Turizmin mədəniyyətlərarası
dialoqda yeri və rolu»
Azərbaycan Turizm İnstitutu (ATİ) Turizm Peşə Məktəbində 2013-cü ilin mayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və Dünya Turizm Günü münasibətilə «Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu» mövzusunda konfrans keçirildi.
ATİ-nin və Dialoq Avrasiya
Platformunun (DAP) birgə təşkilatçılığı
ilə baş tutan tədbiri
giriş sözü
ilə Turizm İnstitutunun
rektoru, professor Cəfər
Cəfərov açaraq bildirdi
ki, konfransın keçirilməsində əsas
məqsəd turizmin xalqlar
və insanlar arasında ünsiyyətin
çoxalmasında hansı rolu olduğunu araşdırmaq və bu mövzu ətrafında
fikir mübadiləsi aparmaqdır: “Turizm Azərbaycan iqtisadiyyatının əhəmiyyətli
bir hissəsi inkişaf
etməkdədir. Yeni tikilən hotellər,
infrastruktur layihələri, peşəkar
kadrların hazırlanıb sənayeyə buraxılması və
s. Azərbaycanın turizm
potensialını daha yaxşı formada ortaya qoymağa şərait yaradır. Artıq
ölkəmiz dünyanın nəhəng turizm
xəritəsində vacib bir
turizm destinasiyası kimi
qeyd olunur. Azərbaycan
nüfuzlu tədbirlərin,
konfransların, beynəlxalq idman
yarışlarının keçirildiyi bir məkana çevrilib. Bütün bunlar «Azərbaycan haradır», «Azərbaycanlılar
kimdirlər» deyə maraqlanan insanların fikir və təsəvvürlərini dəyişir.
Şəxsən mən öz şahidi olduğum hadisələrə
görə deyə bilərəm ki,
ölkəmizə gələn insanların bizim
haqqımızda fikirləri çox yüksəkdir.
Onlarda «Gəldik və sözün
yaxşı mənasında şoka düşdük» təəssüratları
formalaşır. Amma hazırda etiraf etməli bir faktor da var
ki, mövcud
potensialımızı daha yaxşı formada təqdim etməyimiz üçün
peşəkar kadrlara ehtiyac
var. Bu da
tədricən həll olunur. Dövlət
başçısının sərəncamı ilə
yaradılan Turizm İnstitutu
artıq 500 kadr hazırlayıb istehsalata təhvil verib. Bu kadrlar ölkənin ən
samballı hotellərində çalışırlar. Bu ildən ATİ-nin nəzdində
Bakı Turizm Peşə Məktəbi də
fəaliyyətə başlayıb. Turizm
təhsilinin bütün pilləri üzrə
Mədəniyyət və Turizm Nazirliyinin çərçivəsində
artıq bir şəbəkə
formalaşıb. Vaxt gələcək Azərbaycanda
turizm təhsili almaq uğrunda bir rəqabət
yaranacaq. Bu
dünyanın bütün ölkələrində
belədir. İnsanlar gələcəyi, perspektivi olan sahələrdə
çalışmaq istəyirlər”. Bildirildi
ki, Azərbaycan mədəniyyələrarası
dialoqu öz üzərinə
götürüb. Bununla
bağlı artıq böyük bir forum Bakıda 2011-ci ildə
baş tutub. Növbəti
tədbirin keçirilməsi üçün
də hazırlıqlar gedir.
Hazırkı konfrans da
həmin prosesə hazırlığın tərkib hissəsidir.
Rektor
Cəfər Cəfərov çıxışında
ATİ-nin 7 illik fəaliyyəti dövründə ölkə
ali təhsil ocaqları sırasında bir sıra yeniliklərə
ilk imza atdığını dedi. O bildirdi
ki, hazırda ATİ-də təhsilin bütün səviyyələrində 2000-dən
çox gəncin turizm
sahəsi üzrə kadr
hazırlığını həyata keçirilir.
Dialoq
Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa
Saatçı bildirdi ki, bu gün insanlar arasında nifaq
salmağa, onların bir-biri ilə düşmənçilik
etməsinə çalışan qüvvələr var: “Mədəniyyət
xalqlar arasında mehriban münasibətlərin
formalaşmasında böyük rol oynayır. Bu tədbirin məqsədi
isə turizmin mədəniyyətlərarası dialoqda rolunu
müzakirə etməkdir”. BMT-nin İctimai İnformasiya
Departamentinin Azərbaycan üzrə nümayəndəsinin
müavini Vəfa Səfərli bildirdi ki, BMT-nin baş katibi
Pan Gi Mun 27 Sentyabr - Dünya Turizm Günü münasibətilə
dünya ictimaiyyətinə müraciət edib. Onun sözlərinə
görə, baş katib bildirib ki, 2012-ci ilin mövzusu «Turizm və davamlı enerji:
davamlı inkişafı gücləndirərək»dir. BMT
nümayəndəsi qeyd etdi ki, davamlı turizmdə hər kəsin
bir öhdəliyi var: «Bunun təhsil müəssisələrinə
birbaşa aidiyyəti var.
«Çağ Öyrətim İşlətmələri»
şirkətinin İdarə Heyətinin sədri Ənvər
Özerin çıxışını «Turizm və dialoqda təhsilin
önəmi» üzərində qurdu. O bildirdi ki, Azərbaycan
minilliklər boyu Şərqlə Qərbin qovuşuğunda
yerləşdiyindən burada fərqli mədəniyyətlərin
müxtəlif dinlərin nümayəndələrinin bir-biri
ilə ünsiyyət qura bilməsi normaldır. Ənvər
Özerin rəhbərlik etdiyi təhsil qurumunun proqramları
ilə Azərbaycanın turizm potensailının xarici ölkələrdə
tanıdılmasından və eyni zamanda burada keçirilən
tədbirlərdə bu istiqamətlərdə müxtəlif
işlərin aparılmasından danışdı. Türkiyənin
ölkəmizdəki səfirliyinin mədəniyyət və
təbliğat müşaviri Seyit Ahmet Arslan isə dünyada
turizm sahəsində son 5-6 il ərzində əldə edilən
nəticələr, Türkiyənin dünya turizm bazarında
yeri və rolu barədə məlumat verdi.
ATİ-nin
dekanı Nəsrulla Nəsirli və institutun dosenti
Minaxanım Əsədovanın məruzələri də tədbir
iştirakçıları tərəfindən maraqla
qarşılandı.
Nigar Abdullayeva
Palitra.- 2012.- 28 sentyabr.- S.7.