Tahir
Sadıqov: “Respublika Gənclər
Kitabxanası ölkəmizdə sovet
hakimiyyəti bərqərar olandan az sonra yaranmış ilk kitabxanalardan biridir”
“Cəfər Cabbarlı adına
Respublika Gənclər
Kitabxanasında oxuculara
xidmət sisteminin modernləşdirilməsi məqsədilə
yeni informasiya texnologiyasının tətbiqi
sahəsində çox
işlər görülüb”
Layihə çərçivəsində növbəti müsahibimiz
C.Cabbarlı adına
Respublika Gənclər
Kitabxanasının direktoru
Tahir Sadıqovdur:
- Azərbaycan xalqı
həmişə özünün
yüksək kitab mədəniyyəti ilə
sayılıb-seçilib və
çox zəngin kitabxanaları ilə tanınıb. Bu kitabxanalarda
qorunub saxlanılan istər əlyazmalar, istərsə də müxtəlif elm sahələrinə
aid ədəbiyyatlar xalqın
maariflənməsinə xidmət
göstərib, geniş
oxucu kütlələrinə
elmi yardımçı
olub. “Kitabxana
işi haqqında” Azərbaycan Respublikasının
Qanununda deyildiyi kimi, kitabxana-elm, informasiya, mədəniyyət,
təhsil və tərbiyə müəssisəsi
kimi çap əsərlərini və
digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil
edən, cəmiyyətin
intellektual və mənəvi potensialının
inkişafına xidmət
göstərən sosial
institutdur.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ölkəmizdə
sovet hakimiyyəti bərqərar olandan az sonra yaranmış
ilk kitabxanalardan biridir.
1928-ci ildən fəaliyyətə başlayan
kitabxana ilk illər çox çətinliklərlə
üzləşib. Onun fondu,
müvafiq binası, kadrları demək olar ki, olmayıb.
Çünki o zaman xalqın az
hissəsi savadlı idi. Qadınların, qızların kitabxanaya
gəlişi təsadüfi
xarakter daşıyırdı.
Qiraətxana kimi fəaliyyətə
başlayan kitabxana ilk
illər evlərə
kitab vermək imkanına belə malik deyildi. Müvafiq ədəbiyyatı toplamaq,
kitab fondu yaratmaq, geniş oxucu kütləsini cəlb etmək 30-cu illərdə onun qarşısında duran ən ciddi problem idi. 1957-ci ildə
kitabxana üçün
daha əlverişli bina verilib. Kitabxananın fəal oxucusu, Cəfər Cabbarlının yaxın dostu, Azərbaycan kinematoqrafiyasının pionerlərindən
biri olan Məmməd Əlili xatirələrində yazır:
«1957-ci il mənim üçün ən əziz ildir. Yeni binaya köçdükdən
sonra kitabxana sanki yenidən yaranıb, daha da gözəlləşib.
Böyük dramaturqumuz Cəfər
Cabbarlının adını
daşıyan kitabxana
mənəvi sənət
mülkünə çevrilib».
Artıq
1958-ci ildə 25000 kitab
fondu olan kitabxanada oxucuların sayı 1109 nəfərə
çatmışdı. 1960-1970-ci illərdə dövlətin
qarşıya qoyduğu
vəzifələri müvəffəqiyyətlə
yerinə yetirmək məqsədilə geniş
iş aparılıb.
1976-ci ildə isə fondun miqdarı 103 643 nüsxə
olub. Fondun zənginləşməsi onun tərkibcə formalaşmasına, oxucuların
sayının artmasına
və kitab verilməsinə öz təsirini göstərib.
Belə ki, 1957-ci ildə kitabxana 1.109 nəfər oxucuya 118.824 nüsxə, 1972-ci ildə
isə 8000 oxucuya
195.972 nüsxə kitab
verib. Bütün bu illər ərzində kitabxana yalnız oxucu cəlb etməklə kifayətlənməyib, xidmət
etdiyi rayonun ərazisindəki məktəblərlə,
idarə və təşkilatlarla sıx əlaqə yaradıb, rayonda keçirilən bütün mədəni-kütləvi
işlərdə fəal
iştirak edib.
İllər keçdikcə müəssisənin struktur
quruluşunda da xeyli dəyişikliklər
baş verib. Vaxtilə qiraətxana kimi
fəaliyyətə başlayan
kitabxanada sonralar kitab fondu, oxu
zalı, abonement söbələri təşkil
olunub, 1968-ci ildə 4
söbəsi, 3 filialı
yaradılıb. 1972-ci
ildə kitabxananın
binası əsaslı
təmir olunub, genişləndirilib, ona yeni otaqlar, oxu
zalları əlavə
edilib. Bütün bunlar kitabxanaçıları
daha yaxşı işləməyə, oxucuların
sorğularını operativ
ödəməyə imkan
yaradıb. C.Cabbarlı
adına kütləvi kitabxana Respublika Gənclər Kitabxanasına çevrildikdən
sonra onun fəaliyyət dairəsi,
metodik rəhbərliyi,
oxuculara xidmət işində funksiyası artıb. Hazırda ölkəmizdə 50-dən çox gənclər kitabxanası fəaliyyət
göstərir.
C.Cabbarlı adına Gənclər Kitabxanasının
80-ci illərdə apardığı
mədəni-kütləvi işlərin əsas məqsədi gənclərin
elmi dünyagörüşünün
formalaşması istiqamətində
siyasi, fəlsəfi, iqtisadi, bədii ədəbiyyatı təbliğ
etməkdən ibarət
olub. Bu məqsədlə
kitabxana dövrün tələbatına uyğun
kitab sərgiləri, fotosərgilər təşkil
edib, müxtəlif xarakterli gecələr, viktorinalar keçirilib.
Kitabxananın 8 - Azərbaycan xidmət
şöbəsi, oxu zalı, rus xidmət şöbəsi,
məlumat-biblioqrafiya, komplektləşdirmə
və kitabişləmə,
elmi-metodiki, incəsənət,
hərbi-vətənpərvərlik və kütləvi işlər şöbələri
var.
- Bu gün oxucular
latın qrafikalı ədəbiyyatlardan
faydalana bilirmi?
- Müstəqil Azərbaycanda
həyatın müxtəlif
sahələrində aparılan
islahatlar içərisində
latın qrafikalı Azərbaycan əlifbasının bərpa
edilməsi böyük
tarixi əhəmiyyət
kəsb edir. Ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
18 iyun 2001-ci il
tarixli və “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları
ölkənin ictimai-siyasi
həyatında mühüm
hadisə oldu və latın qrafikalı Azərbaycan əlifbasına keçidi
bütövlikdə təmin
etdi. Latın qrafikalı Azərbaycan
əlifbası artıq
həyatımızın bütün
sahələrində tam yerini
tutub. Bununla yanaşı Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin
latın qrafikasında yenidən kütləvi şəkildə
nəşr olunması
günün ən vacib məsələlərindən
biri olaraq qalır.
Prezident İlham Əliyevin
“Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşlərin həyata
keçirilməsi haqqında”
2004-cü il 12 yanvar və “2005-2006-cı
illərdə Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin
siyahısının təsdiq
edilməsi haqqında”
2004-cü il 27 dekabr tarixli sərəncamlarına
əsasən, son illər
ərzində ümumi
sayı doqquz milyona yaxın ədəbiyyat nəşr
olundu və ölkə kitabxanalarına
hədiyyə edildi. O
cümlədən C.Cabbalı
adına Respublika Gənclər Kitabxanasına 23777 nüsxə
ədəbiyyat hədiyyə
verilib. Yeni nəşrlər kitabxana fondlarını və onlardan istifadə imkanlarını
xeyli genişləndirib.
Eyni zamanda müasir rusdilli oxucuların mütaliə marağını
nəzərə alaraq
Azərbaycanda nəşr
edilməyən lüğətlər,
ensiklopediyalar və digər müxtəlif ədəbiyyatlara olan tələbatını ödəmək
üçün kitabxana
Rusiyanın “Premyera” nəşriyyatı ilə
bağlanmış 5 illik
müqaviləyə əsasən
hər il 1200-1300 nüsxə ədəbiyyatı
Rusiyadan alaraq oxucuların istifadəsinə
verir.
- Xidmət sisteminin
təkmilləşdirilməsi istiqamətində hansı
tədbirlər həyata
keçirilir?
- C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında oxuculara xidmət sisteminin modernləşdirilməsi məqsədilə
yeni informasiya texnologiyasının tətbiqi
sahəsində çox
işlər görülüb.
Kitabxana 2003-cü ildə
“Puşkin kitabxanası”
layihəsi əsasında
xeyli kitabı fonda daxil
edilib. Tarixi-mədəni,
ədəbi-bədii və
elmi-fəlsəfi irsin
toplanıb saxlanılmasında,
nəsildən-nəslə çatdırılmasında və
cəmiyyətin intellektual,
mənəvi potensialının
inkişafında əvəzsiz
rol oynayan kitabxanaların fəaliyyətinin
təkmilləşdirilməsi, bu sahədə əsaslı islahatların
aparılmasında və
digər tədbirlərin
həyata keçirilməsində
6 oktyabr 2008-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı”nın
böyük əhəmiyyəti
var. Dövlət Proqramında
nəzərdə tutulmuş
kitabxanalararası beynəlxalq
əlaqələrin qurulması,
müasir qabaqcıl texnologiyalardan bəhrələnmək,
qarşılıqlı təcrübə
mübadiləsi istiqamətində
respublikanın digər
kitabxanaları kimi C.Cabbalı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları
da Krasnodar vilayətinin
Anapa şəhərində
keçirilən “Kitabxanalardan
gələcəyə”, Ukraynanın
Sudak şəhərində
“Krım-2008-2009-2010”, Moskvada
“LİBKOM-2009-2010” və digər
beynəlxalq konfrans və kitab sərgilərdə
mütəmadi iştirak
edirlər. Bu da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin kitabxanalara göstərdiyi dəstək
və qayğının
bariz nümunəsidir.
Ölkəmizdəki kitabxanaların
dünya informasiya məkanına daxil olmasının təminatı,
müvafiq dünya standartlarına uyğun olaraq elektron formaya keçilməsi, elektron kataloqların yaradılması və cəmiyyətin inkişafına
birbaşa təsir göstərən elektron mənbələrin sərbəst
istifadəsinin təmini
məqsədilə adıçəkilən
Dövlət Proqramından
irəli gələn tədbirlər sırasında
kitabxanaların avtomatlaşdırılması,
elektron kitabxana, elektron kataloq yaradılması üçün
İRBİS 64 Avtomatlaşdırılmış
Kitabxana İnformasiya Sistemi 2009-cu il mart ayından kitabxanamızda tətbiq edilib. İRBİS (Avtomatlaşdırılmış
Kitabxana İnformasiya Sistemi) sistemi internet istifadəçilərinin elektron
kataloqlara və digər biblioqrafik verilənlər bazasına
çıxışının təmini üçün
nəzərdə tutulub.
Nigar Abdullayeva
Palitra.- 2012.- 24 yanvar.-S.11.