Dilimizin əsrlərdən bu günə daşıdığı ideyaları fəlsəfi kontekstdə dəyərləndirməliyik”

 

Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov: “Folklorumuz, dilimiz hikmətlə nə qədər zəngin olsa da, bu zəngin təməldən fəlsəfəyə keçid istiqamətində addımlar atılmayıb”

Aforizmlərin insan həyatında və intellektual yaradıcılıqda mühüm rolu var. Zaman-zaman müdriklərin, aqillərin işlətdikləri fikirlər, onların əsərlərində söylənən ifadələr içərisindən daha düşündürücüləri, daha ümumiləşdirici olanları insanlar tərəfindən seçilir və aforizmlərə çevrilir. Bu baxımdan aforizmlərin istər qədim dövrdə, istərsə də müasir zamanda yaranması prosesi və xüsusiyyətləri ilə bağlı mütəxəssis fikirlərini eşitmək olduqca maraqlıdır. Bu mövzuda müsahibimiz Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilovdur.

Alim öncə qeyd edir ki, təkcə yazıçıların deyil, alimlərin, filosofların, siyasətçilərin yazılarında və şifahi nitqində də bədahətən deyilmiş çox gözəl müdrik fikirlər olur: “Məsələn, dövrümüzün böyük siyasətçisi Heydər Ə?iyevin çıxışlarında, şifahi nitqində belə fikirlərin olduğuna diqqət verərək biz o vaxt onun aforizmlərini ayrıca kitab halında toplamaq qərarına gəldik( “Aforizmlər”. “Azərbaycan Universiteti” nəşriyyatı 1997 - İ.A.). Əlbəttə, Heydər Əliyev onları məxsusi olaraq bir aforizm kimi deməmişdi. Amma onun çıxışlarının ideya yükü o qədər böyük idi ki, ayrı-ayrı məsələlərə münasibət universal bir hikmət səviyyəsinə qaldırılırdı. Mişel Monteni, Lixtenberqi, Voveranqı məşhurlaşdıran onların siyasi nitqləri, yaxud hansı isə bir fəlsəfi və bədii əsəri yox, məhz aforizmlər olub. Düzdür, bu aforizmlərin böyük əksəriyyəti mənim xoşuma gəlmir, çünki daha böyük bir ideyanın canlı, təbii bir fikir axınına daxil olmayıb, ayrılıqda müstəqil şəkildə quraşdırılıb. Atalar sözləri də müstəqil fikir halında olur. Lakin bizə elə gəlir ki, onlarvaxtsa hansı isə daha sürəkli bir fikir kontekstində deyilibsonralar başqa kontekstlərə də şamil edilmək üçün ayrılaraq müstəqil surətdə nəsildən-nəslə ötürülüb. Bu mənada hansı sözün hansı fikir axarına aid olduğunu aydınlaşdırmaq üçün bir çox hallarda xüsusi fəlsəfi təhlilə ehtiyac yaranır”. Professorun bildirdiyinə görə, eləcə də  aforizmlər iki cür olur: özlüyündə aydın olan tam yetkin aforizmlər və bir də şərhə, yozuma ehtiyacı olan aforizmlər: “Daha doğrusu, əslində söhbət atalar sözününya aforizmin yetkinliyindən daha çox, oxucuların, ictimai şüurun düzgün  yönləndirilməsindən gedir. Yəni kütləvi şüur bəzi dərin fikirlər üçün yetərincə hazırlıqlı olmadığından, belə bir körpüyə ehtiyac yaranır. Bəzən də elə olur ki, fikrin üst qatı hamı tərəfindən anlaşıldığı halda,  ikinci, daha dərin məna ancaq seçilmişlər üçün aydın olur. “Könül sevən gözəl olar”. Bu məlum atalar sözü gözəlliyin nisbiliyinə və subyektivliyinə dair yazılmış cild-cild monoqrafiyaların ən konkret və həm də ən tutumlu ifadəsidir. Həmin fikir neqativdə də atalar sözü kimi yayılıb: “Zorla gözəllik olmaz”. “Zorla”, yəni könül sevmirsə - insanın iradəsinə rəğmən gözəllik ola bilməz.  Həm də bu, daha kəskin deyilişdir. Belə ki, bir?nci halda könlün sevməsi gözəlliyi şərtləndirən amillərdən biri kimi də dəyərləndirilə bilərdi. Yəni, gözəlliyin obyektiv meyarları da ola bilər, amma bununla yanaşı, hətta bu meyarlara uyğun gəlməsə belə, könlün sevməsi nəyinsə, kiminsə gözəl görünməsi üçün şərtdir. Amma ikinci - inkar üzərində, neqativ planda qurulmuş atalar sözü hər hansı bir kənar amilin, hətta bu, obyektiv meyar olsa belə, könülə hökm etməsini və ya tutaq ki, rasional metodlarla gözəlliyin isbat olunmasını mümkün saymır. Burada subyektiv amil yeganə amildir, fikrin ağırlıq mərkəzi gözəlliyin üzərinə deyil, zorun üzərinə düşür. Biz həmin ifadədə “gözəllik” məfhumunu məhəbbət, dostluq, sədaqət və sair anlayışlarl əvəz edə bilərik. Yəni, bunların heç biri zorla olmurancaq könlün hökmü, səlahiyyəti daxilindədir”. Ancaq alimə görə, bu fikrin düzgün əksi də eyni dərəcədə mənalı olu?, kənardakı daxili gözəlliyə deyil, könlün özünün gözəlliyinə həsr edilib: “Əbu Turxan deyir: “Sevən könül gözəl olar”. Göründüyü kimi, bu aforizm səslənməsinə görə, nəzərdən keçiriləndə atalar sözünə çox bənzəyir. Amma fikir tamamilə fərqli müstəvidədir. Burada sevilənin gözəl görünməsindən deyil, sevənin gözəlləşməsindən bəhs olunur”. Professor qeyd edir ki, əslində bu mövzu orta əsrlərdə şifahi ədəbiyyatdan yazılı ədəbiyyata keçib, təsəvvüf fəlsəfəsində də yer alıb və bu günümüzə qədər müzakirə predmeti olaraq qalır: “Çox dərin ideya və məna tutumuna malik olan atalar sözlərindən biriAğla gələn başa gələr” fikridir. Bu xalq hikməti böyük alman filosofu Hegelinağlabatan hər şey gerçək, gerşək olan hər şey ağlabatandır” fikrini, kim bilir, neçə yüz il qabaqlayıb. Sadəcə biz bu ideyanın fəlsəfi yozumunu verməkdə, onun əvvəlini və sonunu da nəzərə almaqla daha böyük bir ideyaınn tərkib hissəsi kimi təqdimatında gecikmişik”. Alimin fikrincə, Qərb filosoflarının hikmət, aforizm kimi məşhurlaşmış bir çox fikirləri bizim rəsmi filosoflar tərəfindən sonradan mənimsənildiyi halda, bu fikirlərin çoxu bizim milli şüurda, el hikmətində  çox-çox qədimlərdən məlumdur: “Məsələn, Frensis Bekon deyir: “Çoxlu qüsurları olan insanlar qüsurları, ilk növbədə, başqalarında görürlər”. Həmin fikir daha gözəl şəkildə bizim atalar sözündə ifadə olunub: “Öz gözündə tiri görmür, başqasının gözündə qıl axtarır”. Sadəcə olaraq biz öz dilimizin əsrlərin sınağından keçirərək bu günə daşıdığı ideyaları yenidən, fəlsəfi kontekstdə dəyərləndirməliyik. Yeni Dövr Qərb elminin əsas metodlarından biri “sınaq-səhv” metodudur. El hikmətində bu ideya “sınamağı qurd yeməyib”, “tutar  - qatıq, tutmaz  - ayran” sözləri ilə ifadə olunur. Yəni, fərziyyə yürütməkdənsə, praktikada yoxlamaq, sınamaq lazımdır. İdeya təsdiqini taparsa, lap yaxşı, tapmazsa - yenə də müəyyən qənaət əldə etmiş oluruq. Necə deyərlər, “mənfi nəticənin özübir nəticədir”. Beləliklə, Qərb dünyasında təməli Qalileylə qoyulmuş eksperimental düşüncənin ideya əsasları hələ bizim folklorda, ola bilsin ki, Qalileydən daha əvvəl mövcud idi. Xalq hikməti ilə fəlsəfə arasında qarşılıqlı keçidlərin olması çox vacibdir. Bizim folklorumuz, dilimiz hikmətlə nə qədər zəngin olsa da, bu zəngin təməldən fəlsəfəyə keçid istiqamətində addımlar atılmayıb”.  Fikirlər ilk baxışda nə qədər müstəqil görünsə də, əslində bir fikir başqa bir fikrin rüşeymi olmalı və ayrı-ayrı halqalar birləşərək zəncirvari proses yaratmalıdır: “Lakin universal ifadə vasitələri heç də həmişə bitmiş fikir şəklində olmur. Bir çox hallarda ifadələr, deyimlər, söz birləşmələri, simvolik məna kəsb edərək müstəqilləşir və ancaq hansı isə bir fikri gücləndirmək, vurğulamaq üçün istifadə olunur.  Bəzən də bir ifadə özündə elə böyük potensial saxlayır ki, müxtəlif fikir zəncirlərinin düyün nöqtəsi kimi çıxış edir. Məsələn, “getdim onu tutmağa, o, məni tutmuş idi!. Bu “hekayətin” əslində ən müasir fəlsəfi təlimlər, o cümlədən fenomenologiyasinergetik təfəkkür üçün bir ipucu olduğunu dərk etmək elə də asan məsələ deyil”. Lakin bununla belə, alim düşünür ki, Azərbaycan folklorunun özündə necə böyük potensial saxladığına əmin olmaq üçün onu fəlsəfi kontekstdə yenidən nəzərdən keçirməliyik.

 

İlkin AĞAYEV

 Palitra.-2012.-28 noyabr.-S.11.