“Dünya
və yerli muzeylər haqqında məlumat
xarakterli sərgilər təşkil edirik”
Layihə çərçivəsində
müsahibimiz Balakən Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Ruqiyyə
Seyidovadır:
-
Rayon Mədəniyyət və Turizm Şöbəsi 2012-ci
ildə Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq
Muzeyi, Bülbül adına Uşaq İncəsənət Məktəbi,
Qabaqçöl qəsəbə musiqi məktəbi, MKS və
onun 29 kənd kitabxanası, 34 klub tipli mədəniyyət
müəssisəsi ilə fəaliyyətini davam etdirib. Rayonun
mədəni-maarif müəssisələri şöbənin
təsdiq etdiyi iş planlarına uyğun işlərini
günün tələbləri səviyyəsində
qurmağa çalışır, Mədəniyyət və
Turizm Nazirliyi və Rayon İcra Hakimiyyəti tərəfindən
verilən tapşırıqların yerinə yetirilməsinə
nail olurlar. Odur ki, şöbə 9 ay ərzində
bütün mədəni-maarif müəssisələrində
əlamətdar, tarixi günlərin, milli və dövlət
bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə
qeyd edilməsinə dair lazımı tövsiyyə və
göstərişlərini verib, tədbirlərin daha məzmunlu
və rəngarəng keçirilməsinə nail olub. Belə
ki, rayonun Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin
22-ci ildönümü münasibətilə tədbir
keçirilib və faciə həqiqətlərini əks etdirən
rəsm əsərlərindən ibarət sərgi,
fevralın 2-də isə Gənclər Gününə həsr
edilmiş tədbir keçirilib. Fevralın 24-də Xocalı
faciəsinin 20 illiyinə həsr edilmiş tədbirdə
çıxış edənlər ermənilər tərəfindən
günahsız insanlara - qocalara, qadınlara, uşaqlara verilən
dözülməz əziyyətlər, dəhşətli
işgəncələrdən danışıb, faciənin
ildönümü ərəfəsində həm də mərkəzdə
bu soyqırım həqiqətlərini əks etdirən rəsm
əsərlərindən ibarət sərgi təşkil
edilib. Martın 29-da Təhsil Nazirliyinin xətti ilə
uşaq və yeniyetmələrin elmi-texniki
yaradıcılığına dair respublika müsabiqəsinin
zona mərhələsi Heydər Əliyev Mərkəzində
keçirilib və tədbirdə Balakən, Zaqatala, Qax,
Oğuz, Şəki, Qəbələ, İsmayıllı
rayonlarından nümayəndələr iştirak ediblər.Aprelin
26-da görkəmli alim, akademik Zərifə Əliyevanın
anadan olmasının 89-cu ildönümü münasibətilə Heydər Əliyev
Mərkəzində tədbir keçirilib. Mayın 6-da ulu
öndər Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü münasibətilə “Dahi lider” adlı dəyirmi
masa təşkil olunub. Dəyirmi masada çıxış
edən ziyalılar ulu öndərin Azərbaycanın
inkişafı üçün göstərdiyi xidmətlərdən,
fədakar əməyindən danışıblar. Həmçinin
rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə mayın 10-da Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında ulu öndərin anadan
olmasının ildönümü və “Gül bayramı”na həsr
olunmuş böyük tədbir keçirilib, təhsil müəssisələri,
körpələr evi və uşaq
bağçalarının əl işlərindən ibarət
sərgi təşkil edilib və Heydər Əliyev Mərkəzi gecə saatlarınadək
ziyarətçilər üçün açıq olub.
Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə
Azərbaycan və dünyanın müxtəlif muzeyləri
haqqında məlumat xarakterli sərgi təşkil olunub və
film nümayiş etdirilib. Heydər Əliyev Mərkəzinə
təhsil müəssisələrinin kollektivlərinin gəlişi
təşkil edilib.Mayın 22-də isə “Muzeylər dəyişən
dünyada: yeni çağırış - yeni ilham” devizi
altında Heydər Əliyev Mərkəzində tədbir
keçirilib. Respublika Günü, Qurtuluş Günü,
Silahlı Qüvvələr Günü münasibətilə
mərkəzdə tədbirlər keçirilib və filmlərə
baxılıb. İyun ayında Heydər Əliyev Mərkəzinin
elmi işçisi Bakiya ezam olunaraq Mədəniyyət və
Turizm Nazirliyindən Heydər Əliyev Mərkəzinə hədiyyə olaraq verilmiş
eksponatları gətirib. Dövlət
başçısının sərəncamı ilə Daanov
Canpolad Alı oğluna “Vətən uğrunda” medalı,
Atayev Soltan Həmid oğluna Əməkdar rəssam fəxri
adı verilib. Onlarla muzeydə görüşlər
keçirilib və vəsiqələrinin sürəti muzeyə
təqdim olunub. Ümumiyyətlə, 2012-ci ilin 9 ayı ərzində
Heydər Əliyev Mərkəzinə gələnlərin
sayı 4110 nəfər olub. 9 ay ərzində 36 ədəd
eksponat əldə edilərək eksponatların sayı 783-ə
çatdırılıb.
- Digər mədəniyyət
müəssisələrində hansı yeniliklər olub?
-
İlin geridə qalan 9 ayı ərzində rayonumuzun Tarix-Diyarşünaslıq
Muzeyində “Müqəddəs məbədlər diyarı
olan torpağımızın şərəfli tarixini öyrənək,
tarixi abidələrimizi tanıyaq və onlara sahib
çıxaq” mövzusunda geniş elmi-praktik konfrans
keçirilib. Muzeydə 31 Mart soyqırımı yad edilib,
Şuşa şəhərinin işğalı ilə
bağlı “Şuşasız 20 il” adı altında dəyirmi
masa keçirilib, rayonda yaşayan 1941-45-ci illərdə
Böyük Vətən müharibəsində iştirak
etmiş müharibə veteranları ilə görüşlər
təşkil edilib. Tarix-Diyarşünaslıq Muzeyində
nümayiş olunan eksponatların sayı 4400 ədədə
çatdırılıb. Eyni zamanda muzeyə gələn
ziyarətçilərin sayı 2012-ci ilin 9 ayı ərzində
4880 nəfər olub. Mərkəzləşdirilmiş Kitabxana
Sistemində ilin 9 ayı ərzində xeyli iş
görülüb, yeni şöbələr yaradılıb,
kitabxananın iş fəaliyyəti yeniləşdirilib. MKS-nin
Xidmət şöbəsində, Uşaq şöbəsində,
kənd kitabxanalarında yubiley və bayramlarla əlaqədar
bir sıra tədbirlər keçirilib, kitablarla oxuculara xidmət
edilib, məktəb kitabxanaları ilə əlaqə
genişləndirilib. 2012-ci il ölkəmizdə dövlət
başçısının sərəncamı ilə
“İdman ili” elan edilib.
“İdman ili” ilə əlaqədar MKS-də tədbirlər
planı tutulub və bu plan seminar müşavirədə
müzakirə olunub. Şöbə və kitabxanalarda idmana
dair sərgilər təşkil edilib və
idmançılarla görüşlər keçirilir. MKS-də
Novruz bayramı ilə əlaqədar “Novruz Ensiklopediyası”
kitabının təqdimat mərasimi keçirilib. 2012-ci ilin
9 ayı ərzində MKS-də V.Babanlının anadan
olmasının 85 illik yubileyi ilə əlaqədar “Vicdan
susanda” kitabının təqdimat mərasimi, 20 Yanvar faciəsinin
22-ci ildönümü ilə əlaqədar “Əgər
şəhid varsa, demək, vətən var”, 2 fevral Gənclər
Günü ilə əlaqədar “Azərbaycanın gələcəyi
gənclərə məxsusdur” adlı dəyirmi masa,
Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar
Uşaq şöbəsində “Qan gölündə
çalxalanan Xocalım” adlı ədəbi-bədii kompozisiya,
8 Mart Qadınlar Günü ilə əlaqədar
“Dünyanın ən gözəl sözüdür - Ana”
adlı poeziya gecəsi, Novruz bayramına hazırlıqla əlaqədar
“Novruz bayramı
ensiklopediyası” kitabının təqdimat mərasimi, 31 Mart
soyqırımı ilə əlaqədar “31 Mart Azərbaycanlılarının
Soyqırımı Günüdür” adlı məruzə,
H.Cavidin 130 illik yubileyi ilə əlaqədar “H.Cavidin həyat
və yaradıcılığı” haqqında məruzə,
M.Ə.Sabirin 150 illik yubileyi ilə əlaqədar “İnqilabi
satirik şeirimizin banisi” adlı məruzə və “Gülən,
güldürən şair” adlı poeziya gecəsi, Azərbaycan
əlifbası və Ana dili Günü ilə əlaqədar
“Dilim mənim qürurumdur” adlı poeziya gecəsi,
M.S.Ordubadinin “Qılınc və qələm” adlı poeziya
gecəsi, Ə.Cavadın 120 illiyi ilə əlaqədar “Mən
çeynənən bir ölkənin haqq bağıran səsiyəm”
başlıqlı məruzə, şairə X.Nətəvanın
180 illik yubileyi ilə əlaqədar sərgilər təşkil
edilib. MKS-in şöbə və filiallarında ”Hüquq ədəbiyyatı”,
”Azərbaycan folkloru”, ”Xarici ölkə ədəbiyyatı”,
”Azərbaycan klassiklərinin əsərləri”, ”Mənim
doğma Balakənim”, “Kitaba-Kitabxanaya dövlət
qayğısı”, ”M.F.Axundov – 200”, ”M.Ə.Sabir – 150”, ”2012-ci
ili idman ilidir”, ”Narkomaniyaya yox deyək”, ”Müasir Azərbaycanımızın
21 yaşı mübarək” və sair başlıqlar
altında sərgilər təşkil edilib. Heydər Əliyev
Mərkəzində Mərkəzi Kitabxana və filiallarının
birgə təşkil etdiyi M.F.Axundovun 200 illik yubileyinə həsr
olunmuş “M.F.Axundzadə Azərbaycan dramaturgiyasının
banisidir” adlı ədəbi-bədii gecə keçirilib. Gecədə
dramaturqun əsərlərindən ibarət şeirlər
söylənilib, səhnəciklər göstərilib.
X.R.Ulutürkün 80 illik yubileyi ilə əlaqədar 19
saylı Yeni Şərif, 10 saylı Qaysa, 13 saylı Xalatala kənd
kitabxanalarında “Azərbaycan qeyrətli, cahan qüdrətli
şeirim” adlı poeziya gecəsi keçirilib. Uşaq
şöbəsində Azərbaycan əlifbası və Ana
dili Günü ilə əlaqədar “Mənim ana dilim” poeziya
gecəsi, Ə.Cavadın 120 illiyi ilə əlaqədar
“Yurdumun haqq səsi”, H.Cavidin 130 illiyi ilə əlaqədar
“Yerə enməm də, səma şairiyəm”, H.Zərdabinin
170 illiyi ilə əlaqədar “Zəmanəmizin böyük əkinçisi”
başlığı altında sərgilər, kartotekalar təşkil
edilib. Cari ilin 9 ayı ərzində MKS-ə kitabxana
kollektorundan, M.F.Axundov adına Milli Kitabxanadan və yerli mənbələrdən
544 kitab və nüsxə alınıb. MKS-nin 9 ayı ərzində
9353 nəfər oxucu, 97112 kitab verilişi olub.
Anar Miriyev
Palitra.-2012.-16 oktyabr.-S.11.