“Rayonumuzda bədii
özfəaliyyət kollektivlərinin işi
xeyli yaxşılaşıb”
Elnur Əmiraslanov: “Hər ayın
sonuncu həftəsinin şənbə günü mədəniyyət
işçilərinin ümumi
yığıncağını keçirir və mədəniyyət
müəssisələrində görülən işlər
və mövcud nöqsanları müzakirə edirik”
Layihə çərçivəsində
müsahibmiz Hacıqabul rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Elnur Əmiraslanovdur:
-
Əvvəla onu qeyd edim ki, Mədəniyyət və Turizm
Nazirliyinin 2012-ci il üçün təsdiq olunmuş şəbəkə
göstəricisinə uyğun
olaraq rayon Mədəniyyət
və Turizm Şöbəsində
21 klub müəssisəsi, o cümlədən, 1 rayon, 7 kənd
Mədəniyyət Evi , 2 şəhər, 11 kənd klubu,
MKS-i üzrə 27 müstəqil dövlət kitabxanası, o
cümlədən, 1 rayon Mərkəzi Kitabxanası, 6 şəhər
və qəsəbə kitabxanası, 20 kənd kitabxana
filialı, 7 illik şəhər Uşaq Musiqi Məktəbi,
«Pir Hüseyn Xanəgahı» Tarix Memarlıq Qoruğu,
Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi,
14 arxeoloji tarixi abidə fəaliyyət göstərir. Hacıqabul rayon Mədəniyyət
və Turizm Şöbəsi dövlət
başçısının fərman və sərəncamlarını,
Nazirlər Kabinetinin sərəncamlarını,
Mədəniyyət və Turizm Nazirinin əmr və göstərişlərini,
rayon İcra Hakimiyyəti
başçısının əmr və sərəncamlarını
icra etmək məqsədi ilə 2012-ci il üçün geniş perspektiv planı
hazırlayaraq təsdiq edib. Rayon Mədəniyyət
və Turizm Şöbəsi təsdiq olunmuş tədbirlər planına uyğun olaraq işlərini
günün tələbləri səviyyəsinda qurmağa
çalışıb və bir sıra
müxtəlif səpkili tədbirlər həyata keçirib. 2012-ci ilin əvvəlində
rayon mədəniyyət işçilərinin geniş hesabat
yığıncağını keçirmişik.
MKS-nin, Uşaq Musiqi Məktəbinin,
rayon və kənd klub
müəssisələrinin, Tarix-Diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin rəhbərlərinin
gördüyü işlər barədə
hesabatları dinlənilib, 2012-ci il üçün tədbirlər planı təsdiq
olunub.Tədbirlər planına uyğun olaraq cari ildə
keçiriləcək ümumrayon səviyyəli
tədbirlərin yüksək səviyyədə keçirilməsi
üçün mədəniyyət
işçilərinə tapşırıqlar verilmişdi.
Cari ilin mart ayından etibarən rayon
Mədəniyyət və Turizm
Şöbəsi müdiri yanında 11 nəfərdən
ibarət şura yaradılıb,
şuranın illik iş
planı təsdiq olunub. Məlumat
üçün bildirim
ki, hər ayın sonuncu
həftəsinin şənbə günü
mədəniyyət işçilərinin ümumi
yığıncağı keçirilir və
şuranın iş planına uyğun yoxlamalar
aparılan mədəniyyət müəssisələrində
görülən işlər və mövcud
nöqsanlar müzakirə olunur. Cari ilin ilk
günlərindən başlayaraq rayonun mədəniyyət müəssisələrində
müxtəlif səpkili tədbirlər həyata keçirilib. 2012-ci ilin
geridə qalan ayları ərzində təsdiq
olunmuş tədbirlər planına uyğun olaraq rayon Mərkəzi Kitabxanasında, şəhər
Uşaq Musiqi Məktəbində,
Tarix-Diyarşünaslıq Muzeyində, Heydər Əliyev Mərkəzində
müxtəlif kitab və foto
sərgilər təşkil olunub. Rayonun bütün mədəniyyət müəssisələrində
20 Yanvar şəhidlərinin, 26 fevral Xocalı soyqırımı, 31 mart Azərbaycanlıların
Soyqırımı Günü münasibəti
ilə müxtəlif səpkili tədbirlər, foto stendlər təşkil olunub,
mühazirələr oxunub, sənədli
flimlər nümayiş etdirilib. Gənclər Günü,
8 mart Beynəlxalq Qadınlar Günü, Novruz
bayramı günlərində rayon Mədəniyyət
Evinin musiqi kollektivləri
rayonda
keçirilən tədbirlərdə yaxından
iştirak
ediblər.
- Rayonun mədəniyyət müəssisələrinin
fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Məlumat
üçün bildirim ki, Mədəniyyət və Turizm
Nazirliyinin qərarı ilə təsdiq olunmuş əsasnaməyə
əsasən Hacıqabul rayon Heydər Əliyev Muzeyi, Heydər
Əliyev Mərkəzi adlandırılıb və hazırda
mərkəz adı ilə fəaliyyət göstərir. İlin geridə
qalan ayları ərzində Heydər
Əliyev Mərkəzi təsdiq olunmuş
tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata
keçirib. Rayon
Tarix-Diyarşünaslıq Muzeyində 46 qrup
tərkibində 900 nəfər
ekskursiyaçı qəbul edilib. 18 aprel Beynəlxalq Abidələr Günü “Pir Hüseyn” xanəgahı Tarix-Memarlıq Qoruğunda geniş qeyd edilib, “Muzeylər gecəsi” aksiyası ,
“Açıq qapılar” tədbiri təşkil edilib. Ulu öndərin
doğum günü
münasibətilə “Ürəklərdə yaşayan
dahi şəxsiyyət” mövzusunda
söhbətlər, foto stendlər və geniş konsert proqramı
hazırlanıb həyata keçirmişik.
Rayonun Atbulaq, Rəncbər və Kolanı kənd Mədəniyyət
Evlərində tədbirlər həyata keçirilib,
musiqiçilərimiz kənd əhalisi qarşısında geniş konsert proqramı
ilə çıxış edib, yekun olaraq rayon
Mədəniyyət Evində muğam
teatrı kollektivinin iştirakı ilə
konsert proqramı təşkil olunub. Şuşa şəhərinin işğalının iyirmi
illiyinə həsr olunmuş “İşğala məruz qalan
Şuşam”, Laçının
işğalının ildönümünə həsr olunmuş “Sinəsi dağlı dağlar oy” adlı ədəbi-bədii
kompozisiya, 15 İyun
Beynəlxalq Uşaqların Müdafiəsi Günü,
15 iyun Qurtuluş Günü, 1 iyul
polislərin peşə bayramı, 19 avqust
Ramazan bayramı, 15 sentyabr
yeni dərs ilinin
başlanması, Milli Musiqi
Günü münasibətilə konsert proqramları təşkil olunub. Hər rübdə
çağırışçı gənclərin hərbi
vətənpərvərlik hisslərinin yüksəldilməsi
məqsədi ilə “Vətən bizi səsləyir”
adlı tədbirlər həyata keçiririk.
- Rayon kollektivləri respublika
müsabiqələrinə qatılırmı?
- Bəli, rayon kollektivlərinin respublika müsabiqələrində iştirakını təmin etməyə çalışırıq. Cari ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən xalq çalğı alətləri ifaçılığı üzrə Respublika müsabiqəsində şagirdlərimizdən Ağamalıyev Elşən qalib olub və yekun konsertində çıxış edərək diplom, fəxri fərman və hədiyyələrlə təltif edilib. Xan Şuşinski adına Respublika müsabiqəsində məktəbin muğam üçlüyü yüksək səviyyədə çıxış edib. Hacıqabul şəhər Uşaq Musiqi məktəbi Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbində “Mədəniyyət sahəsində dostluq görüşləri” adlı konsert proqramı ilə qonaq olub. Salyan rayonunda keçirilən gənc pianoçuların II Respublika baxış müsabiqəsində məktəbin IV sinif şagirdi Babayeva Gövhər uğurla çıxış edib və münsiflər tərəfindən bəyənilib. Musiqi məktəbinin müəllim və şagirdləri Üzeyir Hacıbəyovun anadan olmasına həsr olunmuş Milli Musiqi Günü və Müəllimlər Günü münasibəti ilə geniş konsert proqramı ilə çıxış ediblər. Sevindirici haldır ki, 2011-2012-ci tədris ilində Musiqi məktəbinin 6 məzunu respublikamızın müxtəlif musiqi texnikumlarına və kolleclərinə qəbul olunublar. Cari ilin geridə qalan ayları ərzində rayonun bədii özfəaliyyət kollektivlərinin işi xeyli yaxşılaşıb və genişlənib. Musiqi kollektivləri rayonda və yerlərdə, dövlət tədbirlərində, peşə bayramlarında, əhali qarşısında daima uğurlu çıxışlar ediblər. Xüsusi ilə qeyd etmək istəyirəm ki, rayon Mədəniyyət Evi və şəhər klubunun musiqi kollektivləri, şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivləri ilboyu rayonda yerləşən “N” saylı hərbi hissədə geniş konsert proqramları ilə çıxışlar edir, gənc əsgərlərin andiçmə mərasimlərində yaxından iştirak edirlər. Rayon Mədəniyyət Evinin, Muğan qəsəbə və şəhər klubunun kollektivləri, “Nur” insturumental ansamblı, ümumrayon tədbirlərində iştirak edirlər.
Anar Miriyev
Palitra.-2012.-20 noyabr.-S.11.