«Kitabxanalara yeni daxil olan
kitablar haqqında operativ olaraq oxuculara informasiyalar verilir»
Layihə çərçivəsində müsahibimiz Hacıqabul
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Daxil Həsənovdur. O, müsahibəyə
kitabxana haqqında məlumat verməklə başladı:
- Hacıqabul rayonunda
Mədəniyyət və
Turizm Nazirliyi sisteminə daxil olan 32 dövlət kütləvi kitabxanası
fəaliyyət göstərir.
Bu kitabxanalardan biri Rayon Mərkəzi Kitabxanası, biri Rayon Uşaq Kitabxanası,
6-sı şəhər və
qəsəbə kitabxanası,
24-ü isə kənd
kitabxana filialıdır.
Vəzifəsini rayonun
68 mindən çox əhalisinə kitabla xidmətdə görən
Hacıqabul rayon dövlət
kütləvi kitabxanaları
rayon ərazisindəki bütün
kitabxanalardan oxucuların
tam istifadəsinə nail olmaqdan
ötrü özünün
bütün imkanlarından
istifadə edir. Hacıqabul
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 27 avqust 1990-cı ildə yaradılıb. Hacıqabul
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi öz fəaliyyətində
ölkə Konstitusiyasını,
“Mədəniyyət haqqında”
və “Kitabxana işi haqqında” qanunları, digər qanunvericilik aktlarını,
dövlət başçısının
fərman və sərəncamlarını, Nazirlər
Kabinetinin qərar və sərəncamlarını,
Mədəniyyət və
Turizm Nazirliyi haqqında Əsasnaməni,
nazirliyin əmr, sərəncam və kollegiya qərarlarını,
Rayon İcra Hakimiyyətinin
əmr və sərəncamlarını, habelə
Mədəniyyət və
Turizm Nazirliyi sisteminə daxil olan şəhər, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında əsasnaməni
rəhbər tutur. Hacıqabul Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi öz işində həmçinin M.F.Axundov adına Milli
Kitabxananın, F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının,
Respublika Gənclər
Kitabxanasının və
metodik mərkəz rolunu oynayan respublika əhəmiyyətli
kitabxanaların tövsiyələrini
əsas götürür.
Hacıqabul Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminə daxil olan kitabxanalarda
oxuculara xidmət işində açıq
rəf üsulundan geniş istifadə olunur. Oxuculara kitabla məlumat-informasiya
vasitələrini daha
səmərəli çatdırmaqdan
ötrü bütün
kitabxanalar əhali üçün əlverişli
olan saatlarda açıq şəkildə
işləyir. Hacıqabul rayon MKS-in fəaliyyətinin əsas
predmeti informasiya, elm, mədəni-maarif və təhsil işidir. Bura isə ilk növbədə
fondların formalaşdırılması,
elmi cəhətdən
işlənilməsi və
mühafizəsi, kitabxanalardan
istifadə edənlərə
kitabxana, informasiya və sorğu-biblioqrafiya xidmətlərinin təminatı
daxildir. Hacıqabul rayon MKS özünün əsas fəaliyyətinə və
onun məqsədlərinə
müvafiq olaraq fondların komplektləşdirilməsini,
sistemləşdirilməsini, elmi və texniki
cəhətdən işlənməsini,
qorunub saxlanmasını,
fondlardan tam istifadə
edilməsini həyata
keçirib. Kitabxanalardan istifadə
edənlərə kitabxana,
informasiya, biblioqrafiya xidmətlərini təşkil
edib. Rayon MKS fonduna daxil olan
kitablardan, mətbuat mənbələrindən, habelə
müxtəlif informasiya
daşıyıcılarından əhalinin kütləvi istifadəsi təşkil edilir. Hacıqabul
rayon MKS struktura daxil olan kitabxanalarda informasiya və sorğu-biblioqrafiya işləri
aparıb, elektron kataloq və kartotekaların, habelə informasiya daşıyıcılarını
özündə əks
etdirən informasiya-axtarış
sisteminin yaradılmasını
daim təkmilləşdirib.
Hacıqabul Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminə daxil olan kitabxanalar
rayon əhalisinin kitabxanalardan
istifadə etməsini
təmin etmək məqsədilə bütün
təbliğat vasitələrindən
yararlanır. Bunun üçün
rayonun ərazisindəki
bütün yaşayış
məntəqələrində müxtəlif məzmunlu tədbirlər həyata keçirilir. Rayon kitabxanalarına
yeni daxil olan kitablar haqqında
operativ olaraq oxuculara informasiyalar verilir.İlboyu oxucu sorğuları nəzərə
alınmaqla MKS-in kitab
fondunun komplektləşdirilməsi,
daxil olan ədəbiyyatın kitabxana
qaydası ilə işlənməsi, onların
kitabxana-filiallar arasında
bölüşdürülməsi təşkil edilir. Hacıqabul
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalara
metodik və biblioqrafik köməkliklər
göstərilir. Daimi kitabxanası
olmayan yaşayış
məntəqələrinə, idarə və müəssisələrə kitabla
xidmət işi təşkil edilir. MKS-in vahid kitab
fondunun uçot və hesabatı aparılır. Hacıqabul
Rayon Uşaq Kitabxanası,
kitabxana-filialların uşaq
bölmələri tərəfindən
uşaq və yeniyetmələrin informasiya
və ümumi mədəni tələbatının
ödənilməsinə, böyüməkdə
olan nəslin müstəqil təhsil almasına və özünütərbiyəyə, qiraət və kitabxana fondlarından istifadə mədəniyyətinin
tərbiyə edilməsinə
şərait yaradılıb.
- Oxuculara xidmət
işini necə təşkil edirsiniz?
- Kütləvi tədbirlərin
keçirilməsi və
oxuculara xidmət işinin yüksək səviyyədə təşkili
Hacıqabul Rayon Mərkəzi
Kitabxanasının işində
önəmli yer tutur. İl ərzində burada
əhaliyə kitabxana
xidmətinin təşkili,
oxuculara xidmət işinin təşkili yüksək səviyyədə
qurulur. Rayon Mərkəzi Kitabxanasında
tarixi, ictimai və siyasi hadisələrə, elm və
mədəniyyət, incəsənət
xadimlərinin həyat
və yaradıcılığına,
yubileylərinə, elm sahələri
və ölkəşünaslığa,
diyarşünaslığa dair ədəbiyyatın təbliğinə daha geniş yer verilir. Mərkəzi
Kitabxanada il ərzində 20 Yanvar faciəsinin ildönümünə,
2 Fevral Gənclər Gününə, 8 Mart Beynəlxalq
Qadınlar Gününə,
Novruz bayramına, 31
Mart Azərbaycanlıların Soyqırımı Gününə,
9 mayda 1941-1945-ci illər
müharibəsində faşizm
üzərində Qələbəyə,
Xocalı faciəsinə,
ümummilli lider Heydər Əliyevin anadan olması gününə, 28 May Respublika
Gününə, 15 iyun
Milli Qurtuluş Gününə, 26 iyun Azərbaycan Gününə, 15 sentyabr
Bilik Gününə,
18 oktyabr Müstəqillik
Gününə, 12 noyabr
Konstitusiya Gününə,
17 noyabr Milli Dirçəliş Gününə,
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə aid tədbirlər
təşkil edirik. Bunlardan savayı məsələn, ötən
il görkəmli uşaq yazıçısı
Abdulla Şaiqin anadan olmasının 130 illiyi, şairə Mədinə Gülgünün anadan olmasının 85, Xalq şairləri Səməd
Vurğunun və Süleyman Rüstəmin yubileylərinə aid kitab-sərgilər
təşkil edilib, söhbətlər keçirilib.
Rayon Mərkəzi Kitabxanasında
şairə Mədinə
Gülgünün 85 illiyinə
həsr olunan “Yora bilməz yollar məni”, Xalq şairi Səməd Vurğunun 105
illiyinə aid “Demə
Səməd Vurğun
gəldi-gedərdi” adlı
sərgilər oxucularımızın
böyük marağına
səbəb olub. Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar Hüzn Gününə həsr olunmuş “20 Yanvar - qan yaddaşımız”
adlı oxucu konfransı və ədəbi-bədii kompozisiya
həmişə maraqla
qarşılanır. Bir neçə
gündən sonra 20 Yanvarla bağlı daha bir tədbir
keçirməyi planlaşdırmışıq.
Eyni zamanda 2 Fevral Gənclər Günü münasibətilə
“Gənclik və zaman”, Xocalı faciəsinin ildönümünə
həsr edilmiş “Əsrin faciəsi”, 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Ana müqəddəsdir,
ana əzizdir”, Novruz bayramına həsr edilmiş “Novruz bayramınız mübarək” adlı sərgilər, söhbətlər
və ədəbi-bədii
kompozisiyalar kitabxana oxucularının marağına
səbəb olur. Bu il həmin
günlər çərçivəsində
daha genişmiqyaslı
tədbirlər təşkil
etməyi planlaşdırmışıq.
Xocalı faciəsi və
31 mart soyqırımına həsr olunmuş tədbirlərimiz həmişə
oxucularımız, ictimaiyyət
nümayəndələri tərəfindən
xüsusi həssaslıqla
izlənilir. 31 mart soyqırımı
Hacıqabuldan da yan keçməyib və rayon əhalisinin
1972 nəfəri həmin
dövrdə qətlə
yetirilib.Hacıqabul Rayon Mərkəzi
Kitabxanasında Xalq yazıçılarının yubileylərinin keçirilməsi
də artıq ənənə halını
alıb. Məsələn, həmyerlimiz Əzizə
Cəfərzadənin anadan
olmasının 90 illiyinə
aid oxucu konfransı keçirmişik. Ulu
öndər Heydər
Əliyevin anadan olmasının ildönümləri
ilə bağlı olaraq kitabxanalarımızda
“Heydər Əliyevin həyat və yaradıcılığı”, “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev Azərbaycan mədəniyyətinin
hamisidir”, “Heydər Əliyev və gənclər siyasəti” adlı məruzələr
oxunur, söhbətlər,
sərgilər təşkil
edilir. Ulu öndərə edilmiş ümumrayon “Kitab bayramı” təşkil edirik. «Kitab bayramı»nda rayonun İcra Hakimiyyətinin məsul işçiləri və
əməkdaşları, idarə
və müəssisələrin
işçiləri, məktəblilər,
fəal oxucular iştirak edirlər.26 iyun
Silahlı Qüvvələr
Gününə həsr
edilmiş “Cümhuriyyət
dövründə hərbi
quruculuq”, “Ordu quruculuğunun çətin
yolları”, “Şəhidlər
ölmürlər”, “Qəhrəmanlıq
səhifələri” adlı
oxucu konfransları, ədəbi-bədii gecələr,
söhbətlər, kitab
sərgiləri, biblioqrafik
icmallar hazırlanır.
Rayon Mərkəzi Kitabxanasının yerləşdiyi
ərazidə onun xidmət etdiyi əhalinin sayı 16 mindən çoxdur.
Bu ərazidə müxtəlif dövlət
idarələri yerləşir.
Qeyd edim ki, ötən il il ərzində Rayon Mərkəzi
Kitabxanasının fondundan
2290 nəfər oxucu istifadə edib. İl ərzində həmin oxuculara 39001 ədəd kitab verilib. 2011-ci ildə Mərkəzi
Kitabxanaya 381 ədəd
kitab daxil olub.
Anar Miriyev
Palitra.- 2012.- 17 yanvar.- S. 7.