Qərbə
nümunə olan dövlətçilik mədəniyyəti
Azərbaycanın dövlətçilik mədəniyyəti
və tarixinin öyrənilməsi, bunun dünyada təbliği,
eləcə də vətəndaşlarımız tərəfindən
bu tarixin unudulmaması çox önəmlidir. Hazırkı Azərbaycan
Respublikası bütün göstəricilərinə görə
23 üç ay fəaliyyət göstərən Azərbaycan
Xalq Cümhuriyyətinin varisidir. Bütün
fəaliyyət və siyasətində, təsisat
quruluşunda hazırkı dövlətimiz bunu nümayiş
etdirir və vaxtilə cümhuriyyətin reallaşdıra bilmədiyi
bütün dövlətçilik və demokratik təsisatlara
hazırda nail olunub. Bununla belə, cümhuriyyət
yarandığı dövrdə hazırkı bir çox
qabaqcıl Avropa dövlətlərinin o vaxt nail ola bilmədiyi göstəricilərə imza
atmışdı. Bu isə xalqımızın çox
qabaqcıl dövlətçilik mədəniyyətinə
nail olduğunu bir daha sübut edir. Beləliklə, Azərbaycan
Xalq Cümhuriyyəti
bizə və dünyaya nə verdi və zaman məhdudluğu
baxımından nələri verə bilmədi? Layihə
çərçivəsində bu mövzu ilə
bağlı olaraq suallarımızı lakonik və konkret bir
şəkildə Bakı Dövlət Universitetinin Mənbəşünaslıq,
tarixşünaslıq və metodika kafedrasının
müdiri, professor Anar İsgəndərov cavablandırır:
“Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqə,
eləcə də bir çox Qərb dövlətlərinə
yeni dövrün dövlətçilik mədəniyyəti
baxımından nümunə olub. Bunun
üçün uzağa getməyək. Sadəcə,
cümhuriyyət dövründə olan dövlət
quruculuğu proseslərini qısaca sadalamaqla, cümhuriyyətin
dünyaya örnək olan, modern, dünyəvi, demokratik mədəniyyətə
malik bir dövlət olduğunu görmək olar.
Məlumdur ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli
Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi
ilə ilk iclasını keçirdi və 6 maddədən
ibarət “İstiqlal bəyannaməsi” qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti
yarandı. Azərbaycan Xalq Cümhuriyyəti coğrafi məfhum
olan “Azərbaycan “ sözünü siyasi məfhuma
çevirdi. Bu vaxta qədər müxtəlif
adlar adı altında təsbit olunan bu ərazi siyasi leksikonda
Azərbaycan dövləti adlanmağa başladı.
1918-ci il iyunun 4-də Osmanlı dövləti
ilə Batum müqaviləsi imzalandı. 1918-ci il
iyunun 21-də Azərbaycan hökuməti Azərbaycanın ilk
dövlət rəmzlərini təsis edərək qəbul
etdi. Dövlətçilik mədəniyyətininm
nümayişi baxımından bunun ciddi önəmi vardı.
İyunun 21-də qırmızı parça üzərində
ağ aypara və ağ səkkizguşəli
ulduz təsvir olunan bayraq qəbul edildi. Noyabrın
9-da hazırkı üçrəngli bayrağımız qəbul
edildi. 1918-ci il iyunun 24-də Milli
hökumət Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsinin Qazax şəhərinə
köçürülməsi haqqında qərar qəbul
etdi. Təhsil mədəniyyətinin yüksəlməsində
bunun böyük önəmi vardı. Seminariya
digər sahələrlə yanaşı, mədəniyyət
sahəsində də milli kadrların formalaşmasında
mühüm rol oynadı. 1918-ci il
iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan
Milli Ordusu yaradıldı. 1918-ci il iyunun
27-dən –iyulun 1-dək Qaraməryəm
yaxınlığında Qafqaz İslam Ordusu
Şamaxını Bakı Soveti qüvvələrindən azad
etdi. 1918-ci il iyulun 30-da Milli hökumətin
qərarı ilə Yelizavetpol şəhəri Gəncə,
Qaryagin Cəbrayıl adlandırıldı. Bununla
isə əzəli ərazilərimizin tarixi adları
qaytarıldı. 1918-ci il iyulun 31-də
Şaumyan başda olmaqla Bakı Soveti qüvvələri
istefa verdi. 1918-ci il sentyabrın 15-də
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu
Bakı şəhərini Sentrrokaspi qüvvələrindən
azad etdi. 1918-ci il sentyabrın 17-də Fətəli
xan Xoyskinin rəhbərlik etdiyi Milli hökumət Bakı
şəhərinə daxil oldu. Bakı Azərbaycanın
paytaxtına çevrildi”. Qeyd edək ki,
bundan sonra cümhuriyyətdə ciddi dövlət
quruculuğu prosesi başladı. Yüksək dövlətçilik
mədəniyyətindən xəbər verən digər təsisatlar
formalaşdı: “1918-ci il oktyabrın 21-də Azərbaycan Xəzinə
Palatası təşkil edildi. 1918-ci il
noyabrın 1-də Hərbi Nazirlik yaradıldı. 1918-ci ilin noyabrında Azərbaycan Məhkəmə
Palatası təşkil edildi. 1918-ci il
noyabrın 17-də general Tomson başda olmaqla ingilis qüvvələri
Bakıya daxil oldu. Bakıda ingilis
general-qubernatorluğu yaradıldı”. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti təsis
edildi. Çəlumdur ki, bununla Şərqə parlament mədəniyyəti,
həmçinin ilk dəfə qadınlara seçki hüququ
verən müasir seçki mədəniyyəti gətirildi:
“Azərbaycan Parlamentində türk-müsəlman əhalisinə -
80, ermənilərə 21, ruslara 10, almanlara 1, yəhudilərə
1, gürcülərə 1, polyaklara 1 yer ayrıldı. Parlamentin demokrtatik tərkibi hətta bu gün Avropa
Şurasını da təəccübləndirə bilər.
Azərbaycan
parlamentinin 17 ay ərzində 145 iclası
keçiriib. Parlamentin
müzakirəsinə 270-dən çox qanun layihəsi
çıxarılıb, onlardan 230-u qəbul olunub. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi,
parlamentdə 11 komissiya təşkil olunmuşdu. Azərbaycanda
hakimiyyət bölgüsü aparıldı – qanunverici,
icraedici və məhkəmə hakimiyyəti”.1918-ci ilin
dekabrında milli valyuta olan Bakı bonu tədavülə
buraxıldı: “1918-ci il dekabrın 28-də isə parlamentdə
Ə.Topçubaşovun başçılığı ilə
Paris sülh konfransına xüsusi nümayəndə heyətinin
göndərilməsi haqqında qərar qəbul edildi. Həmin tarixdə general Tomson F.Xoyskinin
başçılıq etdiyi hökuməti
tanıdığını elan etdi. 1919-cu ildə Qarabağda erməni
separatçılarının qanunsuz hərəkətlərinə
son qoymaq üçün Qarabağ general-qubernatorluğu
yaradıldı. Fevralda Xosrov bəy Sultanov
qubernator təyin olundu. 1919-cu ildə
Naxçıvana olan hücumların qarşısını
almaq üçün Naxçıvan general-qubernatorluğu
yaradıldı”. Azərbaycanda media təsisatlarının
formalaşması və rəsmi informasiya yayımı mədəniyyətinin
formalaşması baxımından da cümhuriyyət
böyük rol oynayıb:
“1919-cu il martın 3-də Azərbaycan Teleqraf Agentliyi
yaradıldı. 1919-cu il martın 21-də
Əlifba İslahat Komissiyası yaradıldı. Məqsəd
latın əlifbasına keçmək idi
ki, bu da dünyanın qabaqcıl qisminin mədəniyyətinə
inteqrasiya etməkdə, dünya mədəniyyəti, elmi ilə
tanış olmaqda böyük rol oynayacaqdı. 1919-cu ilin martından Novruz bayramı dövlət səviyyəsində
qeyd olundu – bu isə milli mədəniyyət və ənənələrimizə
sadiqliyin göstəricilərindən biri idi. Həmçinin 1919 və 1920-ci illərdə 31 mart
dövlət səviyyəsində milli qırğın
günü kimi qeyd olundu”. Həmçinin
dövlət təsisatlarından biri kimi 1919-cu ilin Milli Təhlükəsizlik
xidməti yaradılıb. 1919-cu il iyunun 28-də
Böyük Britaniya hökuməti ingilis ordusunun Qafqazdan
çıxarılacağı haqqında Paris sülh konfransına rəsmi məlumat
verib: “1919-cu il iyulun 21-də parlament Azərbaycan
Respublikasının Müəssislər Məclisinə
seçkilər haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə
görə, seçkilərdə qadın və kişi bərabərliyi təsbit olundu. 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı
haqqında qanun qəbul edildi. Yəni
bütün millətlərin nümayəndələri qanun
qarşısında bərabər elan olundu. 1919-cu il avqustun 24-də Naxçıvanda ABŞ
general qubernatorluğunun yaradılması barədə polkovnik
V.Haskelin bəyanatı elan edildi və amerikalı polkovnik
Edmund Delli bu zonaya qubernator təyin olundu. Lakin Azərbaycan
hökumətinin ciddi müqaviməti və Naxçıvan əhalisinin
kəskin etirazı nəticəsində amerikalılar öz
niyyətlərini reallaşdıra bilmədilər”.Azərbaycanda
dünyəvi təhsil mədəniyyətinin yüksəldilməsi
üçün digər tədbirlər də keçirilib:
“1919-cu il avqustun 20-dən sentyabrın 2-nə kimi Azərbaycan müəllimlərinin
birinci qurultayı keçirildi. Həmin il
1919-cu il avqustun 22-də Dağlıq Qarabağ erməniləri
Azərbaycan hökuməti qarşısında 26 bənddən
ibarət öhdəlik götürdülər. 1919-cu il avqustun 23-də qaçqın və
köçkünlərlə bağlı komissiya
yaradıldı. Hökumət qaçqın
düşən əhali ilə bağlı parlament və
hökumət səviyyəsində 10 qərar və qanun qəbul
etdi. 1919-cu il avqustun 25-də ingilis
qüvvələri Bakını tərk etdilər. 1919-cu il avqustda Xəzər Hərbi Dəniz
Donanması yaradıldı. 1919-cu iol
sentyabrın 1-də parlament 100 nəfər azərbaycanlı
tələbənin xaricə göndərilıməsi
haqqında qanun qəbul etdi. Həmin tarixdə parlament
Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul
etdi. Bu isə təhsil mədəniyyətinin
çox parlaq bir nümunəsi idi. Bununla Azərbaycan
xalqı və dövləti nümayiş etdirdi ki, Avropa ali məktəbləri səviyyəsində
universitetlər açmaq və orada yüksək ali təhsil
vermək mədəniyyətinə malikdir”. 1919-cu
ilin oktyabrında isə demokratiya, söz
azadlığının təmini üçün mətbuatda
senzura ləğv olunub. Həmçinin
1919-cu ildə sivil dünyanın əsas mədəniyyət
atributlarından olan “İstiqlal” muzeyi açılıb.
Bütün bu dövlətçilik tədbirlərinin
həyata keçirilməsi və dövlətçilik mədəniyyətinin
yüksək səviyyədə nümayişi cümhuriyyətin
beynəlxalq arenada müsbət imicini formalaşdırıb.
Professor qeyd edir ki, 1920-ci il yanvarın 11-də
Versalda Azərbaycanın Paris Sülh Konfransının Ali
Şurası tərəfindən de-fakto tanındı: “920-ci
il martın 20-də sovet Rusiyası ilə ticarət
müqaviləsi imzalandı. Amma Rusiya bu
müqaviləyə əməl etmədi. 1920-ci il martın 20-də Azərbaycan Xalq
Cümhuriyyəti İran tərəfindən de-fakto və
de-yure tanındı. İranla
bağlanmış müqavilələrə əsasən bu
ölkədə səfirlik və müxtəlif əsas şəhərlərində
konsulluqlarımız açıldı. 1920-ci ilin əvvəllərində
ordumuzun sayı 40 minə çatırdı”. Bundan
başqa sivil, yüksək şəhər mədəniyyətinə
nail olmaq və müasir dövlət qurulması
üçün bir sıra infrastruktur layihələri həyata
keçirilmişdi.Bəs Azərbaycan Xalq Cümhuriyyəti nələri
həyata keçirə bilmədi? Professor bildirir:
“Bakı neftini dünya bazarına tam gücü ilə
çıxara bilmədi – 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan
beynəlxalq neft kəməri bunu reallaşdırdı. Azərbaycanda
ali hərbi məktəb aça bilmədi
– müstəqilliyin yenidən bərpasından sonra çoxlu
məktəblər açıldı. Ermənistan
və sovet Rusiyasının günahı üzündən
onlarla qonşuluq münasibəti qura bilmədi. Azərbaycan Konstitusiyasını qəbul edə
biımədi – 1995-ci ilin 12 noyabrında Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edildi. Parlament seçkilərini keçirə bilmədi –
1995-ci ilin noyabrında ilk parlament seçkiləri
keçirildi. Ərəb qrafikasından latın
qrafikalı əlifbaya keçidi təmin edə bilmədi –
1991-ci ildə latın qrafikalı əlifbaya keçildi. Aqrar məsələni, yəni torpaq məsələsini
həll edə bilmədi – 1996-cı ildə aqrar məsələ
həll olundu. Qaqfaz İslam Ordusunun şərəfinə
abidə qoya bilmədi – 2000-ci ildə Şəhidlər
xiyabanında bu əzəmətli abidənin
açılışı oldu”.
İlkin AĞAYEV
Palitra.- 2012.- 27 yanvar.- S. 6.