“İnternet xoşməramlı
məqsədlərə xidmət etməlidir”
Bakıda VII İnternet
İdarəçilik Forumunun (İnternet Governance Forum, IGF-2012) rəsmi açılış mərasimi
keçirildi. Forumda müxtəlif ölkələrdən
1500-dən çox nümayəndə heyəti,
o cümlədən dövlət
qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV
nümayəndələri iştirak edirlər.
Tədbirin əsas mövzusu «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün
internetin idarə olunması» («Internet Governance for Sustainable Human,
Economic and Social Development») elan edilib. Müzakirə ediləcək məsələlər
arasında internetin inkişafı hesabına dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer alıb. Forum iştirakçıları
həmçinin kibertəhlükəsizlik,
əhalinin müxtəlif
təbəqələrinin internetdən
bərabərhüquqlu istifadəsi,
uşaqların internetdən
icazəsiz istifadə
etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən
keçirəcək. Noyabrın 9-dək davam edəcək forumun gündəliyində «yeni
media»nın rolu, internet-resurslara çıxışın bağlanması,
yeni biznes-modellər, təbii fəlakətlərin
nəticələrinin aradan
qaldırılması üzrə
əməliyyatlar zamanı
internetdən istifadə
kimi nisbətən yeni mövzular da yer alıb.
Qeyd edək ki, Forumu
internet vasitəsilə
(www.intgovforum.org/cms/) canlı izləmək mümkündür.
Abid Şərifov: «İKT sektoru
Azərbaycanın qeyri-neft
sektorunun əsas və prioritet sahələrindən biridir»
Forumun açılı
zamanı rabitə və informasiya texnilogiyalrı naziri Əli Abbasov Prezidetnt İlham Əliyevin forum iştirakçılarına
təbrik məktubunu oxudu. Məktubda BMT və
Azərbaycan Hökumətinin
birgə təşkilatçılığı
ilə Bakıda keçirilən VII İnternet
İdarəçilik Forumunun
iştirakçılarını salamlayan ölkə başçısı bildirib
ki, internet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət
idarəçiliyi, təhsil,
səhiyyə, biznes,
bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir: “İnsan azadlıqlarının
qorunması müasir
internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir.
İnternet mediasının inkişafı,
internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi,
hökumətin açıq
və şəffaf fəaliyyətinin təmin
olunması, vətəndaşların
idarəçilik proseslərinə
cəlb edilməsi qlobal şəbəkənin
insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və
internetin inkişafına
xüsusi diqqət yetirilir. Respublika əhalisinin təxminən
65 faizi internet istifadəçisidir,
ölkəmizdə ən
yeni texnologiya – 4G artıq tətbiq edilir. Təqdirəlayiq haldır ki,
Azərbaycanda internet azadlığı
mövcuddur. Ölkəmizdə
internet-radio və internet-televiziya
proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr
geniş yayılmışdır.
Minlərlə bloqqer Azərbaycanın
internet məkanında sərbəst
fəaliyyət göstərir.
Biz internetin insanlar
və xalqlar arasında dostluq əlaqələrinin yaranmasına,
bərabərhüquqlu qarşılıqlı
hörmət əsasında
münasibətlərin qurulmasına
yönəlmiş istənilən
xoşməramlı fəaliyyətini
dəstəkləyirik. Sizə Forumun işində uğurlar arzulayıram.
İnanıram ki, Forumunuz qlobal inkişafa öz töhfəsini verəcək”.Tədbirdə çıxış
edən baş nazirin müavini Abid Şərifov bildirdi ki, İKT sahəsi Azərbaycanın
qeyri-neft sektorunda əsas və prioritet sahələrindən
biridir və ölkə hökuməti
tərəfindən bu
sahəyə xüsusi
diqqət yetirilir.
Hazırda bu sahənin sürətlə
inkişaf etdiyini deyən A.Şərifov yeni informasiya texnologiyalarının dövlət
idarəçiliyi sistemində
tətbiqini, əhaliyə
elektron xidmətlərin
göstərilməsini və
s. buna misal olduğunu bildirdi. O, forumun əhəmiyyətinə
toxunaraq qeyd etdi ki, bu
tədbir internetdə
təhlükəsizliyin təmin
olunmasına imkan verəcək və ümumiyyətlə, dünyada
internetin qlobal inkişafına təkan verəcək. A.Şərifov
onu da vurğuladı
ki,
Azərbaycan uşaqların
internetdə təhlükəsizliyinin
təmin olunmasını,
internet terrorçuluğu ilə
mübarizəni dəstəkləyir:
“Bakıda İnternet İdarəçilik Forumunun
(IGF) keçirilməsi Azərbaycanda
informasiya cəmiyyətinin
inkişafı üzrə
yürüdülən siyasətin
səmərəli nəticələrinin
tanınmasıdır. Dövlət başçısının qəbul
etdiyi qərarlar sayəsində bu sektor intensiv inkişaf edir. Forumda davamlı iqtisadi və sosial inkişaf üçün
müzakirə olunan
internet idarəçiliyi problemi
internetin qloballaşan
dünyamızda rolunu
açıq şəkildə
nümayiş etdirir, forumun vacibliyini vurğulayır, internet idarəçiliyi
məsələlərinə geniş marağın yaranmasına səbəb olur. Son illər
Azərbaycan fəal surətdə inkişaf edir. Ölkədə İKT-nin yaratdığı
imkanlardan, xüsusilə
internetdən geniş
istifadə olunur.
Bunun sayəsində
internet xidmətlərindən istifadə edilməsi mümkün olub, onlardan istifadə texnologiyaları genişlənib
və istifadəçilərin
sayı artıb".Onun
sözlərinə görə,
məhz beynəlxalq səviyyədə sıx
qarşılıqlı əməkdaşlıq
qlobal dünyanın inkişafı problemləri
ilə bağlı bir çox məsələlərin, həmçinin
internetin tənzimlənməsi
məsələlərinin həllində
nəticə əldə
etməyə qadirdir:
“Bununla yanaşı internetin terrorizmin, dini, irqi, mədəniyyətlərarası
dözümsüzlüyün, separatçılığın və başqa təzahürlərin yayılması
alətinə çevrilməsi
yolverilməzdir”.
Əli Abbasov: «Kibercinayətkarlığın
qarşısını almaq
üçün birgə
mübarizəyə ehtiyac
var»
Tədbirdə çıxış edən
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, ölkədə
İKT sahəsində mühüm
tədbirlər həyata
keçirilir və bu istiqamətdə bir sıra nailiyyətlər
əldə edilib. Nazir Azərbaycanın İKT sektorunun
sürətli inkişafından
danışaraq qeyd etdi ki, hökuməti
tərəfindən bu
sahəyə böyük
diqqət yetirilir: «Hazırda bütün ölkə ərazisində
3G xidmətindən istifadə
olunur və artıq 4G xidmətinin də tədricən tətbiqinə başlanılıb».
İnternet məkanında
təhlükəsizliyi təmin
etmək və kibercinayətkarlığın qarşısını almaq
üçün birgə
mübarizəyə ehtiyac
var. Nazir bildirdi ki, VII İnternet İdarəçilik Forumu
(Internet Governance Forum - IGF) çərçivəsində
informasiya təhlükəsizliyi
problemlərinin müzakirəsi
bu arzuolunmaz amillə mübarizədə
cəhdlərin koordinasiyası
üçün lazımdır.
Nazirin sözlərinə
görə, kibercinayətkarlıqla
mübarizə elektron
xidmətlərin tətbiqi,
"Elekton hökumət"in
qurulması fonunda aktuallıq qazanır.Ə.Abbasov
bildirdi ki, Azərbaycanda "Elekton hökumət"in tətbiqi
üzrə işlər
aparılır, əhalinin
elektron xidmətlərə
çıxışı var. İKT sahəsində özəl
sektorun rolunu xüsusi vurğulayan Ə.Abbasov həmçinin
Azərbaycanda bu sahədə həyata keçirilən layihələrdən
danışıb, bu layihələrin, o cümlədən
forumun ölkənin və regionun inkişafına təkan verəcəyini bildirdi. Ə.Abbasov onu da qeyd etdi
ki, hazırda Azərbaycan əhalisi sosial şəbəkələrdən
geniş istifadə edir və bu
fəaliyyət heç
bir qurum tərəfindən nəzarət
olunmur: «Son illər ölkədə online TV, qəzetlər
və saytlar inkişaf edir və bunların fəaliyyətinə heç
bir müdaxilə və təzyiq olunmur».
«İnternet şirkətləri əlilləri
yaddan çıxarmamalıdır»
Forumda çıxış edən
Beynəlxalq Telekommunikasiya
İttifaqının (ITU) baş
katibi Həmədan Ture bildirdi ki,
internet sahəsində fəaliyyət
göstərən şirkətlər
əlilləri yaddan çıxarmamalı və
onların internetdən
istifadə etməsi üçün lazımi
şəraiti yaratmalıdır.
H.Ture insan haqlarına dair ümumi deklarasiyanı xatırladaraq
qeyd etdi ki, bu deklarasiyada
hər bir insanın informasiya əldə etməsi hüquqları barədə
müvafiq bənd mövcuddur. H.Turenin sözlərinə
görə, İKT sahəsində
fəaliyyət göstərən
biznes strukturlar işlərini elə qurmalıdır ki, daha çox istifadəçi cəlb edə bilsinlər. H.Ture bu sahədə fəaliyyət göstərənləri
hər bir insanı keyfiyyətli və ucuz internetdən
istifadə etmək üçün birgə işləməyə çağırdı.
Nigar Abdullayeva
Palitra.-2012.-7 noyabr.-S.5.