“Mənəvi sərvətimiz”
portalı uşaq və yeniyetmələr
üçün məlumat
bazasıdır
Layihə çərçivəsində
müsahibimiz “ELS” Müstəqil
Araşdırmalar Mərkəzinin rəhbəri İradə
Yaqubovadır:
-
Ölkəmizdə uşaqların və boy atan gənc nəslin
cəmiyyətimizin hərtərəfli inkişaf etmiş vətəndaşları
kimi formalaşması üçün mühüm addımlar
atılıb. Dövlət səviyyəsində
uşaqların Azərbaycanın gələcəyi olması
və cəmiyyətimizin ən zərif hissəsi olduğu
prioritet kimi gəbul edilərək uşaq
hüquqlarının tam həcmdə təmin edilməsi,
uşaq problemlərinin ardıcıl həlli dövlət
siyasətinin əsas istiqamətlərindən biridir. Vətəndaş
cəmiyyəti də öz növbəsində bu siyasətə
dəstək olaraq uşaqların sağlam mühitdə
böyüməsi və tərbiyə olunması məqsədilə
fəaliyyətini qurmalıdır. Artıq 2 ildir ki bu istiqamətdə
ciddi işlər görən “ELS" Müstəqil
Araşdırmalar Mərkəzi ilk olaraq 2011-ci ilin yanvar
ayında ictimai əsaslarla “Vətəndaş cəmiyyəti
gələcəyimiz naminə” layihəsinə
başlayıb. Layihə çərçivəsində gənc
nəslin vətəndaş cəmiyyətinin layiqli
üzvü kimi formalaşması sahəsindəki vəziyyət
və problemlər araşdırılıb, monitorinqlər və
rəy sorğuları keçirilib, alınan nəticələr
əsasında təkliflər hazırlanıb.
Araşdırmalar 4 dəyirmi masada aidiyyətli dövlət
qurumları və ictimaiyyətin iştirakı ilə
müzakirə olunub, ölkə Prezidentinə təkliflərlə
3 müraciət edilib. Bu müraciətlərdə yetişən
nəslin mədəni inkişafına yönəlmiş
qanunların qəbulu, Dövlət Uşaq Televiziya
kanalının açılması, Müstəqil təşəbbüslərə
Dövlət Dəstəyi Fondunun yaradılması və digər
aktual məsələlər qeyd olunub. Araşdırmalar
uşaqların mədəni inkişafına əhəmiyyətli
dərəcədə təsir göstərən musiqi əsərləri
(xüsusilə də, uşaq mahnıları), ölkə
telekanallarında yayımlanan uşaq verilişləri,
internetin imkanları və digər məsələləri əhatə
edib. Mərkəz mövcud qanunvericilikdə uşaqlarla
bağlı müəyyən boşluqların olduğunu nəzərə
alaraq 2011-ci il aprelin 2-də təkliflər irəli
sürüb. Bunlardan biri 2011-ci ilin aprelin 2-də ölkə
Prezidentinə uşaqların və yeniyetmələrin mədəni
və mənəvi tərbiyələndirilməsinə dair
“Uşaq Siyasətinə dair Milli Strategiya”nın işlənilməsi
və geniş ictimai müzakirəsi və bu məqsədlə
müvafiq dövlət qurumlarının və vətəndaş
cəmiyyətinin təmsilçilərini cəlb etməklə
Koordinasiya Şurası və ya İşçi Qrupunun
yaradılması təklifi olub. İkinci mərhələdə
ELS Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata
keçirilən “Uşaq internet portalı resurslarının
inkişaf etdirilməsi” layihəsi çərçivəsində
“Mənəvi Sərvətimiz” adlı Uşaq İnternet
Portalını yaradıb. Layihə çərçivəsində
böyüyən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi
üçün zəruri olan məlumat bazası
yaradılıb. Bu günə www.meneviservetimiz.az (əlavə
ünvan www.educult.az) ünvanında yerləşən
Portalın Azərbaycan, rus və ingilis dillərində səhifələri
tərtib edilib. Portalın yaradılmasında məqsəd
uşaqların cəmiyyətimizin hərtərəfli
inkişaf etmiş bir üzvü kimi formalaşması
üçün tələb olunan məlumat bazasının
yaradılmasıdır. Eyni zamanda Portalın bazasına
uşaqlarımızın bacarıqlarının
inkişafı üçün yaradılmış imkanlara
dair məlumatlar daxil edilib. Hər bir valideyn
yaşadığı rayonda, yəni evinə yaxın dövlət
məktəbdənkənar təhsil mərkəzlərində
musiqi, rəqs, idman, qiraət, rəssamlıq, ekoloji, turizm və
diyarşünaslıq, məktəbə hazırlıq və
digər dərnəklərdə övladının pulsuz məşğul
olması üçün nəzərdə tutulan mərkəzlər
barədə ətraflı məlumatlar əldə edə bilər.
Portalın bazasının yaradılmasında bir
çoxlarının töhfəsi olub. Biz ilk növbədə
bu layihəni dəstəkləyən və iş prosesində
öz dəyərli tövsiyələrini verən Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası, Təhsil Nazirliyinin tərbiyə
və məktəbdənkənar müəssisələr
şöbəsi, Bakı şəhər Təhsil İdarəsinin
məktəbəqədər, ümumi və məktəbdənkənar
təhsil sektorları, Bakı Musiqi Akademiyası, Bakı
Musiqi Kolleci, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan
Bəstəkarları İttifaqı, Azərbaycan Milli
Konservatoriyası tərkibində Respublika İncəsənət
Gimnaziyası, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti,
“Göyərçin” uşaq jurnalının əməkdaşlarına
dərin minnətdarlığımızı bildiririk.
- Portalla tanış olanlar
hansı məlumatları əldə etmək imkanına malik
olurlar?
-
Portalda Azərbaycanla bağlı tarixi, coğrafi,
sosial-iqtisadi, institusional və digər məlumatlar, uşaq və
gənclərə aid qanunvericilik bazası, “Asudə
vaxtının təşkili” bölməsində
uşaqların mədəni inkişafı üçün
yaradılmış şərait, ölkəmizdə fəaliyyətdə
olan uşaq yaradıcılıq kollektivləri barəsində
hərtərəfli informasiyanın yerləşdirilib ki, bu da
cəmiyyət üzvlərini, xüsusən də valideynləri
uşaqların mədəni inkişafı üçün
mövcud imkanlar barədə məlumatlandırmaq xarakteri
daşıyır. “Musiqi əsərləri”
bölməsində mahnılar, rəqslər, opera və
operettalar, simfonik, instrumental və vokal əsərlər
qruplarında Azərbaycan bəstəkarlarının əsərləri
ilə bərabər dünya musiqi inciləri də yer
alıb. Böyüyən nəslin mədəni tərbiyələndirilməsi
sahəsində bu günə mövcud problemlərdən biri
kimi notların olmamasını nəzərə alaraq Portalda
uşaq mahnılarının səslənməsi, yüklənilməsi
ilə bərabər notlar və mətnlər,
uşaqların ifasında ilk dəfə səsləndirilən
Azərbaycan Respublikasının dövlət himnini də yerləşdirilib. “Ədəbi əsərlər”
bölməsində atalar sözü, klassik və
çağdaş dövrlərə aid Azərbaycan və
dünya yazarlarının nəsr və poeziya nümunələri
yerləşdirilib. Burada Azərbaycan dilində
nağıllar, hekayələr və şeirlər bazası,
“İlk qələmlər” bölməsində isə ədəbiyyat
sahəsində ilk addımlar edənlər üçün
yazılarını təqdim etmək imkanı
yaradılıb. Rus və ingilis səhifələrində isə
Azərbaycan yazarlarının əsərlərinin tərcümələri
yerləşdirilib. “Faydalı linklər” bölməsində
kitabxanalar, muzeylər, teatrlar və rəsm qalereyası, “Nəşrlər”
bölməsində isə incəsənət sahəsində
nəşr olunmuş ədəbiyyat barədə məlumatlarla
tanış olmaq olar. Statistik məlumatlarla yanaşı burada
ölkəmizin mədəni həyatında, xüsusən də
uşaqlarla bağlı yeniliklər, tədbirlər, nailiyyətlər,
həmçinin bu sahədə dünyada baş verən hadisələr
əksini tapıb. Beləliklə, bu gün Azərbaycanda
uşaqlar, valideynlər, uşaqlarla işləyən peşəkarlara
və hər bir vətəndaşa maraqlı və faydalı
olan, uşaqlarımızın hərtərəfli inkişaf
etmiş şəxsiyyət kimi formalaşmasına xidmət
edən portal fəaliyyət göstərir.
- Bu istqamətədə növbəti
layihə ilə bağlı nə deyərdiniz?
-Bu
portalı yaratmaqda bizim məqsədimiz
övladlarımızı Vətənə, cəmiyyətə
layiqli üzv kimi yetişdirməkdir. İstərdik ki, onlara təhsil
verən insanların əlində lazımi material olsun. Ona
görə də məlumat bazasını zənginləşdirməliyik.
Portalla bağlı Bakıda məlumat verilib, ictimaiyyət məlumatlandırılıb.
Fikirləşirik ki, artıq regionlarda buna başlamaq
lazımdır. Növbəti layihəmiz həmin portalın
regionlarda o cümlədən, təhsil ocaqları, məktəbəqədər
müəssisələrdə təbliği ilə məşğul
olmaqdır. Bu istiqamətdə yerlərdə geniş dəyirmi
masalar, sorğular, ictimai müzakirələr keçirməkdir.
Nigar Abdullayeva
Palitra.-2012.-30 oktyabr.-S.11.