Əli Muradov: “Musiqi fəaliyyətim Azərbaycanda mənim üçün daha əlverişli olacaq

Novosibirskdə yaşayan azərbaycanlı skripka-vokal ifaçısı: “Azərbaycana döndükdən sonra şəxsən mənim üçün bəstələnən bir mahnını ifa etmək arzumdur

 

Layihə çərçivəsində növbəti müsahibimiz skripkavokal ifaçılığı ilə bir sıra müsabiqələrin qalibi olan, İspaniyada Qala konsertin 1-ci dərəcəli laureatı diplomuna layiq görülən, hazırda Novosibirskdə yaşayan Əli Muradovdur: 

- Bu yay həmişə olduğu kimi, tətil üçün Bakıya gəldim. İstirahətlə yanaşı bir cox tədbirlərdə iştirak etdim. Bir sıra televiziya proqramlarına dəvət olundum. 20 iyulda Azərbaycan-Kipr Türk Cəmiyyətinin təqdimat mərasimi və Kipr Barış Hərəkatının 38-ci ildönümü keçirildi. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri, tanınmış adamları, Bakının bir çox ali təhsil ocaqlarının professor və müəllim heyəti iştirak edirdi. Tədbirə bir sıra musiqiçilər də dəvətli idi ki, onların içərisində mən də var idim. İfa etdiyim italyan mahnıları və dünya şöhrətli müğənnimiz Müslüm Maqomayevin “Azərbaycan” mahnısı böyük alqışlarla qarşılandı. Dünya türk xalqlarını birləşdirən tədbirlərin birində iştirak etmək mənim üçün çox qürurverici idi. Bakıda iştirak etdiyim tədbirlərdən biri də 28 iyulda Azərbaycan Dövlət Filarmoniyasında hörmətli millət vəkilimiz Qənirə Paşayevanın rəhbərliyi ilə keçirilən “Qarabağdan Anadoluya könül körpüsü” adlı xeyriyyə konserti oldu. Bu tədbir Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrin nümayəndələri, şəhid ailələri, Milli qəhrəmanlar, müharibə veteranları və onların ailələri üçün təşkil edilmişdi. Q.Paşayevanın dəvəti ilə xeyriyyə konsertində mən də iştirak etdimöz ifamla bu konsertə musiqi töhfəmi verdim. Bu yay gördüyüm işlərdən biri də Azərbaycan OperaBalet Teatrının solisti, Xalq artisti Samir Cəfərovla birlikdə Rauf Hacıyevin “Əziz şəhər”mahnısına çəkdirdiyimiz klipdir. Bu əsər dahi sənətkarımız Rəşid Behbudovun repertuarındadir. Samir müəllimin bu ciddi əsəri mənimlə birlikdə ifa etməyə razılıq verməsi məni çox sevindirdi. Klipin çəkilişi Bakının fəxri və böyük musiqi ocağı olan Azərbaycan Dövlət Filarmoniyasının binasında baş tutdu. Şəhərimizin bir çox gözəl mənzərəli yerləri də bu klipdə numayis etdirilib. Klip İctimai TeleviziyaninYeni Dalga” verilişində tamaşaçılara təqdim olundu.

- Bakıda olarkən şəhərdə yeni tikilən binalar, parklar sənə necə təsir bağışladı?

- Bakının Dənizkənarı parkını, İçərişəhəri, gözəl füsunkar parklarını çox sevirəm. Vətənimin gözəllikləri haqda hər dəfə Rusiyada məktəb yoldaşlarıma və müəllimlərimə danışıram, şəhərimizin gözəl mənzərələrinin şəkillərini göstərirəm və onları Bakıya dəvət edirəm. Bu yay italyan dili dərsləri aldığım müəlliməm dəvətimi qəbul edib Bakıya gəldi. Ailəmlə birlikdə böyük fəxrlə Bakının görməli yerlərini ona göstərdik. Təbii ki, Azərbaycan mətbəxi ilə də tanış etdik. Həm şəhərimizi, həm də mətbəximizi çox bəyəndi. Müəlliməm bir çox şəhərləri və ölkələri gəzmiş insandır. Bakının dünyanın ən gözəl şəhərləri sırasında olduğunu bildirdi. Təbii ki, bizböyük qürur hissi keçirdik.

- Tətildən sonra Rusiyada hansı tədbirlərdə iştirak etmisən?

- Rusiyaya döndükdən sonra isə Novosibirsk Şəhər Meriyasının təşkilatçılığı ilə keçirilən “Viva Music” musiqi müsabiqəsində 2 nominasiyada iştirak etdim. Həm skripka, həm də vokal nominasiyalarında iştirak edərək bu müsabiqədə öz yaşıdlarımdan fərqləndim. Skripkada S.ProkofyevinMontekiKapuletti”, “Cəngavərlərin rəqsi” əsərini, vokal üzrə isə KurtisinTorna a Surryento” əsərini ifa etdim. İfalarımı münsiflər heyəti yüksək dəyərləndirdi. Seçim turlarını keçib finala çıxaraq müsabiqənin qalibi oldum. Novosibirsk Şəhər Meriyasının təsis etdiyi xüsusi mükafataxüsusi diploma layiq görüldüm. Hazırda həm vokal, həm də skripka üzrə yeni əsərlər üzərində çalışıram. Bu yaxınlarda bir sıra konsert proqramlarında iştirak edəcəm. Məktəbdə də dərslərimi həmişəki kimi, yaxşı oxuyuram. Bu tədris ilini bitirdikdən sonra həmişəlik olaraq ailəmlə birlikdə Bakıya köçməyi planlaşdırırıq. İnşallah, yeni tədris ilində musiqiorta məktəb təhsilimi Bakıda davam etdirmək və burada yaşamaq fikri məni çox sevindirir. Vətənə köçmək və burada yaşamaq mənim hərzamankı arzum idi.

- Rusiyada musiqi dərsləri alırdın. Bakıda bu sahədə fəaliyyətini necə davam etdirəcəksən?

- Hesab edirəm ki, musiqi fəaliyyətim Azərbaycanda mənim üçün daha əlverişli olacaq. Əlbəttə ki, musiqi təhsilimi davam etdirəcəm. Çünki mən professional musiqiçi olmaq istəyirəm. Bakıda musiqi təhsilimi davam etdirdiyimə görə Azərbaycan musiqisini daha yaxından mənimsəmək imkanım olacaq.

- İtaliyada musiqi təhsilini davam etdirmək fikrin var. Bəs Azərbaycana gəldikdən sonra bu istiqamətdə fəaliyyətini necə quracaqsan?

- Düşünürəm ki, orta musiqi təhsilimi Bakıda, konservatoriya təhsilimi isə İtaliyada davam etdirəcəm. Ona görə də italyan dili dərslərimə Bakıda da davam edəcəm. İtaliyada təhsilimi aldıqdan sonra yenidən Azərbaycana qayıtmağı düşünürəm.

- Hansı yeni mahnıları, o cümlədən Azərbaycan mahnılarını ifa etmək istərdin?

- Mən əsasən Avropa klassik bəstəkarlarının əsərlərinə müraciət edirəm. Skripkada Azərbaycan bəstəkarlarından Zakir Bağırovun, Qara Qarayevin, Fikrət Əmirovun da əsərləri repertuarımda var. Vokaldan isə Baxın, Bethovenin, Motsartın, Vivaldinin, Şubertin, Biksionun və digər bəstəkarların bəstələdiyi klassik əsərləri ifa edirəm. Neopolitan mahnılarını da çox sevirəm. Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin, Rauf Hacıyevin, Müslüm Maqomayevin mahnılarını, Rəşid Behbudovun repertuarını çox sevirəm və ifa edirəm. Azərbaycana döndükdən sonra şəxsən mənim üçün bəstələnən bir mahnını ifa etmək arzumdur.

- Musiqili tamaşalarda rol almaq istərdinmi?

- Novosibirskdə myuzikllər uşaqların ifasında musiqili tamaşalar var. Mən burada uşaq filarmoniyasının solistiyəm. Novosibirsk Filarmoniyasında çıxışlar edirəm. Azərbaycan Dövlət Filarmoniyasında gözəl sənətkarlarımız Fidan Xuraman Qasımovaların konsertində bir sıra xeyriyyə konsertlərində çıxışlar etmişəm. Azərbaycan Dövlət Uşaq Filarmoniyasından dəvət alsam, məmmuniyyətlə çıxış edərəm. Gələcəkdə isə səhnədə Fiqaronu oynamaq istərdim. 

 

Nigar Abdullayeva

Palitra.-2012.-9 noyabr.-S.11.