Regionlarda həyata keçirilən infrastruktur layihələri səmərəli nəticələr verməkdədir”

 

Allahyar Muradov: “2020-ci ilə qədər Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan asılılığı aradan qaldırılacaq və yeni keyfiyyət dəyişikliklərinə əsaslanan bilik iqtisadiyyatının formalaşmasına nail olunacaq”

 

Son illər iqtisadiyyatın sürətli inkişafı Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktıdır. Bütün sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də dinamik inkişaf yolunu tutan ölkəmiz bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Müsahibimiz AMEA İqtisadiyyat İnstitutu, elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovdur:

- Son zamanlar ölkə iqtisadiyyatının inkişafını necə qiymətləndirirsiniz?

- Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında sürətli inkişaf baş verir. Həyata keçirilən sosial-iqtisadi islahatlar ölkənin yaxın gələcəkdə perspektiv inkişafına geniş imkanlar yaradıb. Belə ki, hazırda ölkənin bütün regionlarında həyata keçirilən infrastruktur layihələri səmərəli nəticələr verməkdədir. Ümumiyyətlə, Azərbaycanda gedən inkişaf prosesi özünü bir çox makroiqtisadi göstəricilərdə göstərir. Bunlara ÜDM-nin artımını, əhalinin gəlirlərini, sənaye məhsullarının istehsalını, qeyd etdiyim kimi, infrastruktur sahələrinin yenidən qurulmasını, məşğulluğun təmin edilməsini, əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılmasını, sosial müdafiə sisteminin gücləndirilməsini, ölkə iqtisadiyyatına investisiya qoyuluşunu və s. aid etmək olar. Bunlar arasında iqtisadi və sosial tərəqqinin əsas göstəricisi kimi Ümumi Daxili Məhsul istehsalı çıxış edir. Qeyd edim ki, 2011-ci ildə ÜDM istehsalı 50,1 milyard manata çatıb, adambaşına düşən həcm 5530,6 manat (7003,4 ABŞ dolları) olub. Sevindirici haldır ki, qeyri-neft sektorunda ÜDM istehsalı 9,4 faiz artıb, neft sektorunda isə 9,3 faiz azalıb. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı tədricən azalır. Hesab edirəm ki, 2020-ci ilə qədər Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan asılılığı aradan qaldırılacaq və yeni keyfiyyət dəyişikliklərinə əsaslanan bilik iqtisadiyyatının formalaşmasına nail olunacaq.Son illərdə əhali gəlirlərində də dinamik artım müşahidə edilir. Belə ki, 2011-ci ildə əhalinin gəlirləri 19,6 faiz artaraq 30,6 milyard manata, hər nəfərə düşən məbləği isə 18,1 faiz çoxalaraq 3383,8 manata çatıb. Bu dövrdə əməkhaqqında da artım olub. 2011-ci ildə də əməkhaqları təqribən 8,3 faiz artaraq 356,6 manata çatıb. Bu artımlar ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşmasına və yoxsulluğun azaldılmasına öz təsirini göstərib. 2010-cu illə müqayisədə 2011-ci ildə yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6 faizə enib. Ümumilikdə son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalıb. Ölkə başçısının sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyənləşdirilib. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elmbir sıra digər sahələrdə əməkhaqqı artırılıb, qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılıb. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir. 2011-ci ildə 94 min yeni yeri açılıb ki, onun da 73 mini daimi yeridir. Bütövlükdə 2003-2011-ci illərdə 1 milyondan artıq yeri açılıb. Son 10 ildə ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yüzlərlə yeni tikili və obyektlər istifadəyə verilib. Statistika Komitəsinin məlumatlarına istinadən deyə bilərik ki, təkcə 2011-ci ildə ölkədə 15 sənaye müəssisəsi, ümumi sahəsi 1,9 milyon kvadratmetr olan yaşayış evləri, 12,6 min şagirdlik ümumtəhsil məktəbi, 310 yerlik məktəbəqədər uşaq müəssisəsi, 11 səhiyyə müəssisəsi (xəstəxana, ambulatoriya, poliklinika, diaqnostikatibb mərkəzləri) əhalinin istifadəsinə verilib.

- Kənd təsərrüfatındakı vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalında da artım müşahidə edilib. 2011-ci ildə kənd məhsullarının istehsalı 2010-cu ilə nisbətən 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları 8 faiz, heyvandarlıq məhsulları isə 3,5 faiz artıb. Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsi tərəfindən ümumilikdə aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar ayrılmaqdadır. Belə ki, Prezidentin 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq  istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin (növündən asılı olmayaraq) becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq 40 manat məbləğində yardımın verilməsi 2007-ci ildən başlayaraq indiyədək davam etdirilir. Ümumilikdə 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 307,5 milyon manat məbləğində subsidiya verilib. Lakin kənd təsərrüfatının inkişafı ilə bağlı problemlər də var. Hazırda texnikanın çatışmazlığı (xüsusilə taxıl məhsullarının biçini dövründə), yeni texnologiyalardan istifadə səviyyəsinin aşağı olması, torpağa və məhsullara aqrotexniki qulluğun zəif olması halları var ki, bu da kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə, məhsul itkisinə səbəb olur. Bu sahədə daha çox işlərin görülməsinə ehtiyac var.

- Ölkəmizin beynəlxalq ticari iqtisadi əlaqələri ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan beynəlxalq ticari əlaqələr sahəsində də sürətlə irəliləyir. Təkcə 2011-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 150-yə yaxın ölkəsində tərəfdaşları ilə ticarət əməliyyatları aparıb. Bunun nəticəsi olaraq 2011-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 33,2 milyard ABŞ dollarına çatıb. Düzdür, neft və qaz ixracı hesabına ixrac idxalı 2,9 dəfə üstələyib. Hazırda Azərbaycan bir sıra beynəlxalq layihələrdə iştirak edir. Bu layihələrdən Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), “Nabukko”, Bakı-Tbilisi-Qars (BTQ) və s. layihələrin adlarını çəkmək olar. Bilirsiniz ki, artıq BTC və BTƏ öz iqtisadi bəhrəsini verməkdədir. Digər layihələr də Azərbaycanın dünya ölkələri arasında mövqeyini möhkəmləndirir.

- Ölkə iqtisadiyyatının inkişafı investisiyaların artımına nail olmağa imkan verirmi?

 - Yaradılımış əlverişli investisiya mühiti 2011-ci ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımını təmin edib. 13 milyard dollar daxili 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılıb. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşüb. Dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub. 2005-2010-cu illərdə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 6,5 dəfə artaraq 1440,9 milyon manatdan 9163,4 milyon manata çatıb. Onu da qeyd edək ki, bu dövrdə qısamüddətli kreditlərin həcmi 2,8 dəfə, uzunmüddətli kreditlərin həcmi 12,5 dəfə artıb. Əgər 2005-ci ildə iqtisadiyyata qoyulan kreditlərin 63,4%-ni qısamüddətli kreditlər təşkil edirdisə, 2010-cu ildə bu, 28%-ə düşüb, uzunmüddətli kreditlərin xüsusi çəkisi isə 36,6%-dən 72%-ə yüksəlib.   Aparılan islahatlar nəticəsində əhalinin banklara olan inamı artıb əhali əmanətlərinin cəlb olunmasında xeyli irəliləyiş olub. 2010-cu il tarixinə əhalinin banklardakı əmanətləri 3 mlrd. manat təşkil edir ki, bu da 2005-ci illə müqayisədə 6,1 dəfə çoxdur. Cəlb olunmuş əmanətlərin 46,5%-i milli valyuta ilə, 53,5%-i xarici valyuta ilə olub. Təhlil göstərir ki, respublikamızda əhalidən cəlb olunmuş əmanətlərin ÜDM- xüsusi çəkisi 7%-ə çatsa da, bu, inkişaf etmiş dövlətlərdəki müvafiq göstəricidən (20-50%) xeyli aşağıdır.2012-2013-cü illərdə ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən beynəlxalq magistral daxili əhəmiyyətli yolların yenidən qurulması, içməli su suvarma sistemlərinin bərpası genişləndirilməsi, regionların qazla təminatı, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyaların həyata keçirilməsi nəzərdə tutulur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan, habelə dövlət büdcəsində dövlət investisiya xərclərini nəzərdə tutulan istiqamətlər üzrə düzgün yönəltmək qarşıdakı il üçün prioritet məqsədlər sırasındadır. Proqnozlara görə, 2012-ci ildə ölkə iqtisadiyyatına 13,5 mlrd. manat məbləğində investisiya yönəldiləcək. Bunun 70,3%-ni daxili investisiyalar, 29,7%-ni isə xarici investisiyaların təşkil edəcəyi gözlənilir. Cəlb edilən investisiyaların 68,4%-nin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsində gəldikdə, hesab edirik ki, bu gün Azərbaycanda əsas prioritet məsələ iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi olmalıdır. Rəqabət qabiliyyətinin yüksəldilməsinin ilk ən zəruri amili elmin təhsilin inkişaf etdirilməsidir. Bununla paralel olaraq elm tutumlu sənaye sahələrinin inkişafı labüddür. Hazırda Azərbaycanın bu istiqamətdə uğurlu addımlar atması üçün real imkanlar var.      

 

 

Nigar

 

Palitra.-2012.-9 may.-S.7.