İstanbul Kitab Sərgisində imza günü

 

Professor Əli Həsənovun «Geopolitika» kitabı sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb

TÜYAP Sərgi Mər­kəzində keçirilən XXXI İstanbul Kitab Sər­gisində Prezident Admi­nistrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli HəsənovunGeo­po­li­tikakitabının imza gü­nü olub. TürkiyəninBab-ı Ali” nəşriyyatında türkcə çapdan çıxmış kitabın imza mərasimində qardaş ölkənin Mərmərə Qrupu Strateji Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, burada səfərdə olan azərbaycanlı jurnalistlər, sərgiyə gəlmiş yerli əcnəbi yazıçılar iştirak ediblər. Doqquz fəsil, 460 səhifədən ibarət kitabda dünyanın əsas güc mərkəzlərinin, Azər­baycanın da daxil olduğu Avrasiya coğrafiyasında siya­səti, bunun Xəzər hövzəsi Cənubi Qafqazdakı proseslərə təsiri ətraflı təhlil edilib. Mərasim iştirakçıları nəşrin əhəmiyyətini yüksək qiymətləndirərək kitabın universitet tələbələri, siya­sətçilər üçün qiymətli mənbə olduğunu bildiriblər. Müəllif, professor Əli Həsənov mərasimə qatılan yerli əcnəbi oxucular üçünGeopolitikakitabını imzalayıb onlara hədiyyə edib. Qeyd edək ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin rəhbərliyi altında İstanbulda səfərdə olan ölkə mediasının nümayəndələri tədbirə qatılıb. Tədbirə qatılan mətbuat nümayəndələrimizin bildirdiyinə görə, belə nəhəng nüfuzlu kitab sərgisində Azərbaycandan olan müəlliflərin imza günü mərasiminin keçirilməsi ölkəmizin tanınması, təbliğatı müsbət mənada imic formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Türk oxucularının da mərasimə göstərdiyi böyük maraq gələcəkdə bu sayaq tədbirlərin daha tez-tez təkrarlanmasını vacib edir.

 

Anar

Palitra.-2012.-27 noyabr.-S.4.