Yaxın illərdə kənd təsərrüfatı
istehsalı azı 2 dəfə arta bilər
1 noyabr Kənd Təsərrüfatı
İşçiləri Günüdür.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
reşə bayramı münasibətilə tədbir keçirildi. Tədbir
iştirakçıları öncə ulu
öndər Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət etdilər. Tədbiri giriş sözü ilə açan
kənd təsərrüfatı naziri
İsmət Abasov kənd təsərrüfatı
işçilərinin əməyinə yüksək qiymət
verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını
bildirərək, bayram gününü
dövlətin aqrar sahəyə göstərdiyi
diqqət və qayğının təzahürü kimi qiymətləndirdi: “Ölkə
başçısı kənd təsərrüfatına
gündəlik qayğı, dəstək göstərir. Hər
gün kənd təsərrüfatındakı
vəziyyətlə tanış olur.
Ölkə başçısının qeyd
etdiyi kimi kənd təsərrüfatı
sahəsi iqtisadi sahə olmaqla
yanaşı həm də siyasi və sosial bir sahədir. Ona görə də Prezident
istəyir ki, insanlarımızın bu sahədə güzəranı
yaxşılaşsın, məhsul istehsalını
artırsınlar, ölkəmizdəki tələbat tam yerli istehsal
ilə təmin olunsun. Prezident
tərəfindən ilbəil bu sahədə
çalışan insanları ruhlandırmaq üçün
mükafatlandırılır. Bu il 33 nəfər təltif olunub ki, onlardan
2 nəfəri Dövlət qulluğunda fərlənməyə
görə, 21 nəfəri Tərəqqi medalı, 1 nəfər
Əməkdar müəllim, 9 nəfər
isə Əməkdar kənd təsərrüfatı işçisi adına layiq
görülüb ki, buna görə də bütün
aqrar sahədə çalışan insanlar adından ölkə
başçısına təşəkkürümüzü
bildiririk.
Bu
ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı
sektorunda istehsalın artım temri 6,3% olub
Azərbaycanda
aqrar islahatların həyata keçirilməsinə və kənd
təsərrüfatının inkişafına xüsusi diqqət
yetirildiyini deyən nazir bildirdi ki, bu sahənin rotensialından
tam istifadə etmək və ərzaq təhlükəsizliyini
tamamilə aradan qaldırmaq lazımdır. Qarşıda
duran məsələlərdən
danışan nazir bildirdi
ki, biz elə etməliyik
ki, Azərbaycanı dünyada
təkcə neft-qaz ölkəsi kimi yox, həm də aqrar ölkə kimi
tanıdaq. Bunun üçün
kifayət qədər yüksək keyfiyyətli və ekoloyi təmiz məhsullar istehsal
olunmalıdır. Nazir qeyd
etdi ki, bu il Azərbaycanda 2,763 mln. ton taxıl tədarük
edilib: “Bundan 1,844 mln. tonu ərzaq
buğdası təşkil edib. Bu il məhsuldarlıq da ötən ilə nisbətən daha yüksək olub. Belə
ki, bu il
taxılda məhsuldarlıq 1,6%, buğda
istehsalında 1,7% artıb”. Onun sözlərinə
görə, gələcəkdə yeni fermer təsərrüfatlarının
yaradılması və aqrar sahədə daha müasir
texnologiyaların tətbiqi sayəsində taxıl, buğda və yem bitkilərinin
tədarükü daha da
artacaq. İ.Abasov həmçinin bildirdi ki, ilkin rroqnozlara
görə 2013-cü ildə Azərbaycanda 2,7-2,8 mln. ton taxıl istehsal olunacağı gözlənilir.Taxılın
keyfiyyətinə gəldikdə isə nazir
bildirdi ki, əgər
çörək istehsalçıları başqa
ölkədən keyfiyyətsiz taxıl gətirirlərsə,
demək keyfiyyətli çörək də olmayacaq: “Azərbaycanda keyfiyyətsiz buğda istehsal olunmur. Ona görə ki, ölkəmiz iqlim
şəraiti ilə bağlı digər ölkələrdən
taxıl istehsalına görə daha əlverişlidir.
Sadəcə istehsal olunan
buğda fermerlər tərəfindən çox zaman təmizlənə
bilmir. Bunun üçün də onlar
öz məhsullarına alıcı tara bilmirlər. Bu sahədən
az məlumatı olan insanlar deyir ki, buğdamız keyfiyyətsizdir. Bu belə deyil. Günbəgün
xüsusulə də toxumçuluq sahəsinə
ciddi diqqət yetirilir.
Ölkədə toxumçuluq sahəsinə
subsudiyalar verilir və
taxıl və buğda ilə
bağlı rroblem yoxdur.
Sadəcə bu işin
düzgün təşkil olunması özünün tam həllini
tarmayıb ki, bu
yaxınlarda bu da öz həllini taracaq”.
Fermerlərin subsidiyalaşma
mexanizmi təkmilləşdirlir
Subsidiyaların
verilməsi mexanizmi ilə bağlı nazir bildirdi ki, kənd
təsərrüfatı sahəsinə subsidiyalar bir neçə
istiqamətdə verilir: “Uzun illərdir ki, kənd təsərrüfatı
istehsalçıları 9 növ verginin 8-dən azaddırlar,
yeganə torraq vergisi verirlər ki, bu da simvolik bir rəqəmdir,
sadəcə qeydiyyat üçün ararılır. Bundan başqa ölkə başçısı tərəfindən
yaradılan “Aqrolozinq” SC-nin
fəaliyyətini də bir növ subsidiya kimi qiymətləndirirəm. Çünki
bu günə qədər xeyli
müddətdə kənd təsərrüfatı
texnikası, texnoloyi avadanlıqlar, mineral gübrələr və s.
güzəştli şərtlərlə Azərbaycana gətirilərək
fermerlərə, sahibkarlara verilir. Bu da
dolayısı ilə bir subsudiya
kimi qiymətləndirilir. Bundan
başqa ölkə
başçısının 2007-ci ilin yanvar ayında imzaladığı “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” sərəncamı ilə hər hektar
əkin sahəsinə 40 manat vəsait verilir. Eyni zamanda
əlavə olaraq buğda
istehsalına marağı artırmaq 40 manat
əlavə olaraq buğda
istehsalçılarına verilir. Həmçinin
elmi-tədqiqat institutlarında istehsal olunmuş surer-elit, oriyinal, elit növ toxumları dövlət tərəfindən
maliyyələşdirilir. Er1, Er2
derroduksiyalı toxumların dəyərinin 30-40 faizi isə dövlət tərəfindən
ödənilir ki, bunların hamısı
subsidiyadır. İqtisadi İnkişaf
Nazirliyinin sahibkarlığa Kömək Milli Fondu tərəfindən
ölkə başçısının göstərişi
ilə vəsaitlərin əsas hissəsi bu
gün kənd təsərrüfatına
yönəlib. Beləliklə, 9 ayın yekununda
kənd təsərrüfatı sahəsində 6,3 faiz artım əldə edilib.
Bu kənd təsərrüfatı üçün yaxşı göstəricidir.
Ancaq bizim bugünkü əkin
sahələrimizdən səmərəli istifadə olunarsa, mütərəqqi suvarma
metodlarından istifadə edilərsə, bütün
lazımi aqrotexniki tədbirlər
vaxtında həyata keçirilirsə bundan
sonra gələcək illərdə mövcud kənd təsərrüfatı məhsulları
istehsalını ən azı iki dəfə
artırmaq olar. Nazir onu da bildirdi
ki, hazırda Kənd Təsərrüfatı
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və
Nazirlər Kabineti kənd təsərrüfatı
istehsalçılarına veriləcək subsidiyaların yeni mexanizmi üzərində
işləyir. Onun sözlərinə
görə, subsidiyalaşma mexanizminin dəyişdirilməsi dövlət
başçısının tarşırığı ilə
həyata keçirilir və onların effektivliyinin artırılması məqsədi
daşıyır: «Dövlət başçısı bildirib ki, subsidiyalar
mexanizminin dəyişdirilməsində məqsəd
onların azaldılması deyil, əksinə
onların məbləği artırıla da
bilər. Amma subsidiyalar
daha effektiv istifadə
olunmalıdır».
Daha
1 200 baş damazlıq mal-qara gətiriləcək
Heyvandarlığın inkişafına toxunan nazir qeyd etdi ki, ölkədəki mövcud heyvanların baş sayı kifayət qədərdir ki, həmin baş sayı əgər yüksək məhsuldar heyvanlar olarsa nəinki öz tələbatımızı ödəyərik, istər ət istehsalında, istərsə də süd emalını təmin edə bilərik: “Lakim iribuynuzlu heyvanların baş sayı çox olsada məhsuldarlıq aşağı səviyyədədir. Hər iribuynuzlu heyvan gündə 4 litr süd verir ki, bu çox aşağı rəqəmdir. Buna görə də ölkə başçısı göstəriş verdi ki, bu məsələni həll edək. Hər il ölkə başçısı Prezidentin Ehtiyat Fondundan bu məqsədlə kifayət qədər vəsait ayırır ki, heyvanların hər il cins tərkibini yaxşılaşdıraq. Bunun üçün də damazlıq heyvanlar gətirilir. Avroradan gətirilən bu heyvanların gətirilməsi heç də asan başa gəlmir. Üay aylarında müxtəlif xəstəliklərlə bağlı bunu gətirmək olmaz, yalnız soyuq aylarda bu mümkündür. İndiyə qədər Azərbaycana 5 minə yaxın damazlıq mal-qara gətirilib. Bu mal-qaranın ölkəmizdəki artımından sonra onların sayı 7 300-ü keçib. Bundan sonra daha 1 200 heyvanın gətirilməsi nəzərdə tutulur”.
İ.Abasov qeyd etdi ki, damazlıq heyvanlar xüsusi qulluq tələb edir. Onun sözlərinə görə, belə heyvanların ölkəyə gətirilməsi üzrə rroqramın ilk illərində Nazirlər Kabinetinin qərarına uyğun olaraq yerli icra hakimiyyətindən lazımi sənədlər verilirdi ki, həmin şəxslərin bu heyvanları saxlama imkanı var: “Komissiya da bu sənədlərə baxaraq həmin heyvanları onlara verirdi. Amma təəssüflər olsun ki, biz yoxladıqdan sonra görürdük ki, heç bunların şəraiti yoxdur. Sadəcə onlar elə bilirdi ki, yerli heyvanlar kimi onları saxlamaq olar. Düzgün qulluq həyata keçirilmədiyinə və lazımi şəraitin yaradılmadığına görə, bir neçə damazlıq heyvan tələf olub. Amma hazırda belə heyvanlar yalnız müvafiq şəraiti olan təsərrüfatlara ayrılır ki, bu da onların səmərəli istifadə edilməsinə imkan verir. Biz İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində belə heyvanları ölkəmizdə yeni yaradılan heyvandarlıq komrlekslərinin sifarişi əsasında gətiririk. İİN tərəfindən müxtəlif bölgələrdə iri heyvandarlıq-südçülük komleksləri tikilir. Bu, sahibkarlar tərəfindən götürülmüş kreditlər hesabına həyata keçirilir. Bu zaman onların sifarişləri əsasında heyvanları gəririk ki, bu, daha effektlidir və belə heyvanların alınması üçün demək olar ki, növbə yaranıb».
Nigar Abdulayyeva
Palitra.-2012.-2 noyabr.-S.7.