Bu gün muzeylər çox böyük mədəni təbliğatla məşğuldurlar”

 

Minaxanım Əsədova: “Keçmiş muzeylərlə müasir muzeylərin fərqi odur ki, sözə az yer verilməlidir. Eksponat elə formada olmalıdır ki, tamaşaçını cəlb etsin tamaşaçı iştirakçıya çevrilə bilsin

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun (ATİ) İctimai fənlər kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Əsədovadır:

- Gənclərin mədəniyyət tariximizə münasibətinə gəldikdə, dərs maraqlı keçəndə gənclər onunla dah çox maraqlanır. Bu gün gənclərin nisbətən kitabdan uzaqlaşması tendensiyası var. Amma öz biliyini artırmağa çalışan gənc üçün bunu internet saytları əvəz edir. Məsələn, məni narahat edən məqamlardan biri müasir gənclərin kitaba marağının azalmasıdır. Ancaq hər zaman oxuyan, irəli getmək istəyən gənclər olub ki, bu gün ATİ- belə gənclər var. Əgər biz müəllim olaraq gənci maraqlandıra biliriksə, gənc həmin tarixlə, ədəbiyyatla da maraqlanır. Yetər ki, onun qəlbində vətəninə, tarixinə sevgi oyadasan. Hazırda çoxsaylı kitabların nəşr olunmasının müsbət tərəfi odur ki, onların sayı getdikcə artır bu zaman onların arasında rəqabət yaranır, nəticədə daha güclü, məzmunlu kitabdan istifadə edilir. Düzdür, dərsliklərin səviyyəsi yüksək olanlarla yanaşı zəif olanı da var. Tədqiqatdan kənarda qalmış mövzular dərsliklərə daxil olmadığına, yaxud ötəri məlumat olduğuna görə bu, dərsliyin ümumi məzmununu zəiflədir. Bizim üçün seçim yaranır. Məsələn, bu gün mədəniyyət tarixi nəzəriyyəsi kulturologiyadan 10-15-ə qədər dərslik var. Onların içərisində yalnız bir neçəsi diqqəti cəlb edir.

- ATİ- muzeyşünaslıq ixtisası tədris olunur bu ixtisasın turizmdə rolunu necə qiymətləndirirsiniz?

- ATİ- muzeyşünaslıq diyarşünaslıq adlı ixtisas tədris olunur ki, ötən il bu ixtisasa ilk məzunlarımız yiyələnib. Mən həmin uşaqlarla fəxr edirdim onlar çox yaxşı diplom işləri yazmışdılar, müdafiə etmişdilər. Bu gün muzeyşünaslıq nəzəriyyə olaraq tədris olunur praktikada da özünü göstərir. Tələbə təcrübəyə gedir buna uyğun olaraq yazdığı mətni ortaya qoyur. Həmin mətnlər tələbənin özünün beyninin məhsuludur. Tələbə mövzunun problemini ortaya qoyur onun həlli yolları ilə bağlı öz təkliflərini təqdim edir. Gənclərin beynində elə gözəl fikirlər, təkliflər var ki, biz hər tələbənin təklifi ilə məşğul oluruq. Bizim tələbələr məsələyə yaradıcı münasibət bəsləyirlər. Tələbə institutu bitirdikdə muzeyşünas, diyarşünas ixtisası ilə yanaşı həm yaradıcı bir məzun kimi başa vurur. Turizmin çox böyük hissəsinin məsuliyyəti muzeylərin üzərinə düşür. Bu gün bizim mədəniyyətin, mənəviyyatımızın, bütövlükdə millət olaraq varlığımızın taleyi muzeydə yaşayır. Məhz bu baxımdan da muzey turizm sektorunda da mühüm rol oynayır. Muzeyin tədqiqat təbliğat istiqamətlərini bu gün tələbələrə öyrədirik. Mən muzeyşünaslıqla bağlı ixtisas fənlərini, muzey fondu, ekspozisiyanın təşkili dizaynı, abidələrin bərpası konservasiyasını tədris edirəm. Elə dərslərim var ki, muzeylərdə keçirəm. Doğrudur, slaydlar vasitəsilə, müxtəlif texniki üsullarla dərs keçirik, amma muzeylə bağlı elə mövzular var ki, tələbə onu bilavasitə muzeyin özündə görməlidir. Dövlət İncəsənət Muzeyi, Dövlət Tarix Muzeyi, A.Şaiqin, C.Məmmədquluzadənin mənzil muzeyləri bizə çox kömək edirlər. Muzeylərdə dərs keçərkən əyani vəsaitləri təqdim edirik. Məsələn, bu yaxınlarda mənzil muzeylərdəki fondun böyük muzeylərdəki fondlardan fərqi ilə bağlı mövzuda dərs vardı. Mən tələbələri A.Şaiqin mənzil muzeyinə apardım. Mən muzeyin rəhbəri Ü.Talıbzadəyə təşəkkür edirəm. Əslində fond hər bir tamaşaçıya açıq olmur, ancaq ekspozisiya açıq olur. Fondun şöbələri, kortotekanın aparılması, sənədləşmə kimi işləri tələbələr əyani olaraq gördülər. Sonra dərsdə tələbələrlə dialoq zamanı gördüm ki, onun muzeyin fondunda, ekspozisiyasında əyani gördüyü daha çox yadında qalır, nəinki kitabdan oxuduğu nəzəriyyə. Bu, tələbəni daha çox cəlb edir. Biz tələbəni iki üsulla muzeyə aparırıq. Birinci olaraq kursun tələbəsini ziyarətçi olaraq muzeylərlə tanış edirik. Artıq 2-3-cü kurslarda spesifik muzeyşünaslıqla bağlı fənlərin dərslərini muzeydə keçirəm. Məsələn, muzeyin ekspoziyası təşkili fənnindən elə mövzular var ki, sırf muzeyin ekspozisiyasında keçirik quruluşunu birbaşa tələbəyə göstəririk.Bundan başqa tələbələrlə açıq qoruq muzeylərinə maraqlı səfərlər təşkil olunur. ATİ-nin tələbələri ilə Qobustan qoruğuna, rayonlara səfərlər olur. Hər bölgədə tarix-diyarşünaslıq muzeyləri var. Bu gün Bakıətrafı, Qala qoruğu çox yüksək səviyyədədir, həmçininAtəşgahkimi abidəmiz var. Amma regionlardakı muzeylərimiz fərqlidirlər, bir qədər təkmilləşdirilməsinə ehtiyac var.

- Paytaxtda fəaliyyət göstərən bir sıra muzeylərimiz yenidən təmir olunub. Bu gün muzeylərə ziyarətçi marağını artırmaq üçün hansı yeniliklərin olmasını istərdiniz?

- Muzeylər eyni zamanda dövləti təbliğ edirlər. Sovet dövründə həmin psixologiyanın təbliğatı üçün muzeylər şəbəkəsi yaradıldı. Amma bunun müsbət tərəfləri oldu. Keçmiş muzeylərlə müasir muzeylərin fərqi odur ki, sözə az yer verilməlidir. Həmin eksponat elə formada olmalıdır ki, tamaşaçını cəlb etsin tamaşaçı iştirakçıya çevrilə bilsin. Muzeyin içində özünü qonaq kimi deyil, ev sahibi kimi hiss etsin. Müasur muzeylərdə artıq buna əməl olunur. Amma köhnə muzeylərdə hələ ekskursiya mətninə ehtiyac var. Tələbə auditoriyada da, burada da mühazirə dinləyir, o qədər maraqlı olmur. Biz səbirsizliklə yeni Xalça Muzeyinin açılışını gözləyirik, inanırıq ki, qeyri-adi nələrsə görəcəyik. Bu gün Müasir İncəsənət Muzeyi çox böyük maraq doğurur. Eləcə Ədəbiyyat Muzeyi yüksək səviyyədədir. Eyni zamanda bu gün muzeylər elm sahəsilə, təbliğatla məşğul olurlar. Beynəlxalq konfranslar, simpoziumlar keçirilir. Bu yaxınlarda Dövlət Tarix Muzeyində Azərbaycan milli mədəniyyətinin sahələri ilə bağlı beynəlxalq konfrans keçirildi. Bu gün muzeylər çox böyük mədəni təbliğatla məşğuldurlar. Müasir muzeylərimizdə tamaşaçının özünü hadisələrin içində hiss etməsi lazımdır. Bunun üçün texnoloji vəsaitlər daha çox ayrılmalıdır. Məsələn, hərəkətli eksponatların olmasını, tamaşaçıya həmin mühitin olduğu kimi çatdırılmasını istərdim. Dünya muzeyşünaslığı tamaşaçının eksponatla birbaşa təmasda olması ilə məşğul olur. Eyni zamanda istərdim ki, muzeyin özünün kiçik dükanları olsun. Yəni özünümaliyyələşdirmə ilə məşğul ola bilsin. Kiçik suvenirlər istehsal etmək, muzeylə bağlı bələdçi broşürləri hazırlayıb təqdim etmək imkanı olsun. İnteraktiv vasitələrdən istifadə olunsun. Dünya səviyyəsində ənənəvi tədbirlər keçirilsin. Məsələn, hər il Novruz bayramı vaxtı dünya turistlərini Azərbaycana cəlb edək. Hər bir bölgənin özünəməxsusluğuna uyğun olaraq bayram təşkil olunsun müxtəlif bölgələrdə belə tədbirlərin keçirilməsi reklam şəklində təqdim olunsun.  Kütləvi turist cəlbi üçün bölgələrdə bir sıra işlər aparılmalıdır. Hər bölgənin özünə uyğun olaraq mətbəx, folklor, etnoqrafiyası haqda layihə hazırlayıb turistlərə təqdim etmək lazımdır. Məsələn, Göyçayda təşkil olunan “Nar bayramı” ənənəvi şəklə salmaq lazımdır.

 

 

  Nigar Abdullayeva 

 

  Palitra.- 2012.- 18 yanvar.- S. 7.