Pakistanın “Liberty” jurnalı: «Olimpiya
Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsü
hökumət və xalq tərəfindən
dəstəklənir»
Pakistanın
nüfuzlu “Liberty” jurnalında tanınmış alim, şair
və publisist, professor Casim Takinin müəllifi olduğu
“Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları” sərlövhəli
məqalə dərc edilib.AzərTAc xəbər verir ki, məqalədə
Moskvada keçirilmiş Milli Olimpiya Komitələri
Assosiasiyasının XVIII Baş Assambleyasında 2020-ci il
Olimpiya Oyunlarının Bakıda təşkil olunması
üçün Azərbaycanın öz namizədliyini irəli
sürdüyünü qeyd edən müəllif ölkənin
birinci xanımı Mehriban Əliyevanın namizədliyinin irəli
sürülməsində və hazırlıq-təbliğat
işlərinin aparılmasında böyük rol
oynadığını vurğulayıb. Müəllif
yazır ki, tədbirdə Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva bu mövzuda danışarkən
2020-ci il Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi
təşəbbüsünün hökumət və xalq tərəfindən
dəstəkləndiyini qeyd edib. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva qeyd edib ki, qədim tarixi irsə
malik olan Bakı Şərqin və Qərbin qovuşduğu məkanda
yerləşir: «Olimpiya Oyunlarında Azərbaycanın bir
müstəqil ölkə kimi nisbətən yaxın
zamanlardan bəri iştirak etdiyinə baxmayaraq, biz idman
infrastrukturunun inkişafına böyük investisiyalar qoyuruq.
Biz doğrudan da Olimpiya Oyunlarını ölkəmizdə
keçirmək əzmindəyik və bu işə siyasi və
maddi dəstək verməyə hazırıq». Professor C.Taki
Mehriban Əliyevanın dünyanın birinci xanımları
sırasında ən yüksək pillələrdən birini
tutduğunu vurğulayaraq onun təşəbbüsünün
uğur qazanacağına inandığını bildirib. Məqalədə,
həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə
həyata keçirdiyi genişmiqyaslı humanitar və sosial
layihələr barədə ətraflı məlumat verilib. Müəllif
yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
xeyriyyəçilik fəaliyyətinə, dünya mədəniyyəti
irsinin qorunub saxlanmasına görə UNESCO-nun xoşməramlı
səfiri seçilmiş, bir neçə inkişaf etmiş
ölkənin medal və ordenləri ilə təltif olunub.
C.Taki məqaləsinin sonunda Mehriban xanım Əliyevaya həsr
etdiyi şeirini yerləşdirib
Palitra.-2012.-9 may.-S.3.