WorldFood Azerbaijan” sərgisi daxilixarici istehsalçılar uçun şərait yaradacaq

 

Bakıda Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olanIteca Caspian” şirkətinin təşkilatçılığı ilə XVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan-2012”) işə başladı. Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgidə 24 ölkədən 120 şirkət iştirak edir. Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, MisirSerbiya şirkətləri sərgiyə ilk dəfədir qatılır. Sərgidə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov bildirdi ki, artıq 18-ci dəfədir keçirilən Beynəlxalq Qida Sənayesi Sərgisində həm Avropa, həm də Asiyadan olan şirkətlər iştirak edir: “Maraqlı haldır ki, bu sərgidə Avropadan Sebiya, Asiyadan isə İndoneziya, Əfqanıstan ilk dəfədir ki, təmsil olunur. Belə sərgilərin keçirilməsi çox vacibdir. Çünki Azərbaycanın kənd təsərrüfatı sahəsində istehsalı, eləcə də ixrac potensialı çox böyükdür. Gələcəkdə bu sərgilərin, biznes forumların vasitəsilə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı, qida sənayesi məhsulları digər dövlətlərə ixrac ediləcək”. Ümumiyyətlə, kənd təsərrüfatı Azərbaycanın qida sənayesinin inkişafında mühüm rol oynadığını deyən nazir kənd təsərrüfatı məhsulları istehsalçılarını məhsul istehsalını artırmağa çağırdı: “Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq. Ölkə başçısı bizim qarşımızda vəzifə qoyub ki, qarşıdakı 10 ildə məhsul istehsalı 2 dəfə artmalıdır”. Onun sözlərinə görə, bu artım əsasən qeyri-neft sektoru hesabına olmalıdır: “Bu sahədə isə əsas imkanlar qida sənayesi və kənd təsərrüfatında olduğu üçün bizim işimiz çoxdur. “WorldFood Azerbaijan” sərgisi daxilixarici istehsalçılar uçun şərait yaradacaq ki, öz məhsullarını tanıtsınlar. Bu işlər həm milli, həm regional, həm də beynəlxalq səviyyədə ərzaq təhlükəsizliyinə töhfə verir.“Iteca Caspian” şirkətinin rəhbəri Fərid Məmmədov bildirdi ki, “WorldFood Azerbaijan-2012” sərgisi bir meydançadaWorldFood”, “WorldDrink” və “WorldFoodTechkimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edir. Ümumilikdə isə sərgidə malquş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, super-marketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunur. Qeyd edildi ki, “WorldFood Azerbaijan-2012” ilə yanaşı VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“AgriHort Azerbaijan”), I Xəzər Beynəlxalq “Qablaşdırma, Tara, EtiketPoliqrafiya” (“IPACK Caspian”) və II Xəzər Beynəlxalq “Plastik Kütlələr və Kauçuk” (Plastex Caspian) sərgiləri də keçirilir.O da vurğulandı ki, fəaliyyət göstərdiyi illər ərzində, “WorldFood Azərbaycan” sərgisi yeni tərəfdaşların axtarışına şərait yaradan, regionda qida sənayesinin inkişaf vektorunun müəyyənləşdirilməsinə və mövcud əlaqələrin möhkəmləndirilməsinə xidmət edən və artıq 18 ildir ki, bu sənayenin ekspertlərini bir meydançada toplayan səmərəli platformasına çevrilib. Bildirildi ki, bu əməkdaşlıq böyük üstünlükdür və həm təşkilatçılıq təcrübəsini öyrənmək, həm də sərgini, habelə onun iştirakçılarını həmin ölkələrin bazarlarında fəal surətdə təşviq etmək üçün imkan yaradır. Sərgi yeddi ildən çoxdur ki, UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur. Sərginin “UFI tərəfindən təsdiq olunub” nişanı onun bütün beynəlxalq standartlara uyğun olduğunu və tədbirin yüksək səviyyədə təşkil edildiyini nümayiş etdirir. Sərgi ekspozisiyasının 40%-ni təşkil edən Azərbaycan şirkətləri onun fəal iştirakçılarıdırlar. Hər il sərgi yeni-yeni iştirakçıları cəlb edir və təqdim olunan məhsullarının çeşidini daha da genişləndirir. Belə ki, bu il sərgi ekspozisiyasının 40%-ni ərzaq məhsulları, qənnadı məmulatı və qida sənayesi üçün qurudulmuş meyvələr təqdim edilir. Həmçinin, sərgidə kommersiya strukturları ilə yanaşı hökumət təşkilatları da iştirak edir. Qeyd edək ki, bu layihə üzrə işə “ITE Group Plc” şirkətinin tərəfdaşlar şəbəkəsi - EUF (Türkiyə), GIMA (Almaniya), ITE Gulf (BƏƏ) və s. cəlb olunub və onların sayəsində sözügedən sərgi öz çoxsaylı xarici iştirakçı və qonaqları ilə fərqlənir.WorldFood Azərbaycan” sərgisi Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin ən iri qida sənayesi sərgilərini birləşdirən dünyaca məşhur “WorldFood” sərgi brendinin bir hissəsidir. Sərgiyə təşkilati dəstək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan sı (ASK) Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası tərəfindən təmin edilir. Bu il Azərbaycan, BelarusMisir istehsalçıları ilə təmsil olunan süd məhsulları sektoru isə öz rəngarəngliyi ilə fərqlənir. Ölkədə istehsalın artdığını nəzərə alaraq, bu ilki sərgidə qida sənayesinin müxtəlif sahələri üçün nəzərdə tutulmuş müasir avadanlıqların geniş çeşidi nümayiş olunur. Sərgidə qablaşdırma sektoru da fəal surətdə təmsil olunur. Əvvəllər “WorldFood Azərbaycan” sərgisinin bir hissəsi olmuş, indi isə regionda qablaşdırma bazarının müstəqil sənaye tədbirinə çevrilmiş Xəzər Beynəlxalq Qablaşdırma, Tara, EtiketPoliqrafiya (“IPACK Caspian-2012”) sərgisinin bu ilki mövzusu qablaşdırma ilə əlaqədardır. Ölkədə ümumi istehsalın və xüsusilə də qablaşdırma sektorunun sürətli inkişafı bu qərarın qəbul edilməsinə təkan veribbu ilki sərgidə Azərbaycan, Rusiya, Türkiyə və Çexiyadan qablaşdırma avadanlığı istehsal edən şirkətlərin maraqlı həll variantları təqdim olunur. Sərgidə qablaşdırma maşınları və etiket üzərində təsvir çap edən avadanlıqlar, qablaşdırma materialları və hazır məhsullar, o cümlədən etiket məmulatları təqdim olunur. Qeyd edildi ki, bu sərgi peşəkarlar üçün maraqlı bir hadisəyə çevriləcək və yeni brendlərin təqdim etdikləri ərzaq məhsullarının dadına baxmağa, müasir avadanlıqları sınaqdan keçirməyə, habelə faydalı əlaqələr qurmağa və sərfəli müqavilələr bağlamağa imkan yaradacaq. Sərgidə müasir avadanlıq və texnologiyaların regionlarda tətbiqini təşviq etmək üçünWorldFood Azərbaycan” sərgisi çərçivəsində Azərbaycanın bölgələrindən olan peşəkarlar və sahibkarlar üçün info-tur təşkil edilib. 

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-16 may.-S.10.