«Bütün tədbirlərimizin
sonunda sərgilər təşkil edirik»
Saməddin Nəsirov:
«Üçrəngli bayrığımız,
konstitusiyamızla bağlı keçirilən tədbirlərə
gənc nəsli cəlb etmək çox vacibdir»
Layihə
çərçivəsində müsahibimiz Quba rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Saməddin Nəsirovdur. O, rayon kitabxanalarında keçirilən son tədbirlərlə bağlı qəzetimizə
məlumat verdi:
-
Quba rayon rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin
“Oxu zalında” 9 - noyabr Dövlət Bayrağı
Gününə həsr olunmuş “Bir kərə yüksələn
bayraq bir daha enməz” mövzusunda tədbir keçirdik. Tədbirdə bildirdildi ki, Azərbaycanın üçrəngli
dövlət bayrağı 1918-ci ilin noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı
ilə qəbul edilib. 1991-ci ilin fevral ayının 5-də
Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin vəsadətinə
baxmış və üçrəngli bayrağın Azərbaycanın
dövlət bayrağı kimi qeyd edilməsi haqqında qərar vermişdir. Daha sonra Rayon İcra Hakimiyyəti başçısı
aparatının məsul işçisi Bəhruz
Əfəndiyev, rayon Mədəniyyət
və Turizm Şöbəsinin baş məsləhətçisi Söhrab Əmrahov, Mərkəzi
Kitabxananın işçisi Nigar Nadirova və
başqaları çıxış etdilər.
Çıxışlardan sonra şəhər
1, 2, 3, 4 saylı məktəblərin şagirdləri bayraq, Vətən haqqında şeirlər
söylədilər. Azərbaycan Yazıçılar Birliyinin Quba rayon bölməsinin sədri, Rayon
İcra Hakimiyyəti
başçısı aparatının məsul işçisi, şair Ramiz Qusarçaylı özünün
“Azərbaycan Bayrağı” şeirini
söylədi. Tədbirin sonunda
kitabxananın kiçik yaşlı şeir söyləyən fəal
oxucularına hədiyyələr təqdim olundu.
Ümumiyyətlə Dövlət Bayrağı Günü kimi
bayramların keçrilməsinin əhəmiyyəti böyükdür. Xüsusilə belə
günlərlə bağlı tədbirlərldə gəncs
nəslin, yeniyetmələrin, məktəblilərin
iştirakı vacibdir. Biz
keçirdiyimiz tədbirlərə gənc
nəsli cəlb etməyə xüsusi
diqqət ayırırıq. Onlara
üçrəngli bayrağımızın müqəddəsliyi,
ucalığı, əzəməti müxtəlif şəkildə
başa salınır, dövlətə,
Vətənə sevgi hissləri
aşılanır. Hesab edirəm ki, bu tipli
tədbirlər onların əsl vətəndaş kimi böyüməsində mühüm
rol oynayır. Elə Bayraq
Günü münasibətilə təşkil
etdiyimiz tədbirdə çoxlu
sayda məktəbli iştirak
edirdi. Onlara bu yaşda
bayrağımızın, müstəqilliyimizin nə qədər
böyük nemət olmasının əhəmiyyətinin
anladılmasının əvəzini heç
nə verə bilməz. Məktəblilərin tədbirlərimizdə
fəal iştirakı, müstəqilliyimiz,
bayrağımızla bağlı ürəkdən səsləndirdikləri
şeirlər onların gələcək üçün
əsil vətəndaş kimi yetişməsinin
sübutudur. İki gün əvvəl Mərkəzi Kitabxanada Konstitusiya günü ilə əlaqədar
“Müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasının yaradılmasında xalqımızın ümummilli lideri Heydər
Əliyevin əvəzsiz xidmətləri olmuşdur”
adlı dəyirmi masa keçirildi.
Tədbirdəi müstəqil Azərbaycan
Respublikasının ilk konstitusiyasının
qəbul olunmasının ölkəmizin tarixində çox mühüm yer tutmasından, konstitusiyanın hər bir dövlətin ali hüquqi qüvvəyə malik
olan əsas qanunu
olmasından söhbət açıldı. Sonra
Mərkəzi Kitabxananın işçisi Sultanova
Hüriyyə çıxış edərək bildirdi ki, yeni
konstitusiya Azərbaycan
Respublikasının tarixində ilk dəfə
olaraq Azərbaycan dövlətinin müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünü
qorumaq əzmini, Azərbaycan
xalqının öz müqəddəratını
sərbəst, müstəqil olaraq həll etmək və öz idarəetmə formasını müəyyən
etmək hüququnu təntənəli
sürətdə bəyan edib. Daha sonra isə Azərbaycan Müəllimlər İnstitutunun Quba
filialının tələbələri Abdullayeva
Nərmin və Eyvazova Ülkər
konstitutsiyanın bir dövlətin gələcək
taleyində rolunu, ümumiyyətlə,
dövlətçiliyin inkişafındakı əhəmiyyətini
dəqiq qiymətləndirən ümummilli
liderin bu prosesə həddindən
artıq məsuliyyətlə yanaşmasından söhbət
açdılar. Tədbirin sonunda Konstitutsiya Gününə həsr olunmuş sərgi nümayiş
olundu.
- Kitabxanada mədəniyyətimizin
təbliği istiqamətində hansı yeni tədbirlər
keçirilib?
- Mədəniyyətimizin təbliği gündəlik işimizin tərkib hissəsini təşkil edir. Xüsusilə, yubileylərin keçirilməsini daimi olaraq diqqətdə saxlayırıq. Təxminən bir həftə əvvəl Təngəaltı kənd tam orta məktəbində rayon MKS-nin Təngəaltı Kənd kitabxanasının və məktəb kollektivinin təşkilatçılığı ilə dahi mütəfəkkir, milli dramaturgiyamızın banisi, ictimai xadim və maarifçi M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirdik. Kənd tam orta məktəbin müəllimləri Vüqar Hüseynov və Alik Məmmədov dramaturqun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. Tədbirdə böyük dramaturqun Azərbaycan dilinin qorunub saxlanması, ümumiyyətlə dilimizin saflığı və çoxşaxəli olması baxımından Axundzadənin əvəzsiz xidmətlərindən söhbət açıldı. Daha sonra isə kənd tam orta məktəbin şagirdləri Günel Orucova “Təcnuş”, Şəhla Mustafayeva “Zakirə məktub” və başqaları dramaturqun ədəbi yaradıcılıq nümunələrindən parçalar söylədilər. Sonda kitabxananın filial müdiri Məsumə Əhmədova tədbir iştirakçılarını “M.F.Axundzadə-200” başlıqlı sərgi ilə tanış etdi və dramaturqun əsərlərinə tez-tez müraciət edilməsini tövsiyə etdi. Çalışırıq ki, bütün tədbirlərimizin sonunda sərgilər təşkil edək. Mərkəzi KitabxanadaAzərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 130 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirildi. Bildirildi ki, şair dərin fəlsəfi – estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. MKS-nin direktor müavini İlhamə Qasımova ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyasının mühüm rol oynamasından və onun mənzum faciə və tarixi dramlarının söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində mühüm rol oynamasından danışdı. Daha sonra H.Cavidin həyat və yaradıcılığı haqqında geniş və ətraflı məruzələr təqdim edildi. Fəal oxuculardan Ülvü Mikayılov, Gültəkin Qasımova, Aynaxanım Baharova, Turac Hacıbalayeva və başqaları şairin əsərlərindən parçalar söylədilər. Sonda tədbir iştirakçıları “H.Cavid – 130” adlı sərgi ilə tanış oldular. İsnov kənd tam orta məktəbində rayon MKS – nin İsnov Kənd kitabxanasının təşkilatçılığı ilə yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş tədbir də keçirilib. Burada da tədbir iştirakçıları M.F.Axundzadənin əsərlərindən ibarət sərgi ilə tanış oldular. Zərqova Kənd kitabxanasında isə poeziyamızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi ilə əlaqədar tədbir keçirmişik.
- Rayonda sənətkarlığın
inkişafı ilə bağlı hansı işlər
görülür?
- Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evində sənətkarlığın inkişafına dəstək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan xalq yaradıcılığının inkişafında Quba sənətkarlıq məktəbinin yeri” mövzusunda dəyirmi masa keçirildi, müzakirələr aparıldı. Tədbirdə qubalı sənətkarlar, rayon ziyalıları, B.Səfəroğlu adına Quba Mədəniyyət Evinin və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, KİV nümayəndələri iştirak edirdilər. Quba rayon Mədəniyyət və Tuzim Şöbəsinin müdiri Elxan Məhərrəmov Qubada sənətkarlığın inkişafı haqqında məlumat verdi. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşunaslıq üzrə Elmi Metodiki Mərkəzinin direktor müavini Polad Zeynalov, AMEA-nın Folklor şöbəsinin elmi işçisi Atəş Əhmədli, Elmi Metodiki Mərkəzin şöbə müdiri Cabbar Süleymanov və başqaları Quba sənətkarlıq məktəbinin tarixi ənənələri barəsində ətraflı məlumat verdilər. Qubalı sənətkarlardan Fatimat Ağamirzəyeva, Kamilə Quliyeva unudulmaqda olan sənət növlərinin müasir inkişaf meyillərindən söz açdılar. Sonda yerli sənətkarlar fəxri fərmanlarla təltif olundu.
Anar Miriyev
Palitra.-2012.-14 noyabr.-S.12.