Böyük Britaniyada magistr təhsili alan Aysəba
Umutlu: “Diaspor tərəfindən
xaricilərin daha çox
marağına səbəb ola biləcək
tədbirlərin keçirilməsini intensivləşdirmək
lazımdır”
Xaricdə təhsil alan azərbaycanlı
gənclər son vaxtlar
Azərbaycan mədəniyyətini və həqiqətlərini
yaymaqda daha çox aktivlik göstərirlər.
Onlar bu sahədə daha çox mütəşəkkilləşiblər
və müxtəlif diaspor qurumlarında
təmsil olunurlar. Bu
baxımdan onların Azərbaycan mədəniyyətini yaymaqla bağlı fikir və
təkliflərini öyrənmək çox
maraqlıdır. Mövzu ilə
bağlı olaraq müsahibimiz
London City Universitetinin Beynəlxalq siyasət və insan hüquqları fakültəsində magistr təhsili alan,
Bakı Beynəlxalq Tələbə Klubunun
rəhbəri Aysəba Umutludur. Aysəba Umutlu bizimlə söhbətə Böyük Britaniyadakı diasporumuzun
fəaliyyəti barədə fikirlərini bildirməklə
başladı:
- Buradakı
diasporumuz özünü ümumilikdə, çox fəal
şəkildə göstərməkdədir. Onlar intensiv
olaraq Azərbaycan mədəniyyətinin tanıdılması
ilə bağlı müxtəlif tədbirlər keçirirlər.
Səfirliyimiz də Azərbaycan mədəniyyəti ilə
bağlı tədbirlər keçirilməsində çox
fəallıq nümayiş etdirir. Belə ki, səfirlik gənclərlə
mütəmadi işləməyə çalışır.
Onu da deyim ki, Böyük Britaniyanın çox universitetlərində
Azərbaycan cəmiyyətləri açılıb, orada tələbələrimiz
təmsil olunur və bu, çox yaxşı bir haldır. Səfir
Fəxrəddin Qurbanovun tələbələrin təşkil
etdiyi bir çox tədbirlərdə mütəmadi olaraq
iştirak etməsi biz tələbələri sevindirir.
- Burada
ən çox tədbir keçirən diaspor qurumu Avropada ən
yaxşı diaspor təşkialtlarından biri olan, Tale Heydərovun
rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyətidir. Bu təşkilat
Azərbaycanla bağlı tədbirlərini adətən səfirliklə
birlikdə keçirir. Ümumilikdə, bir tələbə
kimi bu təşkilatın tədbirlərindən çox
razıyam. Amma digər cəhətlərə
görə sadalamalı olduğum məqamlar
da var. Məsələn,
tədbirlərimizin, bayramlarımızın hamısına aid olan tədbirlər keçirilir, eyni zamanda hüzn günlərimizlə
bağlı tədbirlər də mütəmadi olaraq keçirilir. Bir çox hallarda bizim tələbələr
bir qədər bu cür tədbirlərdə passivlik
edir. Bildiyim qədər,
Britaniyada təhsil alan
azərbaycanlılarımızın sayı digər Avropa ölkələrindəki tələbələrimizin
sayından yüksəkdir. Buradakı tələbələrə
fəal demək olar, amma
bir qədər tənbəl olan tələbələrin də sayı çoxdur. Əslində başü
düşmək olar ki,
dərslərin çoxluğuna görə
ictimai baxımdan fəal olmaq
bir qədər çətindir. Amma yenə də bəziləri
lazımsız yerə tənbəllik göstərirlər. Bəziləri
deyir ki, beynəxalq tədbirlər
formal xarakter
daşıyır, amma diaspor
işində bu cür
tədbirlərin keçirilməsində Azərbaycan həqiqətlərini
tanıtmaqla bağlı məqsəd ortaya
qoyulursa, buna nail olmaq olar.
Bu baxımdan hər bir
tədbirə ciddi yanaşmaq
və hazırlaşmaq lazımdır. Azərbaycan Avropa Cəmiyyətinin keçirdiyi
tədbirlər də bu baxımdan ölkənin
tanıdılması ilə bağlı həyata keçirilən
tədbirlərdir. Burada konsertlər təşkil
edilir, Azərbaycan musiqiləri təqdim edilir. Bununla bərabər,
qeyd edərdim ki,
ümumiyyətlə, bütün ölkələrdə
xaricilərin daha çox
marağına səbəb ola biləcək
tədbirlərin keçirilməsini intensivləşdirmək
lazımdır. Məsələn,
britaniyalıların hansısa əlamətdar günlərinin
və ya britaniyalılarla bərabər hər
hansı tədbirlərin təşkilində əməkdaşlıq
edilsə və oraya onların iş adamları, ictimaiyyət nümayəndələri
dəvət edilsə, zənnimcə, bu cür tədbirlər də çox effektiv alına
bilər. Belə olanda Azərbaycan və
azərbaycanlılarla daha yaxından maraqlanmağa başlayırlar.
- Bu məsələdə tələbələrlə
diaspor nümayəndələri arasında normal əlaqələr,
işbirliyi və mütəşəkkil münasibətlər
varmı?
- Tələbələrin
diasporla birgə tam olaraq qaydasında işlədiyini dəqiq
deyə bilmərəm. Bizim
City Universitetinin tərkibində olan Azərbaycan Cəmiyyətinin
adından deyə bilərəm ki, maksimum may ayına qədər
hər hansı bir tədbiri keçirə bilirsən.
Çünki biz burada bir illik magistr təhsili alırıq.
İldə iki-üç ayımız başqa işlərə,
məzuniyyət və imtahanlara sərf olunur. Bu baxımdan magistraturada oxuyan tələbələri başa
düşmək olar. Bununla
belə, diaspor cəmiyyətinin üzvləri
olaraq biz həmişə
düşünürük ki, Azərbaycan mədəniyyətini
tanıtmaqla bağlı hər hansı bir
tədbiri çox yüksək bir səviyyədə həyata keçirməliyik.
Məsələn, bu yaxınlarda Novruz bayramını keçirmək istədiyimizi
deyəndə səfirlik bizə bu işdə
böyük dəstək oldu
və bizi lazımi materiallarla
təmin etdi. Yəni Azərbaycanla
bağlı məlumatların yayılması üçün
lazım gələn vəsaitlər aldıq və tədbiri
yaxşı keçirdik. Ümumiyyətlə, məncə diasporla əlaqələrimiz pis
səviyyədə deyil. Sadəcə buraya oxumağa gələn
tələbələrin bir çoxu səfirliyimizdə qeydiyyatdan
keçmirlər. Ona görə də bəzən
səfirliyin və ya bizim
onların fəaliyyətindən xəbərimiz olmur. Bu baxımdan onlarla bağlı da koordinasiya işlərini həyata keçirmək
lazımdır. Səfirliyin məlumatına görə, burada qeydiyyatdan keçmiş 1000-dən çox
tələbə var və onların
koordinasiyasını səfirlik həyata keçirir.
Amma qeyd edim ki, bəlkə də burada 2000-ə qədər tələbə var. Onlarla bağlı
işləmək isə buradakı qurumlarımızın
üzərinə düşən bir işdir. Bu cür tələbələri Azərbaycan mədəniyyətini
yaymaqla bağlı həvəsləndirmək
lazımdır. Onlar istər diaspor
qurumlarımız, istərsə də tələbələrin
formalaşdırdığı universitetlərdəki cəmiyyətlər
tərəfindən müəyyən işlərə, mədəniyyətimizin
təbliği ilə bağlı fəaliyyətlərə cəlb
olunmalıdır. Onlara azərbaycanlı
olmanın məsuliyyətini aşılamaq, ümumi
işin xeyrinə təşkilatlandırmaq
lazımdır. Burda tələbələri üç
koteqoriyaya ayırmaq olar-
birinci qrup tələbələr
həm maraqlıdırlar, həm də fəaldırlar, ikinci qrup tələbələr
tədbirlərin keçirilməsinə maraqlı olsalar belə, məsələ sırf işə
gələndə çox passiv
olurlar və nəhayət, üçüncü qrup tələbələrin isə
nə maraqları var, nə də fəaliyyətləri.Üçüncü
qrupa aid olan tələbələri tapmaq,
hətta əlaqə qurmaq belə çox çətindir.
Çalışmalıyıq ki, birinci qrupa daxil
olan tələbələrin sayını
artıraq.
- Konkret olaraq milli mətbəximiz,
musiqimizlə bağlı hansı tədbirlər həyata
keçirilir?
- Konrket
olaraq mətbəximiz və musiqimizlə bağlı tədbirlər
burada həyata keçirilir. İstər Londonda, istərsə
də digər şəhərlərdə səfirlik və
Avropa Azərbaycan Cəmiyyəti
bu cür tədbirləri həyata keçirir. Bu cür
tədbirlərdə milli yeməklərimiz və
şirniyyatlarımız bütün növləri ilə təqdim
edilir ki, bu da mətbəximiz barədə dolğun təəssüratlar
yaratmaq üçün zənnimcə, kifayətdir. Mən əlimdən gəldiyi qədər
çalışıram ki, bu cür tədbirlərə
xarici rəfiqələrimlə gedim. Məsələn, bir dəfə
getdiyim belə tədbirə alman və türk rəfiqəmi
aparmışdım. Onlar çox möhtəşəm bir Azərbaycan
tədbirinin şahidi oldular. Milli mətbəximizdən əlavə
orada milli musiqi və rəqsimiz çox yüksək bir səviyyədə
təqdim olundu. Bütün bunlar rəfiqələrimin
çox xoşuna gəldi. Ancaq mən istərdim ki, bu cür
tədbirlərə azərbaycanlılar daha çox gəlsinlər
və gələrkən özlərindən də çox əcnəbiləri
oraya gətirsinlər. Çünki əcnəbi tələbə
və vətəndaş kontingenti bizim Azərbaycan mədəniyyətini,
həqiqətlərini tanıtma ilə bağlı
keçirdiyimiz tədbirlərdə nə qədər
çox olarsa, bir o qədər də biz mədəniyyətimizin
xaricdə təbliği ilə bağlı məqsədlərimizə
çatmış olarıq. Hər kəs öz xarici dostunu və
ya tələbə yoldaşını gətirsə, bu tədbirlər
daha effektli olar. Bu cür əcnəbiləri tədbir
üçün seçərkən də diqqətli olmaq
lazımdır. Onların maraqlı olub-olmamasını nəzərə
almaq laqzımdır ki, maraqlı olanlar daha çox bu cür
tədbirlərə dəvət alsınlar. Məsələn,
mən bu cür tədbirlərə yollanarkən birinci olaraq
türk tanışlarıma deyirəm ki, onlar da bu cür tədbirləri
başqalarına yaymaqda, özləri ilə əcnəbi gətirməkdə
çox maraqlıdırlar. Belə olduqda isə əcnəbilərin
daha çox sayla bizim tədbirlərimizə qatılma
imkanları olur. Bildirmək istəyirəm ki, bizim tələbələrimiz
bu məqama da çox böyük önəm verməlidirlər.
İlkin AĞAYEV
Palitra.-2012.-16 may.-S.11.