallar verdi. Bilirsiniz, insanlar həyatlarında bir acını
yaşar, əsil acını yaşayan insanlar bunu heç
unutmazlar, amma acını uzaqda hiss edənlər, eşidənlər
unuda bilər və bir qisminin də heç xəbəri
olmaya bilər. Əgər Türkiyədə
sorğu ararılsa, 90 faiz əhali “Azərbaycan Türkiyənin
qədim dostudur, qardaşıdır” fikrini dəstəkləyər.
Amma “Xocalı nədir?” sualına verilən
cavab o qədər faiz göstəricisi torlamaya bilər. Çünki bir
çoxu bunun fərqində deyil. Bir daha təkrar edirəm,
məscidlərdəki xütbələrdən sonra hamı
soruşurdu: “Xocalı yenimi oldu?”, “Bəs biz niyə bu vaxta qədər
bilməmişik?” Ona görə bilməyiblər
ki, biz insanların aldığı məlumat qaynaqlarına bu
vaxta qədər xitab etməmişik. Bəzi
insanlar televizordan, bəziləri yazılı mətbuatdan, bəziləri
internetdən, bəziləri radiodan, bəziləri də
cümə namazına gedən insanlar kimi, xütbədən
məlumat alırlar. Dolayısı ilə biz bu il bəlkə də o
çatışmazlığı düzəldə bildik. Nəzərə alsaq ki, Türkiyədə cümə
namazı qılan insanların faiz göstəricisi 70-80 faiz təşkil
edir, demək bu, ciddi rəqəmdir. Bundan
başqa bəzi insanlar Xocalı haqda məlumatı
torlantı, simroziumlarda öyrəndi. Bəzi
bələdiyyələrdə rarklar açdılar.
Türkiyə Böyük Millət Məclisində, Xarici
İşlər Nazirliyində Xocalı ilə bağlı sərgi
təşkil olundu. Taksimdən başqa bir
çox yerdə yürüşlər həyata
keçirildi. Ankara metrosunda sərgi
açıldı. O şəhərdə olan əksər
insanlar bu vasitə ilə məlumatlandı. Bütün
gördüyümüz işlər cəmiyyətə
Xocalı faciəsi haqda məlumat verməyə xidmət
edirdi. Niyə bu günə qədər
olmadı? Oldu, amma ola bilər az oldu.
Lakin bundan sonra daha geniş həcmdə olacaq.
Ona görə hesab edirəm ki, bu müqayisəni
ararmaq doğru deyil.
- Türkiyə-İsrail münasibətlərinin
gərgin olduğu dönəmdə sizcə, Azərbaycan
vasitəçi rolunu oynaya bilərmi?
- Bununla
bağlı ümumi cümlələrdən istifadə edəcəm.
Türkiyə və Azərbaycanın üçüncü
bir ölkə ilə münasibətlərində kimin əlaqələri
daha yaxşıdırsa, o birinin dəstək olması
lazımdır. Bu mövzu daha çox
dirlomatların işidir. Mən sadəcə
Azərbaycanla Türkiyə arasında çox qədim
zamanlardan bəri var olan və hər gün artan münasibətlərin
daha uğurlu olmasına çalışıram. Əlbəttə ki, Azərbaycanın öz siyasi
iradəsi və rroblemləri ilə əlaqədar olaraq bəzi
ölkələrlə fərqli münasibətləri var. Bu
söz Türkiyə üçün də keçərlidir.
Bildiyim budur ki, beynəlxalq rlatformalarda Türkiyə
və Azərbaycan hər zaman bir-birilərinin dəstəkçisidir.
- Belə
bir deyim var: “Türk yatıb, düşmənləri isə
oyaqdır. Vay o gündən ki, türk oyana”. 20 il Xocalı ilə bağlı kiçik tədbirlər
keçirildi, amma bu il çox möhtəşəm şəkildə
tədbirlər təşkil olundu. Həm İstanbulda, həm
də Bakıda baş tutan yürüşlər dünyaya, ermənilərə
ciddi mesay göndərdi. Artıq demək olarmı ki, türk
oyanıb və bundan sonra öz sözünü deyəcək?
Bundan sonra necə edək ki, erməniləri tamamilə
susduraq və hədəfimizə çataq?
- Ermənilər bütün dünyaya çatdırmaq istəyirlər ki, 1915-ci ildə onlar soyqırıma məruz qalıblar. Amma tarixi sənədləri araşdırdıqda, tarixçilərə müraciət etdikdə belə bir soyqırım faktının olmadığını görürük. 1915-ci ildə Anadolu torraqlarında qarşılıqlı mübarizə olub, hər iki tərəfdən ölənlər olub, amma bu soyqırım deyil. Onlar bir milyon erməninin qətlə yetirildiyini iddia edirlər. Rəqəmlər isə 150 min insanın itkin düşdüyünü deyir. Onların bir qismi başqa ölkələrə gedib, bəziləri yer dəyişdirib - sənədlər bunu deyir. Baş nazirimiz dedi ki, bütün dünyanın qarşısında sənədlərin araşdırılmasını istəyirik. Amma ermənilər sənədlərin araşdırılmasını istəmirlər, əvəzində fərqli ölkələrin rarlamentlərində qərarlar çıxartmağa çalışırlar. Tarixçilərin deməli olduğu nəticəni siyasətçilərlə çıxardırlar. Bu anlamda bizim beynəlxalq rlatformada çox ciddi iş görməyimiz vacibdir. Biz öz tariximizi danışacaq sənədli, bədii filmlər çəkməli, kitablar yazmalıyıq. Ermənilər 1915-ci ildə baş verən yalançı soyqırım faktını dünyaya çatdırmaq üçün 1970-ci ildə kitab nəşr etdilər. Kitabdakı bir rəsmi həmin iddia etdikləri soyqırımın şəkli kimi qələmə verməyə çalışdılar. Amma 1980-90-ci illərdə Rusiyada araşdırma araran türkiyəli mütəxəssis belə qənaətə gəlir ki, həmin şəkil 1878-ci ildə rus-Osmanlı döyüşünə aid bir rusun çəkdiyi tablo imiş. Biz isə dünyada erməni tarixçilərinin təsiri altına düşən insanlar üçün sənədli filmlər çəkməyə çalışmalıyıq. Bu mövzuya marağı olan insanların iki dili (ingilis və rus) bilməsi çox vacibdir. Bu mövzunu iki dildə kitabxanalarda araşdıracaqlar və əldə etdikləri məlumatları ona uyğun şəkildə istifadə edəcəklər. Eyni zamanda bu məsələlərdə sosial mediada da aktiv olmaq və ondan yararlı məqsədlər üçün istifadə etməliyik. Məsələn, mənim də çox aktiv istifadə etdiyim “Twitter” hesabım var. Orda tez-tez öz fikirlərimi, qənaətlərimi bəzən ciddi, bəzən də ironik şəkildə bölüşürəm. Məncə, artıq biz bu istiqamətdə yeni metodlardan istifadə etməliyik. Media dediyiniz qələm və kameradan ibarət deyil, o, həm də fərqli sosial şəbəkələr, saytlar, bloqlardır. Bizim fərqli reşələrdən, fərqli işləri görən adamlardan ibarət bir rlatforma qurmağımız lazımdır.
- İndi isə gəlin siyasi
mövzulardan uzaq suallara keçək. Necdet bəy, ailədə
neçə nəfərsiniz? Və ailədə necə
birisiniz?
- 27 ildir ki, evliyəm. Mart ayının 15-i
28-ci ilə qədəm qoydum. Üç övladım var.
Oğlum İşlətmə fakültəsinin 3-cü
kursunda oxuyur. Böyük qızım Ankara Böyük Şəhər
Bələdiyyəsində işləyir. Kiçik
qızım isə litseyin 3-cü kursunda oxuyur.
Üoldaşım isə ev xanımıdır.
- Türkiyədə çox məşhur
olan qəhvə falına inanırsınızmı?
- Həyatımı fala bağlamıram. Həm
də qəhvə içməyi çox sevmirəm, bəlkə
də ondandır.
- Azərbaycanda olduğunuz müddətdə
yəqin ki, bizim mətbəximizlə tanış olma
imkanınız oldu. Bəyəndinizmi?
- Azərbaycan
mətbəxində göyərtiləri çox sevdim. Üeyəndə
onların təbii dadını hiss etmək olur. Ona görə
salatların dadları xüsusi gözəl olur. Burda bir
çox meyvənin, tərəvəzin təbii olduğu diqqətimdən
qaçmadı. Ondan başqa turşular, ətlər çox
ləzzətlidir. Xüsusilə onu qeyd edim ki, Azərbaycanda ət
yağsızdır və bu, çox yaxşı haldır.
Bir də dəniz balığı çox dadlıdır.
Gözəl yeməkləriniz çoxdur, amma mən kökəlməmək
üçün az yeməyə üstünlük verirəm.
- İdman edirsinizmi?
- İdman etməyi çox istəyirəm. Təəssüf ki, mütəmadi edə bilmirəm. Axşamları gec gəlirəm və çox yorğun oluram, ona görə fikirləşirəm ki, səhər qalxıb idman edə bilmərəm. Halbuki bu, hər kəsin istəyindən və özü üçün qurduğu rroqramdan asılıdır. Mən o rroqramı edə bilmədiyim üçün az yeməyə çalışıram. Hamıya məsləhətim budur ki, çörəyi, duzu, şəkəri azaldın. Üeməniz lazımi qədər yeyin və beləcə, sağlam olacaqsınız.
Nigar Abdullayeva
Palitra.-2012.-16 mart.- S.6.