Əlimərdan Sultanov:
“Heydər Əliyev Fondunun həyata keçirdiyi təbliğat nəticəsində
azərbaycanlılar Rusiyanın ictimai-siyasi,
sosial həyatına mühüm
töhfələr verən ciddi iş adamları, xeyriyyəçilər kimi tanınırlar”
“Diaspor
təşkilatlarımız Dövlət Dumasında təmsil
olunma məsələsini düsünməlidir”
Müsahibimiz
“2007-2015-ci illər Azərbaycan Gənclərinin Xaricdə təhsili”
Dövlət Proqramı çərçivəsində Moskva
Dövlət Linqvistika Universitetində “Müasir Jurnalistika:
Ustalığın əsasları” proqramı üzrə təhsil
alan və eyni zamanda “RİA-Novosti” Federeal İnformasiya
Agentliyində ixtisasartırma kursu keçən Əlimərdan
Sultanovdur:
-Bu
gün azərbaycanlı gənclərin xaricdə təhsil
alması ölkəmizə hansı töhfələr verə
bilər?
-Azərbaycanlı
gənclərin xaricdə təhsil alması gənclərimiz
qarşısında böyük imkanlar açır. Bu
dünyanın ən məşhur ali təhsil
ocaqlarına azərbaycanlı gənclərin dövlət
hesabına göndərilməsi, onların ən qabaqcıl
biliklərə yiyələnməsi və sonradan
Azərbaycana gələrək bu bilikləri
ən müxtəlif sahələrdə tətbiq etmələri
üçün vacibdir.
Bildiyiniz kimi bu porqram birbaşa
olaraq ölkə
başçısının nəzarətindədir ki, bu da
bu sahədə ciddi
iradənin olmasından və həyata keçirilən fəaliyyətin
mühüm əhəmiyyət
daşımasından xəbər verir. Bu dövlətin, başda
cənab Prezident İlham
Əliyevin Azərbaycanda modernləşmə siyasətinə
böyük əhəmiyyət verdiyinin göstəricisidir. Azərbaycanlı
gənclərin xaricdə təhsil alması bir
müddətdən sonra onların yüksək
ixtisaslı kadr kimi Vətənə
dönməsinə şərait yaradacaq. Sözsüz ki, burada da əsas məqsəd
Azərbaycanda elm, texnika,
iqtisadiyyatın müxtəlif sahələrini inkişaf
etdirməkdir. Mənim də Dövlət Proqramı çərçivəsində
təhsil aldığım sahə jurnalistikadır ki, mən “Ria-Novosti”agentliyində jurnalistika sahəsində ən müasir yeniliklərlə tanış olur, universitetdə ən qabaqcıl bilikləri
əldə edirəm. Mənim və proqramda
iştirak edən digər gənclərin
məqsədi jurnalistika sahəsində ən
qabaqcıl yanaşmaları Vətənə qayıdaraq tətbiq
etmək və bu sahəni daha
da inkişaf etdirməkdir.
Onu da qeyd
edim ki, Azərbaycan
Respublikası Prezident Administrasiyası tərəfindən
Rusiya Federasiyasına təhsil almaq üçün
göndərilən zaman bizim
qarşımıza qoyulan məsələlərdən
biri də elə budur.
- Həm tələbə, həm də
jurnalist olaraq Rusiyadakı diaspor təşkilatlarımızın
fəaliyyətini necə qiymətləndirirsiniz, tədbirlərdə
iştirak edirsinizmi?
-Bu gün azərbaycanlıların Rusiyada çox güclü diaspor təşkilatları var. Ən böyük diaspor təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresidir (ÜAK). Bu konqresin fəaliyyəti Azərbaycanın tanıdılması, orada yaşayan soydaşlarımızın vahid mərkəzdə birləşməsi, problemlərin həll olunması və birgə çıxış yollarının tapılması üçün çox mühüm və vacibdir. Bu istiqamətdə ÜAK kifayət qədər uğurlu işlər aparır. ÜAK –ın mətbu nəşri olan “Azərbaycan Konqresi” qəzeti çap olunur. Sözsüz ki, mən də azərbaycanlı tələbə-jurnalist olaraq diasporumuzun bütün tədbirlərində yaxından iştirak edirəm. Qeyd etməliyəm ki, artıq azərbaycanlılar orada əvvəlki kimi dağınıq şəkildə deyil, vahid, sistemli şəkildədirlər. Təsadüfi deyil ki, bir çox ekspertlər də Rusiyada olan azərbaycanlıların digər millətlərlə müqayisədə daha sıx, təşkilatlanmış şəkildə və ən güclü olduğunu deyirlər. Məsələn, MDLU-nun professoru Gennadiy Bordyukov da azərbaycanlıların daha mütəşəkkil və güclü olduğunu qeyd edir. Sözsüz ki, diasporun fəaliyyyəti iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə də öz töhfəsini verir. Rusiyadakı böyük və artıq güclü olan Azərbaycan diasporu ölkəmizin maraqlarının möhkəmlənməsi, Azərbaycan faktorunun daha da çox hiss edilməsi üçün çox mühüm işlər görür. Diasporumuzun çoxsaylı olmasını göstərmək üçün bir neçə rəqəmə diqqət yetirmək kifayətdir. Məsələn, Rusiyada nəşr olunnan “Nasionalnı İnteres” jurnalı bildirir ki, rəsmi statistikaya əsasən Moskva əhalisi 11.5 milyon nəfərdir və burada ruslar artıq etnik azlır hesab olunur. Onların ümümi sayı faiz nisbətində 36 faizdir. Rusılardan sonra birinci qeyri rus milləti-azərbaycanlılardır ki, onlar da Moskva əhalisinin 14 faizini təşkil edirlər. Bu da təkcə Moskvada 1.5 milyondan çox azərbaycanlının olması deməkdir. Azərbaycanlıların fəaliyyəti Moskvada hər bir sahədə hiss olunur. Təsadüfi deyil ki, elə Rusiyada prezident seçkisi öncəsi, martın 2-də məhz Azərbaycan diasporu prezidentliyə namizəd V.Putinə dəstək konserti keçirmişdi. Başqa millətlərin heç bir diaspor təşkilatı “Vahid Rusiya-çoxmillətli Rusiya” şüarı adı altında belə bir tədbir keçirməmişdi. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq hələ də Dövlət Dumasında bizim deputatımız təmsil olunmur. Sözsüz ki, bu istiqamətdə daha çox çalışmaq lazımdır, diaspor təşkilatlarımız da bunu daha dərindən dərk edirlər.
-Bəs ümumilikdə Rusiya Azərbaycan
münasiblərini necə qiymətləndirirsiz?
-Ümumiyətlə Azərbaycan Rusiya münasibətlərinə gəlincə bildirmək lazımdır ki, bu ikitərəfli münasibətlər qarşlıqlı maraqlar üzərində qurulub və strateji tərəfdaşlıq xarakteri daşıyır. Rusiya tarix boyu Azərbaycanın şimal qonşusu və dünyanın ən güclü dövlətlərindən biri olub və bu proses gələcəkdə də davam edcək. Hazırda Rusyanın mövqelərinin Qafqaz və Orta Asiya, eləcə də Şəqri Avropada, ümumilikdə postsovet məkanında möhkəmlənməsi prosesi gedir. 1 yanvar 2010-cu ildən Rusiya Qazaxıstan və Belorusdan ibarət olan Vahid Gömrük İttifaqı yaradılıb ki, bu da postsovet məkanının ən böyük hissəsini təşkil edir. Bu, eyni zamanda MDB məkanının ən böyük iqtisadi təşkilatıdır. 1 yanvar 2012-ci ildən bu məkanda Vahid İqtisadi Məkan fəaliyyət göstərməyə başlayıb. Hazırda Avrasiya İttifaqının yaradılması planları işlənilir. 2000-ci ildə beynəlxalq iqtisadi təşkilat olan Avrasiya İqtisadi Birliyi (EvrAzES) yaradılıb ki, buraya da Rusiya, Qazaxıstan, Belorus, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. 3 dövlət Ermənistan, Ukrayna, Moldova müşahidəçi statusuna malikdirlər. Azərbaycan bu prosesə qoşulmayıb və MDB məkanında müstəqil xarici siyasət aparır. Neft və qaz layihələrinin həyata keçirilməsi, müstəqil xarici iqtisadi əlaqələrin qurulması Azərbaycanın suveren hüququdur və Rusiya da bunu tam anlayır. Qarşılıqlı maraqların üst-üstə düşdüyü digər bir məsələ, Xəzər regionunda əməkdaşlıqdır ki, burada da Rusiya Azərbaycanın maraqlarını anlayır. Ümumilikdə hər iki dövlət Xəzər hövzəsində hansısa xarici güclərin iştirakının əleyhinədir və Xəzərdə qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlər qarşılıqlı şəkildə maraqların tanınması və qəbul edilməsinə əsaslanır. Həm Rusiya Azərbaycanda stabillikdə maraqlıdır, həm də Azərbaycan Rusiyada. Düzdür, Qərb Rusiyanın həm Qafqaz, həm də Orta Asiyada mövqelərinin zəiflədilməsinə çalışır. Amma görünən odur ki, bu hələ baş tutmur. Düşünürəm ki, qarşıdan gələn növbəti 5 ildə də bu proses baş tutmayacaq. V. Putinin yenidən prezident seçilməsi Rusiyanın dünya siyasətində əhəmiyyətini daha da artıracaq. Avrasiya İttifaqının və Vahid Gömrük İttifaqının yaradılması prosesləri sürətlənəcək və bir sıra dövlətlərin də bura qoşulması baş tuta bilər. Hazırda Qərbin MDB məkanında bir sıra əraziləri nəzərə almasaq dayağı çox zəifdir. Başqa bir tərəfdən, Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi Azərbaycana da heç sərf etmir. Bu artıq yaranmış olan geopolitik balansın pozulmasına və proqnozlaşdırıla bulinməyən geopolitik konfiqurasiyaların yaranmasına gətirib çıxara bilər ki, burada da vəziyyətin gərginləşməsi qaçılmaz olar. Artıq xarici siyasətimizdəki müstəqilliyi qəbul etmiş bir dövlətin əvəzinə regiona hansısa qüvvələrin gəlməsi və bizə təzyiqi Azərbaycanın maraqlarına ziddir.
- Azərbaycanın imicinin yüksəldilməsi
istiqamətində hansı tədbirlər həyata
keçirilir?
-Azərbaycanın
Rusiyada müsbət imicinin formalaşdırılması
istiqamətində oradakı səfirliyimizin xidmətlərindən
danışmaq lazımdır. Azərbaycanın
Rusiyadakı səfirliyi başda səfir Polad Bülbüloğlu olmaqla Azərbaycan dövlətinin
maraqlarnın və ümumilikdə orada yaşayan azərbaycanlıların
maraqlarının qorunması, problemlərinin həlli istiqamətində
mühüm işlər görür.
Vaxtaşırı tədbirlər keçirilir
ki, bu tədbirlərdə
də Rusiyanın tanınmış ictimai-siyasi
xadimləri iştirak edirlər. Səfirlik
bütün əlamətdar günlər
münasibətilə rəsmi qəbullar, müxtəlif tədbirlər
keçirir. Bir
müddət öncə Xocalı ilə bağlı
Avropalı kinomatoqrafçıları tərəfindən
çəkilən “Sonsuz Korridor”
filminin ilk dəfə
Moskvada təqdimatında səfirliyin mühüm rolu oldu. Təqdimtda bir çox dövlətlərin Rusiyadakı səfirləri,
Rusiyanın tanınmış ictimai-siyasi
xadimləri iştirak etdilər. Sonra filmi çəkən
yaradıcı heyətlə cənab səfirin görüşü oldu. Rusiyada Azərbaycanla bağlı bütün əlamətdar tədbirlər səfirlik
tərəfindən təşkil olunur və
yüksək səviyyədə keçirilir.
-Bu istiqamətdə Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin rolu nədən
ibarətdir?
-Heydər Əliyev Fondununu Rusiya nümayəndəliyi Azərbaycanın Rusiyada müsbət imicinin formalaşdırılması üçün çox böyük işlər görür. Burada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyevanın gördüyü işlər əvəzsizdir. Hər zaman Azərbaycan diasporunun, azərbaycanlıların yanında olan, müxtəlif xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Fond, Rusiyada Azərbaycanın müsbət imcinin formalaşması, Azərbaycan və azərbaycanlılar haqqında formalaşmış neqativ stereotiplərin dağıdılmasında mühüm rol oynayıb. Məhz Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyevanın köməyi ilə hər il Moskva Dövlət Linqvistika Universitetində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzin”də təhsil alan və Azərbaycan dili və mədəniyyətini öyrənən rus tələbələr Azərbaycana, paytaxt Bakıya və regionlara səfərlər edir, ölkəmizlə yaxından tanış olur və sözsüz ki, sonradan gördüklərini təbliğ edirlər. Bu da Azərbaycan haqqında müsbət imicin yaranmasında mühüm rol oynayır. Fond tərəfindən həyata keçirilən layihələrin nəticəsidir ki, bu gün Rusiyada yaşayan azərbaycanlılara yanaşma tərzi dəyişilib və onlara olan münasibət artıq əvvəlki kimi deyil. Bu gün Rusiyada yaşayan azərbaycanlılar müxtəlif sahələrdə elm-təhsil, iqtisadiyyat, biznesin müxtəlif sahələrində fəaliyyət göstərirlər və çox fəaldırlar. Fondun həyata keçirdiyi təbliğat nəticəsində azərbaycanlılar Rusiyanın ictimai-siyasi, sosial həyatına mühüm töhfələr verən ciddi iş adamları, xeyriyyəçilər kimi tanınırlar.
Nigar
Palitra.-2012.-30 mart.- S.8.