«Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi» kitabının təqdimatı keçirilib

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimatı keçirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən kitabın ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (“AzərTAc”) baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb.

«Çox təəssüf ki, biz tariximizin ayrı-ayrı məqamlarını çox tez unuduruq»    Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında xalqlar üçün milli yaddaşın əhəmiyyətini vurğulayıb: “Çox təəssüf ki, biz tariximizin ayrı-ayrı məqamlarını çox tez unuduruq. Bu unutqanlıq da gətirib ona çıxarır ki, ermənilər təkcə son 200 illik tarixdə bizim başımıza beş dəfə – hər biri milli faciə kimi dünya tarixinə yazılmalı olan işlər gətiriblər. Azərbaycanlıların soyqırımı məsələsi dünya tarixində əks olunmur, dünya parlamentlərinin qərarlarına düşməyib, dünyanın böyük ensiklopediyalarında əksini tapmayıb. Bunlar yalnız bizim qəlbimizdədir və qəlbimizi göynədir. Heç yaddaşımıza da əməlli-başlı həkk olunmayıb. Ermənilər olmayan hadisələri dünyanın bəlli informasiya mərkəzlərinə, siyasət mərkəzlərinə, ictimai rəyi formalaşdırma mərkəzlərinə yerləşdirə biliblər. Amma biz olanımızı edə bilməmişik. Ona görə də bu tipli cəhdləri dəstəkləməliyik”.  

«…heç bir ictimai yükü olmayan kitablar yazmaqdansa, Qarabağın, Naxçıvanın tarixi ilə əlaqədar, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə salnamələr yazmaq lazımdır»  

Əli Həsənov çıxışında bildirib ki, bəzən ulu öndər Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var: «“Bəzən yanıma gəlib deyirlər ki, Heydər Əliyev, yaxud İlham Əliyev haqqında kitab yazmışam, amma icazə vermirsiniz ki, çap etdirək. Bizim istəyimiz budur ki, Heydər Əliyev haqqında məhz belə kitablar yazılsın. Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən bu işə çox hörmətli adamlarımız da qoşulur. Cildlərlə kitablar yazırlar və həmin kitablar yalnız onu yazanın kitabxanasında özünə yer tapır. Əslində heç bir ictimai yükü olmayan kitablar yazmaqdansa, Qarabağın, Naxçıvanın tarixi ilə əlaqədar, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə salnamələr yazmaq lazımdır. Mən məmnuniyyətlə bir gəncin adını çəkmək istəyirəm, Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale Heydərovun dəstəyi ilə salnamələrin Rusiyanın, dünyanın müxtəlif ölkələrinin arxivlərindən toplanıb Azərbaycanda dərc olunması əslində Azərbaycanın ümummilli lideri haqqında əsl kitabdır”.  

«Soyqırıma həsr olunmuş abidə və ya muzey kompleksinin yaradılması məsələsi müzakirə olunur»

Şöbə müdiri qeyd edib ki, azərbaycanlıların soyqırımını xatırladan ümumi abidə və ya muzey kompleksinin yaradılması təşəbbüsü var: «Bunlar hazırda Prezident Administrasiyasında öyrənilir, müvafiq qurumlar tərəfindən dəyərləndirilir». Ə. Həsənov abidə kompleksiya muzeyin harada, hansı şəkildə olması məsələlərinin öyrənildiyini və müsabiqə elan edilməsinin müzakirə olunduğunu bildirib: “Bu məsələlər gündəmdədir. Lakin hələlik qərar verilməyib. Düşünürük ki, milli yaddaşın formalaşdırılması, tarixi keçmiş, bu gün və gələcək arasında əlaqə yaratmaq, bu soyqırımı haqqında ictimai fikir formalaşması kontekstində belə bir muzey yaradılması vacibdir”.

Erməniilər arxiv sənədli materiallarla ifşa olunur  

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı, “Azərbaycanqəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, millət vəkili Aydın Mirzəzadə digərləri kitabın əhəmiyyəti, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı tətbiq etdikləri təcavüz soyqırımı aktları, onların qanlı nəticələri digər məsələlərdən bəhs ediblər. Həmçinin bildirilib ki, bu kimi kitablar bir neçə dillərə tərcümə olunaraq yayılmalı, həmin əsərlərin elektron versiyaları hazırlanmalıdır. Qeyd edək ki, Azərbaycanlıların soyqırımı haqqında Prezident fərmanının yer aldığı kitabın I cildində  ermənilərin Azərbaycana köçürülməsi məskunlaşması, ermənilərin Osmanlı imperiyasında türklərə qarşı törətdikləri soyqırımı, 1905-1907-ci illər soyqırımları, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, sonuncu deportasiyanın qanlı olayları, ermənilərin Sumqayıt təxribatı, ermənilərin Qarabağ savaşı, onun qanlı salnaməsi, Azərbaycanın işğal olunan ərazilərində ermənilərin qanunsuz fəaliyyəti, Qarabağ münaqişəsi dövründə əsir, girov itkin düşənlər, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, toponimlər, maddi-mənəvi sərvətlərin dağıdılması, talan edilməsi digər hadisələr yer alıb. Kitabın II cildində isə əsasən arxiv sənədli materiallar əks edilib. Bunlar arasında ermənilərin İrandan köçürülüb gətirilməsi haqqında A.S.Qriboyedovun məktubu, Türkmənçay müqaviləsi, Şamaxıda 1918-ci ildə ermənilər tərəfindən qarət edilən dağıdılan kəndlərin siyahısı, 1948-1953-cü 1988-1989-cu illərdə Ermənistandan deportasiya edilən azərbaycanlı yaşayış məntəqələrinin siyahısı digər zəruri materiallar əks edilib. Kitabda dünya ictimaiyyətinin ermənilər haqqındakı fikirləri də yer alıb.  

 

Anar

Palitra.-2012.-30 mart.- S.4.