“Cənubi Qafqaza terroru ermənilər
gətiriblər”
Millət vəkili, professor
Musa Qasımlı: “Erməni silahlı dəstələrinin
dinc türk və
müsəlman əhaliyə qarşı törətdiyi
soyqırımın coğrafiyası Cənubi Azərbaycanı,
Anadolunu, Borçalını, indiki Ermənistan və indiki
Azərbaycan Respublikasının ərazisini əhatə edir”
Son zamanlar erməni terror təşkilatlarının aqressiv bəyanatları və Türkiyəyə, Azərbaycana qarşı terror hədələri yayılmaqdadır. Bu, erməni terror təşkilatlarının daha çox ifşa edilməsinin, onların dünya birliyi tərəfindən tanınmasının və bu təşkilatların gizli yuvalarının məhv edilməsinin vacibliyini bir daha ortaya qoyur. Mövzu ilə bağlı müsahibimiz millət vəkili, professor Musa Qasımlıdır.
- Musa müəllim, erməni
terrorunun mahiyyətini və ermənilərin
terrorla bağlılığını
necə ifadə edərdiniz?
-Bu
gün dünyanı təhdid edən terror təşkilatları
içərisində ermənilərin yaratdığı
terror təşklatları xüsusi yer tutur. Bir tarixə diqqət yetisək, “Qnçak”, “Daşnaksütyun”
və digər erməni təşkilatları yarandıqları
zaman öz fəaliyyət
proqaramlarına terroru daxil
etmişdilər. Hətta “Daşnaksütyun”
bir adam öldürənə
bir dəmir jeton verirdi, iki adam
öldürən isə bürünc jetonla təltif olunurdu. Bu, erməni arxiv sənədlərində
də var. Qeyd etdiyim erməni terror təşkilatlarının
nizamnamələri arxiv sənədlərində
var və bunlar çap da olunub.
Onların terroru əsas vasitə kimi seçmələrini kimsə inkar edə bilməz. Ermənilər bu təşkilatlar yarandıqdan bəri qəhrəman
olaraq yalnız terrorçuları,
başkəsənləri, adamöldürənləri
seçirdilər, ideallaşdırırdılar. Cənubi Qafqaza terroru ermənilər
gətiriblər. Ermənilər ilk
növbədə terror əməllərini
Osmanlı ərazilərində törədiblər, sonralar – 19-cu əsrin sonu,
20-ci əsrin əvvəllərində Cənubi Qafqazda terrorlara
başlayıblar. Terrorçular 20-ci əsrin
əvvəllərindən başlayaraq Cənubi
Qafqazda qarışıqlıq yaradaraq yüzlərlə terror
aktı törədiblər. Bununla
bağlı mən Moskvada, Rusiya Federasiyası Dövlət Arxivində və
Rusiya Federasiyası Tarix
Arxivində, o cümlədən Gürcüstan Mərkəzi Tarix
Arxivində yüzlərlə tarixi faktlar götürmüşəm. Erməni
terrorçuları barəsində çoxlu
cinayət işləri açılıb. Onlar
milli qırğınlar törətməkdən
başqa
imkanlı adamları da
öldürüblər. Öldürülənlərin
içərisində hətta ermənilər də olub. Bundan başqa
ruslar, yəhudilər amansız erməni terrorunun qurbanları olublar.
Müxtəlif millətlər erməni terrorçuları tərəfindən
kütləvi şəkildə qətlə yetirilib.
Terror erməni xalqının təbiətindən
doğur. Sonrakı dövrdə erməni
terror təşkilatları fəaliyyətlərini
yenidən Osmanlı ərazilərinə
köçürüblər. I
Dünya müharibəsində
silahlı dəstələr hazırlayaraq dinc
türk və müsəlman əhalini məhv
ediblər. Erməni silahlı dəstələrinin dinc türk və müsəlman
əhaliyə qarşı törətdiyi soyqırımın
coğrafiyası Cənubi Azərbaycanı, Anadolunu,
Borçalını, indiki Ermənistan ərazisini
və indiki Azərbaycan
Respublikasının ərazisini əhatə edir.
Daşnakların Ermənistanda hakimiyyəti dövründə
azərbaycanlılara qarşı kütləvi terror və soyqırımı siyasəti həyata
keçirilib. Erməni terror təşkilatlarının fəaliyyətində
xüsusi yeri 60-cı illərin sonu-70-ci illərin
əvvəllərindən beynəlxalq münasibətlərdə
başlayan gərginliyin zəiflədilməsi
prosesinin gedişindəki hərəkətlər
tutur. 60-cı illərin sonu-70-ci illərin
əvvəllərində iki sistem arasında baş
verən gərginliyin zəiflədilməsi prosesinin
gedişində erməni terrorçuları ilk
terror aktını Türkiyənin
müttəfiqi olan Amerika
Birləşmiş Ştatlarının ərazisində
törətdilər. Diqqət yetirin, Yavukyan adlı bir terrorçu türk
diplomatlarını öldürdü və
onu ömürlük
həbs cəzasına məhkum etdilər. Sonra
isə o, azadlığa
çıxdı. Sonrakı dövrlərdə isə türk diplomatlarına qarşı terror aktları amansızlıqla həyata keçirilib. Vyanada, BMT-nin ofisində öldürülmüş
türk diplomatının adı və
şəkli divara vurulub,
xatirə lövhəsi var, amma onun hansı terrorçu tərəfindən öldürülməsi
yazılmayıb. Bu, ədalətsizlikdir.
Mən özüm orada
olmuşam, oranın arxivində,
kitabxanasında işləmişəm, bunu
gördüyüm üçün
belə bildirirəm. Erməni terror təşkilatı
Almaniyada, Fransada, Tehranda, Suriyada ABŞ-da və digər ölkələrdə
terror aktlarını həyata keçirib. Erməni terror
aktlarının hədəfindən Sovet
İttifaqı da yayınmayıb. “Böyük Oktyabr
İnqilabı”nın ildönümü ərəfəsində - 70-ci illərin ortalarında erməni
terrorçuları Moskva metrosunda
stansiyaların birini partlatdılar. Erməni
terror təşkilatlarının törətdiyi
terror aktlarının dəhşətləri
və miqyası ümumiyyətlə, bütün
bu qeyd edilənlərdən
də görünür ki,
müqayisəyəgəlməzdir...
-Bu
gün biz erməni terrorunun mahiyyətinin dünyada tam
ifşa edilməsi və bunun bütün dünya təşkilatları,
dövlətləri tərəfindən tam qəbul edilməsi
və informasiya savaşında, Qarabağ münaqişəsinin
həllində bu məqamdan da düzgün yararlana bilmək
üçün nə etməliyik?
-Bu sahədə ölkəmizdə bir sıra işlərin görüldüyünü mütləq qeyd etməliyik. Erməni terror təşkilatlarının fəaliyyətinə dair bizm Milli Təhlükəsizlik Nazirliyinin hazırlayıb nəşr etdirdiyi, müxtəlif dillərdə olan kitabları müstəsna dərəcədə əhəmiyyətli hesab edirəm. Bu kitablarda konkret şəkillər, rəqəmlər, faktlar verilib. Dövlətin siyasəti aydındır bu məsələdə - biz erməni terrorunu ifşa etməliyik. Amma fikrimcə, Azərbaycan ictimaiyyətinin üzərinə mühüm vəzifələr düşür. KİV-ə diqqət yetirsək, son vaxtlar erməni terroru ilə bağlı çoxlu və intensiv yazılar gedir. KİV-də erməni terroru ilə bağlı gedən yazıları mən müsbət qiymətləndirirəm. İnternet saytlarımızda və ümumiyyətlə, virtual aləmdə bu barədə çoxlu işlər görmək olar. Müxtəlif xarici dillərdə olan saytlara erməni terroru ilə bağlı faktları, yazıları və şəkilləri yerləşdirmək olar. Bundan başqa bizim QHT-lərimiz bu istiqamətdə çox ciddi işlər görə bilərlər. Çünki QHT-lərin mövcudluğu və onların proseslərə təsiri dünyada qəbul edilir. Bizim erməni terroru barədə söylədiklərimiz də fərziyyələrə əsaslanmır. Onlar isə informasiya savaşında uydurmalar əsasında danışırlar. Bizim dediklərimiz real faktlara əsaslanır. Bu faktların videoşəkililəri, fotoları və sair var. Hər şey göz önündədir və sənədlərə əsaslanır. Ona görə hesab edirəm ki, mütləq erməni terroru ilə bağlı təkcə KİV-də deyil, eyni zamanda gənclər təşkilatları və QHT-lərin gücündən daha güclü yararlanmalıyıq. Gənclər təşkilatları və gənclər ABŞ senatorlarına, Nümayəndələr Palatasının üzvlərinə, digər ölkələrin deputatlarına, dövlət adamlarının, dünya siyasətçilərinin e-mail ünvanlarına göndərməlidirlər. Qoy oxumasınlar, amma ən azı elektron poçtlarını açanda o barədə olan məlumatı görəcəklər. Və yaxud diqqət yetirin ki, son günlərdə möhtəşəm bir hadisə baş verdi. Prezident İlham Əliyev Parisdə - dünya demokratiyasının mərkəzlərindən və beşiklərindən biri olan bu şəhərdə və ermənilərin ən güclü olduğu bir ölkədə Azərbaycan Mədəniyyət Evininin açılışını həyata keçirdi. Bu Mədəniyyət Evi açılan zaman Azərbaycan və türk diasporu Ermənistan səfirliyi qarşısında aksiyalar keçirdi. Bu, çox yaxşı bir nümunə və Azərbaycan mədəniyyətinin, həqiqətlərinin dünya mərkəzlərində təbliğ olunması işində gözəl bir örnəkdir. Biz ümumiyyətlə, ermənilərə göz açmağa imkan verməməliyik. Bütün vasitələrdən, bu cür effektiv üsullardan istifadə edərək daim hücumda olmalı və erməniləri hər addımda yenməli, onları məğlub və ifşa etməliyik.
İlkin AĞAYEV
(ardı
var)
Palitra.- 2012.- 26 sentyabr.- S.5.