«Salyanda əhalinin mədəni tələbatını ödəmək üçün müxtəlif tədbirlər keçiririk»

 

Lətif Zərbəliyev: «Teatrın kollektivi tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünya görüşlərini formalaşmasında böyük rol oynayır»

 

Layihə çərçivəsində müsahibmiz Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdir əvəzi Lətif Zərbəliyevdir. O, qəzetimizə müsahibəsində rayonun mədəniyyət müəssisələri haqqında məlumat verməklə başladı:

- Salyan rayon Mədəniyyət və Turizm şöbəsi  tabeliyində 109 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Onlardan 16 Mədəniyyət evi (1 rayon Mədəniyyət evi, 1 qəsəbə Mədəniyyət evi, 14 kənd  Mədəniyyət evi), 30 klub (25 kənd klubu, 5 şəhər klubu), 2 muzey ( Tarix-Diyarşünaslıq  muzeyi, Heydər   Əliyev muzeyi), 55 kitabxana, Dövlət  Kukla  Teatrı, kinoteatr, Dövlət  Rəsm Qalereyası, Mədəniyyət və İstirahət parkı, salyanlıların musiqi zövqünün formalaşmasına dəstək olan 2 musiqi mərkəzi  fəaliyyət göstərir. Bu müəssisələrdə 480 nəfər işçi çalışır ki, onlardan 105 nəfəri ali, 163 nəfəri orta ixtisas, 94 nəfəri orta musiqi təhsillidir. 118  nəfər isə texniki işçidir. Rayonun mədəni həyatı çox zəngindir. Mədəniyyət müəssisələrimiz fəaliyyətləri, keçirdikləri tədbirlərlə rayon əhalisinin mədəni tələbatının ödənməsinə çalışırlar. Ötən il şöbəmizin xətti ilə rayonda 113 mədəni-kütləvi tədbir keçirilib ki, bunların da 16-sı respublika miqyaslı tədbirlər olub. Bu il Bakıda keçirilən Novruz şənliklərində rayon Mədəniyyət Evinin 3 xalq kollektivi «Cəngi», «Mahirlər» ailə ansamblı, «Hünər» incəsənət kollektivi də çıxış edib. 13 adda Salyan məhsulu və  qədim əl işləri nümayiş etdirilib. Rayonun kənd mədəniyyət evləri də daxil olmaqla əksək mədəniyyət müəssisiəlirndə dövlətçilik mövzusunda şeir, mahnı və rəsm əsərləri üzrə 3 ay davam edən müsabiqə keçirilib. Həmin müsabiqədə 984 nəfər iştirak edib. Yekunda 32 nəfər mükafatlanırılıb. İlk 3 yeri tutanlar isə mədəniyyət müəssisələrində işlə təmin olunublar. Aşıq Ələsgərin yubilyeinə həsr olunmuşRespublika arasında keçirilən tədbirdə rayonumuzun kollektivləri də iştirak ediblər. «Paytaxtdan bölgələrə» adlı rəsm sərgisi rayon Dövlət Rəsmi Qalereyasında 10 gün davam edib və şöbənin sifarişi ilə 180 nüsxə rəsm kataloqu tərtib olunub. AMEA-nın professor-müəllim heyətinin iştiakı ilə keçirilən 2 günlük elmi-praktiki konfransda Salyanın yaşayış yeri kimi 2800 illik tarixi qeyd olunub. Şöbənin sifarişi ilə Salyanın tarixini özündə əks etdirən 200 nüsxədən ibarət kitab çap edilərək konfras iştirakçıların paylanıb. Ötən il dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı müxtəlif tədbirlər, sərgilər, foto-stendlər təşkil edilib, Dövlət Rəsm Qalereyasında qədim musiqi alətlərinin sərgisi, Şərq ölkələrinin adət-ənənələrini əks etdirən əşyalar və geyimlər nümayiş olunub. Rayonun memarlıq abidəsi olan 19-cu əsrə aid «Cümə» məscidi Kür çayının daşması, qrunt sularının sızması nəticəsində yararsız hala düşmüşdü. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə abidə əsaslı təmir edilərək istifadəyə verilib. Nazirliyin xətti ilə keçirilən müsabiqələrdə rayonumuzun kollektivləri fəal iştirak edirlər. Sumqayıtda keçirilən «Şəhər günü»ndə rayonumuzun 2 kolletivi fəal iştirak edib diplomla mükafatlandırılıblar. Şöbəmizin tabeçiliyində olan müəssisələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində il ərzində müntəzəm aparılır.

- Mədəniyyət müəssislərinin fəaliyyəti necə qiymətləndirirsiniz?

- Mədəniyyət müəssisələrimizdən kitabxanamız haqqında onu bildirim ki, 1975-ci ildə Salyan Rayon Kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrilib. 1978 –ci ildə kitabxana nümunəvi xüsusi layihə əsasında tikilən yeni binaya köçürülüb. Müstəqillik illərində isə ümummilli liderimiz Heydər Əliyev kitabxanaların daha da inkişaf etdirilərək müasir tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət və qayğı göstərirdi. Belə ki 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərar, 1999-cu ildə “Kitabxana işi haqqında” qanun qəbul edildi. Bu qanunlara uyğun olaraq Nizami Gəncəvi adına Mərkəzi Kitabxana yenidən və yüksək səviyyədə təmir olunub həmçinin yeni avadanlıqlarla təchiz edilib. Prezident İlham Əliyev də rəhbərlik etdiyi ölkənin vətəndaşlarının maariflənməsi işinə diqqətlə yanaşır. Bu üzdən də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında ” 2004-cü il 27 dekabr tarixində sərəncam imzalayır. Sərəncama əsasən kitabxananın kitab fondunun yenilənməsi və əlavə kitabların gətirilməsi ilə zənginləşdirilməsinə başlanıldı. Proses hazırda da davam etdirilir. Artıq 12 395 nüsxə latın qrafikalı kitablar kitabxananın kitab fonduna daxil edilib. Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də islahatlar aparılıb, 7 kitabxana filialı birləşdirilib, bəzi ştatlar yeniləri ilə əvəzlənib, kitabxanada RESUS şöbəsi yaradılıb. Ötən il bu mərkəz 507 istifadəçiyə xidmət göstərib. Ötən il Uşaq Kitabxanası istifadəyə verilib, yeni Heyər Əliyev Mərkəzinin təməli qoyulub, Mərkəzi Kitabxana, incəsənət və Yenikənd 7 illik uşaq musiqi məktəbləri təmir edilib, Qarabağlı kənd mədəniyyət evi yeni uyğunlaşdırılmış yeni binaya köçürülüb, 3 kənd kitabxanası, 2 kənd mədəniyyət evi, 3 klub yerli bələdiyyələrin hesabına təmir edilib. Digər mədəniyyət müəssisələrindən Salyan Dövlət Kukla Teatrını misal göstərə bilərəm. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv əslən Salyandan olan, Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. 1975-ci ildə “Xalq  kollektivi” adına layiq görülüb. Teatrın kollektivi  festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək  müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb. Sənət  aləmində özlərini kifayət qədər doğruldan kollektivə  1994-cü ildə Dövlət Teatrı  statusu verilib. Teatr  kollektivi rayonda keçirilən  mədəni-kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir. Teatrın kollektivi öz  tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünya görüşlərinin  formalaşmasında böyük  rol oynayırlar. Salyan Dövlət Rəsm Qalereyası isə 1985-ci ildən fəaliyyətdədir. Qalereyanın ayrıca binası olmadığından fəaliyyətini ayrı-ayrı binalarda davam etdirib. Bu çətinliklərə 2008-ci ildə Heydər  Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva son qoydu. Fondun dəstəyi ilə şəhərin mərkəzində müasir  tipli Rəsm Qalereyası tikilərək istifadəyə verildi. Burada sərgilərin keçirilməsi  və dərnəklərin təşkili üçün hər cür şərait var. İstedadlı rəsm həvəskarlarının üzə çıxarılmasında böyük rolu olan, qalereyada 8 nəfər əməkdaş çalışır. Salyan rayon İncəsənət məktəbi 1961 ci ildə 7 illik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 1991-ci ildən isə Mədəniyyət Nazirliyinin qərarı ilə musiqi  müəssisəsinə Qulu Əsgərovun adı verilib və statusunu dəyişdirərək incəsənət məktəbinə çeviriblər. O vaxtda başlayaraq məktəbin uğurları daha da artıb. Dərslərin keçirilməsində, tədris işlərinin yüksək səviyyədə təşkilində əsaslı dönüş olub. Məktəbin şagird və məzunları dəfələrlə respublika səviyyəli müsabiqələrdə dəfələrlə fərqləniblər. Məlumat üçün bildirək ki Salyan rayon Qulu Əsgərov adına musiqi məktəbinin məzunlarının böyük bir qismi respublikanın  ali və orta ixtisas təhsil müəssisələrini bitirib müxtəlif bölgələrdə fəaliyyət göstərərək, milli musiqimizin qorunub saxlanması və təbliği sahəsində yaxından iştirak edirlər. Hazırda məktəbin məzunlarından 50 nəfərdən çoxu respublikanın ali və orta ixtisas müəssisələrində təhsillərini davam etdirirlər. İncəsənət məktəbində fortepiano, skripka, tar, kamança, saz, qarmon, nağara, xanəndəlik, təsviri incəsənət ixtisası üzrə şöbələr fəaliyyət göstərir. Mədəniyyət və turizm nazirinin icazəsi ilə məktəbdə Xoreoqrafiya şöbəsi də açılıb. Məktəbdə xalq çalğı alətləri orkestri, xor kollektivi, «Kür» qrupu və digər qruplar da fəaliyyət göstərirlər. Rayonun Mədəniyyət Evində «Muğan» foto-kino həvəskarları klubu, “Muğam” xalq musiqisi həvəskarları klubu və 5 xalq kollektivi- “Cəngi” milli nəfəs alətləri xalq ansamblı, “Mahirlər” ailə xalq ansamblı, “Hünər” estrada-sirk xalq kollektivi, Q.Əsgərov adına “Gənclik” xalq çalğı alətləri ansamblı, “Güzgü” musiqili miniatür xalq teatrı fəaliyyət göstərir. 

 

 

Anar Miriyev

 

Palitra.-2012.-1 may.-S.12.