“Azərbaycan günləri” Fransa mediasında
Heydər
Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin
dəstəyi ilə ölkəmizi fransızlara
yaxından tanıtmaq
məqsədilə “Azərbaycan
günləri” layihəsi
çərçivəsində Fransanın Şamran regionunun Reims və Şalon-an-Şamran şəhərlərində “Qafqazın
mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri” mövzusunda
keçirilən sərgi
və konsert bu ölkənin mətbuatında
geniş yer alıb. Şamran regionunda gündəlik nəşr olunan nüfuzlu
“L’ Union” qəzeti
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın Reims şəhərinə
gəlişi və buradakı tədbirdə çıxışından ətraflı
bəhs edən məqalələr dərc
edib. “Azərbaycanın
səfir xanımı
Reimsdə” sərlövhəli
yazıda bildirilir ki, Qafqazın gənc müstəqil respublikasının birinci
xanımı Mehriban Əliyevanın çıxışı
və onun ölkəsi haqqında maraqlı sərgi və konsert Azərbaycan barədə az məlumatı
olan reimslilərdə
zəngin təəssürat
yaradıb. Qəzet yazır ki, Azərbaycan mədəniyyəti
və incəsənəti
ilə ilk dəfə
tanış olan reimslilər bu günəşli ölkəyə maraqlarını
gizlətməyərək daha
ətraflı məlumat
əldə etməyə
çalışırdılar. Məqalədə qeyd olunur ki, sərgidə nümayiş etdirilən eksronatlar Azərbaycanın
zəngin və tarixi mədəniyyətə
malik ölkə olduğu barədə fransızlarda geniş təsəvvür yaradıb.
Qəzetin “Reims azərbaycanlıları
qəbul etmişdir” sərlövhəli digər
məqaləsində deyilir:
“Azərbaycan müsəlman
ölkəsi olmasına
baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən
biridir”. Başqa bir yazıda isə Azərbaycan musiqiçilərinin konsertinin
müvəffəqiyyətlə keçdiyi vurğulanıb
və qeyd edilib ki, həmin
konsertə maraq o qədər böyük idi ki, konservatoriyanın
konsert zalı tamamilə dolub, hətta bəzi tamaşaçılar ayaqüstə
dayanıb, yer olmadığından zala buraxılmayan yüzlərlə
reimsli qarı ağzındaca qalıblar.
Qəzetin 19 oktyabr tarixli nömrəsində
dərc olunan “Mehriban Əliyeva Reimsdə Azərbaycana həsr olunan sərgi və konserti təntənəli
şəkildə açır”
məqaləsində ölkəmiz,
onun iqtisadi inkişafı, qədim tarixi, zəngin mədəniyyət və
mənəvi dəyərləri
barədə ətraflı
məlumat verilib, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkəmizdə elm, təhsil
və mədəniyyət
sahəsində həyata
keçirdiyi irimiqyaslı
layihələrdən, habelə
Azərbaycanın hüdudlarından
kənarda göstərdiyi
humanitar yardımlardan
bəhs olunub. Qəzetin 26 oktaybr tarixli nömrəsində Azərbaycanın
birinci xanımı,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı
ilə Reimsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”
mövzusunda tədbirin
böyük müvəffəqiyyətlə
keçdiyi diqqətə
çatdırılır. Azərbaycanın qədim
bir ölkə olmasından söhbət açan müəllif bu diyarın dünya ədəbiyyatına
Məhəmməd Füzuli
kimi dahilər verməsi, XX əsrin əvvəllərində Şərq
dünyasında ilk demokratik
dövlətin Azərbaycanda
qurulması, ilk dəfə
qadınlara seçki
hüququ verilməsi,
yeraltı və yerüstü sərvətlərlə
zənginliyi, tolerant mədəniyyətə,
ənənələrə, tarixə və nəhayət, sivilizasiyaya
malik ölkə olması haqda fransız oxucularına ətraflı məlumat verilir. Musiqinin də bu gözəl
ölkənin xəzinəsi
olduğunu diqqətə
çatdıran müəllif
Şərqdə geniş
yayılan muğamın
Azərbaycanın ən
qədim musiqi janrı olduğunu,
2003-cü ildə UNESCO-nun bəşəriyyətin
şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına
daxil edildiyini bildirib. Azərbaycanın Fransadakı səfirliyinin
iqtisadi məsələlər
üzrə əməkdaşı
Elmar Məmmədovun fikirlərinə istinadən
qeyd olunur ki, Prezident İlham
Əliyevin təşəbbüsü
və səyi ilə 2004-cü ildə regionların inkişafı
ilə bağlı xüsusi Dövlət Proqramının həyata
keçirilməsinə, infrastrukturların
inkişafına xüsusi
diqqət yetirilməyə
başlanıb. Fransız
iş adamlarını,
səyahət həvəskarlarını
Qafqazın incisi olan Azərbaycana dəvət edən səfir Elçin Əmirbəyovun vaxtilə
fransız yazıçısı
Aleksandr Dümanın
(ata) ölkəmizə
səfər etməsi,
Azərbaycanın Şərq
ilə Qərb arasında, qədim İpək yolunun üzərində yerləşdiyinə
dair fikirləri “Azərbaycan Şalon-an-Şamranda” adlı yazıda yer alıb. Regionun həftəlik “Vendredi” adlı mətbu orqanında Azərbaycanla bağlı sərgi və konsertin Reimsdən sonra Şalon-an-Şamranda təşkil edildiyi və hər iki tədbirin təsəvvürəgəlməz
müvəffəqiyyət qazandığı
barədə ətraflı
bəhs olunub. Qəzet səfirliyimizin birinci katibi Elmar Məmmədovun sözlərinə istinadən
bildirir: “Zəngin neft və qaz
ehtiyatları olan Azərbaycanın bu sahədə Fransa ilə yaxşı əlaqələri var”. Qəzetdə Azərbaycan muğamı və onun tarixi haqqında
ayrıca məqalədə
ətraflı söhbət
açılır, Azərbaycanın
eyni zamanda “Odlar yurdu” adlandırıldığı
qeyd olunur.
Cavidan
Palitra.-2012.-31 oktyabr.-S.4.