“Mədəniyyətimizi yenidən öyrənməyə, tədqiq etməyə çox böyük ehtiyac var

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Əsədovadır:

 

- Ölkəmizdə mədəniyyətin inkişafını yüksək qiymətləndirirəm. Uzun illərdən bəri intizarında olduğumuz milli mədəniyyətimiz dünya səviyyəsinə yüksəlir. Bu gün mədəniyyət siyasəti dövlət siyasətinin böyük bir hissəsinə çevrilib ki, bu da müsbət haldır. Milli adət-ənənələrimizin, muğamın, Novruz bayramı kimi tədbirlərin dünya səviyyəsinə çıxması, YUNESKO-nun sıyahısına salınması ölkəmiz üçün çox yüksək səviyyəli bir addımdır. Eyni zamanda bu, qloballaşmanın mənfi tərəflərinin qarşısında dayanmaq deməkdir. Yəni qloballaşmanın müsbət tərəfləri ilə yanaşı müəyyən mənada milli mədəniyyətləri nisbətən sonuncu planda qoymaq məsələsi var. Bununla Azərbaycan həm dünyaya inteqrasiya olunur, həm milli mədəniyyətini qloballaşdıra bilir. Eyni zamanda son illər ölkə başçısı tərəfindən mədəniyyətimizin inkişafı istiqamətində bir sıra fərman sərəncamlar imzalanıb, eləcə yeni mədəniyyət obyektlərinin inşası, bərpası bu sahədə həyata keçirilən tədbirlərdəndir. Həmçinin ölkəmizdə son vaxtlar mədəniyyət sahəsində müxtəlif beynəlxalq tədbirlər reallaşdırılır. Bütün bunlar mədəniyyətimizin inkişafı istiqamətində atılan mühüm addımlardır.

- Bu gün mədəniyyət tarixi, kulturologiya ilə bağlı gənclər kifayət qədər ədəbiyyat əldə edə bilirmi?

- Müsbət tərəflərlə yanaşı bəzi zəif tərəflər var. Bu əsasən nəzəriyyə ilə bağlıdır. Məsələn, kulturologiyanın termin olaraq elmi dövriyyəyə daxil olmasını göstərmək olar. Bu gün mədəniyyətşünaslar arasında mədəniyyət tarixi nəzəriyyəsi, kulturologiya bir çox terminlər işlənir ki, əslində bunların hamısı məna etibarilə eyni mahiyyət daşıyır. Mədəniyyətşünaslar bir termin üzərində düşünməlidirlər ki, bu gün Azərbaycan mədəniyyətşünaslığının elmi dövriyyəsində hansı termini önəmli hesab edirlər. Məsələn, builki tədris ilində kulturologiya fənninin proqramı ilə mədəniyyət tarixi nəzəriyyəsinin proqramı eynidir. Ona görə gənc nəsil, yaxud bunu bilməyən başqa digər ixtisas sahibləri iki termin arasında çaşbaş qalırlar. Dərslik məsələsində müsbət addımlarla yanaşı bəzi çatışmazlıqlar var. Bunun üçün konsepsiya işlənib hazırlanmalıdır. Məsələn, uzun müddət sovet dövründə rus dili geniş mövcud olduğuna görə ailmlərimiz daha çox rus təhsil sistemini əsas götürürlər rus mədəniyyət tarixi ilə bağlı əsərləri tərcümə edirlər. Amma bizim bir çox alimlərimiz var ki, mədəniyyət haqqında çox fundamental əsərləri var. Onlar bizim tədqiqatımızdan nisbətən kənarda qalıb. Məsələn, Ədməd Ağaoğlunun böyük mədəniyyət konsepsiyası var. Eləcə çox yüksək səviyyəli əsərləri var ki, tərcümə olunsa da, yayımı o qədər geniş deyil. Həmçinin Əli bəy Hüseynzadənin mədəniyyət konsepsiyası var. Mədəniyyətə aid çox yüksək səviyyəli əsərləri var ki, onları bizim gənc oxucularımız hələ qismən tanıyır. Eləcə islamşünas alim, dramaturq, tərcüməçi olan Yusif Ziya Talıbzadə adlı çox böyük bir şəxsiyyət olub ki, sovet dövründə onun adının çəkilməsi qadağan edilib. Bu gün gənc oxucularımız onu tanımır. Azərbaycanın 1918-20-ci illər ərzində cümhuriyyət dövrü mədəniyyəti nisbətən az tədqiq olunub ki, bu da təbiidir. Ona görə ki, cəmi 20 ildir ölkəmiz müstəqilliyini bərpa edib bu müddətdə 21 əsrlik mədəniyyəti yenidən təhlil etmək çətindir. Ümumiyyətlə, bu günə qədər olan mədəniyyətimizi yenidən öyrənməyə, tədqiq etməyə, müstəqillik nəzəri ilə baxmağa çox böyük ehtiyac var. Müasir mədəniyyət tarixindən, irsimizə münasibətdən danışdıqda mən tədqiqatçıların zəhmətini kənar etmək istəmirəm. Həmin dövrün kulturoloji təhlili ilə məşğul olan yaxşı alimlərimiz var. Buraya BDU-nun professoru Vaqif Sultan, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı, ATİ-nin Turizmin təşkili idarə edilməsi fakültəsinin dekanı Nəsir Nəsirlinin, eləcə professor Fuad Məmmədovun tədqiqatlarını qeyd etmək olar. O dövr mədəniyyət tarixi ilə bağlı M.Rəsulzadə, Ə.Hüseynzadə Ə.Ağaoğlunun mədəniyyət konsepsiyaları qismən tədqiq olunub, onlar haqda məqalə, kitablar, monoqrafiyalar çıxıb. Amma Yusif Ziya Talıbzadə tədqiqatdan tam kənarda qalıb. O, böyük şair, publisist, tərcüməçi, uşaq ədəbiyyatının yaradıcısı olan A.Şaiqin böyük qardaşı olub. Çox önəmli mədəniyyət konsepsiyasına malik olan Y.Z.Talıbzadənin hətta qadın problemləri ilə bağlı çox maraqlı əsərləri olub. Bu yaxınlarda mənim tərəfimdən onun haqqında bir monoqrafiya çıxdı. Əsərlərini mən əski əlifbadan Azərbaycan dilinə tərcümə edirəm çətinlik ondadır ki, onun kiril latın əlifbası ilə əsərləri yox dərəcəsindədir. İndi həmin yazılar çapa hazırlanır. Onun yaradıcılığında mövcud istiqamətlərdən biri onun İslam tarixi ilə bağlı yazdığı əsərlər, etdiyi tərcümələrdir ki, bizdə alimlər əsasən İslamla bağlı onun tarixinə üstünlük veriblər. Amma Y.Z.Talıbzadə isə İslamı sırf elm mənasında təqdim edir. Yəni islamşünaslıq elminin əsasını qoyanlardan biri kimi onun əsərləri ortaya çıxır. Bu gün gender məsələləri, qadın hüquqları ilə bağlı yazan tədqiqatçılar bu mövzunun tarixini çox müasir dövrə aid edirlər. Amma XIX əsrin sonu XX əsrin əvvəllərində qadınla bağlı çox maraqlı tədqiqatlar var idi ki, bunun önündə məhz Y.Z.Talıbzadə gedirdi. Hətta 1905-ci ildə onunQadınlara hədiyyəadlı kitabı çıxıb ki, burada gigiyena, uşağın necə tərbiyə edilməsi ilə bağlı mövzular öz əksini tapıb. Bu gün gənc bir ana əgər kitab dükanlarında Azərbaycan dilində uşağın tərbiyəsi haqqında bir kitab axtarsa, yəqin ki, tapmayacaq. Amma həmin dövrdə bu tərtib olunub ona görəQadınlara hədiyyəadlanırdı ki, pulsuz olaraq qadınlara paylanırdı. Əsas o idi ki, qadınlar oxusun maariflənsinlər. Y.Z.Talıbzadə həm hərbçi olub. Beləliklə, bu gün Azərbaycan mədəniyyət tarixində islamşünas alim, dramaturq, tərcüməçi, hərbçi ictmasi-siyasi xadim kimi onun adı çəkilir. Onun kimi bir çox yazıçılarımız, alimlərimiz var ki, onların yaradıcılığını öyrənmədən Azərbaycan mədəniyyətini tam şəkildə öyrənmək qeyri-mümkündür. Bu, mədəniyyətimizin inkişafına öz töhfələrini verə bilər. Mən inanıram ki, bu olacaq. Əgər bu gün ölkəmizdə dövlət siyasətinin əsasında mədəniyyət siyasətinin təbliği durursa, mən inanıram ki, tədqiqatçıların əsərləri o səviyyədə yayımlanacaq.

- Turizmin inkişafında mədəniyyətin mühüm rolu var. Hazırda ATİ- bu istiqamətdə tədrisi necə qiymətləndirirsiniz?

- Mədəniyyət tarixi nəzəriyyəsi fənləri ATİ  üçün çox önəmli bir məsələdir. Hazırda ATİ- bu fənlər çox yüksək səviyyədə tədris olunur. Bu gün digər ali təhsil ocaqları ilə müqayisədə ATİ- yüksək səviyyəli kadrlar yetişir. Burada ingilis, alman, fransız digər xarici dillərdə danışan tələbələr yetişir. Hər bir ixtisasın öz milli mədəniyyətini bilməsinə böyük tələbat var bu da həyata keçir. Bu ali təhsil ocağında çox yüksək səviyyəli kulturoloq müəllimlər dərs keçirlər. Proqramlar müasir tələblərə uyğun qurulur. Bu gün ATİ-nin məzunu ölkəmizin  mədəniyyətinin tarixini, kulturologiyanı yaxşı bilir. Bunu da bilmədən həmin məzun turizm sahəsində yüksək səviyyədə işləyə bilməz. Bizim hər bir məzunumuzun məqsədi Azərbaycanın mədəniyyətini turizm vasitəsilə dünyaya çatdırmaqdır. Dövlət imtahanlarında tələbələrimiz elə yüksək səviyyədə cavab verir, diplom, kurs işləri yazırlar ki, bu məzunların sabah Azərbaycan mədəniyyətini turizm vasitəsilə yaya biləcəyinə əmin olursan. Bu gün ATİ- kulturologiya,mədəniyyət tarixi dərslərinin keçirilməsi məni qane edir.

 

 

Nigar Abdullayeva  

 

Həftə içi.- 2012.- 13 yanvar.- S. 6.