Mən çox istəyirəm
ki, Azərbaycanda Kukla
Muzeyi yaradılsın
Layihə çərçivəsində müsahibimiz Azərbaycanda reşəkar müəllif kukla sənətinin banisi, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrin şəxsi kolleksiyalarında nümayiş etdirilən rəssam Elmira Abbaslıdır: -Mən İçərişəhərdə anadan olmuşam. Gözümü açandan nənəmi görmüşəm və onun mənə danışdığı nağılları, əcdadlarım barədə olan əhvalatları eşidə- eşidə böyümüşəm. Uşaqlığım İçərişəhərin maraqlı insanları, nağılları ilə dolu idi. Ona görə, oranın hər daşı mənim üçün əziz və müqəddəsdir. Nənəmin çox yaxşı tikmə qabiliyyəti vardı və həmişə də nəsə tikirdi. Bəlkə ona görə uşaqlıqdan tikiş tikmək çox xoşuma gəlirdi. 1983-cü ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən Şərq xalça sənəti üzrə Beynəlxalq Simrozium üçün qonaqlara hədiyyəlik milli geyimli kuklalar hazırlamağı təklif etdilər. O an, mənim həyatımda dönüş nöqtəsi oldu və içimdə başqa bir dünya açıldı. Sanki hər şey yenidən başlanırdı. Çünki mən o ana qədər kukla barəsində tamamilə məlumatsız idim. Çox axtardım, araşdırdım, elmi kitablar oxudum, nəhayət ki, sifariş olunan kuklaları hazırlayıb, təhvil verdim. Ondan sonra bu işlə çox ciddi məşğul olmağa başladım. 1983-cü ildə kuklanın nə olduğunu bilməyən adam 1985-ci ildə artıq reşəkar sərgilərdə iştirak edirdi və bu, böyük inqilab idi. Maltada yeni açılan muzeydə mənim işlərimi nümayiş etdirdilər, 1987-ci ildə Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Finlandiyada fərdi sərgim oldu. 1989-cu ildə Krakovda II Beynəlxalq Folklor Kuklaları Beinnalisində bürünc mükafat qazandım. Bundan başqa 2002-ci ildə Puşkin adına Dövlət İncəsənət Muzeyində fərdi sərgim, eyni zamanda da əsərlərim Moskvadakı Mərkəzi Rəssamlar Evinin qalereyalarındakı sərgilərdə nümayiş olundu. 1989-cu ildə Marionet Teatrında “Arşın mal alan” tamaşasını hazırladıq. Həmin tamaşa o dövr üçün çox böyük ayiotay doğurdu. 1994-cü ildə Bakıda keçirilən sərgilərimdən birində bir biznesmen əsərlərimi görüb mənə bir muzey yaratmağı təklif etdi. Təklifi qəbul etdim və işə başladıq. Beləliklə “Çeşmə” Mədəniyyət Mərkəzinin nəzdində ilk özəl Milli Geyimlər və Kuklalar Muzeyini yaratdıq. Muzey iki ilin içində çox böyük işlər gördü. Amma biznesmen Bakıdan köçəndən sonra muzey sahibsiz qaldı və sonra da tamamilə dağıldı.
- Sizin son nümayiş olunan
kolleksiyalarınızdan biri İçərişəhərdə
“Köhnə Bakı obrazları
- İçərişəhər XIX əsr” adlı
kolleksiyanız olub. Bununla bağlı nə deyərdiniz?
- Həmin kolleksiyanı hazırlamaq 2009-cu ildə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruq İdarəsinin rəisi tərəfindən təklif edildi. Köhnə Bakının 23 tirik rersonaylarından 12-si internet sorğu nəticəsində müəyyən edildi. On ay müddətində bədii miniatürlərdən ibarət kolleksiyanı tam başa çatdırdım. May ayının 9-da isə Kiçik Karvansarayın “İncəsənət bağ”ında həmin kolleksiyanın təqdimatı keçirildi. Təqdimat hamının xoşuna gəldi və 10 gündən sonra kolleksiyanı Şirvanşahlar sarayına köçürdülər. Hazırda Heydər Əliyev Fondunun təklifi ilə 12 obrazın davamını hazırlayıram. Belə həcmli miniatürlərə qiymət verdiklərinə görə mən həm Heydər Əliyev Fonduna, həm də “İçərişəhər” Qoruq İdarəsinə dərin minnətdarlığımı bildirirəm.
- Ad verdiyiniz obrazlar hansı mənanı
kəsb edir və sərgilər zamanı ziyarətçilər
hansı kuklalara daha çox üstünlük verirlər?
-
Obrazlara, əsərlərə ad vermək mənim
üçün çox vacibdir. Bununla mən sanki onları canlandırıram. Məncə, adlar müəyyən zamana, dövrə, tarixi şəraitə uyğun qoyulur, adlar isə tarixi yaşadır. Kolleksiyadakı obrazlara “Xan”, “Abdulla bəy”, “Tacir Heybətqulu”, “Zəngin xanım Mənzər”, “Toydan sonra Səkinə xanım”, “Faytonçu Qorxmaz”, “Çayçı
Tofiq”, “Qoçu Həsənbala”, “Mirzə
Abbas”, “Xanbala”, “Arşınmalçı Bağır”
və mənim babamla nənəmin şərəfinə “Baba Hacıağa”
və “Nənə Xanımana” adlarını
verməklə o zamanın
ruhunu müasir tamaşaçılara çatdırmaq
istəyirdim. Əsasən nənələrə üstünlük
verilir. Bu hadisə ilə Moskvadakı sərgilərdə
çox tez - tez qarşılaşırdım.
Rusların çarşablı nənələr üçün
ürəkləri gedir.
Ona görə, hər dəfə nənə alınır, baba tək qalırdı.
Axırda qərara gəldim
ki, babaya bir nənə düzəldəcəm və
onları bir komrozisiyada birləşdirəcəyəm.
Beləcə, heç
kim heç
vaxt onları ayıra bilməyəcək.
Ondan sonra bu əsər
“Nənənin xoşbəxtliyi”
adlandı. Ümumiyyətlə,
hər əsərin ayrıca hekayəsi var. İndi fəlsəfi
əsərlərə daha çox üstünlük
verirəm. Amma son illərdə “Qüvvə
verən şəhər”,
“Məbədə yol”,
“Nur”, “Məhəbbət” kollaylarım, “Şəhrizad”, “Şah”,
“Şirvanşahların quşları”,
“Qədimi şəhərin
gözətçiləri”, “Rəqqasə” kimi əsərlərim yarandı.
- Ötən ilin sonunda “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalisi keçirildi və burada diqqət çəkən əsərlərdən
biri də sizin “Şəhrizad” əsəriniz olub. Bu əsərlə bağlı nə deyərdiniz?
- Bəli, bu əsər
həqiqətən də
diqqət çəkən
əsərlərimdən biri
oldu. Şəhrizad, şaha nağıllarını
danışa-danışa ona
təsir edə, fikirlərini dəyişə
bilir. O, müdriklik
haqda danışır,
müdriklik də Allahdandır. Bu gözəl,
müdrik qadın özündə işıq
gəzdirir. Elə
həmin işıqla
o şahı xilas edir.“Şəhrizad”ı
yaradandan sonra fikirləşdim ki, şahı da mütləq hazırlamalıyam.
Beləcə, bir ildən
sonra “Şah” da yarandı. Fərqli illərdə hazırlandıqlarına
baxmayaraq, indi ikisi də eyni
komrozisiyada cəmləşib.
- Sərgilərdən
əlavə siz yəqin ki, sifariş əsasında da kuklalar hazırlayırsız.
Bu zaman hansı
tərəfin fikirlərinizi
əsas götürürsünüz?
- Sifarişçilərim mənə,
mənim zövqümə,
əllərimin gücünə
sonuna qədər inanırlar. Bu cür
sifarişçilər böyük
hədiyyədir. Üaradıcılıq dövrümdə bir- iki diqtə edən sifarişçim olub, amma inanın,
onlar özləri istədikləri işin yolunu bağlayıblar.
Çünki çox yüksək
fikirlərlə işdən
yarışırlar və
bu, işi irəli ararmır. Belə olan halda mən
də işləyə
bilmirəm. Hər
bir işdə əsas olan niyyətdir. Məsələn, mən rortret
kuklaları hazırlamağı
sevmirəm, amma mənə yaxşı niyyətlə müraciət
edəndə, razılaşıram.
Amma bir adamın rortretini sifarişçinin diqtə
etdiyi kimi görmürəmsə, onda
onu hazırlaya bilmərəm.
Mən çox istəyirəm ki, Azərbaycanda Kukla Muzeyi yaradılsın.
Gələcək nəsillər üçün
belə bir muzeyin yaranması çox vacibdir.
Nigar Abdullayeva
Palitra.-2012.-13 noyabr.-S.12.