Bakı Ali Neft Məktəbinə
daxil olan 121 abituriyentin 115-i 600-dən çox
bal toplayıb
ARDNŞ-in baş ofisində
Bakı Ali Neft Məktəbinə (BANM) birinci
tələbə qəbulunun
nəticələri ilə
bağlı mətbuat
konfransı keçirildi. Bakı
Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov yeni yaradılan ali
məktəbə abituriyentlərin
yüksək maraq göstərdiyini qeyd edərək bunun Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkədə
həyata keçirilən
neft strategiyasının
uğurları və Dövlət Neft Şirkətinin cəmiyyətdəki
işgüzar nüfuzu
ilə bağlı olduğunu bildirdi.
Məktəbə daxil olanların
7-8 nəfəri Bakı
şəhəri, qalanları
isə bölgə məktəblərinin məzunlarıdır
Dövlət sifarişi ilə
“Neft-qaz mühəndisliyi”
və “Kimya mühəndisliyi” ixtisasları
üzrə qəbul həyata keçirildiyini deyən rektorun sözlərinə görə,
I qrup üzrə keçirilən bu ixtisaslara 121 nəfər abituriyent qəbul olub ki, onlardan
115-i 600 baldan çox
bal toplayıb: “Ölkə
üzrə I qrupda
600-dən çox bal toplayan
abituriyentlərin sayı
234 nəfər olub. Müsabiqənin göstəricilərindən biri ondan ibarətdir
ki, bir yerə
13 nəfər ərizə
verib və BANM-ni birinci qeyd
edib. Neft-qaz mühəndisliyi ixtisası üzrə 45 yerin 44-nü, kimya mühəndisliyi ixtisası
üzrə 52 yerin
52-sini də BANM-nin tələbələri tutub.
BANM üzrə qəbulda
orta bal 631 bal olub və bu
da çox yüksək göstəricidir.
Bu ali məktəbə
daxil olanların 7-8 nəfəri Bakı şəhəri, qalanları
isə bölgə məktəblərinin məzunları
olub. Onlardan 31 nəfəri qız, qalanları oğlandır.
Bu il ölkədəki
orta məktəbləri
qızıl medalla bitirən 138 nəfərdən
11-i BANM-nin tələbəsi
olub. I qrup üzrə 690 bal toplamış 2 nəfərdən
biri Naxçıvan-nın
Şərur rayon Ərəbyengicə
kəndindən olan R.Rəhimov neft-qaz mühəndisliyi ixtisasına
qəbul olub. Digəri isə 676 balla Ağcabədi rayonunun 30 saylı məktəbinin məzunudur
və bu onu göstərir ki, bölgələrdə
də çox istedadlı şagirdlər
var. Məktəblərə gəldikdə isə 121 tələbənin 10 nəfəri
Z.Əliyeva adına Liseyin məzunudur. Bu yüksək göstəricini
bir daha onunla izah edirik
ki, bu, ölkə
başçısının neft stategiyasının böyük uğuru ilə yanaşı belə yüksək ballı ixtisasları seçmələri gənclərin
Azərbaycanda neft strategiyasının uğuruna,
böyük perspektivinə
olan etimad, inamdır. Gənclərimiz bu ixtisasları
seçməklə gələcəkdə
Azərbaycanın neft
siyasətində rol oynamaq arzularını bildiriblər”. E.Qasımov onu
da bildirdi ki, tələbələrin
digər istedadları
da öyrənilib və onların sırasında musiqi, rəsm, idman sahəsində bacarıqları
olan gənclər yer alıb. Qeyd edildi ki,
birinci il
BANM-də ingilis dili və informatika
dərsləri ilə
bağlı hazırlıq
keçiləcək və
tələbələr 1 il
ərzində bu istiqamətdə yüksək
səviyyədə biliklərə
yiyələnməlidirlər. O da vurğulandı ki, artıq ali məktəbin
binasının yeni korpusu tədris ilinə tam hazırdır:
“Biz bütün rəqəmləri
analiz edəcəyik və bunun əsasında
gələn il qəbul strategiyasına da bir daha
baxacağıq. BANM-nin ən böyük
strategiyası kəmiyyət
deyil, keyfiyyətli təhsil verməkdir.
Yüksək səviyyəli
tələbələrin bizim
ali məktəbə
gəlməsi keyfiyyətin
əsasını qoyur.
Çünki savadlı, istedadlı
gənclərlə tədris
işini həyata keçirmək gələcək
uğurun ən böyük açarıdır.
Onlara yalnız tədris deyil, hərtərəfli inkişaf üçün
proqram hazırlamışıq
və peşə hazırlığı, istehsalat
təcrübəsi, digər
keyfiyyətlərinin artırılması
istiqamətində proqram
həyata keçirəcəyik.
BANM ilk olaraq 100 nəfər
tələbə sifariş
etsə də sonra
bu ali məktəbin
adını birinci yazan, lakin düşə
bilməyən 600 baldan
yuxarı bal toplamış
33 nəfər tələbə
olub. Həmin tələbələrin müraciəti
əsasında ARDNŞ təşəbbüs
qaldırdı və Prezident yanında Təhsil üzrə Komissiyaya müraciət etdi, beləliklə qərar qəbul olundu ki, BANM-nin adını birinci yazıb, 600-dən artıq bal toplayan
abituriyenlərə şərait
yaradılsın. Beləliklə, yenidən 22 nəfər tələbə daxil oldu ki, onlardan
biri Kanada da Toronto Universitetinə daxil olub”.
Hər bir tələbəyə
ARDNŞ tərəfindən iPad veriləcək
Rektorun sözlərinə görə,
BANM təhsilini Böyük
Britaniyanın Heriot-Watt
Universitetinin tədris
proqramları əsasında
quracaq: “Müəllimlər
bu yay mövsümündə
həmin universitetə
göndərilib və
təlim kusrlarında
iştirak ediblər. Bir nəfər prorektor səviyyəsində
partnyor universitetin nümayəndəsi bizim ali məktəbdə
olacaq və proseslərin fəaliyyətini
koordinasiya edəcək.
Bizim planımız var ki, gələcəkdə
yeni-yeni ixtisasların
artırılmasını təmin
edək. Gələcəkdə digər ixtisaslar da açacağıq.
Amma bu işlər tədricən həyata keçiriləcək”. O da
vurğulandı ki,
BANM-nə milliyyətcə
azərbaycanlı, ancaq
başqa ölkənin,
Gürcüstan və
Rusiya vətəndaşı
olan 6 nəfər tələbə daxil olub. Ali məktəbin
inkişaf perspektivində
xarici ölkə vətəndaşlarının qəbulu nəzərdə
tutulsa da, ancaq yaxın illərdə bu perspektivə baxılacaq.
Hər bir təhsil ocağının
nüfuzunun onun xarici tələbələrinin
faizi ilə ölçüldüyünü deyən rektor vurğuladı ki, biz də beynəlxalq aləmdə tanınmış
ali məktəbə
çevrilmək istiqamətində
siyasət aparırıq.
Ümumiyyətlə, BANM-nə
qəbul planının
artırılmasına gəldikdə
isə E.Qasımovun sözlərinə görə,
problem odur bu il cəmi
I qrup üzrə 234 nəfər 600 baldan yuxarı bal toplayıb: “Məqsədimiz odur ki, bizim ali
təhsil ocağına
ancaq 600-dən çox
bal toplayan tələbələr
gəlsin. Əgər
sadəcə qəbul
sayını artırsaq
onda aşağı ballı tələbələrin
gəlmək ehtimalı
ola bilər.
Ona görə də biz say yox, keyfiyyət siyasətini önə çıxaracağıq”. Rektor onu
da bildirdi ki, ilk növbədə istehsalat təcrübəsi
proqramı həyata keçiriləcək. Tələbələr
zavod və müəssisələrdə istehsalat
təcrübəsi keçəcəklər
və onlar faktiki olaraq 5 il ərzində
müəssisələrdə çalışacaqlar. Həm
öyrənəcək, həm
iş yerlərini müəyyənləşdirəcəklər.
O da vurğulandı ki, bu ali məktəbi bitirənlərə ARDNŞ-in müəssisələrində iş yerləri təşkil olunacaq: “Amma məzunun digər müəssisələrdə
işləmək istəyi
azaddır. İlk olaraq təyinat
veriləcək, amma seçim onun ixtiyarındadır. Biz ilk növbədə ARDNŞ-in müəssisələri
üçün kadr hazırlığı həyata
keçiririk. Eyni zamanda
hərtərəfli inkişaf
etmiş mütəxəssis
hazırlayırıq. Təhsil pulsuzdur, istedadlı uşaqlar üçün
qapılar açıqdır.
Bütün ödəniş ARDNŞ tərəfindən ödənilir.
Bizim ali
məktəbimizə bölgələrdən
gəlmiş tələbələr
var ki, onlar
üçün Nizami
rayonunda yüksək səviyyədə tikilmiş
yataqxana veriləcək.
Eləcə də tələbələrimizə
ilkin olaraq 100 manat miqdarında təqaüd veriləcək.
Bundan başqa hər bir tələbəyə informasiya texnologiyalarını
daha dərindən öyrənmək üçün
ARDNŞ tərəfindən iPad veriləcək”.
Təhsil ingilis dilində
olacaq
Rektorun sözlərinə görə,
bu ali
təhsil ocağının
fərqli cəhətlərdən
biri də burada təhsilin ingilisdilli olmasıdır:
“Bu dili öyrənmək
bizim mühəndislər
üçün vacibdir,
eləcə də bizim partnyor universitetdən mühazirələr
deməyə professorlar
dəvət edəcəyik.
Elektron kitabxana vasitəsilə həmin universitetin kitabxanasından istifadə
edəcəyik. Ən
yüksək səviyyədə
təhsil alan
tələbələrimizi oraya göndərəcəyik
və bir il təhsillərini orada davam etdirəcəklər.
ARDNŞ böyük investisiya layihələri həyata keçirir və həmin ölkələrdə investisiya
layihələri həyata
keçirəcək gənc
mühəndislər ingilis
dilini bilməlidir.
Ona görə də ingilis dilini intensiv kurslarla
öyrədəcəyik. Biz
sosial şəbəkələrdə
anonim şəkildə
də olsa məktəbimizdə gedən
prosesləri izləyəcəyik.
Biz tələbələrə müraciət etmişik bizim ali
məktəbdə gedən
prosesləri tam sərbəst
yazsınlar, o bizim üçün lazımdır.
Ümumiyyətlə, nəzarət mexanizmi
olmalıdır və
biz bundan istifadə edəcəyik”.
Nigar Abdullayeva
Palitra.-2012.-5 sentyabr.-S.11.