«Son vaxtlar
rayonda yeni maddi mədəniyyət nümunələri aşkara çıxarılıb»
Layihə çərçivəsində
müsahibimiz Qəbələ rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Nargilə Qafarovadır. O, qəzetimizə
müsahibəsində rayonda keçirilən son tədbirlərlə
bağlı məlumat verdi:
- Son
günlər ərzində rayonumuzda mədəniyyət sahəsi
ilə bağlı müxtəlif təbirlər həyata
keçirilib. Noyabr ayında iki mühüm əlamətdar
gün-Bayraq və Konstitusiya
günləri ilə bağlı rayonumuzun
mədəniyyət müəssisələrində rəngarəng
tədbirlər təşkil etmişik. Bayraq Günü ilə bağlı şəhərin
Heydər Əliyev parkında təşkil edilən bayram şənliyində tədbir
iştirakçılarına bayrağımızın 9 noyabr 1918-ci ildə yaradıldığı və
SSRİ-nin dağılmasından sonra 1991-ci ildə müstəqil Azərbaycan
Respublikasının rəsmi artibutu elan edildiyi bildirilib.
Onların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidentinin
18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr
Milli Bayraq Günü kimi qeyd edilir. Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin təqdim etdiyi ədəbi-bədii
kompozisiyada mövzu ilə
bağlı musiqilər və şeir
nümunələri səsləndirilib, kütləvi rəqslər
təşkil edilib. Bayraq
Günü ilə bağlı başqa bir tədbir
kişilər arasında keçirilən şahmat
üzrə rayon birinciliyi
oldu. Bu tədbir iştirakçıların idman ustalıqlarının
artırılması və təkmilləşdirilməsini təmin
etmək, rayonun yığma
komandasının tərkibini müəyyən etmək, həmçinin
dövlət rəmzi olan bayraq
haqqında ictimaiyyəti maarifləndirmək baxımından mühüm əhəmiyyət
daşıyırdı. Yarış Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uyğun olaraq dairəvi
sistemlə keçirildib. Rayon
birinciliyində rayonun kənd, qəsəbə
və müxtəlif kollektivlərindən olan
şahmatçılar gərgin oyun nümayiş etdiriblər.
- Bu yaxınlarda rayonunuzda
keçirilən qədim şəhər mədəniyyəti
ilə bağlı beynəlxalq tədbirin əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya konteksində” mövzusunda beynəlxalq elmi konfrans bir neçə gün əvvəl başa çatıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Cənubi Koreya, Gürcüstan, Ukrayna, ABŞ, İran, Qazaxıstan, Almaniya və Fransanın tanınmış tarixçi alimləri və arxeoloqları iştirak edirdilər. Konfransdan öncə rayonun Çuxur Qəbələ kəndində qədim Qafqaz Albaniyasının 900 ildən çox paytaxtı olmuş və 2500 il yaşı olan qədim Qəbələ şəhərinin ərazisində 2005-2012-ci illərdə aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş sərgi təşkil oludnu. Konfrans iştirakçılarının iştirak etdiyi sərgidə SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə yerli və əcnəbi arxeoloqlar tərəfindən antik şəhər yerində, Səlbir yaşayış məskənində, qədim Qala ərazisində aparılmış qazıntılar zamanı əldə edilən 500-ə yaxın maddi-mədəniyyət nümunəsi nümayiş etdirildi. “Qafqaz sport” otelində keçirilən konfransda çıxış edənlər bildirdilər ki, son illlər Azərbaycanda arxeoloji işlərin və etnoqrafik səfərlərin sayı artıb, uzun illər arxeoloji-etnoqrafik tədqiqatlar aparılmayan bölgələr də tədqiqatlara cəlb edilib, bəzi ərazilərdə arxeoloji qazıntı işləri yenidən canlanıb, etnoqrafik məlumatların toplanma miqyası böyüyüb. Qeyd olunub ki, ölkə başçısının göstərişi əsasında arxeoloji ekspedisiyaların yüksək səviyyədə maliyyələşdirilməsi işi uğurla davam etdirilir. Ölkəmizdə arxeologiya elminə yüksək qiymət verildiyini qeyd edən natiqlər ekspedisiyalar üçün ayrılan maliyyə vəsaiti hesabına geniş arxeoloji qazıntıların apardığını və çoxlu sayda yeni maddi mədəniyyət nümunələrinin qalıqlarının aşkara çıxarıldığını diqqətə çatdırıblar. Qarabağda, Gəncə-Qazax bölgəsində, Naxçıvanda, Qəbələdə əcnəbi arxeoloqlarla birgə qazıntı işləri aparılıb. Arxeoloqlarla yanaşı Avropanın müxtəlif ölkələrindən dəvət edilmiş mütəxəssislər və digər elm sahələrinin nümayəndələri də çalışıblar. Birgə çöl işləri nəticəsində götürülən nümunələr xarici ölkələrin müasir laboratoriyalarına müxtəlif analizlər üçün göndərilib. Beynəlxalq tərkibli ekspedisiyaların apardıqları arxeoloji qazıntı işlərinin nəticələri barədə elmi məqalələr bir sıra xarici ölkələrdə nəşr edilib. Son illər Azərbaycanın qədim dövr abidələri, zəngin tarixi barəsində informasiyalar dünya ictimaiyyətinə çatdırılır. Bu baxımdan Azərbaycanın bölgələrində belə beynəlxalq elmi konfransın keçirilməsi, arxeoloji qazıntılar aparılan ərazilərdə görüşlərin təşkil edilməsinin əhəmiyyətini yüksək qiymətləndirmək lazımdır.
- Qonaqlar Qəbələnin qədim
mədəniyyət nümunələri ilə tanış
oldularmı?
- Qeyd edim ki, konfransda Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrində eramızdan əvvəl II-I minillikləri əhatə edən tunc və erkən dəmir dövrünə aid şəhər mədəniyyəti abidələrinin arxeoloji araşdırmaları, bu şəhərlərin Qafqazın qədim tarixində mövqeyi, antik dövr şəhərlərinin arxeoloji, memarlıq və tarixi tədqiqatları mövzusunda müzakirələr aparıldmş, eləcə də Azərbaycanın orta əsr şəhərlərinin tədqiqatlarına dair məruzələr dinlənildi. Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Cənubi Koreya, Gürcüstan, Ukrayna, ABŞ, İran, Qazaxıstan, Almaniya, Fransadan 100-ə yaxın tanınmış tarixçi alim və arxeoloq Qəbələ Mədəniyyət Mərkəzinin inşası prosesi ilə, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, konserv və limonad zavodlarının, “Beltmann” piano fabrikinin, meyvə-tərəvəz məhsularının çeşidlənməsi və saxlanılması kompleksinin fəaliyyəti ilə tanış oldublar. Bu məkanlar qonaqlarda Azərbaycan mədəniyyətinin qədimliyi və müasir inkişafı haqqında ətraflı təsəvvür formalaşdırdı. Xüsusilə, Tarix-Diyarşünaslıq Muzeyindəki qədim eksponatlar, açıq səma alrındakı aibədələr böyük maraqla qarşılandı. Belə tədbirlərdən istifadə edərək mədəniyyətimizi təbliğ etməliyik. Hesab edirəm ki, beynəlxalq miqyaslı tədbirlər ölkəmizin qədim tarixini, mədəniyyətini, adət-ənənəsini təbliğ etmək baxımından bir fürsətdir. Bu baxımdan bir daha qeyd edirəm ki, bu konfransın Qəbələdə keçirilməsinin əhəmiyyəti çox böyük idi. Eyni zamanda qonaqlar rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olub, qonaqlara bölgənin turizm imkanları barədə geniş məlumat verildi.
Anar Miriyev
Palitra.-2012.-16 noyabr.-S.15.