Prezidentlə görüşən gənclərin təəssüratları

“Təhsil sahəsinə xüsusi diqqət yetirən Prezidentlə görüşdən sonra daha böyük ruh yüksəkliyi hiss edirəm”

 

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı vaxtdan prioritet elan edilən məsələlərdən biri də gənclərin hərtərəfli inkişafıdır. Belə ki, modern cəmiyyətin və infrastrukturun yaradılması və müasir insanın formalaşmasında gənclərin rolu əvəzsizdir. Bu baxımdan Prezident İlham Əliyevin modernləşmə siyasətində gənclərə böyük önəm verilir. İndiyədək gənclərlə bağlı qəbul edilən dövlət proqramları, bu sahədə həyata keçirilən intensiv tədbirlər, ölkədə “Gənclər ilinin keçirilməsi və sair faktorlar da bunu göstərir. Gənclərin dövlət idarəçiliyində rolu ildən-ilə artırılır, bacarıqlı gənc kadrlar irəli çəkilir. Gənclər ölkəmizin insan kapitalının formalaşdırılmasında dövlətin yürütdüyü siyasətə aktiv şəkildə töhfələrini verməyə başlayıblar. O da təsadüfi deyil ki, Prezident bölgələrə səfərlərində regionları təmsil edən gənclərlə də ardıcıl görüşlər keçirir, onların fikir və təkliflərini dinləyir və öz tövsiyələrini verir. Region gənclərinin məşğulluq səviyyəsinin artırılması və hərtərəfli inkişafı üçün son dövrlərdə xeyli işlər görülüb, yeni mərkəzlər yaradılıb. Bu baxımdan Prezidentin cənub bölgəsinə etdiyi səfər zamanı Masallı, Lənkəran, Cəlilabad, Biləsuvar, Lerik və Astaranı təmsil edən aktiv  gənclərlə keçirdiyi görüşçox əlamətdardır. Həmin görüşdə iştirak etmiş Masallıdan olan iki gənc – Prezident təqaüdçüsü, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi Nigar Əliyeva və gənc hüquqşünas Məmmədhüseyn Hüseynovla müsahibəmizi oxuculara təqdim edirik: 

 

 -   Prezidentin bölgə gəncləri ilə görüşü sizdə hansı təəssüratlar oyatdı?

Nigar Əliyeva:

- Mən cənab Prezidentin gənclərlə bir sıra görüslərini izləmişəm və hər zaman belə səmimi ünsiyyətin qonağı olmaq istəmişəm. Sevinirəm ki, belə bir görüşdə iştirak etmək mənə nəsib oldu. Doğrudan da çox səmimi ruhda görüşümüz keçdi, kadrları da izlədim,amma, deyim ki, kadrlar real keçən görüşü, oradakı auranı tamam əks etdirə bilmir. Söhbətimiz çoxşaxəli idi, bir sıra məsələlərə toxunuldu. Maraqlı fikirlər söylənildi, cənab Prezidentin gənclərə tükənməyən,fasiləsiz diqqət və qayğısının görüş boyu şahidi oldum. Ən çox bəyəndiyim isə cənab Prezidentin gənclərə, onların gələcəyinə böyük inamla yanaşması, onlara dəstək olduğunu hər an hiss etdirməsi idi. Bu, məsuliyyətli olduğu kimi, həm də insanda öz gücünə inam yaradır, gələcəyə daha ümid və əminliklə yanaşmağa sövq edir. Təhsil sahəsinə xüsusi diqqət yetirən Prezidentlə görüşdən sonra daha böyük ruh yüksəkliyi hiss edirəm. 

Məmmədhüseyn Hüseynov: 

-         Cənab Prezidentin rəhbərliyi altında regionlarda sosial-iqtisadi inkişaf uğurla həyata keçirilməkdədir. Bu inkişafdan regionlarda yaşayan gənclər də hərtərəfli bəhrələnməkdədirlər. Möhtərəm Prezidentimizin 13 mart 2012-ci il tarixdə Masallı Rayon Gənclər Mərkəzinin açlışını etməsi və Mərkəzi gənclərin ixtiyarına verməsi buna bariz nümunə ola bilər. Prezidentin Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı gəncləri ilə görüşü bir daha sübut etdi ki, Azərbaycan gəncliyi daim ölkə rəhbərliyinin diqqət  mərkəzindədir. Biz gənclər üçün Prezidentimizin söylədiyi hər bir fikir işlərimizə daha da məsuliyyətlə və peşəkarcasına yanaşmağa sövq etdi.  

- Son dövrlərdə gənclərin məşğulluq səviyyəsinin yüksəldilməsi ilə bağlı davamlı dövlət tədbirləri həyata keçirilir. Gənclərin təhsil, karyera, məşğulluq məsələlərinin daha yüksək səviyyədə təmin edilməsinə diqqət artıb. Bununla bağlı Sizin fikirlərinizi bilmək istərdik.

Nigar Əliyeva:

- Gənclərin məşğulluq səviyyəsinin yüksəldilməsi ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi çox təqdirəlayiq bir haldır.Gənclərin işsizlik məsələsinin həll olunması, xüsusilə ali təhsil almış gənclərin işlə təmin olunması çox vacib məsələdir. Bu məsələnin dövlət səviyyəsində həll olunması çox sevindiricidir. Bundan başqa gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması onların düzgünsağlam yetişməsinə zəmin yaradır. Mən də bu qayğıdan  bəhrələnərək bir sıra  proqramlarda iştirak edirəm.  

Məmmədhüseyn Hüseynov:  

-         Dövlətimiz daim gənclərə xüsusi qayğı və diqqət göstərib. Buna misal olaraq cənab Prezidentin 2007-ci ili “Gənclər ili”, 2012-ci ilinİdman ilielan etməsi və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında imzalanmış sərəncamını göstərmək olar.        Qeyd etmək lazımdır ki, yaşadığım və fəaliyyətdə olduğum Masallı rayonunun əhalisinin 29,5 faizini gənclər təşkil edir. Bunlardan 31337 nəfəri kişi, 29343 nəfəri qadınlardır. Rayonumuzda Yeni Azərbaycan Partiyasının 2865 nəfər gənc üzvü vardır və onlardan 819 nəfəri ali təhsillidir. Həmçinin rayonumuzda 41 nəfər gənc dövlət qulluqçısu vardır. 4 nəfər gənc bələdiyyə sədri vəzifəsində çalışmaqdadır.         Möhtərəm Prezidentimiz qeyd edib ki, bizim kadr siyasətimizdə də mən bütün qurumlara tövsiyə etmişəm ki, gənclərə üstünlük versinlər. Bu da cənab Prezidentin Azərbaycan gəncliyinə verdiyi dəyərin bariz nümunəsidir. Biz Masallı gəncləri cənab Prezidentin yanında olacaq, onun ətrafında sıx birləşəcək və yürütdüyü siyasi kursu daim dəstəkləyəcəyik.          

- Regionda və rayonda gənclərin asudə vaxtlarının təşkil olunması ilə bağlı hansı fikirləriniz var?

Nigar Əliyeva:

- Rayonumuzda möhtərəm Prezidentimizin təşəbbüsü ilə müasir standartlara cavab verən Gənclər Mərkəzi inşa olunub. Mən çox sevinirəm ki, gənclərimizə asudə vaxtlarını səmərəli təşkil etmək üçün belə imkanlar yaradılıb. Bu mərkəzlə yaxından tanış olmuşam. Burada cürbəcür kitablarla zəngin kitabxana fealiyyet gösterir, eyni zamanda gənclərimiz multimedia kitabxanasından da istifadə edə bilərlər. Qeyd etmək istərdim ki,bu, regionda yeganə olan multimedia kitabxanasıdır. Bundan başqa gənclərimiz bu mərkəzdə informasiya texnologiyalarından da yararlana bilərlər. Bir sıra zallar vardır ki, onlar idmanın inkişafina təkan vermək üçün nəzərdə tutulub. Bu mərkəzdə həmçinin gənclərin əyləncəsi üçün şərait yaradılıb. Mən istərdim ki, xüsusilə, ucqar kəndlərdə yaşayan  gənclərimiz bu mərkəzin imkanlarından maksimum yararlansınlar. İnternet klublarından istifadə edə bilməyən qızlar bu mərkəzə cəlb olunsunlar. Gənclərin fəallığını artırmaq məqsədilə vətənpərvərlik , gənclərin bugünkü problemləri, ”Gələcəyimzi nece quraq?” mövzusunda söhbətler, müzakirələr, debatlar təşkil olunsun. Məncə, bunlar gənclərin marağını, özünə inamını, müstəqil fikir yürütmək qabiliyyətini yüksəldəcək. Yaxşı olar ki, peşəyönümlü istiqamətli məsləhət saatları keçirilsin, gənclərə düzgün, xarakterlərinə, şəxsi keyfiyyətlərinə uyğun peşə seçməkdə onlara gələcək karyeralarını qurmaqda yardım edilsin. Bu da peşəsini heç bir təzyiq olmadan, gələcəyi düşünərək seçib həyatda düzgün mövqe tutmaqlarına şərait yaradacaq. Xüsusi istedada malik olan gənclərə öz istedadlarını nümayiş etdirmək üçün tədbirlər, fenn gecələri keçirilsin. Gənclərin regionun digər gəncləri ilə qarşılıqlı əlaqələri təmin olunsun onlara bir yerdə birləşərək fikir mübadiləsi aparmaları üçün şərait yaradılsın. Bu gənclər mərkəzinin inşası oradakı şərait göstərir ki, bu sahədə çox böyük işlər görülməkdədir davamlı olaraq görülür.

Məmmədhüseyn Hüseynov:

-         Qeyd etmək istəyirəm ki, Masallımızda Prezidentin iştirakı ilə möhtəşəm Masallı Olimpiya Kompleksinin açılışı olub hazırda həmin idman ocağında yüzlərlə rayon gənci müxtəlif idman növləri ilə məşğul olurlar. Bu da dövlətimizin idman idmançılara verdiyi böyük dəyərdir. Masallıda gənclərin zehni inkişafını təmin etməkdən ötrüŞahmat məktəbiyenidən qurularaq gənclərin ixtiyarına verilib. Bu yaxınlarda inşası davam etdirilən Masallı Boks Taekvando mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Qeyd edildiyi kimi, bu ilin mart ayında Masallı Rayon Gənclər Mərkəzinin açlışı olub ki, həmin mərkəzdə Masallı region gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsindən ötrü hər cür şərait yaradılıb. Təklif edirəm ki, regionun fəal sağlam düşüncəli gəncləri mütəmadi olaraq bir araya gəlsinlər Azərbaycanımızın inkişafı yolunda öz bacarıq səylərini səfərbər etsinlər.   

- Prezidentin çıxışındakı konkret məqamlarla bağlı fikirlərinizi bilmək istərdik.  

Nigar Əliyeva: 

- Prezidentimizin çıxışında xaricdə təhsillə bağlı göstərilən dəstək, dövlət proqramlarından hər bir gəncin istifadə etmək hüququnun varlığı əks olunurdu. O, dövlət proqramında gənclərin xaricdə təhsil almaları üçün qoyulmuş şərtləri diqqətimizə çatdırdı. Qarabağ məsələsinin həllində atılacaq əhəmiyyətli addımlar onların qarşı tərəfi qədər sarsıdacağı haqqında fikirlər bu problemin yaxın zamanda həll olunacağına olan inamı daha da artırdı. Dəyərli fikirlərinin  əhatəmizdəki gənclərə çatdırmağımızı istəyən dövlet başçısı sözünə yekun olaraq gənclərə inandığını onların dövlətimizin gələcək inkişafinda rolunu ümidlə qeyd etdi. 

Məmmədhüseyn Hüseynov:  

-         Möhtərəm Prezidentimiz öz dəyərli fikirlərində ifadə etdi ki, Xocalı faciəsinin soyqırımı kimi tanınmasında ilk sıralarda yenə gənclərdir.         Cənab Prezidentimizin vurğuladığı dəyərli fikirlərdən biri diqqətimi çox cəlb etdi. Cənab Prezident qeyd etdi ki, gənclər qədər bilikli olsalar, bir o qədər vətənpərvər olmalıdırlar. Ona görə gənclərimizin uşaq yaşlarından milli ruhda böyüməsi çox vacibdir. Möhtərəm Prezidentin vurğuladığı kimi, ölkəmizdə gedən quruculuq-abadlıq işlərinin təməlində məhz bu amil dayanır: vətən sevgisi.Biz gənclər erməni vandallarının törətdiyi bu vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması yolunda səy bacarığımızı, həmçinin milli ruhun, milli adət-ənənəmizin qoruyub saxlanılması gələcək nəsillərə ötürülməsi istiqaməsində bütün gücümüzü səfərbər edəcəyik. 

 

İlkin AĞAYEV

Palitra.-2012.-28 mart.- S.4.