“Hansısa dəyərin
zərərli olub-olmamasını ölçmək üçün fəlsəfi platforma
lazımdır”
Dəyərlərlə bağlı olaraq müsahibimiz Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilovdur. Səlahəddin müəllim bizimlə söhbətə belə başladı:
- Bu gün müxtəlif kanallar vasitəsilə yeni dəyərlərlə qarşılaşırıq. İstər-istəməz ya şüurlu surətdə həmin dəyərləri mənimsəyirik, ya da onların təsirinə məruz qalırıq, onların təsir dairəsindən çıxmaq istəsək belə çıxa bilmirik. Yaxud nə bizə doğma, nə yaddır, hansı dəyərlər məqbuldur, hansılarının gələcəkdə dəyişilməsinə ehtiyac var və sair bu kimi məsələlər fəlsəfi müstəvidə müzakirə olunmalıdır. Bunun üçün də bir fəlsəfi platforma olmalıdır. Daha geniş bir dünyagörüşü mövqeyindən bu məsələlərə münasibət bildirilməlidir. Bunun üçün meyarlar müəyyənləşdirilməlidir. Dəyərlərin pis və yaxşı olduğunu hansı meyarlarla ölçəcəyimizi müəyyənləşdirməliyik. Məncə, mənəvi dəyərlər və adət-ənənə, hüquq-əxlaq münasibəti, din-əxlaq münasibəti kimi məsələlərin hər biri ayrılıqda aktualdır. Bəzi xarici ölkələrdə avantürist qüvvələr var ki, müsəlman xalqlarının dini heysiyyatına toxunurlar. Onlar bu zaman geridə qalmış bir sıra müsəlman xalqlarının təhqirlərə və təhriflərə dözümsüzlüyünü nəzərə alıb qəsdən, bu xalqları öz dayanıqlı vəziyyətindən çıxarmaq və qarışıqlıq yaratmaq məqsədi ilə avantüralara əl atırlar. Təcrübə göstərir ki, geri qalmış xalqlar bu cür avantüralara çox kəskin reaksiyalar verirlər və beləliklə də avantürist qüvvələr öz məqsədlərinə çatmış olurlar. Əslində belə təxribatlarda dözümlülük və təmkin nümayiş etdirmək tərbiyə olunmalıdır. Əsas odur ki, biz özümüz kimisə təhqir etməyək. Biz bu məsələlərdə təhqirlərin fövqündə durduğumuzu nümayiş etdirməliyik. Başqalarının dəyərlərinə hörmətlə yanaşmaq, buna hər məqamda əməl etmək bizim üçün əsas götürülməlidir. Başqa dinlərə, onların liderləri və peyğəmbərlərinə hörmətlə yanaşmaq hər kəsin borcudur. Biz heç zaman başqalarının dini heysiyyatına toxunmamışıq, onlar haqqında nə KİV-də, nə də başqa bir yerdə təhqiramiz ifadələr işlətməmişik və işlətmərik. Sadəcə olaraq başqa ölkələrdə söz azadlığından sui-istifadə olunması halları var, görünür, o ölkələrdə bu sahədəki vəziyyət düzgün tənzimlənmir. Bu isə artıq söz azadlığı demək deyil. Hər hansı bir azadlıq forması başqalarının azadlığını məhdudlaşdırmayacağın təqdirdə azadlıq hesab olunur və məqbuldur. Əgər başqalarının azadlığına, heysiyyatına toxunursansa, bu, azadlıq yox, anarxiya sayılır. Bu baxımdan peyğəmbəri və müsəlman heysiyyatını təhqir edib “biz azad sözün tərəfdarıyıq” deyənlər əslində anarxistdirlər. Necə olur ki, bir başqasını təhqirə görə cinayət məsuliyyəti var, amma milyonları təhqirə, onların müqəddəs hisslərinə toxunulmasına yol verilir? Bu cür hallar rast gəlinən ölkələrin özlərinin yeritdiyi siyasətdə də müəyyən qüsurlar var.
- Onlar tərəfindən bu kimi məsələlərə yanaşmada ikili standartların olduğu tez-tez bildirilir...
- Bəli, bu cür
yanaşmalar ikili standartlardan xəbər verir. Görünür, biz söz azadılığı
məsələlərinin düzgün
təfsir olunması və düzgün çatdırılması məsələlərində
də çox diqqətli olmalıyıq.
Hər bir xalqın bu kontekstdə özünəmnəxsusluğunu və hər bir adət-ənənənin
spesifikasının nəzərə
almaq tələb olunur. Bununla yanaşı biz özümüz də dözümlülüyü artırmaq
və başqasının
avantürasına uymamaq
və onun təxribatında
oynamamaq dərəcəsində
informasiyalı, dözümlü
olmaq vərdişlərini
gücləndirməliyik. Bizdə zatən
bu, var, amma bizimlə eyni dini mənsubluğu
bölüşən bəzi
ölkələrdə bu,
çatışmır, yəqin
ki, bu ölkələrdə
sözügedən məsələ
ilə bağlı maarifçilik, məlumatlandırma
və davranış işi daha yüksək
səviyyədə qurulmalıdır.
Biz mənəvi dəyərlər deyəndə
buraya əxlaqı, adət-ənənələri və
dini də daxil edirik. Bunların qorunub saxlanması o demək deyil ki, biz bunları mütləqləşdirməliyik və müasir dövrün tələblərini
hər hansı bir formada nəzərə
almamalıyıq. Amma eyni
zamanda müasirlik heç də o demək deyil ki, biz keçmişimizə
arxa çevirməliyik,
yaxud əcdadlarımızın
ruhunu təhqir etməliyik. Belə şeylərə yol verilməməlidir...
- Telekanallardakı bir sıra verilişlərdə
bu baxımdan dəyərlərlə bağlı
məqamlar nəzərə
alınmır...
- Televiziya verilişlərimizdə
çox tez-tez açıq formada olmasa da, bizim
əxlaqi- mənəvi
dəyərlərimizə qarşı
həqarətlər olur.
Həmçinin həmin verilişlərdə
vulqarlıq, bayağılıq
təbliğ olunur.
Bunların da qarşısı
hansısa formada alınmalıdır. Çünki bəziləri dolayı olaraq mənəvi ləyaqətimizə sataşmaq
niyyətindədir. Bizim bu kimi cəhdlərə qarşı tədbir görməyimiz və cavab verməyimiz hətta hüquq normaları çərçivəsindöə
də müəyyənləşdirilməlidir.
İctimaiyyətin bu cür televiziya veriilişlərini
məhkəməyə vermək
təcrübəsi və
hüquqi mexanizmi formalaşdırılmalıdır. Bu cür verilişlərə
görə telekanallar
cərimə olunmalıdırlar.
Bu cür verilişlərin
zərərli olduğu
dərk edilməli, onlar yığışdırılmalıdır.
- Qadağalarla bu verilişlərin yayılmasının
qarşısını almaq
mümkündürmü?
- Hər şey mümkündür. Təkcə yasaqlarla
yox. Təkcə qadağalarla nəyi
isə ləğv etmək mümkün deyil. Amma nəyisə qadağan
edirsənsə, onun yerinə başqa birini təklif etməlisən. Müasirlik lazımdır,
amma müasirlik bayağılıqla birləşmiş
şəkildə yox,
yüksək kriteriyalar
nəzərə alınmaqla,
yaradıcılıq nümunələri
ilə təqdim edilməlidir. Yəni müasirlik
bayağılığa alternativ
olan daha yüksək yaradıcılıq
məhsulları ilə
insanlara aşılanmalıdır.
Əgər məzhəkəçilik baş alıb gedirsə, təhqir və özümüzü
alçaltmaq hesabına
gülüş yaratmaq
forması varsa, bu, hardasa yüksək
sənətin, eləcə
də yüksək ədəbiyyatın öz
yerini bayağılığa
təslim etdiyi anlamında qəbul edilə bilər. Qeyd etmək yerinə düşər ki, burada ictimai fikrin təmsilçiləri,
universitetlər, ictimai
təşkilatlar, yaradıcı
birliklərin hamısı
öz sözünü
deməlidir.
- Burada telekanlallarda kadrların hazırlıqsız
olması, yüksək
meyarlarla və daha məzmunlu verilişlərin hazırlanmasında
bacarıqsız olmaları
kimi məqamlar da var...
- Bu məqam da var. Əgər bu cür kadrlar həmin səviyyəyə
enirlərsə, deməli,
onların təhsili kifayət qədər olmayıb. Onların ya yeri səhv düşüb, ya da ixtisaslarının,
peşələrinin məramını
düzgün anlamayıblar.
Əgər düzgün
anlasaydılar, xalqa xidmət etmək əvəzinə, xalqın
heysiyyatına toxunmaq yolunu seçməzdilər...
- Verililşlərin buraxılmasına
məsul kulturoloji ekspertlərin, yaxud bədii şuraların fəaliyyətinə ehtiyac
varmı?
- Bədii şuraların fəaliyyətinə ehtiyac
var, amma tək bədii yox, idea-bədii şuralar telekanallarda fəaliyyət göstərməli,
yaradıcı heyəti
düzgün yönləndirməlidir. Mənəviyyatı yüksək səviyyədə
bilən və onu istənilən məqamda düzgün təqdim etməyi bacaran insanlar bu ideya-bədii şuralarda iştirak etməlidir. Məsələn, İctimai Televiziyada hazırda bir Yayım Şurası fəaliyyət göstərir.
Bu şura verilişlərə
müəyyən dərəcədə
təsir göstərə
bilir. Doğrudur, bu, ideya-bədii
şura deyil, amma hər halda
bir qurumdur ki, sözügedən məsələdə nəzarət
həyata keçirə
bilir. Digər kanallarda da buna bənzər şuralar olmalıdır.
Eyni zamanda bu məsələ
ilə bağlı olaraq müvafiq dövlət qurumlarının
səlahiyyətləri daha
da artırılmalıdır.
İlkin AĞAYEV
Palitra.- 2012.- 3 oktyabr.- S.11.