Nərimanov rayonunda 32 metr eni olan 4 zolaqlı ikitərəfli
yol çəkilib
Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva
mayın 6-da Heydər Əliyev Mərkəzində həyata
keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov
rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin
kəsişməsində yeni çəkilmiş 1 kilometrə
yaxın yol, “Hilton” otelinin qarşısındakı parkın
abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti
ilə tanış olublar. Prezident və xanımı əvvəlcə
Heydər Əliyev Mərkəzində həyata keçirilən
tikinti işlərinin gedişi ilə tanış olublar.
İnşaat işlərinin ən müasir standartlara
uyğun şəkildə həyata keçirildiyi bildirilib. Azərbaycan
Prezidenti və xanımı ayrı-ayrı tikinti sahələrində
görülən işlərlə yerindəcə
tanış olublar.
Mərkəzdə
aparılan işlərlə yaxından tanış olan
Prezident İlham Əliyev müvafiq
tapşırıqlarını verib. Sonra dövlət
başçısı və xanımı paytaxtın Nərimanov
rayonu ərazisində Qədirbəyov və Həsənoğlu
küçələrinin kəsişməsində yeni
çəkilmiş 1 kilometrə yaxın yol ilə
tanış olublar. Bildirilib ki, 32 metr eni olan ikitərəfli
yol 4 zolaqlıdır. Xətai prospektinin davamı olan bu yola ən
yüksək keyfiyyətli polimer asfalt döşənib, iki
komponentli yol zolaqları çəkilib. Yol boyu 3400 poqonmetr
qranit daşlardan bardürlər düzəldilib, 3800
kvadratmetr ərazisi olan səkilərə qranit daşlar
döşənib. Burada müasir işıqlandırma sistemi
quraşdırılıb. Daha sonra Prezident və xanımı
“Hilton” otelinin qarşısındakı parkda həyata
keçirilən abadlıq və quruculuq işləri ilə
tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov görülən
işlərlə bağlı Prezidentə məlumat verib.
Bildirilib ki, 7800 kvadratmetr ərazisi olan parkın 5700 kvadratmetr
hissəsinə qranit daşlar döşənib. Burada
böyük fəvvarələr kompleksi
quraşdırılıb. Parkda İtaliyadan gətirilmiş
12 illik 18 ədəd maqnoliya və 26 illik 28 ədəd
şaxtaya davamlı palma ağacları əkilib, 2010
kvadratmetrlik ərazi yaşıllaşdırılıb.
Parkın işıqlandırma sistemi ən müasir standartlar
səviyyəsində qurulub.
Dövlət
başçısı görülən işləri yüksək
qiymətləndirib
Palitra.-2012.-8 may.-S.3.