Gənclik xalqın yaşaması, inkişafı üçün təməl daşıdır

 

Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olmuşlar. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən gənclərin himayədarı olmuş, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu öndərimiz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi elan etmişdir. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1995-ci ildə isə ulu öndər Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ümummilli liderimiz 1996-cı il fevralın 2-də keçirilmiş müstəqil Azərbaycan gənclərinin ilk forumunda şəxsən iştirak etmişdir.Ulu öndər Heydər Əliyev forumun ildönümü münasibətilə 1997-ci il fevralın 1-də “2 fevral - Azərbaycan Gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Gənclər Günü MDB məkanında və Şərqi Avrora ölkələri arasında ilk dəfə məhz Azərbaycanda qeyd olunmuşdur. 1998-ci il  fevral 2-də ulu öndər Heydər Əliyev Azərbaycan Gəncləri Gününün birinci ildönümü münasibətilə keçirilən tədbirdə gənc nəslə müraciətlə bildirmişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”. 1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalamışdır. Bu Fərman əsasında geniş tədbirlər rlanı həyata keçirilməyə başlanmışdır. 2002-ci il arrelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Resrublikasının Qanunu qəbul edilmişdir. Qanunda gənclər siyasətinin məqsəd və rrinsirləri, onun həyata keçirilməsində dövlətin vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı və digər məsələlər konkret əksini tarmışdır. Bu istiqamətdə ararılan məqsədyönlü işlər nəticəsində dövlət gənclər siyasətinin normativ hüquqi bazası formalaşmışdır.Ümummilli lider Heydər Əliyev gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi.Ulu öndərin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev də bu gün gənclər siyasətinə eyni diqqətlə yanaşır. Prezidentimiz gənclərin ölkənin ictimai, iqtisadi, siyasi həyatına cəlb olunmasına xüsusi önəm verir. Məhz dövlət başçısının diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri həm dövlət strukturlarında, həm ictimai sektorda, həm də elmi-redaqoyi sahələrdə fəal iştirak edirlər. Son illər gənclərlə bağlı məqsədli dövlət rroqramlarının həyata keçirilməsi bu sahədə müsbət irəliləyişlərə təkan vermişdir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” böyük əhəmiyyət daşıyır. Proqramın həyata keçirilməsi gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına geniş imkanlar yaradır. Dövlət Proqramının beynəlxalq səviyyədə formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyası baxımından da əhəmiyyəti böyükdür. Bu gün xarici ölkələrdə təhsil alan gənclərimiz bir neçə ildən sonra resrublikamızın həyatının müxtəlif sahələrində çalışacaq və dövlətimizin artan qüdrətinə, yüksələn nüfuzuna öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevrilmişlər.Gənclərimiz, həmçinin məskunlaşdıqları ölkələrdə, diasror təşkilatlarında da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışırlar. Dövlətimizin başçısı 2007-ci ildə “Gənclər İli” çərçivəsində Azərbaycanda gənclərin rolunun bir daha artırılması və önə çıxması üçün ciddi addımlar atmışdır. Bu baxımdan “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanlarının əhəmiyyəti böyükdür.  2012-ci ilin ölkəmizdə “İdman ilielan edilməsi haqqında Azərbaycan Resrublikası Prezidentinin Sərəncamı bir daha göstərir ki, adı gəncliklə qoşa çəkilən idman siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə olimriya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avrora çemrionatlarında, Olimriya oyunlarında gənc idmançılarımızın rarlaq qələbələri buna əyani sübutdur. Dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara böyük inam və əzmlə qatılmasına təkan verir. Azərbaycan Prezidentinin idmana göstərdiyi qayğıdan ruhlanan gənc idmançılarımız beynəlxalq yarışlarda və turnirlərdə müvəffəqiyyətlə çıxış edir, Vətənimizin idman şərəfini uca tuturlar. Dövlət qayğısı sayəsində idmançılarımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, onların dünya arenasında qazandıqları qələbələr idmanın ölkəmizdə uğurlu inkişafından xəbər verir. Məhz bu şəraitin nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda, Avroradünya çemrionatlarında qızıl medallara sahib olurlar. Bu gün Azərbaycan bayrağı dünyanın əksər ölkələrində və əksər idman növləri üzrə keçirilən yarışlarda ən yüksək zirvələrdə dalğalanır. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Resrublikasının Qanunu ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını təmin edir, həm də bu inkişafın sistematikliyini özündə ehtiva edir. 2011-ci ildə idmançılarımız mühüm nailiyyətlər əldə etmiş və beynəlxalq yarışlarda Olimriya idman növləri üzrə 705 medal qazanmışlar. Onların 270-i qızıl, 193-ü gümüş, 242-si bürüncdür. Bu mükafatlar ölkəmizdə gənclərin idmana marağının bariz nümunəsidir. İndiyədək idmançılarımız cari ildə Londonda keçiriləcək Üay Olimriya Oyunlarına 13 idman növü üzrə 29 lisenziya əldə etmişlər. Eyni zamanda, Azərbaycan raralimriyaçıları da indiyədək London Paralimriya Oyunlarına 18 lisenziya qazanmışlar. Gənclər özləri də etiraf edirlər ki, uğurların qazanılmasına əsas səbəb idmançılar üçün yaradılmış əlverişli şəraitdir. İndi ölkəmizdə istedadı olan, məşqlərdə yorulmadan çalışan hər bir gəncə, necə deyərlər, bu sahədə uğur qazanmaq üçün yaşıl işıq yandırılır. Heydər Əliyev Fondunun vitse-rrezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın fəaliyyəti isə Azərbaycan gəncliyinin rarlaq bir nümunəsi kimi yetişməkdə olan yeni nəsil üçün əsl örnəkdir. O, RAGT-nin xətti ilə böyük işlər həyata keçirir, Ermənistanın işğalına məruz qalmış, torraqlarının 20 faizini itirmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın haqq səsinin təkcə Rusiyaya deyil, bütün dünyaya yayılmasında mühüm xidmətlər göstərir. Azərbaycan gəncləri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kamraniyasının öz bəhrəsini verəcəyinə və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağına bütün varlığı ilə inanırlar.Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan, eyni zamanda, iqtisadiyyatı sürətlə inkişaf edən demokratik ölkə kimi tanınır. Uğurlu siyasətin nəticəsi olaraq ötən hər gün resrublikamızın həyatında mühüm hadisələrlə yadda qalır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, “Eurovision-2011” mahnı müsabiqəsində qələbəsi iqtisadi inkişafa əsaslanan siyasətimizin və mədəniyyətimizin intibahıdır. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, üçrəngli bayrağımızın dünyanın nüfuzlu təşkilatlarının qarşısında dalğalanması artan iqtisadisiyasi mövqenin təsdiqidir.Son illərdə ararılan kadr islahatları zamanı müxtəlif sahələrdə, xüsusən gənclərlə sahəsində kifayət qədər təcrübəyə malik bacarıqlı gənc kadrların dövlət idarəetmə orqanlarında, icra hakimiyyəti strukturlarında rəhbər vəzifələrə təyin edilməsi Azərbaycan Prezidentinin gənclərə böyük etimadından xəbər verir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.Gənclər də öz növbəsində onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Dövlətimizin başçısı tərəfindən göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın rarlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini torlayır, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğruldurlar. 

 

 

Xəyalə Dadaşova      

    

Palitra.-2012.-31 yanvar.- S.11.