Professor Hidayət Cəfərov: “Vəsait ayrılması arxeoloji abidələrin tədqiqini daha geniş miqyasda aparmağa imkan verəcək”

 

Bugünlərdə ölkə başçısı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalanıb. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir. Sərəncamda qeyd edilir ki, respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərə obyektiv baxış imkanlarının yaranması xalqımızın keçmişinin müasir dövrün tələblərinə uyğun və azərbaycançılıq məfkurəsi işığında öyrənilməsi baxımından alimlərimiz qarşısında yeni persrektivlər açmaqla mühüm vəzifələr irəli sürüb. İndi dünyanın ən mötəbər kitabxanalarında və əlyazma fondlarında saxlanılan zəngin ədəbiyyatlardan, tarixi mənbələrdən faydalanmaq üçün əlverişli şərait mövcuddur. Məhz bu səbəbdən qədim mənbələrdən istifadə etməyə qadir olan və eləcə də qədim dünya dillərini bilən gənc kadrların yetişdirilməsi zərurəti meydana çıxıb. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun ölkəmizdə tarix elminin inkişafında rolunu nəzərə alaraq 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb. Prezidentin digər bir sərəncamı isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlıdır. Burada qeyd edilir ki, Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin üzə çıxarılması, dərindən və hərtərəfli öyrənilməsi üçün arxeologiya və etnoqrafiya sahəsində araşdırmaların müstəsna əhəmiyyəti var. Dünya elmində müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsi ilə əlaqədar meydana çıxan hazırkı tədqiqat üsulları arxeoloyi və etnoqrafik tədqiqatların da keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün zəmin yaradıb. Respublikamızda bu istiqamətdə araşdırmaların səmərəliliyinin artırılması, eləcə də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması və kadr potensialının gücləndirilməsi məqsədi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycan Respublikası ərazisində 2012–2014-cü illərdə nəzərdə tutulan arxeoloji araşdırmaların maliyyələşdirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan AMEA-ya 2 milyon manat ayrılıb.  “Bu qayğıya adekvat iş görməli, tədqiqatlarımızı genişləndirməli, yeni arxeoloji abidələr aşkar edib tədqiq etməliyik” Ölkə başçısının elmin inkişafına təkan verən bu sərəncamı alimlərimiz, ziyalılarımız tərəfindən də müsbət qarşılanır. Azərbaycan Dövlət İqtisad Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərov da bildirdi ki, ölkə başçısı tərəfindən Azərbaycanda tarix elminin, eyni zamanda  arxeologiya elminin inkişafını daha da gücləndirmək üçün Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması bir tərəfdən ölkə başçısının  Azərbaycan elminə, xüsusilə tarix elminin möhtəşəm qolu olan arxeologiya elminin inkişafına yeni bir təkandır: “Arxeologiyanı inkişaf etdirmək üçün vəsaitin ayrılması bu sahədə yeni müvəffəqiyyətlər qazanmaq üçün imkanlar açır. Digər tərəfdən isə bizim üzərimizə bir yük qoyur. Bu qayğıya adekvat iş görməli, tədqiqatlarımızı genişləndirməli, yeni arxeoloji abidələr aşkar edib tədqiq etməli və cəmiyyətin ixtiyarına verməliyik. Arxeoloji tədqiqatlar aparmaq təkcə hər hansı bir abidənin qazıntısı ilə bitmir. Müasir dövrümüzdə yeni bir mərhələ başlayır. Bundan sonra ayrılan vəsaitləri yalnız arxeoloji abidələrin açılması, çöl tədqiqatlarına deyil, eyni zamanda arxeoloji abidələr əsasında elmi tədqiqat işləri genişləndirməli, nəzəri elmi müddəalara daha çox üstünlük verməli, indyə qədər apardığımız embirik təsviri xarakterli tədqiqatlardan elmi nəzəriyyənin gücündən, müasir texnologiyanın imkanlarından istifadə edərək Azərbaycan arxeologiya elmini daha da inkişaf etdirməli və dünya arxeologiya elminin inkişafı səviyyəsinə çatdırmaq istiqamətində səylərimizi gücləndirməliyik”.  “Hər istəyəni ekspertizaya göndərmək olmaz” H.Cəfərov onu da qeyd etdi ki, bəzən arxeoloji tədqiqatlar aparmaq üçün vəsaitin çatışmaması ilə bağlı fikirlər səslənirdi: “İndi bu vəsaitlər verilir və bunun verilməsi də məqsədyönlü aparılmalıdır. Hər istəyəni eksreptizaya göndərmək olmaz. Arxeoloji abidələrin tədqiqi çoxlu güc, təcrübə, səbr tələb edir. Arxeoloq çöldə isə ilkin variant olsa da santrapoloji, poleantoloji, poleogeoloji, poligeoqrafik, marfalogiya və digər elmlərdən istifadə etsin. Arxeoloyi abidələrin tədqiqində tələskənliyə yol vermək olmaz. Onların hər biri bizim arxiv sənədləridir. Əgər yazılı arxeoloji mənbələri hər hansı bir şəxs bir neçə dəfə istifadə edə bilərsə, arxeoloji abidələrin tədqiqi bir dəfə olur. Bu tədqiqatlar elə aparılmalıdır ki, səhvlər buraxılmasın, xalqımızın, qədim əcdadlarımızın bizə miras qoyub getdiyi tarixi abidələrimizin tədqiqi ilə biz qaranlıq səhifələrimizi açaq və cəmiyyətə çatdıraq. Bizim tədqiqatlarımız çox geniş miqyasda aparılır. Azərbaycanın indi elə bir ərazisi yoxdur ki, orada arxeoloji tədqiqatlar aparılmasın”.  “Arxeoloji tədqiqatlar ən çox sərhəd bölgəsi rayonlarına yönəldilməlidir” Alimin fikrincə, arxeoloji tədqiqatlar ən çox sərhəd bölgəsi rayonlarına yönəldilməlidir: “Mənim rəhbərlik etdiyim Qarabağ arxeoloji ekspedisiyası ən qaynar xətdə tədqiqat işləri ararır. Tədqiqat apardığımız yerlər təmas xəttindən bir neçə kilometr məsafədədir. Hamıya məlum olan faktdır və dünya elminə də sübut etmişik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Biz bu ərazilərdə tədqiqat işləri aparmaqla göstəririk ki, bu ərazilər bizimdir və Qarabag abidələrlə zəngindir. Mən hesab edirəm ki, yaxın gələcəkdə işğal altında olan Xocalı, Ağdərə, Şuşa, Laçın, Kəlbəcər, Füzuli və digər bölgələrimiz arxeoloji abidələri tədqiqatlarla əhatə olunacaq. Biz arxeoloji tədqiqatları vəsaitin miqdarından asılı olmayaraq daim aparırıq, amma vəsaitin çoxluğu imkan yaradır ki, arxeoloji abidələrin tədqiqini daha geniş miqyasda aparaq”. H.Orucov onu da bildirdi ki, təkcə arxeloji abidələri tədqiq etmək yox, onun nəzəri işlənilməsi, nəşri, təbliği və geniş dünya ictimaiyyətinə çatdırılması da önəmlidir: “Bu istiqamətdə nəfis tərtib olunmuş yüksək elmi səviyyədə nəzəri biliklərə əsaslanan kitabların nəşrinə çalışacağıq. Vəsaiti müxtəlif sərkili regional, beynəlxalq miqyaslı konfransların təşkilinə sərf edəcəyik. Biz ölkə baçısının Azərbaycan elminə, xüsusilə də tarix, arxeologiya elminə göstərdiyi bu qayğını yüksək qiymətləndirir və dərin minnətdarlığımızı bildiririk və deyirik ki, əməli işlərimizlə bu qayğını doğruldacağıq. Bu yaxınlarda tədqiqatlarımız başlayır və icimiyyət məlumat əldə edəcək”.                        

H.Orucov onu da vurğuladı ki, arxeoloji tədqiqatlarla yanaşı tariximizin qaranlıq səhifələrinin işıqlandırılması üçün AMEA-nın Tarix İnstitutuna 3 milyon manat vəsait ayrılması təqdirəlayiq haldır: “Son illər tarixçilərimiz Prezidentin tövsiyəsilə İrəvan xanlığının tarixinə, Naxçıvanın, Qarabağın tarixinə aid sanballı tədqiqatlar aparıblar, yeni kitablar nəşr etdiriblər. Bundan başqa azərbaycanlıların soyqırımına, S.Şaumyanın Azərbaycan xalqının əleyhinə fəaliyyəti haqqında sənədlərin, bütövlükdə Xalq Cümhuriyyətinin fəaliyyətinə dair yeni arxiv sənədlərini üzə çıxardı. Bununla belə daha geniş tarixi tədqiqatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var idi. Məlumdur ki, Azərbaycanda qədim dilləri bilən və vaxtilə bu dillərdə yazılmış mənbələri oxuya bilən mütəxəssislərimiz demək olar ki, yoxdur. Odur ki, ayrılan vəsaitdən qədim dünya dillərini bilən mütəxəssislər hazırlanmasına dair məsələnin Prezidentin sərəncamında əks olunması bizi sevindirir”. Nigar Abdulla.

 

  Avropalı gənclər təşkilatları Bakıda torlandı

 

 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz fəaliyyətini daxildə olduğu kimi, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində davam etdirmək məqsədilə 1-2 may 2012-ci il tarixində Finlandiya, İsveç, Rusiya, Gürcüstan, Latviya və İtaliyada fəaliyyət göstərən yerli Milli Şuraların nümayəndələrinin iştirakı ilə Gənclər Təşkilatları Milli Şuralarının görüşünü keçirir. ARGTMŞ-ın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görüşün əsas məqsədi Avropa İttifaqı və Şərqi Avropa ölkələrindən olan Milli Şuralar  arasında əlaqələrin möhkəmləndirilməsi və problemlərin birgə həlli üçün ümumi strategiyanın müəyyən edilməsidir. Tədbirin iştirakçıları Avropa ölkələrindən (Finlandiya, İsveç, Rusiya, Gürcüstan, Latviya və İtaliyada) olan Milli Şuraların 10 nümayəndəsidir. Hədəf qrupu isə gənclər və gənc liderlər olub. Görüş mövcud rroblemlərin müzakirəsi və fikir mübadiləsi şəklində keçirilən tədbir zamanı işçi qrupları çərçivəsində müzakirələr aparılır. Müzakirələrdə gələcək əməkdaşlıq üçün layihələr hazırlanacaq və layihələrin təqdimatları olub. Tədbiri giriş sözü ilə ARGTMŞ-ın baş katibi Orxan Ərəbov açıb. Baş katib bildirib ki,  Azərbaycan və Avropa gəncləri  arasında ikitərəfli əlaqələr hazırda yüksək səviyyədədir.  Tədbirin moderatoru “Gənclər fondu”nun icraçı direktoru Fərhad Hacıyev, koordinator isə Milli Şuranın Beynəlxalq Əlaqələr üzrə katibi Nail Əbdülov olub.  Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Avropa Gənclər Forumunun üzvüdür və hər iki təşkilat birlikdə Azərbaycanda bir sıra uğurlu layihələr və görüşlər həyata keçirib. 

 

 

Nigar

 

Palitra.-2012.-2 may.- S.7.