“Doktorantura təhsilinin standartları
hazırlanır”
Xəbər verildiyi kimi, az öncə
doktoranturaya sənəd
qəbulu yekunlaşdı.
Bu ay artıq doktoranturaya qəbul imtahanları keçiriləcək.
Artıq
ikinci ildir ki, doktoranturaya bu üsulla qəbul aparılır.
Bu sahədə hansı məsələlər
aktualdır? Doktoranturaya qəbul
məsələləri ilə
bağlı olaraq müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimovdur.
- Arif müəllim, doktoranturaya qəbul qaydaları ilə bağlı hansı fikirləriniz var? Artıq ikinci ildir ki,
bu qaydalar əsasında doktoranturaya
qəbul aparılır.
Bu qaydalarda hansısa
dəyişikliklərə ehtiyac yaranıbmı?
- Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq doktoranturaya qəbul aparılır. Bu təsdiq olunmuş qəbul qaydaları elədir ki, onlar bir-iki ilin
içərisində yeniləşə
bilməz. Bu qaydalarda dəyişikliklər
etmək üçün
müəyyən zərurət
lazımdır ki, faktlar toplansın, analiz edilsin və bilinsin ki, nələrdə dəyişikliklər etməyə
ehtiyac var. Əgər
zərurət yoxdursa,
dəyişikliklər etməyin
də heç bir mənası yoxdur. Əslində elə-belə, hesabat
naminə yox, inkişaf naminə dəyişikliklər etməyə
lüzum olmalıdır. Hazırda isə doktortanturaya
qəbul qaydaları
normal səviyyədədir və qəbul mükəmməl təşkil
oluinub. Müəyyən dövr keçdikdən
sonra isə görə biləcəyik
ki, zamana uyğun olaraq bu qaydalarda hansı
dəyişikliklər edilməlidir.
Bundan sonra müəyyən təklifləri dövlət
qarşısında qaldırmaq
olar. Amma indi isə məncə, doktoranturaya qəbul qaydalarında hər hansı dəyişikliklər etməyə
ehtiyac yoxdur. Hazırda isə ümumiyyətlə,
doktorantura təhsilinin
standartları hazırlanır.
Təhsilin standartları akademiyanın
iştirakı ilə
Təhsil Nazirliyi tərəfindən hazırlanır. Bu standartlar
bir neçə müzakirə mərhələsindən
keçib. Bu standartlar
tam təsdiq ediləndən
və tətbiq edləndən sonra doktorantura təhsilinin səviyyəsi bir az da artacaq. Bu isə öz növbəsində
doktorantura təhsili sahəsində olan
boşluqları tam aradan
qaldırmağa imkan verəcək. Bütün bu standartlarda
xüsusilə gənc
tədqiqatçıların, alimlərin elmi laboratoriyalarda öz profillərinə uyğun
olaraq tədqiqat aparmalarının, biliklərə
yiyələnmələrinin mexanizmlərinin təkmilləşdirilməsi
nəzərdə tutulub.
Bütün bunlar reallaşdırılsa,
gənclər daha mükəmməl və yüksək səviyyədə
elmə yiyələnə,
praktik baxımdan təkmilləşə biləcəklər.
Hər bir elmi-tədqiqat aparan gənc bilir ki, öz
işi ilə bağlı yeganə qarşıya qoyulan məqsəd vaxtında, mükəmməl və düzgün elmi araşdırma aparmaqdır.
Beləliklə, yeni təhsil
standartları gənclərin
elmə daha həvəslə bağlanmalarını
təmin etməyə
hesablanıb.
- Bu il doktoranturaya
qəbulda əyani və qiyabi yerlərin nisbəti necədir?
-Biz həmişə çalışırıq
ki, elmi-tədqiqat institutlarının verdikləri
sifarişlər əsasında
bu barədə olan nisbəti tənzimləyək. Biz əvvəlcədən
əyani və qiyabi yerlərə müvafiq plan yerlərini müəyyənləşdiririk. Yəni bu plan əvvəlcədən təşkilatlardan
götürülür və
onların sifarişlərinə
əsasən də tərtib olunur. Burada əslində əyani-qiyabi
nisbətinin vacib hesab edilməsinin elə bir önəmi
yoxdur. Çünki elələri olur
ki, əvvəl əyani qəbul olunur, sonra işə
düzəldiyi üçün
qiyabi sistemə keçməyə məcbur
olur. Əyanidən qiyabiyə keçməkdə
problem yoxdur. Əsas problem qiyabidən əyaniyə keçməkdədir. Amma doktoranturada
təhsil forması məsələlərini eyni
zamanda elmi təşkilatların özləri
də bir qədər tənzimləməlidirlər.
Fərqi
yoxdur ki, təhsil əyani, ya da qiyabi
olsun. Əsas odur ki, elmi
təşkilatlarda iş
elə qurulmalıdır
ki, həm doktorant, həm də elmi rəhbər
öz fəaliyyətini
normal qursun. Təhsil formasından və
başqa fəaliyyətdən
asılı olmayaraq onlar tədqiqat işi aparmalıdır.
Ona görə də burada əsas məsələ əyani və ya qiyabi
təhsil almaq yox, tədqiqat aparılmasını təşkil
etmək və tədqiqat aparmağa nail olmaqdır. O da sirr deyil ki,
doktorantların bəziləri
təqaüdə görə
və yaxud hansısa səbəblərdən
qiyabiyə keçməli
olurlar, ya da qız doktorantlardan
ailə quranları olur, onlar buna
uyğun olaraq məzuniyyətə çıxır,
yaxud təhsil formasını dəyişir.
Bu cür məsələlər
baş verir və buna uyğun
tənzimləmələr aparılır.
- Arif müəllim, xəbər
verildiyinə görə,
bu il
də doktoranturada ödənişli yerlər
nəzərdə tutulmayıb...
-Bu məsələyə bir qədər açıqlıq
gətirmək istəyirəm.
AMEA sistemində həm fəlsəfə, həm elmlər doktoru səviyyəsində
Azərbaycan vətəndaşları
üçün ödənişli
təhsil elan etməmişik. Amma xarici vətəndaşlar
üçün bu pillələrdə təhsil ödənişlidir.
Amma bu o demək deyil ki, Azərbaycan
vətəndaşları üçün
ödənişli doktorantura
təhsili olmayacaq.
Ötən il
və bu il bizim Azərbaycan
vətəndaşları üçün
ödənişli doktorantura
təhsili elan etməməyimizin səbəbi
odur ki, biz hələ dövlətdən
razılaşdırılmış ödənişli təhsil
xərcləri hesabını
əldə edə bilməmişik.
Bu, əldə edildikdən sonra yəqin ki, akademiya sistemində də ödənlişli doktorantura təhsili tətbiq ediləcək.
İlkin AĞAYEV
Palitra.- 2012.- 10 oktyabr.- S.5.