Balakəndə «Sənətkarlar evi»
yaradılıb
Ruqiyyət Seyidova: «Bu mərkəzdə
milli adət-ənənələrə
uyğun mövcud sənətkarlıq nümunələrinin
nümayişi və satışı təşkil
edilir»
Layihə
çərçivəsində müsahibimiz Balakən
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Ruqiyyət Seyidovadır:
- Rayonumuzun mədəniyyət
müəssisələrində il ərzində müxtəlif tədbirlər
keçirilir. Uşaq
İncəsənət və
Qabaqçöl qəsəbə
məktəbində də
dövlət tədbirləri
yüksək səviyyədə
qeyd olunur. Məktəbin Fortepiano şöbəsinin
III sinif şagirdi Əhmədova Dünya Vaqif qızı istedadlı uşaqlar arasında “Pöhrə” müsabiqəsinin iştirakçısı
olub. Dünya Əhmədova Mədəniyyət
və Turizm Nzirliyinin I dərəcəli
laureat diplomuna, ən çox tamaşaçı rəyi
qazandığı üçün
İTV-nin I dərəcəli
diplomuna ,”Pöhrə-2012” istedad
müsabiqəsinin I dərəcəli
laureat diplomuna layiq görülüb. Onun müəllimi Arifə Tağıyeva “Sehrli aləm” cəmiyyətinin Fəxri
fərmanına
layiq görülüb. Məktəbin
Səs şöbəsinin
III və V sinif şagirdləri Bodurova Vüsalə Kamran qızı və Abbasov İsfəndiyar Telman oğlu Bakı şəhərində
keçirilən Xan Şuşinski adına Muğam Festivalında fəal iştirak ediblər. Xarici İşlər Nazirliyinin
məktubuna əsasən,
cari ilin 21-27 may tarixləri YUNESKO tərəfindən
Beynəlxalq Bədii Təhsil Həftəsi kimi qeyd olunub.
Bu məqsədlə İncəsənət
Məktəbi və Qabaqçöl qəsəbə
uşaq musiqi məktəbi Şəki Şəhər 4 nömrəli
Uşaq Musiqi Məktəbi ilə dostluq və yaradıcılıq əlaqələri
quraraq birgə konsert proqramı ilə təşkil ediblər. Konsert proqramları videolentə çəkilib və Mədəniyyət və
Turizm Nazirliyinə göndərilib. İncəsənət
Məktəbində yeni
Sintezator şöbəsi
açılaraq qəbul
planına daxil edilib. Dərs ilinin sonunda yekun akademik konsertləri, sinifdən-sinfə
keçmə və buraxılış imtahanları
keçirilib. 43 nəfər
məzundan 37 nəfəri
buraxılış imtahanlarını
müvəffəqiyyətlə başa vurub. Respublikada keçirilən
müxtəlif musiqi müsabiqələrinin laureatı
K.Bayramovun solo konserti keçirilib və Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri
səsləndirilib. 18 sentyabr
Milli Musiqi Günü münasibətilə
məktəbdə geniş
konsert proqramı təşkil edilib, görkəmli bəstəkar
Fikrət Əmirovun
90 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsinə
hazırlıq işləri
görülür.
- Rayonun klub tipli mədəniyyət
müəssisələrinin fəaliyyəti haqqında
nə deyə bilərsiniz?
- Klub tipli mədəniyyət
müəssisələrində ilin geridə qalan 9 ayı ərzində bir sıra tədbirlər həyata keçirilib. 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə
əlaqədar klub müəssisələrində “Tarixin qanlı günü”, “Şəhidlər
bizim fəxrimizdir”, “Xocalı yaran sağalan deyil”, “Kim deyir ki, yanıb-yanıb
söndün sən, alovlanar, odu sönməz Xocalım”, “Bəşər tarixinin dəhşətli faciəsi”
ədəbi-bədii kompozisiyaları,
sərgilər, fotostendlər
hazırlanıb və
dəyirmi masalar keçirilib. Klub müəssisələri Novruz
bayramı münasibətilə
Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında yüksək səviyyədə şənliyin
keçirilməsinə nail olublar. Mart ayında tədbirlər planında
nəzərdə tutulmuş
gənclərin və
yeniyetmələrin pis
vərdişlərdən uzaqlaşdırılması,
istedadların üzə
çıxarılması üçün
“İstedad - 2012” müsabiqəsi
keçirilib. Eyni zamanda həmin müsabiqənin qaliblərinin
Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında keçirilən
“Tanıdım Səni”
layihəsində iştirak
etməsinə nail olunub.
Şöbə tərəfindən
klub müəssisələrində
9 ay ərzində “Narkomaniya
sosial bəladır”,
“Narkomaniyaya qarşı
mübariz olaq”, “Əsrin bəlası”, “Sağlam bədəndə
sağlam ruh olar” və s. başlıqları altında
sərgilər təşkil
edilib, dəyirmi masa keçirilib. Prezidentin məlum sərəncamlarına əsasən
yubileyləri qeyd olunan yazıçı və şairlərimizdən
M.F.Axundovun - 200, M.Ə.Sabirin
- 150, N.Gəncəvinin - 870 illiyi klub müəssisələrində
geniş şəkildə
qeyd olunaraq silsilə tədbirlər həyata keçirilir. Yay mövsümü ilə əlaqədar rayon
əhalisinin və gənclərin asudə vaxtlarının səmərəli
təşkili məqsədilə
şöbə tərəfindən
tutulmuş qrafik əsasında klub tipli mədəniyyət müəssisələrinin Heydər
Əliyev adına mədəniyyət və
istirahət parkında
iyun ayından başlayaraq həftənin
altıncı və bazar günləri konsert proqramları təşkil edilib. Rayonda turizmi inkişaf etdirmək sahəsində Mədəniyyət
və Turizm Şöbəsi öz öhdəsinə düşən
işləri görmək
üçün əzmlə
çalışır. Belə
ki, kənd yaşıl turizmi inkişaf etdirmək məqsədilə mədəniyyət
işçilərinin seminar-müşavirəsində turistlərin
qala və dincələ biləcəyi
müasir tələblərə
uyğun kənd evlərinin müəyyənləşdirilməsi
kimi tapşırıqlar
verilib və müəyyən evlərin
siyahısı əldə
edilib. Turistlərin marağına səbəb
olan xalq yaradıcılıq və
sənətkarlıq nümunələrinin
hazırlanması və
toplanması işi sahəsində işçilər
təlimatlandırılıb. Şöbə tərəfindən
Tarix-Diyarşünaslıq Muzeyinin və tarixi abidələrin bukletləri hazırlanıb.
- Rayonda yaradılan “Sənətkarlar
evi” hansı məqsədə xidmət
edir?
-
Rayon icra başçısının təşəbbüsü
ilə Heydər Əliyev Mərkəzinin nəzdində
rayonun milli adət-ənənələrinə uyğun
mövcud sənətkarlıq nümunələrini
nümayiş etdirən və satışını təşkil
edən “Sənətkarlar evi” yaradılıb. Bu “Sənətkarlar
evi”ndə rəssamlar, rəqs, fotostudiya, gənc dizaynerlər,
toxuculuq, kulinariya məktəbi və s. dərnəkləri fəaliyyət
göstərir. 27 sentyabr Dünya Turizm Günü münasibətilə
“Sənətkarlar evi”nin qarşısında tədbir
keçirilib. Tədbirdə rayon rəsmiləri, xalq tətbiqi
sənəti ilə məşğul olan sənətkarlar və
digər qonaqlar iştirak edib. Tədbirdə rayonun turizm
potensialını əks etdirən filmin nümayişi turizm sərgisi
iştirakçılarının marağına səbəb
olub. 9 ay ərzində rayona gələn turistlərin sayı
14650 nəfər olub və bunların da 427 nəfərini
xarici turistlər təşkil edib. Mədəniyyət və
Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə Balakən
rayonu 4 nömrəli turizm marşrutuna daxil edilib. 18 aprel Tarixi
Abidə və Yer Günü münasibətilə abidələr
ətrafında şöbə tərəfindən təmizlik,
abadlıq işləri aparılıb, silsilə tədbirlər
keçirilib. Tədbirlərin yekunu olaraq Heydər Əliyev Mərkəzində
elmi-praktik konfrans keçirilib. Məruzə ilə
çıxış edən tarixçi-etnoqraf A.Məmmədli
müqəddəs məbədlər diyarı olan
torpağımızın tarixinə, mədəniyyətinə
sahib çıxmalı, onu gələcək nəsillərə
çatdırmalı olduğumuzu qeyd edib. Tədbirin sonunda ”Məbədlər
diyarı Balakən” sənədli filmi nümayiş olunub.
Şöbə tərəfindən Heydər Əliyev Mərkəzində
“Tariximizin öyrənilməsində muzeylərin rolu” adı
altında elmi-praktik konfrans da təşkil edilib. Gənclərin
həqiqi hərbi xidmətə təntənəli yola
salınması təşkil edilib, 26 iyun Silahlı Qüvvələr
Günü münasibətilə şöbə rayonda yerləşən
“N” saylı hərbi hissədə olub, əsgərlər
qarşısında geniş konsert proqramı ilə
çıxış edib və onlara bayram sovqatı
aparıb. Şöbə ixtisaslı kadrların işə cəlb
olunması və kadrların ixtisasının
artırılmasını daim diqqət mərkəzində
saxlayır. Bu baxımdan şöbə 9 ay ərzində 10 nəfər
mədəniyyət işçisinin ixtisasartırma kursundan
keçməsini təmin edib.
Anar Miriyev
Palitra.-2012.-17 oktyabr.-S.11.