«Yaxın gələcəkdə biz xaricdən taxıl almayacağıq, əksinə özümüz ixrac edəcəyik»

 

Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, eləcə də Ağcabədi və Beyləqan rayonlarına səfəri zamanı sahibkarlarla görüşü zamanı ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bu sahədə bir sıra məsələlərin həllinin vacibliyini qeyd edib. Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının  istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyevdir:     

- Ölkə başçısının iştirakı ilə Nazirlər Kabinetinin cari ilin 9 aylıq yekun iclasında da  bildirildi ki, kənd təsərrüfatı istehsalı ötən ilə nisbətən 6,7 faiz artıb. İlin sonuna görə, bitkiçilik məhsulları üzrə artım bütün sahələr üzrə gözlənilir. Burada yalnız bostan bitkilərinin artımı ötən ilə nisbətən azdır ki, 89,5 faiz təşkil edir. Bir də 51,6 faiz şəkər çuğundurudur. Digər bitkiçilik məhsulları, xüsusilə də taxıl istehsalında çox böyük dönüş əmələ gəlib. Taxıl istehsalı ötən ilə nisbətən xeyli artıb. Ötən il 2 milyon 455min 879 ton olubsa, bu il artıq 2 milyon 800 min 377 ton təşkil edir. Məhsuldarlığa gəldikdə isə ötən ilə nisbətən 1,7 sentner artıb. Hazırda 27,2 sentnerə çatıb, ötən il isə bu rəqəm 25,4 sentner olub. Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramına əsasən, biz bu sahədə daha da irəliləyiş əldə etməliyik. Yəni, hektarın məhsuldarlığını artırmalıyıq. Bu, bilavasitə torpaqların münbitliyinin yaxşılaşmasından asılıdır. Əgər torpaqlar münbit olarsa, əkib, becərilən taxıl, dənli, paxlalı bitkilərin məhsuldarlığını 40 sentnerə qaldırmalıyıq. Ümumiyyətlə, ölkə üzrə 40 sentner məhsul olarsa, bu bizim tələbatımızı tam ödəyəcək.

Dövlət proqramında 2015-ci ilə 32 sentnerə çatdırılması nəzərdə tutulub, mənim fikrimcə, bu da azdır. Öncə biz mütləq bu rəqəmə çatmalıyıq. Ona görə ki, torpaqların yaxşılaşdırılması tədbirləri həyata keçirilir, şoran torpaqlar yuyulur, şorakənd torpaqlar isə gipsləşdirilir, dövlət büdcəsindən vəsait ayrılır. Lakin xaos dövründə həmin torpaqlar, xüsusilə də kollektor-drenaj sistemləri bərbad vəziyyətə düşüb. Ölkədə su təsərrüfatı üzrə iki böyük qurum var ki, bunlardan biri Meliorasiya su təsərrüfatı ASC, digəri isə Azərsutikintidir. 1970-ci illərdə meliorasiyatikinti işlərini məhz «Azərsutikinti» aparırdı. Lakin son vaxtlar bu istiqamətdə işləri əsasən Meliorasiya su təsərrüfatı aparır. Bu təşkilatlar ciddi tədbirlər görməli, şoran, şorakənd torpaqların yuyulması, kollektor-drenaj sistemlərin tikilməsi istiqamətində dönüş yaratmalıdırlar ki, məhsuldarlığı qaldıra bilək. Heç vaxt şoran-şorakənd olan torpaqlarda, kollektor-drenaj sistemi bərbad olan vəziyyətdə məhsuldarlığı qaldıra bilmərik.

- Yüksək keyfiyyətli məhsul almaq üçün daha hansı tədbirlərin həyata keçirlməsini vacib hesab edirsiniz?

-Digər tədbirlərdən biri kimi Kənd Təsərrüfatı Nazirliyinin yerdəki qurumları daim nəzarət edir ki, burada mütləq növbəli əkin sistemini tətbiq edək. Fermerlər növbəli əkin sisteminə əməl etməlidirlər, hər il taxıl yerinə taxıl əkilməməlidir, digər bitkilərlə dəyişilməlidir. Növbəli əkin sistemi olduqda orada zərərvericilərə qarşı mübarizə tədbirləri artır, ancaq yenə taxıl əkilsə, taxılböcəyi ona böyük ziyan vurur. Eləcə də eyni yerdə əkilmiş məhsuldarlıq çox aşağı düşür. Bundan başqa bitki mühafizəsi, alaq otlarına qarşı mübarizə sistemi önəmlidir. Fermerlərin çoxu alaq otlarına qarşı mübarizəni yaxşı aparmırlar. Fitosanitar xidməti vasitəsilə bitki mühafizəsi üzrə böyük mərkəzin mütəxəssislərini cəlb edirik, onlar mütləq yerlərdə olmalıdırlar və vaxtında alaq otlarına qarşı mübarizə aparmalıdırlar. Ümumiyyətlə, toxumçuluq sisteminin yaradılmasına alaq otları böyük ziyan vurur. Ona görə də toxumun dərmanlanmasından başlamış, növbəli əkin sistemi, vegetasiya dövründə bütün aqrotexniki tədbirlərin həyata keçirilməsi, xüsusilə alaq otlarına qarşı keyfiyyətli pestisidlərin vaxtında tətbiqi yüksək keyfiyyətli məhsul almasına imkan verər. Bu istiqamətdə qarşımızda böyük vəzifələr durur.

-Ölkə başçısı bildirdi ki, vacib məsələlərdən biri daxili istehsal hesabına ərzaq təminatını təşkil etməkdir. Bu istiqamətdə hansı tədbirlər həyata keçirilir? 

- Prezidentimiz düzgün qeyd etdi ki, Azərbaycanın qarşıda duran məsələlərindən biri daxili istehsal hesabına ərzaq təminatını təşkil etməkdir. O cümlədən, taxıl, dənli bitkilərə, xüsusilə buğdaya olan tələbatın ödənməsidir. Ötən il buğda 1 milyon 639 min ton olduğu halda, indi bu rəqəmi 1 milyon 844 min tona çatdırmışıq. Toxumçuluq sahəsində çox böyük irəliləyişimiz var. 2008-ci ildə ölkə başçısının göstərişi ilə xeyli vəsait ayrılıb buna əsasən Krasnadardan elit toxumu gətirildi. Artıq onun bünövrəsini qoymuşuq. Əlbəttə, toxumçuluq dəyişməlidir. Bizim elmi tədqiqat institutlarının təcrübə təsərrüfatlarında elit toxum istehsal edirik, biz bunu artırmalıyıq ki, reproduksiyalı toxumların miqdarını artıraq. Əgər elit əkilirsə, gələn il Er1, Er2 növbələşmə getməlidir. Hətta biz Er3 reproduksiyalı toxumu da cəlb edirik ki, yerlərdə tələbat ödənilsin. Bu sahədə növbələşmə sistemi, tədbirlər, nəzarət var. Lakin əvvəllər Avropa komissiyası tərəfindən bizə 4 min vəsait ayrılırdı, tələb edirdi ki, özəl toxumçuluq təsərrüfatlarının sayını artırmaq lazımdır. Dövlətin taxılçılıq üzrə 6-7 təsərrüfatı olduğu halda biz onun sayını artırıb 600-ə çatdırdıq. İndi isə əsasnamədə dəyişiklik aparmışıq.  Dövlət toxum müfəttişliyi vasitəsilə yerlərdə analizlər aparırıq yoxlayırıq ki, hansının maddi-texniki bazası, yəni, anbarları, texnikaları, toxum təmizləyici mexanizmləri varsa, həmin adamlara toxumçuluq haqqında qanuna əsasən biz KTN-in şəhadətnaməsini veririk. Bu şəhadətnaməyə əsasən ildən-ilə istehsal etdikləri Er1, Er2 üçün 30 40 faiz miqdarında dövlət büdcəsindən subsidiyalar ödənilir. Ölkə başçısının 2007-ci ildə imzaladığı qərara uyğun olaraq, 5 komitə nazirliklərin nümayəndələrindən ibarət komissiyanın iştirakı ilə istehsalçıların təqdim etdiyi toxum analiz olunur subsidiya verilir.

- Görülən tədbirlər taxıl idxalında asılılığı aradan qaldırmağa imkan verəcəkmi? 

- Ölkə başçısı Beyləqan, İmişli digər rayonlara səfərində sahibkarlarla görüşü zamanı belə bir ifadə işlədib ki, bizim taxıl sahəsində idxaldan asılılığımız var. Yaxın gələcəkdə bu asılılığı aradan qaldırmalıyıq. Burada məsələ istehsalın artmasından gedir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə başçısının daim nəzarətindədir. Torpaqda yaxşılaşma gedir məhsuldarlıq artsa, biz xaricdən taxıl almayacağıq. Hətta gələcəkdə özümüz ixrac edəcəyik. Ağcabədi Beyləqan rayonlarında iri taxılçılıq təsərrüfatları artıq yaradılır. Dövlət torpaq fondundan torpaqlar ayrılır, meliorativ cəhətdən su çəkilir ki, orada iri taxılçılıq təsərrüfatları yaradaq ki, gələcəkdə taxıl istehsalına böyük təkan versin.  Mənə elə gəlir ki, gələcəkdə nəinki iki rayonda, ola bilər ki, bir neçə rayonda da iri taxılçılıq təsərrüfatları yaransın. Məsələn, ölkə başçısı İmişlidəKraun KO” taxıl anbarı kompleksinin açılışında iştirak etdi. Kraun KO” taxıl anbarı kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunub. Müasir avadanlıqla təchiz edilən kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib. Kompleksin tikintisinə ötən ilin aprelində başlanılıb, bu ilin oktyabrında başa çatdırılıb. Müəssisə Türkiyənin “OBİ” şirkətinin texnologiyası əsasında qurulub, 50 min tonluq taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir. Müəssisə tərəfindən kompleksin xammal bazasının təmin edilməsi məqsədilə 43,5 min hektar ərazidə əkin işləri aparılır.  Bütün bunlar əlbəttə ki, ölkə başmçısının tapşırığı əsasında həyata keçirilir. Hazırda böyük laboratoriyalar tikilir. Məsələn Yevlax rayonundaAzərtoxumfəaliyyət göstərir. Doğrudur, bunların torpaq sahələri olmalıdır, çünki onlar icarəyə götürüblər. Amma yaxşı olardı ki, onların daimi torpaq sahələri olsun ki, lazımi aqrotexniki tədbirlər həyata keçirilsin, nəzarətdə olsun əkdiymiz toxumun bəhrəsini görək. Çox zaman ayr-ayrı firmalar, təşkilatlar taxıl əkirlər, amma lazımi aqrotexniki tədbirlər görmədikdə oradan məhsul ala bilmir. Ona görə hər hansı sahə ilə bağlı bizim şöbəyə müraciət olunmalıdır mütəxəssislər istənilən vaxt onların köməyinə gələ bilər, lazımi töfsiyələr verə bilərik.

 

Nigar Abdullayeva

Palitra.-2012.-20 noyabr.-S.7.