Lənkəranda qeyri-maddi mədəni irsin qorunmasına diqqət artır

 

Layihə çərçivəsində son zamanlarda Lənkəran rayonunda keçirilən mədəniyyət tədbirləri barədə rayonun İcra Hakimiyyətindən məlumat aldıq.

 

Məlumatda qeyd edildi ki, 2012-ci il rayonun klub müəssisələrinin həyatı üçün çox mühüm əhəmiyyət kəsb edir. O cümlədən Lənkəranın bütün klub müəssisələri də öz fəaliyyətinin əsas profilini müəyyənləşdirərək Mədəniyyət Mərkəzinin filialları kimi fəaliyyət göstərməyə başlayıb: “Hazırda Mərkəzin 6 klub filialı etnoqrafiya, 9 filialı diyarşünaslıq, 12 filialı yaradıcılıq, 14 filialı folklor, 32 klub filialı isə sənətkarlıq üzrə profil qəbul edib. “Lənkəran Payızı – I” sənətkarlıq sərgisi və folklor festivalı da bu klublarda folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədi ilə keçirilib. Bu həm də əhalinin asudə vaxtını səmərəli keçirilməsi işində mühüm əhəmiyyət daşıyır.

“Lənkəran Payızı – I” sənətkarlıq sərgisi və folklor festivalı Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilib. Tədbirə qatılan qonaqlar əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş xalq sənətkarlıq sərgisində iştirak ediblər. Burada iştirakçılara yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonmasair üzrə əl işləri nümayiş etdirilib. Q.Vəliyev adına şəhər Mədəniyyət Mərkəzində də “Lənkəran Payızı – I” folklor festivalı keçirilib. Festivalı giriş sözü ilə Mərkəzin direktoru Hafiz Mirzə açaraq tədbirlə bağlı məlumat verib. Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müaviniİctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək tədbirin bölgə üçün əhəmiyyətindən danışıb, xalq sənətinin yaşadılmasında, habelə qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynadığını vurğulayıb. Daha sonra Mərkəzin folklor və yaradıcılıq klubları üzvlərinin çıxışları dinlənilib. Tamaşaçılara təqdim edilən xalq mahnıları və rəqslər böyük maraqla qarşılanıb. Sənətkarlıq sərgisinin və folklor festivalının laureatları Mərkəzdə yaradılmış təşkilat komitəsinin qərarı ilə müəyyən edilib.

Qeyd edək ki, hər iki tədbir Lənkəran Şəhər Bələdiyyəsinin təşkilati dəstəyi ilə həyata keçirilib”. Bundan başqa rayonda Heydər Əliyev Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Lənkəran Regional Bürosunun təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün açıq tarix dərsi keçirilib: “Mərkəzin binasında keçirilən dərsə Lənkəran şəhər 3 aylı tam orta məktəbinin 8-ci sinif şagirdləri və müəllimləri qatılıb.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq dərslərin mövzusu ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, dövlətimiz müstəqillik əldə etdikdən sonra hakimiyyətin sükanı arxasına keçən ümummilli lider Azərbaycan xalqına və dövlətinə qarşı yönələn xarici qüvvələrin qəsbkarlıq niyyətlərinin qarşısının alınmasında və tarixi dövlətçilik ənənələrimizin bərpa olunmasında əvəzsiz xidmətlər göstərib. Məhz buna görədir ki, müasir Azərbaycanımızın tarixi xalqımızın dahi rəhbəri Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Lənkəran Regional Bürosunun rəhbəri Sevinc Hüseynovanın “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda mühazirəsi dinlənilib. S.Hüseynova azərbaycançılıq və türkçülük ideologiyasının tarixi keçmişindən söhbət açaraq bu prinsiplərin qorunub inkişaf etdirilməsinin xalqımızın inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Mühazirəçi tarixən qədim ənənəyə malik olan dövlətçilik və milli şüurumuzuntürkçülük ideologiyasının zamanla xarici təsirlərin hesabına zəifləməsinə baxmayaraq, dövlətimiz yenidən müstəqilliyinə qovuşduqdan sonra ümummilli liderin uzaqgörən və mükəmməl düşünülmüş siyasəti sayəsində yenidən inkişaf etdirildiyini bildirib.

Dərs zamanı şagirdlərə xalqımızın tarixi milli köklərinə bağlılığını ifadə edən paytaxt Bakıda yenicə salınmış Bayraq Meydanının inşası və açılışı ilə bağlı məlumatlar əks etdirən videoçarx nümayiş olunub.

Məşğələ başa çatdıqdan sonra şagirdlər Heydər Əliyev Mərkəzində ümummilli liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar. Şagirdləri maraqlandıran suallar dərsin təşkilatçıları tərəfindən cavablandırılıb.Qeyd edilən tədbirlərdən əlavə, Lənkəranda Dövlət Bayrağı Günü də tən tənə ilə qeyd edilib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun milli bayrağı – Dövlət Bayrağıdır: “Azərbaycan Respublikasının Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Dövlət Bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir.

Azərbaycan Bayrağı – Azərbaycan vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqidir.

Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilib.

Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin dövlət rəmzlərinə olan böyük ehtiramının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə Dövlət Bayraq Meydanının yaradılması haqqında və bu tarixdən iki il sonra – 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edilir.

Dövlət Bayrağı Günü münasibətilə Lənkərandakı Dövlət Bayrağı Meydanında bayram tədbiri keçirilib.

Bayraq mənliyimdir, bayraq kimliyim, bayraqöz yurduma öz hakimliyim” adlı bayram tədbirində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının və rayonumuzun incəsənət ustalarının ifasında bir-birindən maraqlı şeirlər səslənib, rəngarəng mahnılar ifa olunub. Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, tələbələr və ictimaiyyətin nümayəndələri iştirak ediblər”.Həmçinin əhalinin maarifləndirilməsi və korporativ idarəetmənin keyfiyyətinin artırılması məqsədilə noyabrda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Paşa Bank”ın dəstəyi ilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlılıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçirilib. Video-konfransda QKDK-nin, “Paşa Bank”ın və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, Lənkəran şəhəri, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və Yardımlı rayonlarının səhmdar cəmiyyətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov Azərbaycanda qiymətli kağızlar bazarının mövcud vəziyyəti, inkişaf meylləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. QKDK sədrinin müavini İlqar Muradov, komitənin şöbə müdirləri Elnur Allahverdiyev, Fərid Rəhimov, Akşin Cahangirov, hüquqşünas Kamran Hüseynov, mətbuat sektorunun müdiri Çingiz Hüseynov, “Paşa Bank”ın nümayəndəsi Kəmalə Elitaş və başqaları çıxış ediblər.

Sonra səhmdar cəmiyyətləri sədrlərini maraqlandıran suallar cavablandırılıb. Sonda Lənkəran şəhər mərkəzi kitabxanasının və Lənkəran Dövlət Universitetinin nümayəndələrinə komitə tərəfindən nəşr olunmuşFond birjasında investisiya”, “Maliyyə bazarları terminlərinin izahlı lüğəti” və “Kapital bazarları və biznes imkanları” kitabları iştirakçılara hədiyyə edilib.

 

 

İlkin AĞAYEV

Palitra.-2012.-13 noyabr.-S.11.