«Muzeyimizdə Balakənin tarixini
əks etdirən qiymətli eksponatlar qorunur»
Xəlifə Mirəliyev:
«Tarix-Diyarşünaslıq Muzeyinin əsas fonduna daxil olan
tarixi-etnoqrafik, məişət əşyalarından ibarət
səyyar sərgilər təşkil olunur»
Layihə çərçivəsində müsahibimiz Balakən Rayon
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevdir: - Balakən Rayon
Tarix-Diyarşünaslıq Muzeyi 1984-ci ildə
yaradılıb. Şəraitin uyğunsuzluğundan
1996-cı ildə muzeyin fəaliyyəti
dayandırılıb. 2001-ci ilin yanvar ayında mədəniyyət nazirinin əmri ilə muzeyin
fəaliyyəti bərpa olunub. Hazırda muzey uyğunlaşdırılmış binada yerləşdirilib. Muzeydə 102 növ bitki, 46 növ ağac
kolleksiyası nümayiş etdirilir. Muzeyin fondu 4305 ədəd eksponat
təşkil edir. 2011-ci ilin
sonunda eksponatların sayı 2300-dən
4305-ə çatdırılıb. Daxil olunmuş eksponatlar
bağışlanma və hədiyyə yolu
ilə toplanıb. Ötən il Balakən
rayonunun Qazma kəndi ərazisində
bir qrup arxeoloji tədqiqatçılar tərəfindən
aparılan qazıntılar zamanı aşkarlanmış tapıntılar
muzeyə gətirilib. Aşkar olunmuş tarixi eksponatların e.ə. I minilliyə aid olduğu ehtimal olunur. Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən
rayonun Kortala kəndinin Qızıl-Hacılı
yaşayış yeri
və nekropolunda aparılan qazıntılar
nəticəsində e.ə.
4-3-cü əsrlərə aid qəbir aşkar edilib. Həmin qəbrin fotoşəkli
çəkilərək olduğu
kimi AMEA əməkdaşları
tərəfindən muzeydə
quraşdırılıb. Bu qəbir o dövrdə
mövcud olan dini adət-ənənələr,
dəfn mərasimləri
haqqında məlumat almaq baxımından əhəmiyyətlidir. Muzeydə nümayiş
olunan Tunc dövrünə aid nizə
ucluqları, təbərzin,
xəncərlər ekskursiyaçıların
marağına səbəb
olur. Numizimatika bölməsində çar
Rusiyası dövründə,
Zaqafqaziya Seymi zamanı işlədilən
kağız pul və gümüş pul nümunələri eksponatlar
içərisində ziyarətçilərin
diqqətini cəlb edir. Muzeydə təbiət guşəsi,
Zaqatala üsyanının
başçısı Hacı
Murtuza aid guşə,
rayonumuzun dini inancını əks etdirən guşə, musiqi guşəsi və məhsul nümunələrindən ibarət
guşə yaradılıb.
Muzeyimizdə Balakənin tarixini
əks etdirən qiymətli eksponatlar qorunur.
- Muzeyiniz hansı tədbirlərin keçirilməsinə üstünlük
verir?
- İl ərzində
muzeyimizdə müxtəlif
tədbirlər keçiririk. Bütün tarixi-əlamətdar
günlərlə bağlı
tədbirlər keçirməyə
çalışırıq. Eyni zamanda rayon səviyyəli
tədbirlərdə də
fəal iştirak edirik. Ötən ilin sonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
və Yeni il bayramı
münasibətilə Tarix-Diyarşünaslıq
Muzeyində böyük
tədbir təşkil
etdik. Yanvar ayında 20 Yanvar faciəsi ilə əlaqədar şəhidlərimizin
anım tədbirlərinin
keçirilməsini, Vətən,
müstəqillik uğrunda
savaşmağın müqəddəsliyinin
təbliğ olunmasının reallaşdırılmasını
özümüzə borc
bilirik. Muzeyimizdə
rayon Uşaq Texniki Yaradıcılıq Mərkəzi
ilə birlikdə 20 Yanvar faciəsinin ildönümü münasibətilə
“20 Yanvar xalqımızın
qan yaddaşıdır”
başlığı altında
dəyirmi masalar təşkil edirik. Həmin dəyirmi masalarda çıxış
edən rayon ziyalıları
20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında silinməz
iz buraxdığından,
başda Sov.İKP MK-nın baş katibi, xəyanətkar və məkrli M.S.Qorbaçov olmaqla
SSRİ-nin bir qrup mürtəce niyyətli rəhbərliyinin
erməni seperatçıları
ilə birləşərək
Bakıda dinc əhaliyə tutduqları
qanlı divandan, günahsız insanların
məhv edilməsindən,
bu faciənin dünya ictimaiyyətinə
çatdırılması üçün ümummilli
lider Heydər Əliyevin Moskvada labüd təhlükələrə
baxmayaraq azərbaycanlıları
bir yerə toplayaraq bəyanət verməsindən, sonradan məhz Heydər Əliyevin təşəbbüsü
ilə 1993-cü ildə
Azərbaycan Respublikasının
Milli Məclisində
20 Yanvar faciəsinə
hüquqi qiymət verilməsindən geniş
söhbət açırlar.
Müzakirələrdə Uşaq
Texniki Yaradıcılıq
Mərkəzinin direktoru
X.Qarayeva, Tarix-Diyarşünaslıq
Muzeyinin fond müdiri S.İsakova, tərtibatçı
rəssam T.Ramazanova, rayon qəzetinin
redaktoru S.Hüseynov da Qanlı Yanvar
faciəsi ilə bağlı çıxışlar
ediblər. Bildiyiniz kimi, bu il Xocalı soyqırımının 20 ili
tamam oldu. Faciənin 20
illiyinin keçirilməsi
ilə bağlı dövlət başçısı
müvafiq sərəncam
imzalamışdı. Sərəncamdan irəli gələrək
ötən ay Xocalı
soyqırımı ilə
bağlı geniş tədbirlər həyata keçirdik. Tarix-Diyarşünaslıq Muzeyində “Xocalı əsrimizin ən dəhşətli faciəsidir”
başlığı altında
dəyirmi masa təşkil olundu. Dəyirmi masada
çıxış edənlər
ermənilərin Azərbaycan
xalqının başına
gətirdiyi müsibətlərdən
ürəkağrısı ilə danışdılar.
Tədbirin gedişatında elmi işçi Etibar Çompuzov da çıxış edərək Xocalı soyqırımı haqqında
öz fikrini bildirdi. Eləcə də 31 MartSoyqırım
Günü ilə əlaqədar rayonumuzda və muzeyimizdə tədbirlər həyata keçirilir. Rayon miqyasında keçirilən
tədbirlərdə muzeyimizin
işçiləri aktiv
şəkildə iştirak
edirlər. Mart ayı bizim üçün tədbirlərin
keçirilməsi baxımından
çoz zəngin olur. Hər il Balakənin
Mərkəzi Mədəniyyət
və İstirahət
Parkında rayon səviyyəli
Novruz şənliyi təşkil olunur. Şənliyin tərtibatında Tarix-Diyarşünaslıq Muzeyinin
əsas fonduna daxil olmuş tarixi-etnoqrafik, məişət
əşyalarından ibarət
səyyar sərgi təşkil olunur. Sərgiyə baxmaq üçün
cəlb olunmuş tamaşaçılara ətraflı
məlumat verilir.
May ayı ərzində
Tarix-Diyarşünaslıq Muzeyində ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə
dəyirmi masa təşkil edilir. Dəyirmi masada
Heydər Əliyev irsinin gənc nəslə çatdırılması,
təbliğ edilməsi
haqqında müzakirələr
aparılır. Faşizm üzərində
Qələbənin ildönümlərinin
qeyd edilməsini də unutmuruq. Müharibə veteranlarının və Tarix-Diyarşünaslıq
Muzeyi işçilərinin
iştirakı ilə
“Biz qələbənin varisiyik”
başlığı altında
dəyirmi masalar təşkil edirik. Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi
veteranları müharibədə
keçdikləri ağır
günlərdən söhbət
açaraq 9 May Qələbə
Gününün böyük
sevinc və fərəh hissi olduğunu qeyd edir, bu əlamətdar
günün veteranlar üçün dünyaya
yenidən gəldikləri
gün kimi yaddaşlarında həkk
olunduğunu bildirirlər.
Hesab edirəm ki, veteranlarla belə görüşlərin keçirilməsi
çox vacibdir.
Nəzərə alsaq ki, torpaqlarımızın 20 faizi
erməni işğalı
altındadır və
ölkəmiz müharibə
şəraitində yaşayır,
o halda veteranların qələbə yolunu gənclərə çatdırmaq,
bir daha xatırlamaq mühüm əhəmiyyət kəsb
edir. Bu həm
də gənclərimizin
vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da əhəmiyyətlidir. Silahlı Qüvvələr
Günü ilə əlaqədar olaraq muzeymizdə də Azərbaycan Ordusuna həsr olunmuş xüsusi guşə yaradılır. May ayının 10-da rayonda keçirilən “Gül bayramı”nda aktiv şəkildə iştirak
edirik. Həmin tədbirdə muzey
işçiləri də
iştirak edir və eksponatlar müxtəlif növ güllərlə bəzədilərək
nümayiş olunur ki, bu da
rayon sakinləri tərəfindən
həmişə böyük
maraqla qarşılanır.
- Mədəniyyətimizin
təbliği istiqamətində
hansı işlər həyata keçirirsiniz?
- Muzeyimiz Azərbaycan mədəniyyətinin təbliğ edilməsi istiqamətində işini həmişə müasir tələblər səviyyəsində qurmağa çalışır. Keçirdiyimiz hər bir tədbir bizim üçün mədəniyyətimizi təbliğ etmək yönündə bir fürsətdir. Məsələn, Beynəlxalq Muzeylər Günü ilə bağlı təşkil edilən tədbirlərimizdə bu baxımdan diqqət çəkə bilər. Belə ki, rayonun kənd və şəhər məktəblərinin şagirdlər və müəllim heyətinin, ictimaiyyət nümayəndələrinin, müxtəlif peşə sahiblərinin iştirakı ilə “Muzeylər - Sosial Harmoniya” adı altında keçirilən tədbirimizaxşam saatlarınadək davam edir və iştirakçıların böyük marağına səbəb olur. Bu tədbir mədəniyyətimizin bir parçası olan muzeylərin işinə həsr olunur. Digər tərəfdən rayon Mərkəzləşmiş Kitabxana Sistemində «Kitab bayramı» ilə əlaqədar keçirilmiş tədbir proqramında Tarix-Diyarşünaslıq Muzeyinin müxtəlif eksponatlarından ibarət səyyar sərgi təşkil edilir.
Anar Miriyev
Palitra.-2012.-16 mart.-S.11.