“Mən Azərbaycan kinosunu Hollivuda aparacam”
Ramilya Əliyeva: “Eurovision”un
ölkəmizdə keçirilməsi
Azərbaycanın tanınması,
mədəniyyətinin Avropada
təbliğ olunması,
eyni zamanda turizm infrastrukturunun inkişafı baxımından
böyük əhəmiyyətə
malikdir”
Layihə
çərçivəsində növbəti müsahibimiz
Gürcüstanda fəaliyyət
göstərən Dialoq
və İnkişaf Fondunun prezidenti Ramilya Əliyevadır:
- Gürcüstanda rəsmi göstəricilərə əsasən
400 min nəfər azərbaycanlı
yaşayır, qeyri-rəsmi
göstəricilərə əsasən
isə bu rəqəm yarım milyondan çoxdur. Azərbaycanlılar Gürcüstanın ən böyük sayda olan milli
azlıqlar tərkibini
təşkil edir.
Demokratiyanın əsas özəlliklərindən
biri də dövlətdə yaşayan
milli azlıqların hüquqlarının tam şəkildə
müdafiə olunmasıdır.
Gürcüstanda azərbaycanlılarla əlaqəli bir çox layihə və tədbirlər həyata keçirilir.
Bu tədbirlər sırasında əlbəttə
Gürcüstan dövləti
tərəfindən həyata
keçirilən tədbirləri
də qeyd etmək lazımdır.
Bu layihələrin başlandığı ilk gündən
Gürcüstan azərbaycanlılarının
bir çox sahələrdə inkişaf
etməsi diqqəti cəlb edir. Əlbəttə, bu məsələlər
öncə Gürcüstanda
yaşayan azərbaycanlıların
gürcü ictimaiyyətinə
inteqrasiyasına ciddi şəkildə yardımçı
oldu. Azərbaycan Respublikasının birbaşa dəstəyi ilə Gürcüstanda bir sıra mühüm
layihələr həyata
keçirildi. Mədəni, sosial sahələrdə də bu gün
Gürcüstan azərbaycanlılarının
həyatında bir çox dəyişikliklər
var. Ötən illərə
nisbətən inkişaf
açıq-aydın görünür.
Azərbaycanın Gürcüstana etdiyi
iqtisadi yatırımların
da Gürcüstan azərbaycanlılarının sosial
rifahının yaxşılaşmasında
önəmli yeri oldu. Ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsinə start
verəndə bu kimi layihələrin Gürcüstan azərbaycanlılarının
həyatında mühüm
rol oynayacağını
qeyd etmişdi. Sevindirici haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Axalkalaki-Qars kimi irimiqyaslı layihələr
var. Bu gün Gürcüstanın
ən iri vergi ödəyən şirkəti Azərbaycan
sərmayəsi olan
SOCAR Georgia şirkətidir. Gürcüstanda 40-a yaxın Azərbaycan
biznes şirkəti fəaliyyət göstərir.
Bütün bunlar biz Gürcüstan
azərbaycanlılarını çox sevindirir. Nəticədə Gürcüstan azərbaycanlıları
bu iki dövlət
arasında canlı körpüdür. Əlbəttə
həll ediləsi məsələlər, burada
yaşayan azərbaycanlılar
üçün problemli
olan müəyyən
sahələr hələ
də var. Amma bunların üzərində
də iş aparılır. Həyata keçirilən layihələrin bu məsələləri də
aradan qaldırılacağına
inanırıq.
-Orada yaşayan gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz? Bu gün onların təhsilə marağı,
cəmiyyətdə təmsil
olunma bacarığı
barədə nə deyərdiniz?
-Gənclərimizin son illərdə
gürcü cəmiyyətinə
inteqrasiya səviyyəsi
artıb. Əgər
4-5 il bundan
əvvəl gürcü
dilini bilən gənclərimiz demək olar ki, yox
idisə, bu gün gənclərimiz Gürcüstanın aparıcı
ali təhsil ocaqlarında təhsil alırlar. Cəmiyyətdə təmsil olunma
bacarığına gəldikdə
isə zənnimcə,
gənclərimiz hələ
gürcü cəmiyyətində
yetərincə təmsil
olunmurlar. Onların daha
fəal olması, gürcü ictimaiyyətində
öz layiqli yerlərini tutması önəmli məsələdir.
Bu sahədə müxtəlif layihələr
reallaşdırılır. Artıq bir çox gənclər təşkilatları mövcuddur
və onlar fəal iş görürlər. Onların hər
birinə uğurlar arzulayıram. Nəticədə bizim hər birimizin amalı eynidir.
- Sizin rəhbərlik etdiyiniz Dialoq və İnkişaf Fondu hansı zərurətdən
yarandı? Digər bir qurum olan Gənc Jurnalistlər Şəbəkəsinin
fəaliyyəti ilə
bağlı nə deyərdiniz?
- Dialoq və İnkişaf Fondunun qarşısında çox
böyük məsuliyyət
durur. İnanıram ki, bu qurum tək Gürcüstanda yaşayan
Azərbaycan türkləri
üçün deyil,
Azərbaycan və ümumilikdə türk dünyası üçün
gərəkli və faydalı fəaliyyətə
dəfələrlə imza
atmağı bacaracaq.
Bir neçə layihəmizi artıq həyata keçirmişik, bu əsasən Azərbaycanın
tanıtımı, mədəniyyəti
ilə əlaqəli layihələr olub. Gürcüstanın Ədliyyə Nazirliyi
ilə 3 layihəni həyata keçirməyə
başlayacağıq. İnkişafa aparan yol dialoqdan keçir. Fərqli və lazımlı işlər görməliyik.
Görüləsi işlər isə
hələ çoxdur. Gənc Jurnalistlər Şəbəkəsinin
əsas yaranma səbəbi, gürcüdilli
mediada azərbaycanlıların
məsələlərinin gündəmə
gətirilməsi, gürcü
jurnalistlərinin Gürcüstanda
azərbaycanlıların sıx
yaşadıqları bölgələrdən
reportajların hazırlanması,
eləcə də Gürcüstanda gənc azərbaycandilli jurnalistlərin
yetişdirilməsi idi.
Düşünürəm ki, təşkilat
öz öhdəsinə
götürdüyü cavabdehliyi
yerinə yetirə bildi. 2009-cu ildə
Gürcüstanın Bolnisi
rayonunun Faxralı kəndində (hazırda Talaveri adlanır) qədim məscidin restavrasiyası ilə əlaqəli problemlər
yaranmışdı. Bir qrup radikal gürcü provoslav birləşmələri
restavrasiyaya zidd gedirdilər. O zaman jurnalistlər şəbəkəsi
olaraq məsələnin
mediada işıqlandırılması,
gürcü və Avropa mediasının diqqətinin bu məsələyə yönəlməsini
tam üzərimizə götürmüşdük.
Bu gün Faxralı məscidində kəndin əhalisi rahat, bir
problem olmadan ibadət
edə bilirsə, deməli, missiyamızı
az da olsa
yerinə yetirmişik.
- Gürcüstan
azərbaycanlıları haqda
yazdığınız kitabla
bağlı fikirlərinizi
bilmək istərdik...
- Gürcüstan azərbaycanlıları
haqqında yazmağa başladığım kitaba
gəldikdə isə
bu kitabın sovet hakimiyyətinin dağılmasından bu günə qədər olan xronoloğiyanı əks etdirəcəyini deyə bilərəm. O dövrdə olan məsələlər, Zviad
Qamsaxurdia dövründə
xalqımızda yaranan
psixoloji stresler,
90-cı illədə boş
qalan kəndlərimiz,
dəyişilən toponimlərimiz,
o dövrdən bu günə kimi yaranan təşkilatlarımız
və onların fəaliyyəti yer alacaq. Ayrılıqda bu dövr ərzində Gürüstanda
yaşayan xalqımız
üçün önəmli,
mühüm rol oynamış şəxsiyyətlərə
də yer verəcəyimi düşünürəm.
Gürcüstanda yaşayan bizlərə,
Borçalı türklərinin
tarixinə gəldikdə
isə hörmətli
professorumuz Kərəm
Buntürkün çox
gözəl araşdırmaları,
məqalələri, kitabları
var. Şəxsən mən
də onlardan tez-tez bəhrələnirəm.
Tariximizi,
əzəlimizi bilməliyik
ki, bu gündən
sonra olacaq tarixi yaza bilək.
- Sizin eyni zamanda rejissor
fəaliyyətiniz də
var. Bununla bağlı
nə deyərdiniz?
- Qısaca desəm, mən Azərbaycan kinosunu Hollivuda aparacam. Bəlkə də bu kimin üçünsə
utopiya kimi səslənə bilər.
Amma bütün reallıqlar təfəkkürümüzdə yaranan utopiyalardan bəhrələnir. Rejissorluq mənim
üçün ən
sevdiyim hobbimdir. Bir sənədli filmim “Unudulmuş Miras” Bakıda Gənc Rejissorların Beynəlxalq
Kino Festivalında 2010-cu ildə
araşdırma sahəsində
birinci yerə layiq görüldü, sonra Borçalı türklərinin layiqli övladı olan Aşıq Əmrah haqqında bir sənədli film çəkdim.
Hazırda isə Axıska
türklərinə aid olan
bir filmin çəkilişlərinə başlamaq üzrəyik.
Həyatda hər şey
istəklərdən başlayır.
Bütün dünyada yaşayan
xalqımın bir yumruq kimi birləşəcəyini,
dünyanın aparıcı
qüvvəsi olmasını
istəyirəm. İnanıram, bu belə də
olacaq. Azərbaycanın inkişafı, rifahı
isə hər birimiz üçün ən önəmli məsələlərdəndir. Harada yaşamağımızdan
aslı olmayaraq hər bir azərbaycanlı
üçün and yeri
məhz Azərbaycandır.
- Bakıda keçiriləcək “Eurovision”a
münasibətiniz necədir?
- Ötən il
Gürcüstanda Azərbaycanın
“Eurovision” mahnı yarışmasında
qalib gəlməsini böyuk sevinclə qarşıladıq. İlk yarımfinalı
Moskvada izlədim.
Rusiyada yaşayan soydaşlarımızın
sevincini görüb, sonra qalibiyyəti Gürcüstanda soydaşlarımızla
qeyd etmək çox fərəhli oldu. Bu yarışma
Azərbaycan üçün
önəmli idi.
“Eurovision”un ölkəmizdə keçirilməsi
Azərbaycanın tanınması,
mədəniyyətinin Avropada
təbliğ olunması,
eyni zamanda turizm infrastrukturunun inkişafı baxımından
böyük əhəmiyyətə
malikdir. Azərbaycana qalibiyyət, Azərbaycan
bayrağına ucalıqda
olmaq yaraşır.
Gürcüstanda yarışmaya xüsusi
hazırlaşırıq. Yarışmanın finalını məhz
Gürcüstandan izləyəcəyik
və canımız Azərbaycana dəstək
olacagıq.
Nigar Abdullayeva
Palitra.-2012.-2 may.-S.12.