“Bakı
dünyanın ən əhəmiyyətli şəhərlərindən
biri olŕńaq”
Bakıda MDB-yə üzv
ölkələrin İnşaat fəaliyyəti
sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası
Şurasının XXXIV iclası keçirilir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin təşkilatçılığı
ilə keçirilən tədbirdə çıxış
edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas
Ələsgərov bildirdi ki,
ümumiyyətlə, planlaşdırma, xüsusilə də ərazi
və şəhər planlaşdırması daim
dövlətin mütərəqqi və səmərəli
inkişafının əsas prioritetlərindən biri olub.
Müstəqillik illərində Azərbaycanda
mənzil fondu dörd dəfə artıb
XX əsrin
sonu və XXI əsrin əvvəlinin müasir texnologiya, rabitə
və digər sahələrin inkişafı ilə əlamətdar
olduğunu deyən komitə sədri qeyd etdi ki, dünyada əhalinin
sayı təxminən 7 milyard nəfərə çatıb:
“Bütün bunlar xüsusilə ərazi, regional və şəhər
planlaşdırılması ilə bağlı böyük məsuliyyət
ortaya qoyur. Bu, regional və şəhər
planlaşdırılması deyil, müasir dünya şəhərlərində
davamlı və dayanıqlı inkişaf üçün əsasdır.
Amma bu gün dünya şəhərsalma sistemləri
çox yerlərdə az dəyişib və çox az
hallarda şəhər problemlərinin mənbəyi, ətraf
mühit və insanların həyat şəraiti nəzərə
alınır. Gələcəkdə şəhər
planlaşdırması, o cümlədən XXI əsr şəhərlərinin
formalaşmasına təsir edən amillərlə
bağlı bu faktorlar nəzərə alınmalıdır
ki, bunlar ekoloji problemlər, iqlim dəyişikliyi və
yanacaqla çalışan avtomobillərdən
asılılıq və s.-dir. Eləcə də demoqrafik
problemləri göstərmək olar, çünki sürətli
urbanizasiya, kiçik və orta şəhərlərin sürətli
artımı, inkişaf etmiş və inkişaf etməkdə
olan ölkələrdə şəhərlərin problemləri,
şəhər əhalisinin yaşlanmasını göstərmək
olar”. O da vurğulandı ki, infrastrukturun inkişafına
hesablanmış strateji məkan və regional
planlaşdırma daha çox ictimai nəqliyyata orientasiya
olmuş şəhərsalma tikintisinə kömək edir.
Strateji məkan planı isə
infrastrukturun əsas elementidir. Burada önəmli amillərdən
biri torpaq-nəqliyyatdır. Həmçinin su təchizatı,
kanalizasiya şəbəkəsi, eləcə də
infrastrukturun digər məsələlərini həll etmək
prioritet olacaq. Komitə sədri
bildirdi ki, 21 illik müstəqillik tarixində Azərbaycanın
sosial-iqtisadi inkişafı daha da sürətlə gedib. Onun
sözlərinə görə, Azərbaycan şəhərlərinin
simasının yaxşılaşdırılması, rayon və
qəsəbələrdə abadlıq işlərinin
aparılması adi hala çevrilib: “Bu illər ərzində
ümumi sahəsi 24 mln.kv. m olan yaşayış evi, 393 min
şagird yerlik məktəb, 7 min artıq
çarpayılıq xəstəxana tikilərək istifadəyə
verilib. Son 5 il ərzində dünya standartlarına cavab verən
30-dan artıq idman obyekti və qurğuları tikilərək
istifadəyə verilib, 9 obyekt isə hazırda tikilməkdədir.
Böyük Bakının uzunmüddətli regional inkişaf
planına uyğun olaraq Bakının Metropoliten şəbəkəsi
5 xətdən ibarət olacaq. Müstəqillik illərində
Azərbaycanda mənzil fondu dörd dəfə artıb və
162 milyon kvadratmetrə çatıb: “Bu gün
adambaşına düşən mənzil fondu 18 kvadratmetr təşkil
edir”.Onun sözlərinə görə, son 20 ildə
tikinti-quraşdırma işlərinin həcmi 19 dəfə
artıb: “Tikinti sektorunda çalışan işçilərin
orta aylıq əməkhaqqı 6 dəfə artıb”.
2030-cu ilədək Bakıda
adambaşına düşən yaşayış sahəsinin
47 faiz artacağı ehtimal edilir
Böyük
Bakının inkişaf planı barədə də geniş məlumat
verən A.Ələsgərov bildirdi ki, bu plan həyata
keçiriləndən sonra şəhərin yol-küçə
şəbəkəsi yüz kilometrlərlə böyüyəcək,
çirklənmiş göllərin sayı kəskin şəkildə
azalacaq, şəhərin çirklənmiş ərazisi
kiçiləcək: “2030-cu ilədək paytaxtda
adambaşına düşən yaşayış sahəsinin
hazırkı 17 kvadratmetrdən 25 kvadratmetrə
çatdırılması nəzərdə tutulur. Plana
görə, 2030-cu ilədək paytaxtda yaşayış sahəsi
30 milyon kvadratmetrədək artacaq və 65 milyon kvadratmetrə
çatacaq. Bu dövrdə şəhər əhalisi 3,325
milyon nəfərədək çoxalacaq. Bu və digər məsələlərin
hər biri noyabrda keçiriləcək "Böyük
Bakının inkişaf planı" üzrə ictimai dinləmələr
zamanı müzakirə olunacaq. Həmin müzakirələrdə
Dünya Bankının, dövlət strukturlarının,
ictimaiyyətin nümayəndələri iştirak edəcəklər”.Komitə
sədrinin sözlərinə görə, 2000-ci ildən
başlayaraq möhtəşəm layihələr həyata
keçirilib. Belə ki, Bakının mərkəzi
genişmiqyaslı və yüksək keyfiyyətli yenidənqurmaya
məruz qalıb. Səkilərin təmiri, tarixi binaların
restavrasiyası Bakının mərkəzini bütün
paytaxt sakinləri üçün qürur mənbəyinə
çevirib. Bu tədbirlər Bakıya gələn turistlərin
sayının artmasına səbəb olub. Bildirildi ki,
Bakının mərkəzində gözəl memarlıq abidələrini
qeyd etməmək mümkün deyil: “İlk növbədə
təbii ki, unikal mədəniyyət mərkəzi olan Heydər
Əliyev Mərkəzidir. Dünyanın məşhur
memarı olan Zaha Hadidin layihəsi əsasında inşa edilən
bu mərkəz nəinki adi vətəndaşlarda, hətta
mütəxəssislərdə də təəccüb
doğurur. Bu gün bu kompleks Bakının növbəti vizit
kartına çevrilib. Həmçinin Bakının
dağlıq hissəsində yerləşən “Alov qüllələri”
kompleksi xüsusilə əlamətdar olmaqla orijinal memarlıq
əsəri kimi demək olar ki, bütün səmtlərdən
şəhərin görünüşünü bəzəyir. Eləcə də 2011-ci ildə
ölkəmizdə keçirilən “Eurovision” Mahnı
Müsabiqəsi şəhərimizə möhtəşəm
tikili olan “Kristal Zal”ını bəxş etdi. Təxminən
8-9 ay ərzində ərsəyə gələn bu bənzərsiz
tikili ölçülərinə görə heyranlıq
yaradır”. Komitə sədrinin sözlərinə görə,
böyük memarlıq strukturlarının quruculuğu prosesi
bu gün də davam etməkdədir. Bakının yeni
inkişaf edən rayonlarından birində 65000
tamaşaçı tutumlu əzəmətli stadionun tikintisinə
başlanılıb. Eyni zamanda şəhərin bu hissəsində
6000 tamaşaçı tutumlu gimnastika zalının tikinti
işləri də gedir. Həmçinin olduqca orijinal
memarlıq üslubuna malik yeni hava limanı kompleksi inşa
olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin,
Neft Fondunun, Azərbaycan Mərkəzi Bankının yeni
inzibati binaları yüksəldilir. Bundan başqa digər
abadlıq işləri ilə yanaşı ən əhəmiyyətli
dəyişikliklərdən biri də Böyük Bakı
üçün yol şəbəkəsinin yenidən
qurulması ilə bağlıdır. Həmçinin XX əsrdə
uzunluğu 3,5 km olan Dənizkənarı Parkın 2010-2011-ci
illərdə daha 3 km artırılaraq nəticədə 6,5
km-ə çatdığını deyən komitə sədrinin
sözlərinə görə, bu, ilk növbədə
ölkə başçısının xalqımıza
töhfəsidir. Bu bərpa prosesi öz növbəsində
Bakı amfiteatrının cənub hissəsinin
inkişafına təkan verdi. Son vaxtlar həyata keçirilən
ən mühüm layihələrdən biri kimi uzunluğu 262
km olan Oğuz-Qəbələ su kəməri istismara verildi.
Bakıda onilliklərlə mövcud olan su təchizatı ilə
bağlı problemlər isə yaxın zamanda həllini
tapacaq.
Bakıda kütləvi qeyri-mütəşəkkil
fərdi tikinti halları azalıb
A.Ələsgərov
bildirdi ki, Bakının mərkəzi hissəsinin (1500
hektardan çox) ətraflı planlaşdırılması
layihəsi hazırlanıb: “Burada nəqliyyatın
inkişafı, abadlıq və yaşıllaşdırma,
yaşayış və sosial infrastrukturun inkişaf perspektivləri
dəqiq müəyyənləşdirilib, o cümlədən
tikililərin sıxlığı və
hündürlüyü ilə bağlı məsələlər
tənzimlənib". Onun sözlərinə görə,
bununla da torpağın hər kvadratmetr təyinatı müəyyənləşdirilib:
“Layihə ictimaiyyət tərəfindən nəzərdən
keçirilib və tanış olmaq üçün komitənin
saytında yerləşdirilib. Son 10-12 ildə Azərbaycanın
inkişafı torpağın kompleks qiymətləndirilməsinin,
torpaqdan koordinasiya edilmiş şəkildə istifadənin,
ümumdövlət və regional miqyaslı
planlaşdırmanın əhəmiyyətini xeyli yüksəldib.
Problemin vacibliyini dərk edən Azərbaycan hökuməti
2009-ci ilin əvvəlindən "Böyük Bakının
regional inkişaf planı" layihəsi üzərində
işləməyə başlayıb. Bu layihə şəhərsalma
planlaşdırılması prosesini elmi əsaslı, səmərəli,
əlaqələndirilmiş məcraya yönəltməyə
imkan verəcək”.Bildirildi ki, Bakı misilsiz
orijinallığı, aurası ilə, dünyanın ən qədim
şəhərlərindən biri kimi tarixi və memarlıq
baxımından fərqli və orijinal abidələri ilə
bütün dünyada turistlər üçün cazibə mərkəzi
olacaq: “Biz memarlar, hökumət və vətəndaşlar
çalışacağıq ki, Bakı dünyanın ən
əhəmiyyətli şəhərlərindən biri olsun”.
İclasda MDB-yə üzv ölkələrdə şəhərsalma,
tikinti, memarlıq və kommunal-təsərrüfat sahəsində
mövcud problemlər və onların həlli yolları
müzakirə edildi. Tədbir çərçivəsində
Azərbaycanın bir neçə memarı MDB üzv ölkələrinin
İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq
üzrə Hökumətlərarası Şurasının Fəxri
fərmanı ilə mükafatlandırıldı.
Nigar Abdullayeva
Palitra.-2012.-19 oktyabr.-S.7.