ARDNŞ-in mədəniyyət sarayları Mədəniyyət
və Turizm Nazirliyinə verilib
Azərbaycan Dövlət
Neft Şirkətinin (ARDNŞ) mədəniyyət sarayları
Mədəniyyət və Turizm Nazirliyinə verilib.
Nazirlər Kabinetinin sərəncamı ilə
ARDNŞ-in Sosial İnkişaf İdarəsinin Mədəniyyət
və İstirahət saraylarının daşınar və
daşınmaz əmlakı Mədəniyyət və Turizm
Nazirliyinə verilib. Sərəncamda qeyd olunur ki, bu addım
ARDNŞ-in, Mədəniyyət və Turizm Nazirliyinin və Əmlak
Məsələləri Dövlət Komitəsi ilə
razılaşdırılmış təklifı nəzərə alınaraq atılıb.
Səhnədə Mədəniyyət və Turizm
Nazirliyinə adıçəkilən saraylarda
çalışan işçilərin əmək münasibətlərinin
tənzimlənməsi üçün tədbirlərin
görülməsi tapşırıb. ARDNŞ-in rabitə xətləri
isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
verilib. Nazirlər Kabinetinin müvafiq sərən-camı ilə
ARDNŞ-in Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal
Xidmətləri Departamentinin ba-lansında olan telefon xətləri
RİTN-in balansına verilib. Bura Xəzər rayonu,
Pirallahı qəsəbə-sində, Nizami rayonunda,
Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki sahədaxili
telefon xətləri və telefon rabitə xətləri aiddir.
Palitra.- 2012.-
11 yanvar.- S. 2.