Dünya sosiologiya
elmində nələr baş verir?
Ankara Universiteti, Sosial elmlər
fakültəsindən professor İsmayıl Doğan: “Siyasət
həyata keçirərkən elmə qaynaq kimi arxalanmasan,
bilik adamlarına qərar qəbul edincəyə qədər
istinad etməsən, yarımçıq iş
görmüş olarsan”
Mayın 10-u və 11-i tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu keçirildi. Simpoziumda dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər, sosioloqlar iştirak edridilər. O cümlədən, Azərbaycandan da bu beynəlxalq elmi tədbirə qatılan, simpoziumun işinə töhfəsini verən elm adamları vardı. Qeyd edək ki, bu sətirlərin müəllifi də simpoziumda çıxış etmək üçün ora qatılmışdı. Əvvəldən sonacan simpoziumun işini izlədik və bu beynəlxalq tədbirin dünya sosiologiya elmi, xüsusən də türk dünyası ölkələrinin alimləri üçün çox məhsuldar olduğu qənaətindəyik. Bu baxımdan bir jurnalist fürsəti əldə edərək simpoziumun təşkilat komitəsinin başqanı, prof.dr., Ankara Universiteti, Sosial elmlər fakültəsindən İsmayıl Doğanla müsahibə apara bildik. Azərbaycan sosiologiya elmi və ümumiyyətlə, elmi ictimaiyyət üçün maraqlı olacağını nəzərə alaraq müsahibəni təqdim edirik.
- İsmayıl müəllim, bu
simpoziumun önəmini necə xarakterizə edərdiniz?
- Bütün simpoziumlar, konfranslar akademiya və universitet üçün önəmlidir.
Bilginin hasil olması və paylaşılması
baxımından bunun önəmi böyükdür.
Məsləkdaşlar, həmkarlar bu
baxımdan biliklərini
paylaşır, yeni ideyalarını bölüşürlər.
Öncə bilginin hasil
olduğu yer üçün bunun böyük önəmi
var. Çünki yeni
bilgilərə və
ideyalara hamı açıq olmalıdır.
Bu cür tədbirlər
dünyanın müxtəlif
yerlərindən gələnlərin
bir toplantısı olduğu üçün
dostlarımızın problemlərə
yanaşmalarını öyrənirik.
Bu, bizim təcrübələrimizi
həmkar kimi çox artırır.
Deməli, universitet üçün
bunun önəmi böyükdür. İkincisi, biliyin
topluma, ölkəyə
və dünyaya təqdim olunması baxımından bu cür konfransların böyük önəmi
var. Doğrudan da bilik alıcıları simpoziumdan birdən-birə
bilik götürmürlər.
Bu çalışmalar simpozium kitabı vasitəsilə və mövzunu öyrənən
media vasitəsilə yayılır.
Bundan xəbər tutan maraqlı insanlar bu haqda bilgilər
əldə edə bilirlər. Çox önəmli və
fərqli bir faydası da budur ki, konfransda
iştirak edənlər
tərəfindən öz
ölkələrinin siyasətçilərinə,
idarəçilərə, qanun verənlərə təhsil siyasəti, milli təhsil həyata keçirmə mövqeyində olan, maariflə maraqlanan məmurlara, siyasətçilərə
vacib bir material təqdim edilir. Biz yaxşı niyyətlə
bui bilgiləri paylaşırıq. Əlbəttə, bu hasilatdan özümüzə
bir fayda görmürük, çünki
biliklərə yiyələnən
insan ilk növbədə
özünü inkişaf
etdirmiş olur. Amma bu bilik sadəcə
bilik təqdim edənlə məhdudlaşmır.
Bilgiyə ehtiyacı olan
kəsimlər - ölkələrin
siyasətləri, təhsil
siyasətləri, mədəniyyət
siyasətləri bu cür simpoziumlardan, bilik törənlərindən
bəhrələnməlidirlər. Əgər belə olmazsa, siyasətçilər bunlardan
mənbə və qaynaq kimi yararlanmazlarsa,
öz məhdud həqiqətlərini insanlara
verməyə çalışacaqlar.
Amma bu bilik də
zaman, müasirlik üçün çox keçərli deyil.
Bilik hasil edən qurumlar, yəni universitetlərin istehsal etdiyi biliklərdən tərəflərin faydalanmaları
gözənilir. Dövlət də bu bilikdən
fayda götürür.
Hər ölkədə bu fayda götürmənin fərqli səviyyələri
var. Bizim ölkəmizdə
bu necə olur? Türkiyə bu məsələdə
önəmli məsafə
qət edib. Bir çox mövzularda düşüncə və
elm adamlarına bu barədə müraciətlər
və istinadlar olur. Amma bu, yetərli
deyil. Bunun üçün siyasətlərin bilgi zəminində həyata keçirilməsini gözləyirik.
Biz bu cür
siyasətərin həyata
keçirilməsində elmə
daha çox müraciət edilməsi barədə mesajlar veririk. Məsələn, bir gecədə
sistem dəyişir, siyasət dəyişir, dərs proqramlarını
dəyişdirirlər. Bütün bunlar bir gecədə ola bilər,
amma o gecəyə qədər də bilik, təhsil dünyasından bilik və məsləhətləşmələr
almaq lazımdır. Alimlərin, təhsil adamlarının
bu məsələlərə
necə yanaşdıqları
və hansı təkliflər verdikləri
öncə müzakirə
olunmalıdır. Sonra siyasət
həyata keçirməyə
dəyər. Demək, bu
cür konfranslar həm universitetlər, həm dövlət, həm də cəmiyyət üçün
çox önəmlidir.
- Təhsil sosiologiyası dünyada nə dərəcədə
inkişaf edib? Türk dünyasında bu elm növünün mövqeyi
və inkişaf səviyyəsi haqda nələri demək olar? Bu barədə
hansısa araşdırmalar
aparılıbmı?
- Təhsil sosiologiyası sənaye cəmiyyətinin
elmidir. Yəni sənayeləşmə ilə birlikdə bu elm yaranıb. Qərbi Avropada industrial cəmiyyətin
meydana çıxması
ilə bu elm formalaşıb. Sənayeləşmə
cəmiyyəti də
dəyişir, iş bölümü
artır. Daha öncə kəndində,
elində torpağa bağlı olan insanlar şəhərləşirlər.
Şəhərlərdə yaşamağa başlayırlar.
Şəhərlərdə fabriklər, zavodlar
insanların gündəlik
həyatını birdən-birə
dəyişir. Amma bu dəyişməyə uyğun
olaraq dəyərlər
də dəyişmir.
İnsan
əski dəyərləri
ilə yaşamasına
davam edir. Məsələn, kənddə ikən
bağıraraq yüksək
səslə bir-biri ilə dialoq quran insanlar şəhərdə bunun
yerinə texnologiya vasitəsilə danışırlar.
Məsələn, biri evə
girərkən nəsə
səs salaraq girir, xəbərdarlıq
edir, qapını döyür. Qapı zənginə
basmaq yerinə qapını döyüb,
səs-küy çıxarmağı
gözünüzün önünə
gətirin. Belə olanda,
insanlar bir-birilərindən
rahatsız olurlar.
Bu rahatsızlıqdan narazılıqlar ortaya çıxır. Bu sadəcə məsum bir məhəllədə
yaşama hadisəsi deyil. Belə hallar daha tez-tez baş verincə, kriminal hadisələr sənaye toplumunda artmağa başladı. İnsanlar çaşıb
qaldılar ki, nə etsinlər. Belə bir halda cəmiyyət
haqqında bir vacib elm ortaya çıxdı. Sənaye cəmiyyəti
sosiologiyanı öz bu cür problemlərini
həll etmək üçün imdada çağırıb. Sosiologiya vasitəsilə
insanları, cəmiyyətləri
kontrol etməyə çalışıblar. Təhsil sosiologiyası isə cəmiyyətlərin təhsil
vasitəsilə islah edilməsi məqamında
praktik vəzifə daşıyır. Bu, Qərbdən Şərqə
getdikcə daha basqın bir missiyadır. Çünki geniş xalq kütlələrinin təhsillənməsi,
dəyərlərin yeni
dəyərlərə transformasiyası
məsələlərində təhsil sosiologiyası yol göstərir. Bu gün dünyada
təhsil sosiologiyası
hansı səviyyədədir?
Öncə deyim ki, Qərbin tarixi bütün insanlığın
tarixi deyil. Qərblə
Şərq arasında
bir sıra fərqlər var. Ruh və mənəvi fərqlər burada önə çıxır.
Buna inkişaf fərqləri də əlavə edilməlidir.
Qərb bu gün cəmiyyətə
fərqli yanaşa bilir. Belə ki, yerində
oturmaqla məsafədən
cəmiyyəti idarə
etmək yollarını
tapıblar. Ona görə
də indi sosiologiyanı dövriyyədən
çıxarmağa çalışırlar.
Yəni sosiologiyanı tarixin arxivinə göndərməyə
çalışırlar. Təhsil sosiologiyası da sosiologiyaya bağlı olduğu üçün
belə bir taleyə məhkum edilməkdədir. Məsələn, bu konfransda Maltada,
Kanadada da sosiologiyanın bu durumda olduğu, təhsil sosiologiyasının
gerilədiyini deyirlər.
Dünya
sosial elmlərə artıq fərqli gözlə baxır.
Məsələn, tibb elminin qarın sancısı və digər xəstəlikləri müalicə
edəcəyi insanlar üçün aydındır.
Amma sosiologiyanı öyrənirik və getdiyimiz yerlərdə bizdən soruşurlar: nə işə yarıyır bu? Sosial elmlər insan zehnini dərinlədən,
ona yeni üfüqlər açan,
suallar soruşan, onlara cavablar verməyə çalışan
elmlərdir. Sosial elmlər
insanları öz maraqları xaricində məsələlərə baş
qoşmağa səbəb
olan elmlərdir.
Amma digər elmlər elə deyil. Digər elmlərdə yalnız başqasının öyrəndiyini
istifadə edirsiniz.
Amma sosial elm belə deyil.
Bir sözlə,
təhsil sosiologiyasının
taleyi sosiologiyaya bağlıdır. Sosiologiyanın taleyi də
dünyada sosial elmlərə biganə baxışının təsiri
altındadır. Bu cür simpoziumlar isə bunu rədd
edən, insanın, toplumun önəmli olduğunu vurğulayan elmi toplantılardır və daha optimal yol göstərməyə
çalışır.
İlkin AĞAYEV
Palitra.-2012.-16 may.-S.5.