«Neftçalada
istedadlı gənclərin aşkar
olunması üçün müxtəlif
müsabiqələr həyata keçirilir»
Cahangir Abdullayev: «Gənclərimizin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunması üçün onlar muzeydə və kitabxanalarımızda keçirilən tədbirlərə cəlb olunurlar»
Layihə çərçivəsində müsahibimiz Neftçala Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri vəzifəsini
icra edən Cahangir Abdullayevdir:
-
Neftçala Rayon Mədəniyyət və Turizm Şöbəsində
93 şəbəkə var. Bu müəssisələrdə ümumilikdə 464 nəfər
işçi çalışır.
Şöbənin fəaliyyət dairəsini Mədəniyyət
və İncəsənət Sarayı, rayon Mədəniyyət Evi,
11 mədəniyyət evi, 19 klub, 52 kitabxana, Uşaq İncəsənət Məktəbi,
Heydər Əliyev Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Tarixi Abidələrin Mühafizəsi və H.Cavid adına mədəniyyət və
istirahət parkı təşkil edir. Mədəniyyət müəssisələrində
çalışan 464 nəfərin 49 nəfəri ali, 204 nəfəri orta ixtisas, 211 nəfəri isə orta
təhsillidir. İşçilərin 345 nəfəri
qadın, 119 nəfəri isə kişidir.
Əlamətdar və bayram günləri,
tarixi hadisələr və yubileylərlə
bağlı şöbə və onun
müəssisələri hazırladıqları iş planlarına uyğun
olaraq bir sıra tədbirlər
həyata keçirirlər. Belə ki, Mədəniyyət və İncəsənət
Sarayında ulu öndər Heydər
Əliyevə həsr edilmiş musiqili ədəbi-bədii gecə, 26 fevral Xocalı faciəsi ilə bağlı
“Xocalı faciəsini unutmayaq” mövzusunda ədəbi-bədii gecə,
Dövlət Rəsm Qalereyasında “Müstəqillik
işığında” adlı fotosərgi təşkil olunub. Ötən ilin sonunda Mədəniyyət və İncəsənət
Sarayında “Muzey əhəmiyyətli əşyaların
toplanması və elmi cəhətdən
öyrənilməsi”nin yekunlarına həsr edilmiş
elmi-praktik konfrans keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni
il bayramları münasibətilə
sarayın zalında konsert-tamaşa olub. Tədbirlərimizin daha baxımlı olması üçün
vətəndaşların rəy və təklifləri hər
dəfə nəzərə alınır, tədbirin təbliğatına,
bədii tərtibatına, tamaşaya dair sərgilərin, fotostendlərin və bəzi
məlumatların hazırlanmasına ciddi
fikir veririk.
Keçirilən tədbirlərdə texniki
vasitələrdən geniş istifadə olunur, kinofilmlərdən, sənədli filmlərdən
parçalar nümayiş
etdirilir. Hər bir tədbirdə vətənpərvərlik tərbiyəsi
və adət-ənənələrimizin təbliği, milli dəyərlərimizin inkişafı və
qorunub saxlanılması əsas məqsəd
kimi qarşıya qoyulur.
Ötən il dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü
münasibətilə şöbə və onun mədəni-maarif müəssisələrində
tədbirlər planına uyğun olaraq bir sıra işlər
həyata keçirilib. Belə ki, X.Məmmədov adına Mədəniyyət
və İncəsənət Sarayında müstəqilliyimizin
20-ci ildönümünə həsr olunmuş
konsert və musiqili-ədəbi bədii
gecə təşkil olunub. MKS-də və
onun filial müəssisələrində
bu mövzuda sərgilər,
biblioqrafik xülasələr, şeir müsabiqəsi, məlumat günü və dəyirmi masa
keçirilib. Tarix-
Diyarşünaslıq Muzeyində “Müstəqilliyimiz əbədidir”
mövzusunda keçirilmiş
tədbirdə kitab sərgisi və fotosərgi
böyük maraqla
qarşılanıb. Eyni zamanda
Rəsm Qalereyasında “Müstəqilliyin
işığında” mövzusunda
Neftçalanın sosial-iqtisadi
inkişafına həsr olunmuş 55
fotoşəkil nümayiş etdirilib. Uşaq İncəsənət
Məktəbində uşaqların əl işlərindən
ibarət rəsm əsərlərinin sərgisi və mərkəzi
parkda konsert təşkil
edilib. Dövlətimiz gənclərə böyük diqqət və qayğı
göstərir. Neftçalada da bu məsələyə
xüsusi önəm verilir.
Belə ki, yeniyetmə və gənclərin
hərbi vətənpərvərlik tərbiyəsinə xidmət
edən metodiki vəsait şöbə tərəfindən
hazırlanıb və icra üçün
bütün mədəniyyət müəssisələrinə
paylanıb. Eyni zamanda ərazimizdə yerləşən
«N» saylı hərbi hissənin əsgər və zabitlərinin
asudə vaxtlarının səmərəli keçməsi üçün özfəaliyyət kollektivlərimiz
istirahət günləri və bayramlarda
onların qarşısında geniş konsert proqramı ilə çıxış
edirlər.
- Gənclərin milli-mənəvi
dəyərlərə uyğun tərbiyə olunması
istiqamətində hansı işlər görülür?
- Gənclərimizin
milli-mənəvi dəyərlərə uyğun tərbiyə
olunması üçün onlar muzeydə və
kitabxanalarımızda keçirilən tədbirlərə cəlb
olunurlar. Latın qrafikası ilə nəşr olunmuş kitabların təqdimat mərasimlərində
məktəblilər və gənclər müzakirələrə
cəlb edilir. Mədəni-maarif müəssisələrinə
təhsilli və istedadlı gənclərin işə
götürülməsinə diqqət artırılıb. Gənclərin
asudə vaxtının təşkili və ahəngdar
inkişafına şərait yaradılması, qəhrəmanlıq
nümunələrinin gənclər arasında təbliği işi xeyli
artırılıb. Gənclərin ictimai
fəallığının artırılması mədəni-maarif
müəssisələri tərəfindən həmişə ön
planda olub.
İstedadlı gənclərin aşkar
olunması üçün müxtəlif
səpgili müsabiqələr həyata keçirilir.
Gənc işçilər yaşlı işçilər tərəfindən
himayayə götürülür. Mədəniyyət
və İncəsənət Sarayında “Narkotik
vasitələr və ağ ölüm” mövzusunda gənclər
və məktəblilərlə birlikdə hüquq-mühafizə
orqanı işçilərinin iştirakı ilə
yığıncaq keçirilir.
Yığıncaqda videofraqmentlərə baxılır, mövzuya aid plakatlardan istifadə olunur.
Rayon Mədəniyyət Evində bu bəlaya düçar olub ondan qurtulan
vətəndaşın gənclərlə görüşü
təşkil edilir. Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən
təşkil edilmiş müsabiqə və
festivallarda Neftçala
Rayon Uşaq İncəsənət
Məktəbinin 2 nəfər şagirdi fəal
iştirak edib. Bunlardan
Əsgərov Əlimurad Rövşən oğlu
“İstedadlı uşaqlar” Respublika müsabiqəsində fəal
iştirakına görə diplom, Məmmədli
İlqar Dünyamalı oğlu
Milli Musiqi
İfaçılarının Respublika
Festivalında iştirakına görə fəxri fərmana layiq görülüb.
“Şəffaflığın Artırılması və
Korrupsiyaya qarşı Mübarizə
üzrə Milli Strategiyanın təsdiq
edilməsi barədə” sərəncamın icrası ilə
bağlı Neftçala Rayon
Mədəniyyət və Turizm
Şöbəsi geniş tədbirlər
planı hazırlayıb həyata keçirib.
Bu plana əsasən
şöbədə keçirilən seminar
müşavirələrdə 3 dəfə bu
məsələyə baxılıb. Məsələlərdən
biri sərəncamın mədəni-maarif
müəssisələrində həyata keçirilməsi
haqqında, digəri isə Azərbaycan dövlətinin korrupsiyaya qarşı davamlı mübarizəsinin
kütlələrə çatdırılmasında klub müəssisələrinin rolu haqqında olub. Eyni zamanda rayon
Mədəniyyət Evində “Korrupsiya ictimai bəladır” mövzusunda
tədbir keçirilib. Sərəncamın
təbliği ilə bağlı klub
müəssisələrində hüquq
işçilərinin iştirakı ilə “Müəssisələrimizdə
şəffaflığı artıraq” mövzusunda
dəyirmi masa keçirilib.
Bir sıra mədəniyyət evlərində
“Korrupsiyaya qarşı mübarizədə
şəffaflıq necə təmin olunmalıdır?” mövzusunda sual-cavab gecələri
keçirilib. Neftçala rayon
Mədəniyyət Evində ictimaiyyətin iştirakı ilə
“Korrupsiyaya qarşı mübarizədə
ictimai nəzarət və demokratik
şəraitin yaradılması” mövzusunda
geniş yığıncaq keçirilib. Şöbə korrupsiyaya
qarşı mübarizədə ictimaiyyətin marifləndirilməsi
məsələsinə də diqqət yetirir.
Bankə qəsəbə Mədəniyyət Evində “Şəffaflığın
artırılması korrupsiyaya
qarşı mübarizənin əsas vasitəsidir” mövzusunda ictimaiyyətin iştirakı ilə
məruzə dinlənilib.
- Mədəni-maarif müəssisələri
təbliğat və təşviqat işlərini necə
qurur?
- Dövlətimizin həyata keçirdiyi siyasət, qəbul edilən dövlət proqramlarının təbliği ilə əlaqədar mədəni-maarif müəssisələrində bir sıra təbliğat və təşviqat işləri aparılır. Belə ki, şöbəmizdə keçirilən seminar-müşavirədə regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının kütlələr arasında təbliğində klub müəssisələrinin rolu mövzusunda məsələ müzakirə edilib. 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələlərin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına yeni iş yerlərinin və müəssisələrinin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrasturktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və yoxsulluğun azaldılmasında mühüm rol oynayıb. Təbliqat və təşviqat üsuli ilə əhaliyə başa salınır ki, Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün bəzi vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Hansı ki, bu vəzifələrin icrası əhalinin həyat səviyəssinin daha da yüksəlməsi ilə nəticələnəcək. Mədəniyyət müəssisələrimiz klub işinin müxtəlif forma və metodlarından istifadə edərək əhali ilə müxtəlif söhbətlər və görüşlər aparmaqla dövlət siasətinin təbliğini həyata keçirir.
Anar Miriyev
Palitra.-2012.-20 mart.-
S.7.