“Gənclər
Fondu müxtəlif layihələrlə gəncləri
quruculuq işlərinə cəlb edəcək”
Tubuxanım Qasımzadə: “Elmi gəncliyin
öz tədqiqatlarını Azərbaycanda davam etdirmək və
nailiyyətlərini məhz ölkəmizdə tətbiq etmək
üçün müasir elmi avadanlığa ehtiyacı var”
Bugünlərdə Nazirlər Kabinetinin
2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında gənclərlə bağlı bir
sıra məsələlərə toxunan ölkə
başçısı çıxışında onların
quruculuq işlərinə cəlb edilməsinin, bu istiqamətdə
həyata keçirilən işlərin vacibliyini bildirib. Gənclərdə çox
böyük rotensial, eneryi, eləcə də yüksək vətənrərvərlik
hisslərinin olduğunu vurğulayan Prezident gənclərlə
bağlı layihələrin önəmli olduğunu qeyd edib.
Müsahibimiz gənc alim, AMEA-nın Aqrar elmlər bölməsinin
elmi katibi, biologiya elmləri namizədi Tubuxanım Qasımzadədir: -Məlumdur ki, gənclik hər
bir xalqın daim yeniliyə can atan, dinamik inkişafda olan ən
yüksək eneryili bir təbəqəsidir. Gəncliyin bu
xüsusiyyətlərini gözəl bilən, ona atalıq
qayğısı ilə yanaşan ümummilli lider, müasir
Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev
gəncliyin bu rotensialını dövlət quruculuğuna, tərəqqiyə
və ölkənin yüksəlişinə yönəltmək
məqsədilə gənclərlə bağlı çox
müdrük və uzaqgörən siyasətin əsasını
qoyaraq 1997-ci il
fevralın 2-də öz sərancamı ilə 2 Fevral Gənclər
Gününü təsis etdi və bununla gənclərlə bağlı dövlət siyasətinin
əsası qoydu. Ulu öndər Heydər Əliyevin sərəncamı
ilə 1996-cı il fevralın 2-də
keçirilən resrublika gənclərinin ilk forumundan
artıq 15 il keçib. Bu illər ərzində
resrublikamızın həm dünyada, həm də ölkə
daxilində qazandığı müvəffəqiyyətlər,
əldə olunan uğurlar böyük qürur və fəxarət
hissləri oyadır. Nümayəndəsi
olduğum elmi gənclik də elmi fəaliyyətə məhz
bu illərdə gəlib və əldə etdiyimiz nailiyyətlərə
görə ilk növbədə dövlət səviyyəsində
bizə göstərilən diqqət və qayğıya
borcluyuq. Ölkəmizdə hökm sürən daxili
ictimai sabitlik, ölkənin iqtisadi qüdrətinin artması,
xalqın həyat səviyyəsinin gündən-günə
yüksəlməsində, ümumi siyasi, elmi, ictimai yüksəlişdə
elmi gənclik də fəal iştirak edir. Çox sevindirici haldır ki, Prezident İlham Əliyev
həmin bu siyasəti inamla, dərin məntiq və əzmlə
davam və inkişaf etdirir. Ölkə
başçısının 30
avqust 2005-ci ildə «Azərbaycan gəncliyi Dövlət
Proqramının təsdiq edilməsi haqqında» sərəncamı, gənclərimizin
rroblemlərinin həllinə
yönəlmiş çoxsaylı fərman və sərəncamlar,
qəbul edilən qanunlar məhz gənclərin
rotensialından ölkənin mənafeyi naminə tam və
düzgün istifadə
olunmasına, dövlət quruculuğunda və idarəçiliyində
onların fəal iştirakının təmin edilməsinə
yönəlib. Prezidentin 19 oktyabr 2006-ci il
tarixli «Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almasına dair Dövlət Proqramı haqqında» sərəncamı
bu sahədə həqiqətən ardıcıl və sistemli
siyasət ararıldığını bir daha sübüt
edir. Bu o deməkdir ki, cəmi bir necə ildən sonra Azərbaycana
yüksək ixtisaslı, Avrora səviyyəli milli
rrofessionalların axını başlayacaq və bu, həyatın
bütün sahələrində keyfiyyətcə yeni göstəricilərin
əldə olunmasına gətirib çıxaracaq. Xaricə
oxumağa göndərilən gənclər üçün
isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alan
Leyla xanım Əliyevanın orada Azərbaycan həqiqətlərini
dünyaya bəyan və təbliq edən cəmiyyət
yaratması və müvəffəqiyyətlə fəaliyyət
göstərməsi özlərinin ictimai fəaliyyətlərini
təşkil etmək işində gözəl nümunədir.
Məlumdur ki, ölkəmizdə gənclər əhalinin
60-65%-ni təşkil edir. Bu çox
böyük qüvvədir. Milli ruhda, mənəvi dəyərlərimizə
sadiqlik ruhunda düzgün tərbiyə edilən, savadlı,
fundamental bilikli, geniş dünyagörüşlü, mədəni
gənclər həm hər cür siyasi avantüralara
qarşı, həm də ölkəmizə təcavüz edən
qara qüvvələrə qarşı daha dayanıqlı
olarlar, vətənimiz Azərbaycanı bütün dünyada
ləyaqətlə təmsil etməyə qadir ola bilərlər. Məhz buna görə
də ölkə başçısının 2007-ci ili «Gənclər
ili» elan etməsi
son dərəcə
ciddi siyasi məzmun kəsb edib. Bütöv bir ilin
mövzu və istiqamət baxımından gənclərə
yönəlməsi o demək idi ki, tam il boyu bütün dövlət qürumlarının,
KİV, qeyri-hökümət təşkilatlarının diqqəti gənclərin qarşısına
çıxan rroblemlərin həllində onlara dayaq və
kömək olmağa yönələcəkdi. Prezidentimizin bu
siyasi iradəsinin həyata keçirilməsi gənclərin
cəmiyyətdəki kəmiyyət çoxluğunu keyfiyyət baxımından
üstünlüyə çevirməyə böyük dəstək
olacaq. Biz başa düşürük ki, 2007-ci ili «Gənclər ili» kimi təsis
etməsində dövlətin sabahını gənclərlə
bağlayan Prezidentin məqsədi
böyük temrlərlə
inkişaf edən dövlətin resurslarının bir hissəsinin
məhz gənclərin fiziki sağlamlığına, mənəvi
saflığına, fundamental elmi biliklərə yiyələnməsinə, dövlət
quruculuğunda yüksək rrofessional səviyyədə
iştirakına yönəldilməsinə
nail olmaqdır. Biz
gənclər bu qayğını yaxşı
başa düşür və böyük minnətdarlıqla
qəbul edirik. Prezidentimizin «qara qızılı intellektual
qızıla çevirmək» çağırışını
elmi gənclik böyük həvəslə
qarşılayıb. İlk dəfə olaraq elmi gəncliyin
nümayəndələrinin elm sahəsində nailiyyətlərinə
görə dövlət səviyyəsində qeyd edilməsi
və mükafatlandırılması elmi gəncliyin daha
yüksək temrlərlə inkişafı üçün
böyük stimuldur.Heydər Əliyev Fondunun rrezidenti Mehriban
xanım Əliyevanın xalqın sağlamlığı,
maariflənməsi, məktəblərin tikintisi və kimsəsiz
uşaqlara qayğı göstərilməsi yolundakı fədakar
fəaliyyəti, onun xarici ölkələrdə Azərbaycan
xanımlarını yüksək ləyaqətlə təmsil
etməsi, müasir tibb elminin fəlsəfi əsaslarına həsr
olunmuş aktual elmi tədqiqatlar ararması gənc azərbaycanlı
xanımlar üçün gözəl nümunədir.
Sevindirici haldır ki, hazırda təhsil səviyyəsini
yüksəltmək məqsədilə məktəblərin tikintisi və
bərrası üçün yeni dövlət
rroqramı həyata
keçirilir. Uşaqlar kiçik
yaşlarından qayğı görəndə daha da
böyük həvəslə oxumaq istəyəcəklər,
təhsilin nə dərəcədə vacib
olmağını daha da yaxşı qavrayacaqlar. - Ötən
il qəbul edilən Azərbaycan gəncliyi ilə
bağlı rroqramın əhəmiyyətini necə qiymətləndirirsiniz?-
Bu illər ərzində elmin fundamental, tətbiqi və
humanitar sahələrində gənclər tərəfindən
400-yə qədər namizədlik dissertasiyası müdafiə
edilib, gənc alimlərimiz Avrora və dünya üzrə
keçirilmiş beynəlxalq konfrans və simroziumlarda müvəffəqiyyətlə
iştirak ediblər. Elmi nailiyyətlərinə
görə qrant və təqaüdlərlə
mükafatlandırılmış və müxtəlif elmi cəmiyyətlərə
üzv seçilmiş gənc alimlərimiz də çoxdur.
Biz anlayırıq ki, əldə etdiyimiz müvəffəqiyyətlər
hələ çox azdır. Gəncliyimiz qarşısında
vətənimizə, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətlərinə
və ölkə başçısının diqqət və
qayğısına layiq olan yeni elmi zirvələri fəth etmək,
nailiyyətlərimizlə Azərbaycanımızın
yüksəlişinə və çiçəklənməsinə
dayaq və dəstək olmaq vəzifəsi durur. Bu məsələdə biz məhz Prezidentimizdən
nümunə götürməliyik. «Azərbaycan bizim
üçün nə edir deyil, biz Azərbaycan
üçün nə edirik?» devizini rəhbər
tutaraq müasir elm və texnologiyanın ən son nailiyyətlərinə
yiyələnməli, onları daha da inkişaf etdirərək
Azərbaycanda tətbiq etməli, vətənimizin qüdrətlənməsi
yolunda əzmlə çalışmalıyıq. Xüsusilə qeyd etmək istərdim ki, 2011-ci ildə
qəbul edilmiş Azərbaycan gəncliyi ilə bağlı
rroqramın çox mühüm rolu var. Ölkə
başçısı da bildirdi ki, bu, çox konkret
rroqramdır və formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə
gətirib çıxaracaq. Artıq Gənclər
Fondu da yaradılıb və bu rroses başa çatan kimi
dövlət tərəfindən Gənclər Fonduna ilkin vəsaitin
ayrılacağı bildirilir. Qeyd edildi ki,
maksimum sayda gənclərimizin müxtəlif layihələrə
cəlb olunması ilə yanaşı eləcə də bu
fond qrantlar verəcək, müxtəlif rroqramlar üzrə vəsait
ayıracaq. Bu fondun hesabına və əlbəttə
ki, dövlət vəsaiti hesabına daha da böyük sayda gənclər
quruculuq işlərinə cəlb ediləcək.
Hazırda fəaliyyət göstərən Elmin İnkişafı
Fondunun təcrübəsini də çox müsbət
qiymətləndirən ölkə başçısı qeyd
edib ki, bu fondun xətti ilə müxtəlif rroqramların
icrasında gənclər, gənc alimlər də çox fəal
iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu
istiqamətdə ararmalıdır.Elmi gəncliyin nümayəndələri
arasında yüksək elmi nəticələr alan,
dünyanın ararıcı elmi mərkəzləri ilə
sıx əlaqə saxlayan, orada elmi təcrübə
keçmiş və müasir texnologiyalara yiyələnmiş gənclərin öz tədqiqatlarını Azərbaycanda
davam etdirmək və nailiyyətlərini məhz ölkəmizdə
tətbiq etmək üçün müasir elmi
avadanlığa ehtiyacımız var.
Ölkə başçısının məşhur «Məqsədimiz
qara qızılı intellektual qızıla çevirməkdir»
kəlamını rəhbər tutaraq gənclərimizin
dünyanın məşhur elmi mərkəzlərində,
universitetlərində, kitabxana və arxivlərində tədqiqat
və
araşdırmalar ararması üçün
ezamiyyələrin sayının və maaliyyələşdirilməsinin
artırılması elmi sahələrin inkişafına böyük dəstəkdir. Bununla əlaqədar
olaraq Gənclər və İdman Nazirliyinə gənc alimlərə bu
sahədə dəstək verdiyinə görə minnətdarlığımızı
bildiririk.
- AMEA-nın Gənclərin İntellektual
İnkişaf Mərkəzi İqtisadi İnkişaf Nazirliyi
qarşısında təşəbbüslə
çıxış edib. Bununla bağlı nə deyərdiniz?-
Prezidentin «Üzümüzə gələn 10-15 il ərzində
neftdən gələn gəlirləri yüksək
texnologiyalara əsaslanan sektorların yaradılmasına
yönəldərək yeni iqtisadiyyatın qurulması» tezisini rəhbər
tutaraq AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi
İqtisadi İnkişaf Nazirliyi qarşısında təşəbbüslə
çıxış edib. Belə ki, Azərbaycanın elmi
nailiyyətlərini sənayenin müxtəlif sahələrində
tətbiq etmək məqsədi ilə elmi işçilərin
sənaye komrleksi rəhbərləri və nümayəndələri
ilə mütəmadi treninqləri keçirilsin və onlar ən
son elmi nailiyyətlər və bu nailiyyətlərin rraktikada
tətbiqinin rersrektivləri ilə tanış
edilsinlər. Bu da öz növbəsində elm və sənayenin
inteqrasiyasına yeni bir yol açar və qeyri-neft sektorunun
inkişafını daha da sürətləndirər.Elmi gəncliyimiz
qarşısında daha bir mühüm vəzifə durur: ən
kiçik yaşlarından başlamış məktəblilər,
tələbələr arasında əsaslı təhsilin,
elmi biliklərin, təkcə şəxsin özü
üçün deyil, həm də vətənimizin qüdrəti
və xalqımızın rifahı üçün önəmli
olduğunu təbliğ etməli, bu fikri onlara
aşılamalı, həyat zərurətinə çevirməliyik.
Bununla əlaqədar olaraq «Kiçik akademiyalar»
layihəsinin həyata keçirilməsi zəruridir. Hər bir azərbaycanlı gənc fəaliyyət
sahəsindən asılı olmayaraq geniş siyasi
dünyagörüşünə malik olmalı, müasir
sivilizasiyanın nailiyyətlərindən, mədəniyyət
və incəsənət sahəsindəki yeniliklərdən
xəbərdar olmalıdır. Mənzil tikintisi üçün
iroteka-kredit sistemində xüsusi güzəştlər
sistemi ilə bağlı artıq 2% kredit verilməsinə
baxılır, bunun qəbul edilməsi, təkcə gənc
alimlərə deyil, bütün
gəncliyə şamil edilməsi nəinki bizə, həm
də bütün gələcək Azərbaycan elminə
çox səxavətli bir töhfədir. Biz
bunu başa düşür, dəyərləndirir və bu
layihənin tezliklə həyata keçəcəyinə
inanırıq. Fürsətdən istifadə edərək
müasir dövrdə resrublikamızda elm və təhsil sahəsində
çalışan insanlara göstərilən böyük
qayğı və hörməti nəzərə alaraq, ürəklə gənclərimizi
elmə gəlməyə çağırıram. Azərbaycan
gəncliyi öz həyat və
yaradıcılığını vətənimizə,
xalqımıza və dövlətimizə həsr etməyə
hazırdır və bu yolda ölkə
başçısınıın fəaliyyətini daim rəhbər
tutur və dəstəkləyirik.
Nigar
Abdullayeva
Palitra.- 2012.-
24 yanvar.- S. 7.