2012-ci il
Quba rayonunda «Kitabxanalar ili»dir
Layihə
çərçivəsində müsahibimiz Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirovdur:
- Öncə qeyd edim ki, Quba
Rayon Mərkəzi Kitabxanası
1932-ci ildə yaradılıb.
Bu dövrədək müxtəlif formalarda- qiraətxanalar, kitabxanalar kimi fəaliyyət göstərib. 1978-ci ildə Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılıb. Mərkəzi kitabxanada 6 şöbə
fəaliyyət göstərir.
Məlumat üçün
bildirim ki, rayon İcra Hakimiyyəti başçısının müvafiq
sərəncamı ilə
2012-ci il Quba rayonunda “Kitabxanalar ili“ elan
edilib. Bu isə
biz kitabxanaçıların məsuliyyətini bir qədər də artırıb. Bəşir
Səfəroğlu adına
rayon Mədəniyyət Evinin
qarşısında Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin təşkilatçılığı ilə 2012-ci ilin Quba rayonunda “Kitabxanalar ili“ elan edilməsi ilə əlaqədar geniş ictimaiyyətin, mədəniyyət işçilərinin
və KİV nümayəndələrinin
birgə iştirakı
ilə tədbir keçirilib. Tədbirdə
nümayiş etdirilən
“Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı”,
“Tarix yaradan şəxsiyyət”, “Qubalı
yazarlar”, “Qubanın görməli, gəzməli
yerləri”, “Azərbaycan
folkloru”, “Xarici ədəbiyyat”, “Bədii
ədəbiyyat”, “Azərbaycan
incəsənəti”, “Musiqi
ruhun qidasıdır”,
“2012-ci il idman ilidir”, “Uşaqların sevimli yazıçıları”,
“Uşaqların nağıl
dünyası”, “Bunları
bilmək maraqlıdır”,
“Dünya dillərini öyrənək”, “Müəlliflərin
hədiyyəsi”, “Gündəlik
mətbuat”, “Rus ədəbiyyatı”, ”Azərbaycan
tarixi”, “Məlumat ədəbiyyatı”, “Tarix
uşaqların gözü
ilə” və s. başlıqlı sərgilər
rayon ictimaiyyətinin böyük
marağına səbəb
olub. Tədbirə
600-ə yaxın latın
qrafikalı Azərbaycan
ədəbiyyatı, 18 adda
qəzet, jurnal və xeyli sayda
müxtəlif dillərdə
çap məhsulları
çıxarılıb, oxucuların
mütaliə etməsi
üçün "Mütaliə
stolu" təşkil
edilib, yeni oxucuların kitabxanaya üzv olması üçün isə şərait yaradılıb.
Tədbirdə çıxış
edənlər 2012-ci ilin
Quba rayonunda “Kitabxanalar ili“ elan edilməsi
ilə əlaqədar
keçirilən tədbirlər
haqqında məlumat veriblər. Tədbir zamanı ən
sevindirici məqam çoxsaylı oxucuların
kitabxanaya üzv olması idi. Tədbir
rayon Mədəniyyət Evinin
kollektivi tərəfindən
səsləndirilmiş musiqi
sədaları altında
başa çatıb.
- Kitaba olan marağı
artırmaq üçün
hansı tədbirlər
həyata keçirirsiniz?
- «Kitabxanalar ili»ndə
kitaba olan marağı artırmaq qarşıya qoyulmuş ən prioritet vəzifədir. Bunun üçün ən müxtəlif tədbirlər təşkil
edirik. Yay boyu Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına
rayon Mədəniyyət Evinin
qarşısında oxucuların
kitaba və kitabxanaya olan maraqlarını daha da artırmaq məqsədilə “Mütaliə
həftəsi” adlı
aksiya keçirilir. Aksiyada “Tarix yaradan şəxsiyyət”,
“Heydər Əliyevin layiqli davamçısı”,
“Doğma Qarabağım”,
“2012-ci il idman ilidir”, “Kitabxanalarımız
bu gün”, “Müasir Quba yazarları”, “Azərbaycan
folkloru”, “Dünyanı
dolaşan mədəniyyətimiz”,
“Uşaqların nağıl
dünyası”, “Uşaqların
sevimli yazıçıları”,
“Bacarıqlı əllər”
və s. başlıqlı
sərgilər nümayiş
etdirilir. Həmçinin aksiyada Prezident
tərəfindən yubileylərinin
keçirilməsi üçün
sərəncam verilmiş
şair və yazıçıların əsərlərindən
ibarət sərgilər
də nümayiş olunur. Buna misal
olaraq M.F.Axundzadə -
200, M.Ə.Sabir - 150, M.S.Ordubadi
- 140, M.Dilbazi - 100, X.R.Ulutürk
- 80 və.s sərgiləri
göstərmək olar.
Ümumilikdə aksiyaya
1000-dən artıq latın qrafikalı Azərbaycan ədəbiyyatı,
22 adda qəzet, jurnal və xeyli sayda müxtəlif
xarici dillərdə çap məhsulları çıxarılıb. Sərgilərlə yanaşı burada "Mütaliə stolu" təşkil edilir və yeni oxucuların
kitabxanaya üzv olması üçün
şərait yaradılır.
“Mütaliə həftəsi” adlı aksiyada çıxış
edənlər cəmiyyətdə
mütaliənin qlobal
problem olduğu bir dövrdə bu kimi tədbirlərin keçirilməsinin vacibliyini
qeyd edirlər. Tədbirlərimizdə mədəniyyət işçiləri, qubalı
şair və yazıçılar, rayon ağsaqqalları,
ziyalılar, yeniyetmələr,
gənclər və kiçik yaşlı oxucular da iştirak
edirlər. Aksiya musiqi
sədaları altında
həftənin sonunadək
davam etdirilir. Aksiyanın keçirilməsində əsas
məqsəd oxucuların
kitabla canlı ünsiyyətdə olması,
bədii ədəbiyyata
və kitabxanaya olan maraqlarını daha da artırmaqdır.
- Tədbirləriniz rayon filiallarında
da keçirilirmi?
- Bəli, bu tədbirləri
müntəzə şəkildə
rayon filiallarında da
təşkil edirik. Belə ki, avqust
ayından etibarən
MKS-in Qəcər-Zeyid, Aşağı-Xuc,
Xaltan kənd kitabxana filiallarında da “Mütaliə həftəsi” adlı aksiyanın keçirilməsinə
start vermişik. Aksiyanın keçirilməsində
məqsəd kəndlərdə
əhalinin mütaliə
və kitaba olan marağını daha da artırmaqdır.
Kitabxanaların qarşısında açıq səma altında baş tutan tədbir kənd əhalisi tərəfindən müsbət
qarşılanır. Tədbirdə
ulu öndər və Prezidentin həyat, dövlətçilik
fəaliyyətini əks
etdirən fotoşəkillər,
kitablar, qəzetlər,
jurnallar, “Müasir Quba yazarları”, “Müstəqilliyimiz əbədidir”,
“2012-ci il kitabxanalar ilidir”, “Musiqi ruhun qidasıdır”, “Uşaqların nağıl
dünyası” və
s. başlıqlı sərgilər
nümayiş etdirilir.
Oxucuların daha səmərəli
mütaliə etməsi
üçün aksiyada
“Mütaliə stolu” və “Qeydiyyat stolu” təşkil olunur. Bu aksiyalar
rayonun növbəti
on bir kənd-qəsəbə
kitabxana filialında da davam etdirilib.
“Mütaliə həftəsi” adlı aksiya Zərdabi qəsəbəsində, Alekseyevka,
Bağçaəli, Güləzi,
İspik, Qımıl,
Qorxmazoba, Zərqova, Zizik, Paşaoba, Amsar kənd kitabxanalarında açıq
səma altında təşkil olunub. Aksiyada “Əsrə bərabər ömür. Heydər
Əliyev”, "Qubalı
yazıçılar, şairlər
və alimlər”, “Mirzə Fətəli
Axundzadə-200”, “Mirvarid Dilbazi-100”, “Vidadi Babanlı-85”, “Əhməd
Cavad-120”, “Hüseyn Cavid-130”, “Yusif Vəzir Çəmənzəminli-125”,
“Azərbaycan folkloru, incəsənəti”, “Uşaqların
nağıl dünyası”,
“2012-ci il kitabxanalar ilidir”, “Quba sənətkarlıq paytaxtıdır”
və s. başlıqlı
sərgilər nümayiş
etdirilib. Aksiya kitab və kitabxanaya olan marağı artırmaqla yanaşı kənd əhalisinin asudə vaxtlarının səmərəli
təşkilinə də
xidmət edir. “Mütaliə həftəsi”
adlı aksiyaya Qırmızı qəsəbə,
Qonaqkənd qəsəbə,
Vladimirovka, Əliməmmədoba,
II Nügədi, İsnov,
Dağlı, Təngəaltı,
Digah, Hacıhüseynli
kənd kitabxanalarında
da təşkil edilib.
Anar Miriyev
Palitra.- 2012.- 18 sentyabr.- S.12.